30 avq 20:18gundem

Yığma Norveçi məğlub etməlidi!

Yığma Norveçi məğlub etməlidi!
Bunun üçün azı 5 əsas var
Sentyabrın ilk günündə milli Norveçin qonağı olacaq. Şimali İrlandiyaya məğlubiyyətdən sonra azərbaycanlı futbolsevərlərin yığmamızın dünya çempionatında iştirakıyla bağlı arzuları “suya düşsə” də, 1 faiz də olsa, şansımız qalmaqdadı. Futbolçular və məşqçilər heyəti bunu yaxşı bilir. Odu ki, Skandinaviyada əsas məqsəd yalnız və yalnız qələbə olmalıdı. İstəyə çatmaq üçün yetərincə əsas var.
“Qarabağ”ın yaratdığı ab-hava
Hər şeydən əvvəl bu gün ölkədəki futbol bayramını qeyd etməliyik. “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması bir anda ölkəni tərpətdi. Uşaqdan-böyüyə hər kəs məlum uğurdan danışır. Üstündən bir neçə gün ötməsinə baxmayaraq, müzakirə olunan əsas mövzu yenə “Qarabağ”ın əldə etdiyi nəticədi. İnsanlar bu qədər sevinirsə, gör səbəbkarlar hansı hissi keçirir, hansı motivasiyadadılar. Millinin özəyini Ağdam təmsilçinin şərəfini qoruyanların təşkil etdiyini nəzərə alsaq, əlavə nəsə deməyə ehtiyac qalmır. Bu dəqiqə özlərini dünyanın ən xoşbəxti kimi görürlər. Sevinclərinin həddi-hüdudu yoxdu, uğurun eyforiyasını yaşayırlar. Bunun özü Norveç səfəri ərəfəsində olduqca böyük üstünlükdü. Çünki norveçlilər də bundan xəbərdardı və hansı millini və hansı futbolçuları qəbul edəcəklərini bilirlər. Artıq əvvəlki illərdə olduğu kimi oyuna “Azərbaycanda nə vaxtdan futbol olub?” düşüncəsində yanaşmayacaqlar. Qorxacaqlar, həyəcanlanacaqlar, istər-istəməz bizimkilərə hörmətlə yanaşacaqlar. “Qarabağ”lılar isə sevinc üzərinə sevinc gətirmək üçün alışıb-yanacaq. Qısası, psixoloji üstünlük tərəfimizdədi.
Son 3 oyunda 1 məğlubiyyət
Belə baxanda, Norveçdən çəkinməyə dəyməz. Düzdü, səfər matçıdı, azarkeşlərlə bağlı üstünlük onların tərəfindədi. İstəsələr də, istəməsələr də, hücuma atılacaqlar, qol vurmağa çalışacaqlar. Amma Azərbaycan millisini onları üçün düşərli rəqib saymaq olmaz. “Peraşki” dövrü heç. Son 3 ildə bu rəqiblə 3 dəfə qarşılaşmışıq. AÇ-2016-nın seçmə mərhələsində Bakıda baş tutan ilk oyun 0:1 hesabıyla onların xeyrinə başa çatmışdı. Bilirsiz, hansı vaxtlar idi? Berti Foqts Xorvatiyaya acı yenilgidən sonra istefa vermişdi deyə, komandanı Norveçlə görüşə Mahmud Qurbanov çıxarmışdı. Ab-hava yerində deyildi, komanda faktiki baş məşqçisiz qalmışdı. Hələ o vəziyyətdə yığma Laqerbekin yetirmələrinə minimal hesabla uduzmuşdu. Robert Prosineçkinin gəlişindən sonra səfərdəki matç qolsuz bərabərliklə bitmişdi. Cari seçmə mərhələdə Norveçlə Olimpiya stadionundakı qarşılaşmadan təmsilçimiz qalib ayrılmağı bacardı. Oyunun ilk dəqiqələrində Maksim Medvedevin vurduğu həmin qol, yəqin ki, yadınızdadı. Ona görə də rəqibin adından, gücündən, “böyük beşlik” ölkələrində top qovan futbolçularından çəkinməyə dəyməz.
