24 sen 23:05gundem

Azərbaycanlı səfir “Atletiko”nun prezidenti ilə görüşdü

Azərbaycanlı səfir “Atletiko”nun prezidenti ilə görüşdü
"Qarabağ"ın "Roma”yla oyunu üçün bilet satışı davam edir. Artıq əminliklə demək olar ki, sentyabrın 27-də Bakı Olimpiya Stadionunda anşlaq olacaq. Təkcə dünən 2 minə yaxın bilet satılıb. Klubun rəsmi saytının səhər yaydığı xəbərdə say 58 min göstərilirdisə, axşam mətbuat xidmətindən öyrəndik ki, rəqəm 60 minə çatıb. Satışda yalnız 2 manatlıq biletlər qalıb. Yeri gəlmişkən, əsas komandayla eyni gündə qarşılaşacaq U-19-ların oyununa giriş pulsuz olacaq. Başqa sözlə, “Qarabağ” U-19 üçün bilet satmır. Qeyd edək ki, Gənclər Liqasının oyunu “Azərsun Arena”da olacaq və saat 12.00-da start götürəcək.
Bu arada Azərbaycanın İspaniyadakı səfiri Anar Məhərrəmov Madriddə "Atletiko”nun prezidenti Enrike Serezo ilə görüşüb. Bu haqda ölkəmizin İspaniyadakı səfirliyindən "Report"a bildirilib. Görüş "Qarabağ”la "Atletiko” arasında keçiriləcək oyun ərəfəsində məlumatlandırma xarakteri daşıyıb. Serezo "Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması münasibətilə səfiri təbrik edib, ağdamlılara gələcək qarşılaşmalarda uğurlar arzulayıb. "Qarabağ”ın tarixi və uğurları haqda məlumat verən diplomat isə klubun yarandığı gündən etibarən ölkə çempionatlarında fəal iştirak edərək azarkeşlərini daim sevindirdiyini deyib: "Əfsuslar olsun ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazisinin 20 faizinin işğal edilməsi nəticəsində klubun vətəni olan Ağdam şəhəri 1993-cü ildə düşmən nəzarətinə keçib. Bu səbəbdən "Qarabağ” ev oyunlarını Bakıda keçirmək məcburiyyətindədi".
Səfir prezident İlham Əliyev tərəfindən bütün sahələrə olduğu kimi, idmana göstərilən diqqət və qayğıdan da bəhs edib. O deyib ki, Avropa Oyunlarında Azərbaycanın ikinci, İslam Həmrəyliyi Oyunlarında isə birinci yeri tutması təsadüfi deyil. Bildirilib ki, "Qarabağ” Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində ev oyunlarını məhz bu oyunların açılış və bağlanış mərasimlərinin təşkil olunduğu Bakı Olimpiya Stadionunda keçirəcək.
"Atletiko"nun prezidenti "Qarabağ”ın oyunlarını izlədiyini deyərək, komandanın Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməsini ciddi uğur adlandırıb. Azərbaycanda futbolun yüksək sürətlə inkişaf etdiyini bildirən Serezo bundan məmnunluğunu vurğulayıb. Bakıda bir neçə dəfə olduğunu qeyd edən klub prezidenti qarşıdakı oyunla bağlı bu gözəl şəhərə bir daha səfər edəcəyindən məmnunluq ifadə edib. Görüşdə Serezo Məhərrəmova klubun yeni stadionu "Metropolitano” barədə məlumat verərək, səfiri "Atletiko"nun oyunlarına baxmağa dəvət edib. Sonda səfir xatirə hədiyyəsi kimi “Qarabağ”ın xüsusi hazırladığı formanı klub prezidentinə bağışlayıb.