01 okt 20:36gundem

Azərbaycanlı “romalılar” italyanları təəccübləndirib

Azərbaycanlı “romalılar” italyanları təəccübləndirib
Oyunu izləmək üçün Bağdaddan Bakıya azarkeş gəlib
“Qarabağ” – “Roma” qarşılaşmasında qonaq azarkeşlər üçün ayrılmış sektor, demək olar, boş qaldı. Halbuki matçdan əvvəl Bakıya 500-ə yaxın italyan fanatın gələcəyi deyilirdi. “Canavarlar”ı təxminən 200-300 nəfərlik kütlə dəstəkləyirdi ki, yerli tərəfdarlar matçboyu qonaqların səsinin çıxmasına imkan vermədi. “Roma” azarkeşləri üçün ayrılmış sektorda azərbaycanlı gənclər də vardı. Onlar olmasaydı, “Roma” adına mənzərə daha biabırçı olacaqdı. Təxminən üç həftə əvvəl qəzetimizə açıqlama verən “Roma”nın Bakıdakı fanklubunun rəhbəri Kamal Mustafa stadiona gedəcəklərini, lakin təmsilçimizi yox, məhz italyanları dəstəkləyəcəklərini bildirmişdi. Bununla yanaşı, hava limanına və onların qaldığı otelə baş çəkəcəklərini də bildirmişdi. Kamalın dedikləri birmənalı qarşılanmamışdı. Azərbaycan övladının bu oyunda “Qarabağ”ın yox, “Roma”nın tərəfində olması ciddi müzakirələrə yol açmışdı. Artıq matç başa çatıb. Kamalla növbəti söhbətimizdə stadionda və ondan kənarda yaşananlarla bağlı fikirlərini öyrəndik.
- Açıqlamanda 150-200 nəfərlə təmsil olunacağınızı demişdin. Neçə nəfər idiz?
- Ümumi sayımız təxminən 300-400 arası idi. Bütün “Roma”lılar birləşmişdik. Onların “Curva Sud”, “Curva Nord” fanklublarının üzvləri də bizimləydi.
- Azərbaycanlıların sayı neçə nəfər idi?
- 100-ə yaxın idik.
- Qəzetimizə açıqlamanda 150-200 nəfər olacağınızı demişdin. Nə mane oldu?
- Sayımız çox idi. Sadəcə, hamının qonaqlar üçün ayrılmış sektora qalxmasına icazə verilmədi, başqa tribunaya getdilər. Yoxsa daha çox olacaqdıq. Ancaq “Roma” formasında olanları buraxdılar, formada olmayanlar başqa tribunada əyləşməli oldu. “Curva Sud”un rəhbərlərindən biri mənimlə şəxsən tanış idi. O mənə onlarla eyni tribunada yer alacaqlarına dair söz vermişdi. Bizi polislərə o göstərdi ki, içəri buraxsınlar.
- Nə üçün səsiniz çıxmırdı?
- Oyunun ilk dəqiqələrində səsimizi eşidənlər olub. Kifayət qədər effektli alınıb. Lakin bütün stadion bizi fitə basdı deyə, sonradan gözə dəymədik. Daha doğrusu, dəstək verirdik, amma heç də hamı eşitmirdi. Öz aramızdı, 65 min adamın içində 300-400 nəfərin səsi gözlənilən effekti verə bilməz axı. Sayımız 1000 olsaydı, başqa cür olardı.
- İtaliyadan neçə azarkeş gəlmişdi?
- Dəqiq sayı deyə bilmərəm. Təxminən 150-200 aralığında olardı. Amma heç də hamısı İtaliyadan gəlməmişdi. 15 nəfər Gürcüstandan təşrif buruymuşdu, 20 nəfər Moskvadan idi. Bir nəfər Bağdaddan gəlmişdi. O adam dəhşətti. Deyir, “Roma”nın bütün səfər oyunlarına gedib, komandanı dəstəkləyirəm.
- Yerli azarkeşlərlə aranızda hansısa qalmaqal yaşanmadı ki?
- Düzü, yaşanacağını təxmin edirdim, amma heç nə olmadı. Stadiona çox rahat daxil olub, o cür də çıxdıq. Artıq-əskik söz işlədən, atmaca atan olmadı.
- Sizə xüsusi mühafizə xidməti ayrılmışdı? Ya da ümumi qapılardan istifadə edirdiz?
- Gələndə adi qaydada gəldik, hamı necə, biz də elə. Kənardan təəccüblə baxsalar da, təxribatçı hərəkətlər, sözlər görmədik. Çıxanda isə bizi stadion tam boşalandan sonra buraxdılar. Bu hər yerdə belədi. Bir də ki, o cür yağış yağırdı, hamı öz canının hayındaydı.