Azərbaycan - skandinaviyalılar üçün “qorxulu yuxu”
Ümumiyyətlə, son illərdə Skandinaviya təmsilçilərini bizimkilər üçün düşərli rəqib saymaq olar. Atletik futbol sərgiləyən skandinaviyalılar texniki bacarığı yüksək olan azərbaycanlılar qarşısında açıq-aşkar çətinliklə üzləşir. Yığmanın yuxarıda diqqətinizə çatdırdığımız nəticələri öz yerində. “Qarabağ”ın sayəsində klub miqyasında da onları üstələyirik. 2009-un yayı yaddan çıxmayıb. O vaxt Avropada heç kimin tanımadığı “Qarabağ” Avroliqada böyük təcrübəyə sahib olan, Norveç nəhəhgi sayılan “Rusenborq”u mübarizədən kənarlaşdırmışdı. Daha sonra həmin nailiyyətə Finlandiya “Honka”sı, İsveç “Gefle”si və “Göteborq”la oyunlarda imza atıldı. “İnter” başqa bir Finlandiya təmsilçisi “Maryehamn”a yerini göstərdi. Yəni son bir neçə ildə futbolda Azərbaycanın adı Skandinaviya ölkələrinin təmsilçiləri üçün “qorxulu yuxu”ya çevrilib.
İtiriləsi heç nə qalmayıb
İtiriləcək heç nə qalmayıb. Nə bizim, nə də onların. Almaniya yığması Rusiyada keçiriləcək mundialda iştirakını 99,9 faiz təmin edibsə, ikinci yer uğrunda Şimali İrlandiya ilə Çexiya mübarizə aparır. Yəni bu iki yığmanın şansı daha çoxdu. İrlandlara məğlubiyyətdən sonra vəziyyətimiz olduqca ağırdı. Bundan sonrakı oyunlarda yalnız britaniyalılarla çexlərin uduzmasına bel bağlamalıyıq. Bir faiz şansımız varsa belə, ondan yapışmaq lazımdı. Hər halda, Norveç üzərində qələbə qrupda çox şeyi dəyişə bilər. Lap deyək ki, 2-ci yer əldən getdi. Yekunda 6 komanda arasında 3-cü yerin nəyi pisdi?! Çexiya və Norveç kimi yığmaları qabaqlamaq, yarışı 13-14 xalla başa vurmaq ciddi mənada uğur sayılacaq. Milli dünənə kimi qrup sonunculuğundan, ən yaxşı halda 5-ci yerdən qurtula bilmirdisə, indi 2-ci yer arzusundadı. Eybi yox, o olmasa da, bir pillə aşağı olsun. Bunu nəzərə alaraq Osloda 3 xal üçün döyüşmək lazımdı. Təsəvvür edin, 10 xal və qarşıda daha 3 oyun.
Prosineçki üçün özünüsübut anı
Yığmaya gəldiyi ilk dönəmlərdə həm davranışı, həm də bacarığı ilə ad çıxaran xorvat çalışdırıcı son vaxtlar Foqtsun ölənlərinə rəhmət oxutdurmaqdadı. Müsahibələrində yekə-yekə danışır, layiq olanlar yığmadan kənarda qalır, bizimkilərə münasibəti də çox-çox dəyişib. Təkcə bu yay iki ayyarım yoxa çıxması, bunu da istirahətlə əlaqələndirməsi çox şeydən xəbər verir. Avrokuboklarda mübarizə aparan 4 təmsilçimizdən heç birinin oyununu stadionda canlı izləmədi. Bakıya Norveçlə oyuna bir həftə qalmış gəldi. Səbəbi məlumdu. Onu “Bursaspor”a buraxmayan AFFA rəhbərliyindən inciyib və əməlləri ilə bunu göstərməyə çalışır. Sirr deyil ki, seçmə mərhələnin, ardınca da müqaviləsinin müddətinin bitməsini gözləyir. Möcüzə baş verməsə, gedəcək. Amma gedəndə də başıuca getmək lazımdı. Yəni nəticə verməklə, çalışdığı ölkədə iz qoymaqla. Məsələn, yığma Norveçə, sonra da Çexiya ilə Almaniyaya uduzsa, Robertin Bertidən heç bir fərqi olmayacaq. Deyək ki, yığma San Marinonu Bakıda da məğlub etdi. Və 10 xalın 6-sı “cırtdan”la oyunlarda qazanıldı. Hanı nəticə, hanı məşqçi işi? Ona görə də Norveçlə oyunda qələbə həm də Prosineçkinin işinə yarayacaq. Həm AFFA rəhbərliyinin qarşısında başını dik tutmaq, həm də onu klubda çalışmağa məcbur edən menecerlərin işini asanlaşdırmaq üçün.