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 16:51 Təmkin yenə “Kəpəz”in başına oyun açdı Dünən, 16:50 “Qəbələ” ikinci dövrəyə də darmadağınla start verdi Dünən, 16:48 “Arada düşünürəm ki, bu qəzet olmasa, mən necə yaşaya bilərəm” Dünən, 16:44 20 ildə “Futbol+”in bütün saylarını yığan oxucu Dünən, 16:31 Fərhad “Qəbələ”liləri vaxtı uzatmaqda qınadı Dünən, 16:29 Cavid Hüseynov da Prosineçkinin qalmasını istəyir Dünən, 16:26 “Sabah”dan darmadağın Dünən, 14:51 Mahir Mədətovun əmisinə xəsarət yetirdilər Dünən, 14:50 Birinci divizionda ilk istefa Dünən, 14:49 “Neftçi” “Səbail”in borcunu artıqlaması ilə qaytardı Dünən, 14:47 Abasov yetirmələrini təriflədi Dünən, 14:44 Qriqorçukun “avtobus taktikası” özünü doğrultdu Dünən, 14:42 “Araz” mübarizəni dayandırdı... Dünən, 14:40 Rahid Əmirquliyevin təftişi: iki halın heç birində oxumadı Dünən, 14:38 “Qarabağ” “Atletiko”nu məğlub etsə, azarkeşlər pulsuz taksidən yararlanacaq Dünən, 14:37 Prosineçki Sloveniya variantını təsdiqlədi Dünən, 14:34 Antalyada ikiqat uğur Dünən, 14:31 Ölkə çempionunu Danimarkada “döydülər” Dünən, 14:30 Yığma üzvü Rusiyada kapitan oldu Dünən, 14:28 İlk “üçlük”lə başqaları arasında uçurum dərinləşir 15-10-2017, 14:34 Errera və Barqasla anlaşma yeniləndi 15-10-2017, 14:32 Cavadovlar qız gözləyəndə Vaqif doğulub 15-10-2017, 14:28 “Qarabağ” sonda sevindi 15-10-2017, 14:26 “Azəryol” heyətini açıqladı 15-10-2017, 14:23 Zaur Paşayev “Kutaisi”dən ayrılıb 15-10-2017, 14:15 “Zirə”lilər “Xəmsə”nin rəhbərinə yardım etdi 15-10-2017, 14:10 Yığma üzvləri Prosineçkinin qalmasının tərəfdarıdı 15-10-2017, 14:08 Ukrayna da U-17-ni darmadağın etdi 15-10-2017, 14:05 Təbriz Həsənov məsuliyyəti üzərinə götürdü 15-10-2017, 14:03 “İsgəndər Cavadov Bakı Futbol Akademiyası”nın təqdimatı gecikir 15-10-2017, 14:02 “Traktorsazi” liderə uduzmadı 15-10-2017, 12:49 Azər Məmmədovun “Futbol+”ə açıqlaması klubu silkələdi 15-10-2017, 12:47 Bultuis qalmaqallı müsahibəyə görə sorğu-sual olundu 15-10-2017, 12:46 Hakimliyimizin biabırçı mənzərəsi... 15-10-2017, 12:44 Yığmalar rəsmi oyunlara çıxır, AFFA-nın saytı “yatır” 15-10-2017, 12:42 Reqbi Federasiyası acınacaqlı durumdadı 15-10-2017, 12:36 Gürcü mütəxəssis Cavid Çələbiyevi fərqləndirdi 12-10-2017, 18:20 ABF-nin vitse-prezidentləri arasında fikir ayrılığı 12-10-2017, 18:19 Natalya Məmmədova Rusiyaya iddialı yollanıb 12-10-2017, 18:15 Nicat Muxtarov psixoloji müalicə alır 12-10-2017, 18:14 Rahidin himni oxumamasına sərt münasibət 12-10-2017, 18:13 “CBC Sport”un superliqa fiaskosu 12-10-2017, 18:12 “Qarabağ” rəsmisi Avropa Klublar Birliyinin işçi qrupuna seçildi 12-10-2017, 18:09 UEFA klubları sevindirdi 12-10-2017, 18:06 Divizionun kisəsindən 200 manat çıxdı 12-10-2017, 18:02 İK üzvləri Prosineçki ilə bağlı mövqeyini açıqladı 12-10-2017, 18:00 Prosineçki Bakıya gələn həftə gələcək 12-10-2017, 17:58 U-19 penaltilərlə yıxıldı 12-10-2017, 17:57 Siyasət Əsgərov U-17-nin şansının olduğunu düşünür 12-10-2017, 17:55 Millətlər Liqasında mənzərə aydınlaşdı 12-10-2017, 17:52 U-17-ni də kötəklədilər 12-10-2017, 17:50 BOS-da monitorlar üçün kabellər quraşdırılıb 12-10-2017, 17:47 Kubok mövsümünə start verildi 12-10-2017, 17:44 Veteranlar jurnalistlərə güzəşt etmədi 12-10-2017, 17:36 Yubileyə maliyyə problemləri ilə 12-10-2017, 17:35 Tərlan Əhmədovlu “Neftçi”nin avazı yaxşı gəlir 12-10-2017, 17:32 Rəşad məşqlərə başlayıb, Səlahət də qayıdır Bütün xəbərlər
Ən çox oxunanlar