27 avq 17:52gundem

Tanıtma

Tanıtma
Çelsi
Tam adı: Chelsea Football Club
Ləqəbi: zadəganlar, göylər
Yaranma tarixi: 1905
Stadionu: Stemford Bric (41631 yerlik)
Təmsil etdiyi şəhər: London
Sahibi: Roman Abramoviç
Prezidenti: Brüs Bak
Baş məşqçisi: Antonio Konte
Çıxış etdiyi çempionat: premyer-liqa
Son mövsüm tutduğu yer: 1
Forma rəngi: göy (ev), ağ-göy (səfər)
Uğurları: 6 dəfə ölkə çempionu (1955, 2005, 2006, 2010, 2015, 2017), 7 dəfə ölkə kubokunun qalibi (1970, 1997, 2000, 2007, 2009, 2010, 2012), 5 dəfə Liqa kubokunun (1965, 1998, 2005, 2007, 2015), 4 dəfə ölkə superkubokunun qalibi (1955, 2000, 2005, 2009), ÇL-in qalibi (2012), AL-in qalibi (2013), 2 dəfə Kuboklar Kubokunun qalibi (1971, 1998), UEFA Superkubokunun qalibi (1998).

Avrokuboklardakı göstəricisi
ÇL 152 77 43 32 257-130
AL 17 10 2 5 28-15
Kuboklar Kuboku 39 23 10 6 81-28
UEFA Superkuboku 3 1 1 1 4-6
cəmi 211 111 56 44 370-179

1904-cü ildə Qus Mirs Stemford Bricdəki atletika stadionunu futbol arenasına çevirmək üçün alır. Həmin arenanın “Fulhem”ə icarəyə verilməsi fikrini isə qəbul etmir. Mirs stadiondan istifadə məqsədilə öz klubunu yaratmağa qərar verir. Regionda artıq bir futbol komandası – “Fulhem” olduğuna görə “Çelsi”nin yaranması prosesində “Kensinqton”, “Stemford Bric” və “London” kimi klub adları birləşdirilir. Beləliklə, “Çelsi”nin əsası 1905-ci il martın 10-da “Yüksələn günəş” adlı pivəxanada qoyulur və bir müddət sonra futbol liqasına qəbul olunur. Komanda ikinci mövsümündəcə birinci liqaya yüksəlir və hətta yaranmasının 10 illiyində - 1915-də kubokun finalına vəsiqə qazanır. Lakin “Old Trafford”dakı görüşdə “Şeffild Yunayted”ə 3 cavabsız qolla məğlub olur. Bundan sonra komanda ətrafında təkcə azarkeş kütlələri cəmləşmir, hətta tanınmış oyunçuların da cəlb edilməsi işi genişlənir. Ancaq birinci dünya müharibəsindən başlayaraq, ikinci dünya savaşı da daxil olmaqla uzun müddət klub susqunluq dövrü yaşayır. Nəhayət, 1952-ci ildən etibarən keçmiş “Arsenal”lı, veteran hücumçu Ted Drakenin rəhbərliyi altında “Çelsi”də müasirləşdirilmə prosesi başlayır. O klubdan təqaüdçü kollektivi uzaqlaşdırır, təlim-məşq rejimini yaxşılaşdırır, aşağı divizionlardan və həvəskar liqalardan istedadlı gənclər cəlb olunur. Bütün bu işlər 1954/55 mövsümündə bəhrə verir. Belə ki, həmin “futbol ili”ndə yenilənmiş və daha komplektləşmiş komanda ilk çempionluğunu bayram edir. Yeri gəlmişkən, 1955-ci ildə UEFA ən güclülərin yer aldığı Çempionlar Kubokunu (ÇL) yaradır. Ancaq İngiltərə Futbol Liqasının təkidi ilə “Çelsi” bu yarışa qatılmaqdan imtina edir. İlk çempionluqan sonra komanda uğurunun davamını gətirə bilmir və bir müddət çempionatda orta yerlərdə “gününü keçirir”. 1961-ci ildə isə Ted Drakenin yerinə Tommi Doherti gətirilir. Dohertinin gəlişi ilə komandada yeni dövr başlayır. Onun yenidən formalaşdrığı klub 1965-ci ildə Liqa kubokunu qazanır. Paytaxt klubuna növbəti kuboku qazanmaq üçün 5 il vaxt lazım olur. Bu arada Dohertini Deyv Cekston əvəzləyir. “Göy-ağlar” 1970-ci ildə ölkə kubokunun finalında “Lids”i 2:1 hesabıyla məğlub etməklə bu “cəbhə”də ilk titulunu qazanır. Ardınca isə “göylər” Kuboklar Kubokunun qalibi olur. Növbəti 10 illik “Çelsi” üçün təlatümlü bir dövr idi. Rəhbərliyin qərarı ilə “Stemford Bric”in yenidən qurulması klubun maliyyə sabitliyini təhlükə altna qoyur, ulduz oyunçular satılır və komanda aşağı diviziona düşür. Stadionun təmiri üçün nəzərdə tutulan büdcədən əlavə xərclər 1,3 milyonu aşır. 1982-ci ildə bank klubun qəbzlərini nəğdləşdirməkdən imtina edir. Futbolçuların maaşsız qalması isə hər kəsin səbr kasasını doldurur. Kluba daha əvvəl şimaldakı kiçik komandalarla işləyən iş adamı Ken Bates dəvət olunur. Bates klubu nominal məbləğə – 1 funt sterlinqə alır. Bu isə fəlakətin son həddi idi. Klub iflas etdiyindən sahibləri “Stemford Bric”i tikinti şirkətinə satmağa qərar verir. Bu, komandanın stadionunu itirməsi demək idi. Gözlənilən o idi ki, stadionun ərazisində mənzillər və başqa obyektlər tikiləcək. 