28 avq 19:11gundem

Rauf “Kukesi”də qol hesabını açdı

Rauf “Kukesi”də qol hesabını açdı
Kamran isə debüt oyununda 4 qol buraxdı
Bu yay “İnter”i "Kukesi"yə dəyişən Rauf Əliyevin yeni komandasında debüt etdiyini xəbər vermişdik. Hücumçu yoxlama matçında şans qazanmış, ancaq fərqlənə bilməmişdi. Albaniya çempionu mövsümə hazırlıq çərçivəsində daha bir yoldaşlıq oyunu keçirib. Ölkənin aşağı dəstə təmsilçisi "Poqradeçit"lə qarşılaşmada “Kukesi” 3 cavabsız qolla qalib gəlib. Start heyətində yer alan Rauf yeni komandasında qol hesabını açıb. O, “Kukesi”nin ikinci qolunun müəllifi olub. Qeyd edək ki, Albaniya çempionatı sentyabrın 9-da, yığmaların seçmə mərhələ oyunlarından sonra start götürəcək.
Ölkəmizdə olduğu kimi, Türkiyə superliqasında da 3-cü turun oyunları keçirilib. Millmizin üzvü Dəniz Yılmaz və gənclər yığmamızın futbolçusu Ozancan Kökcünün şərəfini qoruduğu “Bursaspor” səfərdə "Beşiktaş"la üz-üzə gəlib. “Timsahlar” çətin səfərdən məğlubiyyətlə dönüb (1:2). Dəniz start heyətində meydana çıxıb, 66-cı dəqiqədə komandası 2-ci topu qapısında gördükdən sonra əvəzlənib. Ozancanın adı isə matçın iştirak ərizəsinə salınmayıb.
"Ertsgebirge" Almaniyanın 2-ci bundesliqasında növbəti matçına çıxıb. Dmitri Nazarovun şərəfini qoruduğu komanda 4-cü tur çərçivəsində “doğma divarlar” arasında "Nürnberq"lə qarşılaşıb. Aue təmsilçisi qarşılaşmanı qələbə (3:1) ilə başa vurub. Nazarov da bu oyunda diqqət mərkəzinə düşüb. İlk dəqiqələrdən meydanda olan yığma üzvü matçı əvəzlənmədən keçirib. O, 73-cü dəqiqədə “Ertsgebirge”nin ikinci qoluna imza atmaqla qələbədə xüsusi pay sahibi olub. Bununla da ilk qələbəsini qazanan auelilərin 4 xalı var və bu 10-cu yer deməkdi. Yeri gəlmişkən, Nazarovun əvvəlki turda da fərqləndiyini bildirək.
Almaniyada top qovan daha bir yığma üzvü Renat Dadaşov isə “qırmızı” ilə “fərqlənib”. Söhbət gənclər arasında təşkil olunan bundesliqanın Cənub zonasındakı matçdan gedir. “Ayntraxt” 4-cü tur çərçivəsində doğma meydanda "Frayburq"la qarşılaşıb. Bu oyunda qapılara 5 qol vurulub. Frankfurt təmsilçisi böyükhesablı (1:4) məğlubiyyətə üzülüb. Dadaşov ilk dəqiqələrdən meydanda olsa da, 65-ci dəqiqədə qırmızı vərəqə almaqla komandasını azlıqda qoyub.
Makedoniya çempionatında 3-cü turun oyunları baş tutub. Tural Hümbətovun formasını geydiyi "Pobeda" öz meydanında "Şkupi" ilə qarşılaşıb. Meydan sahibləri bu qarşılaşmada qələbə qazanıb - 2:1. Tural Makedoniya klubundakı ilk rəsmi matçında start heyətində yer alıb. Hümbətovun debüt matçında isə komandası yeni mövsümün ilk xalını və qələbəsini qazanıb. "Pobeda" hazırda 3 xalla 10 komanda arasında altıncı pillədədi.
