23 sen 00:21gundem

“Futbol+”: 20 yaşa bir ay qalmış...

“Futbol+”: 20 yaşa bir ay qalmış...
Düz bir aydan sonra – oktyabrın 21-də “Futbol+”in 20 yaşı tamam olur. Azərbaycan yazılı mətbuatının ən uzunömürlü nümayəndələrindən biri kimi həm bu tarixi olayın önəmini, həm də məsuliyyətimizi anlayırıq. Düz 20 il əvvəl “Vətən idmanı və idmançıları ilə ucalsın”ı özümüzə şüar seçib, uzun və ağır bir yola çıxdıq. Həmin vaxt ölkə idman mətbuatında mövcud olan bir çox stereotipləri dağıtmağa, basmaqəlib yazılardan qaçıb sırf futbolla yaşayan yeni oxucu kütləsi formalaşdırmağa çalışdıq. Yarış zallarına, stadionlara qaçdıq, futbolu və futbolçunu topluma daha da yaxınlaşdırmaq yolunu tutduq, idmançı ilə auditoriya arasında səmimi ünsiyyət mühiti yaratmağa başladıq. Əlbəttə, irəlidə, yəni yubileyə qədər olan bir ay ərzində bununla bağlı danışmaq üçün yetərincə vaxt olacaq. Ən əsas məqam odu ki, dövrün-zamanın çətinliklərinə, qəzet bazarında yaşanan problemlərə, bir neçə devalvasiyaya rəğmən, “Futbol+”i böyüdə, bu yaşa çatdıra bildik. Təbii ki, çətinliklər və problemlər həmişə var. Və biz bu gün də onların öhdəsindən gəlməyə çalışırıq.
...1997-ci il oktyabrın 21-də - çərşənbə axşamı “Hürriyyət”in həftəlik idman əlavəsi kimi nəşrə başlayan, “Ç” mətbəəsində 3000 tirajla işıq üzü görən “Futbol+”in ilk sayına diqqətlə baxın. 20 il sonranın reallıqlarıyla yanaşanda, istər məzmun, istərsə tərtibat baxımından, əlbəttə, çox bəsit, bəlkə də sadəlövh görünür. Amma siz qəzetə həm də onun yaradıcılarının gözü, onu ilk oxucunun əlində görəndə sevincdən göyün yeddinci qatına uçmağa hazır olan adamın qəhər dolu sevinci ilə baxın. Əminəm ki, onda çox şeyin fərqinə varacaqsız. Sabahdan “Futbol+”in yubileyi ilə bağlı yazıların dərcinə başlayırıq. İrəlidə sizi çoxlu sürpriz gözləyir. Bizi izləyin, bizi axtarın... Yubileylə bağlı istənilən ideyalarınızı da dinləməyə və onlara dəyər verməyə hazırıq, əziz oxucular. Haydı, getdik...
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 16:51 Təmkin yenə “Kəpəz”in başına oyun açdı Dünən, 16:50 “Qəbələ” ikinci dövrəyə də darmadağınla start verdi Dünən, 16:48 “Arada düşünürəm ki, bu qəzet olmasa, mən necə yaşaya bilərəm” Dünən, 16:44 20 ildə “Futbol+”in bütün saylarını yığan oxucu Dünən, 16:31 Fərhad “Qəbələ”liləri vaxtı uzatmaqda qınadı Dünən, 16:29 Cavid Hüseynov da Prosineçkinin qalmasını istəyir Dünən, 16:26 “Sabah”dan darmadağın Dünən, 14:51 Mahir Mədətovun əmisinə xəsarət yetirdilər Dünən, 14:50 Birinci divizionda ilk istefa Dünən, 14:49 “Neftçi” “Səbail”in borcunu artıqlaması ilə qaytardı Dünən, 14:47 Abasov yetirmələrini təriflədi Dünən, 14:44 Qriqorçukun “avtobus taktikası” özünü doğrultdu Dünən, 