01 okt 14:47gundem

Futbol ictimaiyyəti “Qarabağ”ın çıxışını qiymətləndirdi

Futbol ictimaiyyəti “Qarabağ”ın çıxışını qiymətləndirdi
Arif Əsədov: “Ardıcıl bir neçə il ÇL-də təmsil olunsaq, uğur gözləmək olar”
Zaman göstərdi ki, “Qarabağ” ÇL-də ilk xalını da qazana bilərdi. “Roma” ilə görüşdə tarixi qola imza atan “köhlən atlar” ikinci hissədə rəqiblə başabaş, hətta bəzən üstün oyun sərgilədi. Lakin ilk 20 dəqiqədəki həyəcan Qurban Qurbanovun yetirmələrinin xal arzusuna imkan vermədi. Əslində sərgilənən oyuna, xüsusən Pedronun qolundan sonra komandanın mübarizəsinə görə ağdamlıları yıxıb-sürümək ədalətsizlik olar. Ancaq həm oyunun əvvəllərindəki həyəcan, həm də müəyyən məqamlarda üzə çıxan təcrübəsizlik əsas problem idi. Görəsən, bundan qurtulmağın yolu nədi? “Qarabağ”ın ÇL həyəcanına alışması, ordakı sürətlə ayaqlaşması üçün nə qədər vaxt lazımdı? Bütün bunlarla bağlı futbol ictimaiyyətinin müxtəlif təbəqələrinin fikirlərini öyrəndik.
Jurnalist
Sənan Abdullayev: "Ramin Musayev yaxınlarda bir fikir səsləndirmişdi. Mən onunla tam razıyam. Durumu loru dillə belə izah etmək olar. "Qarabağ" super vəziyyətdə olan "07"-di. Bu turnirdə isə ən zəif maşın 95-ci ilin "çeşka"sıdı. Sovet maşını nə qədər təzə olsa da, yenə “ikinci əl” alman maşını ilə bacarmır. "Qarabağ"ı qınamaq doğru deyil. Çünki bu mövsüm üçün Ağdam klubu artıq boyundan yuxarı tullanıb. Deyə bilərsiz ki, "neçə ildi Avroliqanın qrupunda oynayırdı, buna az qalmışdı” və s. Çempionlar Liqasında, xüsusən də pley-offda “az qalmışdı” olmur, sadəcə, bacarmırsan. "Qarabağ" neçə il idi, Azərbaycan futbolu isə tarixi boyunca bunu bacarmamışdı. Biz Ağdam klubunu yox, ən yaxşı halda o biriləri qınaya bilərik ki, siz niyə buralarda yoxsuz? Amma heç buna da haqqımız çatmır. Çempionatımız necədisə, klublarımız da elədi. Sadəcə, bir misal: "Roma" həftəsonu "Milan"la oynayır. Bəs "Qarabağ"? "Zirə" ilə "Milan"ın 1/4-ni müqayisə etmək olmaz. Oyunun 2-ci hissəsində yaxşı təsir bağışlamağımızın yeganə səbəbi hələ ilk yarının sonlarında şokdan çıxmağımız idi. Yoxsa yenə 0:6 olardı. Mən maraq üçün top bizdə olanda saymağa başlayırdım. Ən yaxşı halda 10 saniyə saxlaya bilirdik. Bu, ölkənin ən yaxşı top saxlayan klubudu. Çətinliyi və fərqi özünüz müəyyənləşdirin. Büdcə vacib rol oynayır. Amma Azərbaycan klubları heç vaxt Çin və Qətər kimi pul verə bilməyəcək ki, superulduzlar rəqəmə göz yumsun. Biz ən yaxşı halda onları Çempionlar Liqasının qrupunda oynamağımızla şirnikləndirə bilərik. Pedronun durumundakı kimi. Mövsümün sonunda 100 faiz çıxıb gedəcək. BATE ÇL-in qrupuna vəsiqə qazananda Rusiyanın NTV kanalında yayınlanan "Futbolnıy klub" verilişi onların bazasından reportaj hazırlamışdı. Sizi inandırıram ki, indiki "Qarabağ"da olan şərait, əməkhaqqı, legionerlərin yarısı onlarda yox idi. Amma inanmışdılar və bunun davamlı olmasına da nail oldular. Böyük nüfuz və pullar qazandılar. Onların da ilk nəticələri bərbad idi. Sonradan səs-küylü heç-heçə və qələbələri də oldu. Yəni bir var Avropa Liqasında, bir də var Çempionlar Liqasındakı təcrübə. O ki qaldı "Qarabağ"ın qrupda xal toplayıb-toplamayacağına, mən hələ mərhələ başlamamış 1 xalın böyük uğur olacağını demişdim. Məncə, 1 xal qazanacağıq".