- “Roma”lı azarkeşlər nə danışırdılar, nə deyirdilər?
- Sayımızın bu qədər çox olacağını gözləmirdilər. Bizi görəndə təəccübləndilər. Elə bilirdilər, 5-10 nəfərik. Amma 100-ə yaxın “Roma” tərəfdarı görəndə çaşıb qalmışdılar.
- Stadiondakı ab-hava, “Qarabağ” haqda nə deyirdilər?
- “Curva Sud”un üzvləri oyuna baxmadılar ki. Arxalarını meydana tərəf çevirib matçboyu bəstələr səsləndirdilər, azarkeşlik etdilər. Onlar üçün meydanda yaşananlar vacib deyil. Əsas odu, futbolçular azarkeşlərin səsini eşitsinlər.
- Hava limanına və “Roma”nın qaldığı otelə baş çəkəcəyinizi demişdin.
- Hamısını etdik. Həm Bakıya gələndə qarşıladıq, həm də İtaliyaya qayıdanda yola saldıq. Futbolçularla ayaqüstü söhbətimiz oldu, şəkillər çəkdirdik, avtoqraf aldıq. Otelə də getmişdik.
- İtalyanlar cavab oyununa görə sizi Romaya dəvət etməmiş olmaz.
- “Curva Sud” yox, amma sıravi azarkeşlər var idi ki, onlar bizi Romada gözləyəcəklərini dedilər. Əlaqə nömrələrimizi, “feysbuk” ünvanlarımızı qeyd etdilər. Alınsa, mütləq gedəcəyik.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-09-2018, 23:17 Tomaş Ayan EOC-dan narazıdı 21-09-2018, 23:14 "Arsenal"la oyuna maraq böyükdü 21-09-2018, 23:13 U-17 yenə darmadağın oldu 21-09-2018, 23:10 Stadiona 9-cu mərtəbədən baxış, portəgiz jurnalistin təəccübü və 27 azarkeş... 21-09-2018, 23:07 Yenilgidə hakim izi olmadı 21-09-2018, 23:06 Üzücü başlanğıc 21-09-2018, 23:04 Vitali Borisovun imtinası absurd faktı üzə çıxardı: liqa peşəkardı, futzalçılar yox! 21-09-2018, 23:02 Baba Rzayev Mingəçeviri futbolsuz qoydu 21-09-2018, 23:01 AFFA 10 min manata görə özünü hörmətdən salır 21-09-2018, 22:52 Sabiqlər yerli sədrin tərafdarıdı 21-09-2018, 22:50 Babək Quliyev Vüsal Əliyevi nişan verdi 21-09-2018, 22:48 “Sumqayıt-2” zirvəyə darmadağınla yüksəldi 21-09-2018, 22:46 “Turan” adının yaradıcısı dünyasını dəyişdi 21-09-2018, 22:44 Dünya çempionatına yaxşı başlamadıq 21-09-2018, 22:42 “Sumqayıt”ın “qırmızı” problemi 21-09-2018, 22:39 Adil Məmmədov 60-ı geridə qoydu 21-09-2018, 22:24 İsgəndər Cavadov doğum günündə tarixi vərəqlədi 21-09-2018, 22:23 İkinci tur 2 günə sığacaq 21-09-2018, 22:21 Mik Benet təqdim olundu 21-09-2018, 22:20 Qurban Qurbanov gözləmədiyi sualı eşitdi 20-09-2018, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub 20-09-2018, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur 20-09-2018, 22:04 Emin Ağayev yığmada potensial görür 20-09-2018, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir 20-09-2018, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik 20-09-2018, 22:00 Dünya çempionatının püşkü atıldı 20-09-2018, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər 20-09-2018, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! 20-09-2018, 21:52 "Arsenal"la oyunun biletləri satışda 20-09-2018, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi 20-09-2018, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” 20-09-2018, 21:04 Alesio yığmanın heyətini açıqladı 20-09-2018, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi 20-09-2018, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? 20-09-2018, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir 20-09-2018, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı 20-09-2018, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında 20-09-2018, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi 20-09-2018, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir 20-09-2018, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb 20-09-2018, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır 20-09-2018, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” 20-09-2018, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır 20-09-2018, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq 20-09-2018, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır 20-09-2018, 00:05 Turun oyunçusu 20-09-2018, 00:04 TURUN SİTATI 20-09-2018, 00:02 Məhsuldarlıq rekord vurdu 20-09-2018, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Bütün xəbərlər
Ən çox oxunanlar