Daha bir yığma üzvü darmadağına üzülüb. Söhbət millinin əsas qapıçısı Kamran Ağayevdən gedir. O, "Mlada Boleslav"ın heyətində Çexiya çempionatının 5-ci turu çərçivəsində ilk rəsmi oyununu keçirib. "Slaviya" (Praqa) ilə səfər matçında "çərçivə"ni qoruyan Ağayev qapısında nə az, nə çox - düz 4 qol görüb. "Mlada Boleslav" isə bu qollardan heç birinin əvəzini çıxa bilməyib. 5 turdan sonra bu komandanın hesabında cəmi 1 xal var və turnir cədvəlinin sonuncusudu.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 16:04 “Cəhənnəm”də “sülh” Bu gün, 15:59 “Neftçi” ümid verib, uduzdu Bu gün, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu Bu gün, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir Bu gün, 15:46 Coşqun yenə atasını məyus etdi Bu gün, 15:41 Debütantlar yoxlama matçında “sülh bağladı” Bu gün, 15:38 5 və 10 manatlıq biletlər tükəndi Bu gün, 15:37 “Roma” ilə oyunu “skayboks”dan izləmək istəyənlər azdı Bu gün, 15:36 “Neftçi”nin azarkeşi vəfat etdi Bu gün, 15:35 Kamran yenə ehtiyatda qaldı Bu gün, 15:33 “Şahdağ” İlham Əliyevə müraciət etdi Bu gün, 15:31 Ramazan Abbasov Ramin Musayevlə görüşün detallarını açıqladı Bu gün, 15:28 “Araz” “Ekol”u da yendi, sırada İranın vitse-çempionudu Bu gün, 15:26 Sabiq "Xəzər Lənkəran"lı "Neftçi"ni məyus etdi Bu gün, 15:25 Cüdoçular Mariborda tarix yazdı Bu gün, 15:21 Millimiz Bakıda italyanlara uduzdu Bu gün, 15:20 Lunyov mövqeyini qorudu Bu gün, 15:18 Paraşütçülər ilk “10-luq”dan kənarda qaldı 17-09-2017, 16:04 AFFA və PFL-in yeni çempionat ideyası nə vəd edir? 17-09-2017, 16:02 Üçqat dünya çempionu yeni hədəflərini açıqladı 17-09-2017, 15:56 Birinci divizionun debütantları hədəflərdən danışdı 17-09-2017, 15:55 Birinci divizionda limit dəyişdirildi 17-09-2017, 15:54 AFFA ilə “Qarabağ”dan birgə addım 17-09-2017, 15:51 Tərlan Əhmədovla Rəşad Sadiqovun “Zirə”ylə “haqq-hesab”ı var 17-09-2017, 15:50 “Qəbələ” qonşularının startına tamaşa edəcək 17-09-2017, 15:43 “Qarabağ” “Azərsun Arena”nı yükləmək istəməyib 17-09-2017, 15:41 Əliyar Ağayev cəmi bir “sarı” ilə kifayətləndi 17-09-2017, 15:40 Şehiç cəzalandırılmayıb 17-09-2017, 15:36 Qriqorçuk Ukrayna mətbuatına danışdı 17-09-2017, 15:34 "Neftçi"nin məşqi rəhbərlik üçün maraqlı deyil 17-09-2017, 15:32 “Energetik”dən başqa hamı narazılıq edir 17-09-2017, 15:29 Nazarovun komandasını darmadağın etdilər 17-09-2017, 15:27 Tərlan Əhmədov Elxan Abdullayevdən halallıq alacaq 14-09-2017, 17:28 Rəşad Sadıqovun komandası bir hissə dözdü 14-09-2017, 17:25 “Stemford Bric”də azərbaycanlı azarkeşlərlə mühafizəçilər arasında mübahisə yaşanıb 14-09-2017, 17:24 Turalın komandasından uğurlu nəticə 14-09-2017, 17:22 “Qarabağ”da fotoqraf ştatı yoxdu 14-09-2017, 17:20 “Qarabağ”ın məğlubiyyəti sosial şəbəkədə qarşıdurmaya səbəb oldu 14-09-2017, 17:18 UEFA nümayəndələri BOS-la tanış oldu 14-09-2017, 17:16 İlk duellər favoriti göstərmədi 14-09-2017, 17:15 Həmyerlilərimiz Almaniyada klub yaratdı 14-09-2017, 17:14 “Qırmızı”sız tur! 14-09-2017, 17:08 “Qarabağ”ın debütü qara gəldi… 14-09-2017, 17:04 Rəşad Sadiqov karyerasını bitirmək istəyirmiş 14-09-2017, 17:00 İntizam Komitəsi Ayxan Abbasova xəbərdarlıq etdi 14-09-2017, 16:59 Ozobiç ən az biraylıq sıradan çıxıb 14-09-2017, 16:58 Dünya üçüncüsü olan güləşçilər vətənə qayıtdı 14-09-2017, 16:56 Yığma üzvü mükafatlandırıldı 14-09-2017, 16:55 Stolüstü tennisçilərin AÇ sınağı 14-09-2017, 16:53 Nekrasova Macarıstanda birinci oldu 14-09-2017, 16:52 Cavid Qurbanov yığmanın medal qazanacağına inanır 14-09-2017, 16:51 Fərid Qayıbov UEG-in prezidenti olacaq? 14-09-2017, 16:49 Hacı Əliyev Toğrul Əsgərovun çəkisinə keçir 10-09-2017, 18:45 Ronaldinyo Futbol Akademiyasının açılışı 2018-ci ilin aprelinə nəzərdə tutulub 10-09-2017, 18:43 Yusif Nəbiyev “Qəbələ”yə qarşı oynamayacaq 10-09-2017, 18:35 “CBC Sport” texniki detalları həll edir 10-09-2017, 18:34 DİVİZİON XƏBƏRLƏRİ Bütün xəbərlər
Ən çox oxunanlar