Menecer
Tural Əsgərov: “Sırf bir oyundan danışırıqsa, rəqibin kimliyindən asılı olmayaraq, istənilən nəticənin qeydə alınması mümkündü. Kimsə buna möcüzə və ya başqa bir ad verə bilər. Hələ elə bir qarşılaşma yoxdu ki, tam qətiyyətlə nəticəni əvvəlcədən proqnozlaşdırasan. Ancaq ümumilikdə Çempionlar Liqasındakı çıxışa nəzər salsaq, burda bir çox nüanslar var. Uşaq futbolundan tutmuş, çempionatın səviyyəsinə kimi hər şey daxildi. İnsanların futbola münasibətini də nəzərə almaqla çoxlu səbəb göstərmək olar. Klubun büdcəsi, oyunçuların qiyməti, onların təcrübəsi, böyük yarışların təzyiqinə tab gətirmələri kimi məsələləri sadalaya bilərik. “Qarabağ” özü də hələ debütantdı. Düzdü, bu o demək deyil ki, debütant bütün oyunları uduzmalıdı. Məğlub ola da bilər, olmaya da. Məsələn, “Roma” ilə görüşdə uduzmaya da bilərdi, ancaq uduzdu. Bəlkə elə məğlub olunası oyun olacaq ki, heç yenilməyəcək. Azarkeş prizmasından yanaşsaq və məsələyə bu cür izah versək, uğuru istəmək bizim haqqımızdı. Komanda lap “Barselona” ilə oynasa belə, qələbə istəyimizi başa düşmək olar. Azarkeşin haqqı istəməkdi. Ancaq digər tərəfdən anlamaq lazımdı ki, bunun alınmamaq ehtimalı daha böyükdü. Artıq qol istəyimiz gerçəkləşdi, xalsız qalmamasını arzulamalıyıq. Bir qələbə isə çox böyük şey olar. Fikrimcə, bir yaxşı futbolçu da komandanın gücünə güc qatır. Onların sayı artdıqca, heyət daha da güclənmiş olur. Lakin komandanı başdan-ayağa dəyişmək mənasızdı. Bu absrud bir şey olar. Həmin turnirə vəsiqə qazanan komanda orda oynamalıdı. Heç lazımi qədər vaxt da olmur ki, ÇL-ə düşən komanda bu cür transferlər etsin. Təbii, yarışın səviyyəsini nəzərə alıb, heyəti müəyyən qədər gücləndirirsən. “Qarabağ” da bunu etdi, qısa zamanda iki legioner transferini gerçəkləşdirdi. Bəlkə də başqa birini də istəyiblər, alınmayıb. Hər istədiyin alınmır axı. Bahalı transferlər fonunda balansın pozulmasına da imkan vermək olmaz. Tutaq ki, mənim komandamda 300-400 min alan futbolçular top qovur və 3 milyon maaş alan oyunçu gətirim. Bu ən axmaq qərar olardı. Özü də lap deyək ki, “Hoffenhaym”dan oyunçu gətirdim, bu o demək deyil ki, yeni gələn “Qarabağ”ın futbolçularından 2-3 baş üstün futbol sərgiləyəcək. Belə bir şey yoxdu. Sabah o zəif çıxış edəndə, komandanın digər üzləri deyəcək ki, ona milyon verirsiz, mənə də o pulu verin. İstənilən komandada maaş limiti var və onu keçmək olmaz. Yaşına, təcrübəsinə uyğun bu hədd müəyyənləşir. Sən o limiti aşırsansa, bu artıq yeni komandanın qurulmasına başlamaq deməkdi. Bu da başqa yerlərə aparır. Hansısa müqavilə müddəti bitən futbolçu deyə