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 16:04 “Cəhənnəm”də “sülh” Bu gün, 15:59 “Neftçi” ümid verib, uduzdu Bu gün, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu Bu gün, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir Bu gün, 15:46 Coşqun yenə atasını məyus etdi Bu gün, 15:41 Debütantlar yoxlama matçında “sülh bağladı” Bu gün, 15:38 5 və 10 manatlıq biletlər tükəndi Bu gün, 15:37 “Roma” ilə oyunu “skayboks”dan izləmək istəyənlər azdı Bu gün, 15:36 “Neftçi”nin azarkeşi vəfat etdi Bu gün, 15:35 Kamran yenə ehtiyatda qaldı Bu gün, 15:33 “Şahdağ” İlham Əliyevə müraciət etdi Bu gün, 15:31 Ramazan Abbasov Ramin Musayevlə görüşün detallarını açıqladı Bu gün, 15:28 “Araz” “Ekol”u da yendi, sırada İranın vitse-çempionudu Bu gün, 15:26 Sabiq "Xəzər Lənkəran"lı "Neftçi"ni məyus etdi Bu gün, 15:25 Cüdoçular Mariborda tarix yazdı Bu gün, 15:21 Millimiz Bakıda italyanlara uduzdu Bu gün, 15:20 Lunyov mövqeyini qorudu Bu gün, 15:18 Paraşütçülər ilk “10-luq”dan kənarda qaldı 17-09-2017, 16:04 AFFA və PFL-in yeni çempionat ideyası nə vəd edir? 17-09-2017, 16:02 Üçqat dünya çempionu yeni hədəflərini açıqladı 17-09-2017, 15:56 Birinci divizionun debütantları hədəflərdən danışdı 17-09-2017, 15:55 Birinci divizionda limit dəyişdirildi 17-09-2017, 15:54 AFFA ilə “Qarabağ”dan birgə addım 17-09-2017, 15:51 Tərlan Əhmədovla Rəşad Sadiqovun “Zirə”ylə “haqq-hesab”ı var 17-09-2017, 15:50 “Qəbələ” qonşularının startına tamaşa edəcək 17-09-2017, 15:43 “Qarabağ” “Azərsun Arena”nı yükləmək istəməyib 17-09-2017, 15:41 Əliyar Ağayev cəmi bir “sarı” ilə kifayətləndi 17-09-2017, 15:40 Şehiç cəzalandırılmayıb 17-09-2017, 15:36 Qriqorçuk Ukrayna mətbuatına danışdı 17-09-2017, 15:34 "Neftçi"nin məşqi rəhbərlik üçün maraqlı deyil 17-09-2017, 15:32 “Energetik”dən başqa hamı narazılıq edir 17-09-2017, 15:29 Nazarovun komandasını darmadağın etdilər 17-09-2017, 15:27 Tərlan Əhmədov Elxan Abdullayevdən halallıq alacaq 14-09-2017, 17:28 Rəşad Sadıqovun komandası bir hissə dözdü 14-09-2017, 17:25 “Stemford Bric”də azərbaycanlı azarkeşlərlə mühafizəçilər arasında mübahisə yaşanıb 14-09-2017, 17:24 Turalın komandasından uğurlu nəticə 14-09-2017, 17:22 “Qarabağ”da fotoqraf ştatı yoxdu 14-09-2017, 17:20 “Qarabağ”ın məğlubiyyəti sosial şəbəkədə qarşıdurmaya səbəb oldu 14-09-2017, 17:18 UEFA nümayəndələri BOS-la tanış oldu 14-09-2017, 17:16 İlk duellər favoriti göstərmədi 14-09-2017, 17:15 Həmyerlilərimiz Almaniyada klub yaratdı 14-09-2017, 17:14 “Qırmızı”sız tur! 14-09-2017, 17:08 “Qarabağ”ın debütü qara gəldi… 14-09-2017, 17:04 Rəşad Sadiqov karyerasını bitirmək istəyirmiş 14-09-2017, 17:00 İntizam Komitəsi Ayxan Abbasova xəbərdarlıq etdi 14-09-2017, 16:59 Ozobiç ən az biraylıq sıradan çıxıb 14-09-2017, 16:58 Dünya üçüncüsü olan güləşçilər vətənə qayıtdı 14-09-2017, 16:56 Yığma üzvü mükafatlandırıldı 14-09-2017, 16:55 Stolüstü tennisçilərin AÇ sınağı 14-09-2017, 16:53 Nekrasova Macarıstanda birinci oldu 14-09-2017, 16:52 Cavid Qurbanov yığmanın medal qazanacağına inanır 14-09-2017, 16:51 Fərid Qayıbov UEG-in prezidenti olacaq? 14-09-2017, 16:49 Hacı Əliyev Toğrul Əsgərovun çəkisinə keçir 10-09-2017, 18:45 Ronaldinyo Futbol Akademiyasının açılışı 2018-ci ilin aprelinə nəzərdə tutulub 10-09-2017, 18:43 Yusif Nəbiyev “Qəbələ”yə qarşı oynamayacaq 10-09-2017, 18:35 “CBC Sport” texniki detalları həll edir 10-09-2017, 18:34 DİVİZİON XƏBƏRLƏRİ Bütün xəbərlər
Ən çox oxunanlar