31 avq 19:00gundem

Kintana "Pasion Futbol”a danışdı

Kintana "Pasion Futbol”a danışdı
“Komandamızda elə futbolçular var ki, müharibədə ailələrini və evlərini itiriblər”
“Qarabağ”ın ÇL-in qrupuna düşməsi İspaniyada komandanın bu ölkədən olan üzvlərinə marağı artırıb. Bir neçə gün öncə Miçellə danışan pireneylilər bu dəfə Dani Kintanaya tribuna veriblər. Konkret "Pasion Futbol” nəşri Kintanadan müsahibə alıb. İspaniyalı yarımmüdafiəçi komandasının ÇL-in qrup mərhələsinə vəsiqə qazanmasından, Ağdamın işğalından, baş məşqçi Qurban Qurbanovdan və başqa məqamlardan danışıb.
- “Qarabağ”a keçidiniz necə alınıb?
- Səudiyyə Ərəbistanında qısa müddət oynadıqdan sonra Azərbaycana yollandım. Əvvəlcə mənə çətin gəlirdi. Çünki FİFA-nın qaydalarına əsasən ilk 6 ayda yeni komandamın heyətində meydana çıxa bilmirdim. Lakin komanda yoldaşlarımın və baş məşqçinin köməyi ilə getdikcə hər şey mənim üçün asanlaşdı.
- Formasını geydiyiniz klub haqda nə deyə bilərsiz?
- Çox peşəkar klubdu. İnfrastruktur ən yüksək səviyyədədi və bu layihədə çoxlu insan çıxış edir. Hədəf dəqiq müəyyənləşdirilib. Komandada rəqabət də yüksək səviyyədədi.
- Fərqli mədəniyyətə alışmaq sizin üçün çətin olmadı?
- Əvvəl Səudiyyə Ərəbistanında olduğuma görə problem yaşamadım. İstənilən halda, mən ünsiyyətə açıq insanam. Buna görə də getdiyim yerlərdə uyğunlaşma prosesini həmişə asan keçirmişəm.
- “Qarabağ”da ilk iliniz necə keçdi?
- İlk mövsüm mənim üçün çox uğurlu alındı. Həm çempion oldum, həm də bombardir. İkinci mövsümdə komanda eyni xətt üzrə hərəkət etdi. Amma mən dizimdən ağır zədə aldım və hələ də sıraya dönə bilməmişəm.
- “Qarabağ” təmsil etdiyi Ağdam şəhərindən 24 ildi uzaq düşüb. Komanda özünüBakıda necə hiss edir?
- Allaha şükürlər olsun, avrokubok oyunlarında ölkənin bütün azarkeşlərinin ürəyi “Qarabağ”la döyünür. Çünki Azərbaycanın, xüsusən də Qarabağın adı Avropada səslənəndə hamı xoşbəxt olur. Başqa ölkələrdə də Ağdamda baş vermiş hadisələrdən xəbər tuturlar.
- Ağdama yollanıb, klubun köhnə stadionu və bazasını görmək imkanınız olub?
- Xeyr. Mənim oranı görmək imkanım olmayıb. Düşünürəm ki, indi Ağdama getmək təhlükəli olduğu üçün məsləhət görülmür.
- Klub öz tarixinə önəm verirmi?
- Əlbəttə, önəm verir. Komandamızda elə futbolçular var ki, müharibədə ailələrini və evlərini itiriblər. Bütün ölkə anlayır ki, biz təkcə özümüz üçün yox, həm də millət üçün oynayırıq.
- “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması necə baş verdi?
- Klub buna nail olmaq üçün illərdi çalırdı. Məlum məsələdi ki, bu, çətin tapşırıq idi. Nəhayət, ağır iş, zəhmət öz bəhrəsini verdi, komanda ÇL-in qrup mərhələsinə vəsiqə əldə etdi. Azərbaycanın adı Çempionlar Liqasında səslənəcəyinə görə ölkədə hamı xoşbəxtdi və qürur hissi keçirir.
- Qrupdakı rəqiblər haqda nə düşünürsüz?
- Düşdüyümüz qrup mənim xoşuma gəlir. Çempionlar Liqasında top-komandalarla qarşılaşmaq bizə böyük təcrübə qazandıracaq. Təbii ki, oyunlar çətin keçəcək. Amma qrupda rəqabət yaratmaq və müsbət obraz formalaşdırmaq üçün sona qədər mübarizə aparacağıq.
- Digər ölkələrin çempionatları ilə müqayisədə Azərbaycan premier-liqası hansı səviyyədədi?
- Çempionat dörddövrəli sistemlə keçirilir və 8 komanda mübarizə aparır. Yeganə mənfi cəhət budu. Ancaq çempionatın ümumi səviyyəsi çoxlarını təəccübləndirə bilər. Avrokubokda “Qarabağ” kimi müntəzəm çıxış edən başqa komandalar da var.
- Sonda 2008-ci ildən “Qarabağ”ın baş məşqçisi olan Qurban Qurbanov haqda danışmağınızı istərdik...