bilər ki, klub bu qədər pul xərcləyirsə, mənə də artıq əməkhaqqı verə bilər. Pedro Enrike ilə Tarik Elyunussi təxminən eyni maaşa gəliblər. Ancaq bu dəqiqə ictimaiyyətin fikri belədi ki, Pedro çox uğurludu, Tarik isə o qədər də uğurlu başlamayıb. Ola bilərdi ki, Pedroda da alınmazdı. Biri “Olimpiakos”dan, o biri PAOK-dan gəlib. Onların da zəif və güclü tərəfləri var. Bizdə belədi ki, klubumuzda oynadısa, yaxşıdı, oynamadısa, pisdi. Ancaq belə deyil. Özü də gələn futbolçuların aşağı-yuxarı səviyyəsi bizə bəllidi. Gözləniləndən artığını da göstərə bilər, zəif də oynayar. Bu da bir sıra səbəblərlə bağlıdı. Uyğunlaşma və başqa amillər var. Bütün bunlar futbolçuların transferinin uğurlu alınıb-alınmaması rəyini formalaşdırır”.
Mütəxəssis
Arif Əsədov: “Bu gün “Qarabağ”dan çox şey tələb edirik. İstəyirik ki, Avroliqanın qrupunda qazandığı xalları, qələbələri ÇL-də də təkrarlasın. Lakin yada salaq, biz əvvəllər komandalarımızdan nə tələb edirdik? Qələbə qazanmaq, mərhələlər adlamaq. Bunun üçün müəyyən vaxt lazım oldu. Bir neçə dəfə qrupun astanasından döndük, nəhayət, “Neftçi”nin timsalında ilki yaşadıq. Daha sonra “Qarabağ” və “Qəbələ” də uğuru təkrarladı, Ağdamlılar 4 il ardıcıl qrupda çıxış etdi. Deməli, həmin səviyyəni yaxalamaq üçün vaxt, təcrübə lazım idi. Güclü rəqiblərlə mübarizədə komandamız püxtələşdi, çətinliklərə alışdı, ÇL-in qrupuna düşdü. Artıq burdakı səviyyə ən yüksəkdi. Bundan o tərəfi yoxdu, ən güclü yarışdan söhbət gedir. Məncə, ardıcıl bir neçə il sözügedən turnirdə təmsil olunsaq, uğur gözləmək olar. Hamımız gördük ki, “Çelsi” ilə qarşılaşmada tam başqa “Qarabağ” var idi, özünə oxşamırdı, böyük hesabla uduzdu. Ancaq müəyyən təcrübə topladı, ÇL-i hiss elədi. “Roma” ilə oyunun ilk hissəsində də müəyyən həyəcan hiss olunurdu. Hardasa “Qarabağ” özünə xas olmayan oyun oynayırdı, rəqibi öz meydanında qarşılayırdı. Bu üzdən matçın əvvəllərində “Roma” daha üstün idi. Lakin ikinci hissədə “Qarabağ” öz oyununu sərgilədi, xüsusən qoldan sonra yaranan inam hissi daha da artdı. “İştah diş altındadı” ifadəsinin təzahürünü gördük. Odu ki, ÇL-də uğurlu nəticələr üçün bir qədər zamana ehtiyac var. Bu turnirdə sürət başqadı və müntəzəm iştirak etsək, ona alışacağıq”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