1982/83 mövsümündə komanda hətta 3-cü diviziona düşməyə yaxın olsa da, son ev oyununda qazanılan qələbə “Çelsi”ni 2-ci divizionda saxlayır. Növbəti mövsüm isə Con Noel kiçik xərclər fonunda inadkar komanda formalaşdırdı və “göy-ağlar” 2-ci divizionun qalibi olaraq, 1-ci diviziona yüksəldi. Elitaya dönüş 1988/89 mövsümünə təsadüf edib. Uzun müddət davam edən hüquqi müharibədən sonra Bates 1992-ci ildə bank mülkiyyətçiləri ilə müqavilə imzalayıb, klubun stadionunu özünə qaytarmağı bacarır. 1993-96-cı illərdə Qlenn Hoddlun rəhbərlik etdiyi komanda yavaş-yavaş iddiasını gücləndirir. Ardınca komandaya futbolçu kimi dəvət olunan Ruud Qullit daha sonra baş məşqçi postuna yiyələnir. Özü də oynayan-məşqçi kimi. Ümumi yüksəliş uğuru də gətirir. 1997-ci ildə ölkə kubokunu qazanan “Çelsi” növbəti il daha 3 titula yiylənir. Söhbət Liqa kuboku, Kuboklar Kuboku və UEFA Superkubokundan gedir. 2000-04-cü illərdə isə komanda Klaudio Ranyeriyə tapşırılır. 2003-cü il iyunun 2-də Ken Bates “Çelsi”ni rusiyalı milyarder Roman Abramoviçə 140 milyon funt sterlinqə satır. Yəhudi iş adamı futbolçulara 100 milyon funt sterlinqdən çox pul xərcləyir. Ancaq Ranyeri bunun qarşılığında uğur qazanmayınca baş məşqçi postunda onu Joze Mourinyo əvəzləyir. Portəgiz çalışdırıcı 3 il “zadəganlar”ın “sükanı arxasında” oldu. Həmin müddətdə “Çelsi” 5 titul qazandı. Arda-arda iki dəfə ölkə çempionluğunu əldə edən, 2 dəfə liqa kubokunun qalibi olan “göylər” ölkə kubokuna da yiyələndi. Və bu klub tarixinin ən parlaq nəticəsi idi. Portəgiz mütəxəssisi isə baş məşqçi postunda israilli Avraam Qrant əvəzlədi. Onun rəhbərliyi altında paytaxt klubu ÇL-in finalına kimi irəliləsə də, həlledici görüşdə MY “zadəganlar”ın yolunu kəsdi. Oyunun əsas vaxtı heç-heçə (1:1) bitdiyindən, qalib penalti seriyasında müəyyənləşdi və Qrantın yetirmələri qitənin ən güclüsü ola bilmədi. Daha sonra isə “Çelsi”ni Qus Hiddink, ardınca Karlo Ançelotti kimi tanınmış mütəxəssislər çalışdırdı. Bu ərəfədə komanda ancaq ölkədaxili titullarla kifayətlənirdi. Nəhayət, 2012-ci ildə “Çelsi” ən böyük arsuzuna çatdı. “Zadəganlar” Roberto Di Matteonun rəhbərliyi altında ÇL-in qalibi adını qazandı. Yarımfinalda “Barselona”nı yolundan kənarlaşdıran (1:0, 2:2) ingilislər finalda “Bavariya” ilə üz-üzə gəldi. Yeri gəlmişkən, münhenlilərin yarımfinalda digər İspaniya klubunu – “Real”ı üstələməsi də maraqlı məqamdı. Belə deyək, İspaniya nəhənglərini turnirdən uzaqlaşdıran “Çelsi” və “Bavariya”nın həlledici matçdakı mübarizəsi də dramatik alındı. Hesabda 0:1 geridə olan “zadəganlar” yalnız son dəqiqələrdə Didye Droqbanın qolu ilə məğlubiyyətdən xilas oldu. Penalti seriyasında isə ingilislər almanlardan daha dəqiq olaraq (4:3) qitənin ən nüfuzlu klub turnirinin qalibi adını qazandı. 2013-cü ildə komanda yenidən Joze Mourinyoya tapşırıldı. O, 2014/15 mövsümündə komandanı çempion etsə də, növbəti “futbol ili”ndə işlər qaydasında getmədiyindən paytaxt klubundan ayrıldı. “Çelsi” ötən mövsüm Antonio Kontenin rəhbərliyi altında ən yaxın izləyicisi “Tottenhem”i 7 xal qabaqlayaraq tarixində 6-cı dəfə ölkədə ən güclü oldu. Kubokun finalında isə paytaxt təmsilçisi “Arsenal”a məğlub oldu (1:2).