- Qurbanov dəqiq ideyası olan və futbolçunu yaxşı tanıyan məşqçidi. Komandada yaratdığı bərabərliyi, futbolçulara qoyduğu hörməti əvvəl heç yerdə görməmişdim. Onu əsəbi və ya texniki zonadan qışqıran vəziyyətdə görmək çox çətindi. Şəxsən mən belə hesab edirəm ki, bu insan və onun komandası uzun müddət gördükləri iş, bir-birinə olan etibara görə uğuru haqq edir.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 16:04 “Cəhənnəm”də “sülh” Bu gün, 15:59 “Neftçi” ümid verib, uduzdu Bu gün, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu Bu gün, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir Bu gün, 15:46 Coşqun yenə atasını məyus etdi Bu gün, 15:41 Debütantlar yoxlama matçında “sülh bağladı” Bu gün, 15:38 5 və 10 manatlıq biletlər tükəndi Bu gün, 15:37 “Roma” ilə oyunu “skayboks”dan izləmək istəyənlər azdı Bu gün, 15:36 “Neftçi”nin azarkeşi vəfat etdi Bu gün, 15:35 Kamran yenə ehtiyatda qaldı Bu gün, 15:33 “Şahdağ” İlham Əliyevə müraciət etdi Bu gün, 15:31 Ramazan Abbasov Ramin Musayevlə görüşün detallarını açıqladı Bu gün, 15:28 “Araz” “Ekol”u da yendi, sırada İranın vitse-çempionudu Bu gün, 15:26 Sabiq "Xəzər Lənkəran"lı "Neftçi"ni məyus etdi Bu gün, 15:25 Cüdoçular Mariborda tarix yazdı Bu gün, 15:21 Millimiz Bakıda italyanlara uduzdu Bu gün, 15:20 Lunyov mövqeyini qorudu Bu gün, 15:18 Paraşütçülər ilk “10-luq”dan kənarda qaldı 17-09-2017, 16:04 AFFA və PFL-in yeni çempionat ideyası nə vəd edir? 17-09-2017, 16:02 Üçqat dünya çempionu yeni hədəflərini açıqladı 17-09-2017, 15:56 Birinci divizionun debütantları hədəflərdən danışdı 17-09-2017, 15:55 Birinci divizionda limit dəyişdirildi 17-09-2017, 15:54 AFFA ilə “Qarabağ”dan birgə addım 17-09-2017, 15:51 Tərlan Əhmədovla Rəşad Sadiqovun “Zirə”ylə “haqq-hesab”ı var 17-09-2017, 15:50 “Qəbələ” qonşularının startına tamaşa edəcək 17-09-2017, 15:43 “Qarabağ” “Azərsun Arena”nı yükləmək istəməyib 17-09-2017, 15:41 Əliyar Ağayev cəmi bir “sarı” ilə kifayətləndi 17-09-2017, 15:40 Şehiç cəzalandırılmayıb 17-09-2017, 15:36 Qriqorçuk Ukrayna mətbuatına danışdı 17-09-2017, 15:34 "Neftçi"nin məşqi rəhbərlik üçün maraqlı deyil 17-09-2017, 15:32 “Energetik”dən başqa hamı narazılıq edir 17-09-2017, 15:29 Nazarovun komandasını darmadağın etdilər 17-09-2017, 15:27 Tərlan Əhmədov Elxan Abdullayevdən halallıq alacaq 14-09-2017, 17:28 Rəşad Sadıqovun komandası bir hissə dözdü 14-09-2017, 17:25 “Stemford Bric”də azərbaycanlı azarkeşlərlə mühafizəçilər arasında mübahisə yaşanıb 14-09-2017, 17:24 Turalın komandasından uğurlu nəticə 14-09-2017, 17:22 “Qarabağ”da fotoqraf ştatı yoxdu 14-09-2017, 17:20 “Qarabağ”ın məğlubiyyəti sosial şəbəkədə qarşıdurmaya səbəb oldu 14-09-2017, 17:18 UEFA nümayəndələri BOS-la tanış oldu 14-09-2017, 17:16 İlk duellər favoriti göstərmədi 14-09-2017, 17:15 Həmyerlilərimiz Almaniyada klub yaratdı 14-09-2017, 17:14 “Qırmızı”sız tur! 14-09-2017, 17:08 “Qarabağ”ın debütü qara gəldi… 14-09-2017, 17:04 Rəşad Sadiqov karyerasını bitirmək istəyirmiş 14-09-2017, 17:00 İntizam Komitəsi Ayxan Abbasova xəbərdarlıq etdi 14-09-2017, 16:59 Ozobiç ən az biraylıq sıradan çıxıb 14-09-2017, 16:58 Dünya üçüncüsü olan güləşçilər vətənə qayıtdı 14-09-2017, 16:56 Yığma üzvü mükafatlandırıldı 14-09-2017, 16:55 Stolüstü tennisçilərin AÇ sınağı 14-09-2017, 16:53 Nekrasova Macarıstanda birinci oldu 14-09-2017, 16:52 Cavid Qurbanov yığmanın medal qazanacağına inanır 14-09-2017, 16:51 Fərid Qayıbov UEG-in prezidenti olacaq? 14-09-2017, 16:49 Hacı Əliyev Toğrul Əsgərovun çəkisinə keçir 10-09-2017, 18:45 Ronaldinyo Futbol Akademiyasının açılışı 2018-ci ilin aprelinə nəzərdə tutulub 10-09-2017, 18:43 Yusif Nəbiyev “Qəbələ”yə qarşı oynamayacaq 10-09-2017, 18:35 “CBC Sport” texniki detalları həll edir 10-09-2017, 18:34 DİVİZİON XƏBƏRLƏRİ Bütün xəbərlər
Ən çox oxunanlar