16-10-2018, 18:25 “Araz”ın uğursuzluğu Zaur Axundovu qəzəbləndirməyib 16-10-2018, 18:22 U-13 liqasında “Laçın”ın baş məşqçisi hakimin burnunu qırdı 16-10-2018, 18:21 Stuxlik Xaqani Məmmədovu “kəsib”? 16-10-2018, 18:19 Ramil Şeydayev topdaşıyan rolunda 16-10-2018, 18:18 Malta ayağımızın altını qazdı 16-10-2018, 18:15 Haşımov Bebeki bəyənib 16-10-2018, 18:14 “Mahir oyundan sonra paltardəyişmə otağında ağlayırdı” 16-10-2018, 18:11 AFFA üçün sponsorluq müqaviləsi 16-10-2018, 18:09 "Neftçi" “parçalandı”, “ağlar” qalib gəldi 16-10-2018, 18:08 Kvaratsxeliya konfransı açıq elan etmək hüququna malikdi 16-10-2018, 18:07 Yığma üzvlərinin qiymətləndirməsi 16-10-2018, 18:04 Həftənin idman proqramı 16-10-2018, 18:03 Xal itirməyən iki komanda qaldı 16-10-2018, 18:01 “Keşlə” divizionun liderini darmadağın etdi 16-10-2018, 18:00 Yaxşı ki “Səbail” var… 16-10-2018, 17:59 Dadaşovlu “Eştoril” son anda xilas oldu 16-10-2018, 17:57 “Xəzər Lənkəran”a uduzduq… 16-10-2018, 17:56 “Sumqayıt”da Diaçenkonu həmyerlisi əvəzləyəcək 16-10-2018, 17:54 Samir Abasov sabiq komandasını üstələdi 16-10-2018, 17:52 “Xilə”yə “Royal Holding” sponsorluq edir 15-10-2018, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü 14-10-2018, 16:02 Vaqif Sadıqovla Şakir Qəribov U-21-i tək qoymadı 14-10-2018, 16:00 “Araz” “Liman”a “bərk çırpıldı” 14-10-2018, 15:57 “Həmişə milliyə dəvət alıb, oynamağı düşünürdüm” 14-10-2018, 15:54 Üçgünlük səfər, hər gün üçün bir qol 14-10-2018, 15:51 Mütəxəssislər oyunu yox, nəticəni qabartdı 14-10-2018, 15:47 Kiril Petrov ilk dövrədən razıdı 12-10-2018, 22:56 Vüqar Əsgərli U-19-un çıxışını dəyərləndirdi 12-10-2018, 22:54 “Uğur” Region Kubokunda zəif heyətlə oynayıb 12-10-2018, 22:53 Atilla Türkiyədə keçirdiyi 7 mövsümü itirilmiş sayır 12-10-2018, 22:51 “Sumqayıt” Orxan Əliyevlə gücləndi 12-10-2018, 22:50 Kobaxidze bərpa dövrü keçir, Vasin isə meydana çıxmağa can atır 12-10-2018, 22:48 Çəlikəl akademiyanın məşqçiləri ilə nələri müzakirə edib? 12-10-2018, 22:27 Rusiyalı hakimlər obyektivlikdən kənara çıxmadı 12-10-2018, 22:25 Bebek 5-ci dəfə Bakıya gəlir 12-10-2018, 22:25 Maltanın baş məşqçisi və qapıçısı nikbindi 12-10-2018, 21:51 Yığma üzvlərinin qiymətləndirməsi 12-10-2018, 21:48 “Rüfəti əsas heyətdə buraxmaqla bir qədər risk etdim” 12-10-2018, 21:47 Üç azarkeş üçün üç qol 12-10-2018, 21:44 İnamlı və önəmli qələbə 12-10-2018, 21:43 Yerli mütəxəssislər Adil Mahmudovun cavabını verdi 12-10-2018, 21:41 Roberto Bordin yeni imicdə 12-10-2018, 21:40 Arif Əsədov yeni komitədə təmsil olunacaq 12-10-2018, 21:38 Qadın voleybolçularımız antirekordu təkrarladı 12-10-2018, 21:35 Faiq Qarayev məşqçi karyerasını başa vurdu 11-10-2018, 19:02 Yenə məğlubiyyət və qrupu sonuncu yerdə bitirmək ehtimalı 11-10-2018, 18:59 Reynaldo Qazaxıstanda Almeyda ilə görüşə bilmir 11-10-2018, 18:57 Sənan Qurbanov “Qəbələ”ni “tərlətdi” Bütün xəbərlər
Ən çox oxunanlar