14:42 “Araz” mübarizəni dayandırdı... Dünən, 14:40 Rahid Əmirquliyevin təftişi: iki halın heç birində oxumadı Dünən, 14:38 “Qarabağ” “Atletiko”nu məğlub etsə, azarkeşlər pulsuz taksidən yararlanacaq Dünən, 14:37 Prosineçki Sloveniya variantını təsdiqlədi Dünən, 14:34 Antalyada ikiqat uğur Dünən, 14:31 Ölkə çempionunu Danimarkada “döydülər” Dünən, 14:30 Yığma üzvü Rusiyada kapitan oldu Dünən, 14:28 İlk “üçlük”lə başqaları arasında uçurum dərinləşir 15-10-2017, 14:34 Errera və Barqasla anlaşma yeniləndi 15-10-2017, 14:32 Cavadovlar qız gözləyəndə Vaqif doğulub 15-10-2017, 14:28 “Qarabağ” sonda sevindi 15-10-2017, 14:26 “Azəryol” heyətini açıqladı 15-10-2017, 14:23 Zaur Paşayev “Kutaisi”dən ayrılıb 15-10-2017, 14:15 “Zirə”lilər “Xəmsə”nin rəhbərinə yardım etdi 15-10-2017, 14:10 Yığma üzvləri Prosineçkinin qalmasının tərəfdarıdı 15-10-2017, 14:08 Ukrayna da U-17-ni darmadağın etdi 15-10-2017, 14:05 Təbriz Həsənov məsuliyyəti üzərinə götürdü 15-10-2017, 14:03 “İsgəndər Cavadov Bakı Futbol Akademiyası”nın təqdimatı gecikir 15-10-2017, 14:02 “Traktorsazi” liderə uduzmadı 15-10-2017, 12:49 Azər Məmmədovun “Futbol+”ə açıqlaması klubu silkələdi 15-10-2017, 12:47 Bultuis qalmaqallı müsahibəyə görə sorğu-sual olundu 15-10-2017, 12:46 Hakimliyimizin biabırçı mənzərəsi... 15-10-2017, 12:44 Yığmalar rəsmi oyunlara çıxır, AFFA-nın saytı “yatır” 15-10-2017, 12:42 Reqbi Federasiyası acınacaqlı durumdadı 15-10-2017, 12:36 Gürcü mütəxəssis Cavid Çələbiyevi fərqləndirdi 12-10-2017, 18:20 ABF-nin vitse-prezidentləri arasında fikir ayrılığı 12-10-2017, 18:19 Natalya Məmmədova Rusiyaya iddialı yollanıb 12-10-2017, 18:15 Nicat Muxtarov psixoloji müalicə alır 12-10-2017, 18:14 Rahidin himni oxumamasına sərt münasibət 12-10-2017, 18:13 “CBC Sport”un superliqa fiaskosu 12-10-2017, 18:12 “Qarabağ” rəsmisi Avropa Klublar Birliyinin işçi qrupuna seçildi 12-10-2017, 18:09 UEFA klubları sevindirdi 12-10-2017, 18:06 Divizionun kisəsindən 200 manat çıxdı 12-10-2017, 18:02 İK üzvləri Prosineçki ilə bağlı mövqeyini açıqladı 12-10-2017, 18:00 Prosineçki Bakıya gələn həftə gələcək 12-10-2017, 17:58 U-19 penaltilərlə yıxıldı 12-10-2017, 17:57 Siyasət Əsgərov U-17-nin şansının olduğunu düşünür 12-10-2017, 17:55 Millətlər Liqasında mənzərə aydınlaşdı 12-10-2017, 17:52 U-17-ni də kötəklədilər 12-10-2017, 17:50 BOS-da monitorlar üçün kabellər quraşdırılıb 12-10-2017, 17:47 Kubok mövsümünə start verildi 12-10-2017, 17:44 Veteranlar jurnalistlərə güzəşt etmədi 12-10-2017, 17:36 Yubileyə maliyyə problemləri ilə 12-10-2017, 17:35 Tərlan Əhmədovlu “Neftçi”nin avazı yaxşı gəlir 12-10-2017, 17:32 Rəşad məşqlərə başlayıb, Səlahət də qayıdır Bütün xəbərlər
Ən çox oxunanlar