Heyət və baş məşqçi
Premyer-liqada italyan məşqçilərin uğurlu fəaliyyət göstərməsi Kontenin timsalında bir daha təsdiqini tapdı. Axı daha öncə Karlo Ançelotti “Çelsi”, Roberto Mançini MS, Klaudio Ranyeri isə “Lester”lə çempionluq sevinci yaşamışdı. Beləcə Konte də bu siyahıya adını yazdırmış oldu. Özü də “zadəganlar” 38 oyuna 30 qələbə qazanmaqla premyer-liqa rekorduna yiyələndi. Heyətə gəlincə, ötən mövsümlə müqayisədə dörd yeni futbolçu cəlb olunub. Bunlar Alvaro Morata, Antonio Rüdiger, Kabalyero, və Temue Bakayokodu. Təbii, komandanın əsas silahı Eden Azardı. Ötən mövsümü yüksək səviyyədə keçirən belçikalı hazırda zədəlidi. 20 qolla ötən mövsüm komandasının bombardiri olan Dieqo Kostanın taleyi isə sual altındadı. Fakt budu ki, Konte ona güvənmir, hətta ispan hücumçu məşqlərdə də iştirak etmir. “Çelsi” yeni mövsümə pis başlamışdı. İlk turda “Bernli”yə “doğma divarlar” arasında uduzan (2:3) Kontenin yetirmələri növbəti turda “Tottenhem” səfərindən əlidolu (2:1) döndü.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub Dünən, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur Dünən, 22:04 Emin Ağayev yığmada potensial görür Dünən, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir Dünən, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik Dünən, 22:00 Dünya çempionatının püşkü atıldı Dünən, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər Dünən, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! Dünən, 21:52 "Arsenal"la oyunun biletləri satışda Dünən, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi Dünən, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” Dünən, 21:04 Alesio yığmanın heyətini açıqladı Dünən, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi Dünən, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? Dünən, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir Dünən, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı Dünən, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında Dünən, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi Dünən, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir Dünən, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb Dünən, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır Dünən, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” Dünən, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır Dünən, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq Dünən, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır Dünən, 00:05 Turun oyunçusu Dünən, 00:04 TURUN SİTATI Dünən, 00:02 Məhsuldarlıq rekord vurdu Dünən, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi 18-09-2018, 22:12 Əliyar Ağayev “Latsio” – “Apollon” oyununda 18-09-2018, 22:10 “Sportinq” kubok mübarizəsinə qələbə ilə başladı 18-09-2018, 22:08 UEFA “Sportinq”i cəzalandırdı 18-09-2018, 22:07 Leteksiye “Qarabağ”ın oyununda qrupda debüt edəcək 18-09-2018, 22:07 “Qarabağ” bu gün yola düşür: 7 saatlıq uçuş 18-09-2018, 22:05 “Traktorsazi” dayandı, “Maşınsazi” davam edir 18-09-2018, 21:48 Samir Abasovun əziyyəti hədər getdi 18-09-2018, 21:45 Rüfət Dadaşov Almaniyada növbəti qolunu vurdu 18-09-2018, 21:44 Qriqorçuk “Astana”ya qayıdacaq 18-09-2018, 21:43 Volkan Üst infarkt keçirib 18-09-2018, 21:42 “Keşlə” Bosançiçi göndərdi 18-09-2018, 21:40 Rahid formada olmadığını etiraf etdi 18-09-2018, 21:37 Bayılda qarşılıqlı qollar 18-09-2018, 21:16 Deviç vurur, “Sabah” udur 18-09-2018, 21:13 “Zirə”yə texniki məğlubiyyət veriləcək 18-09-2018, 21:12 “Neftçi” “yuva”ya qayıdışını qələbəylə qeyd etdi 18-09-2018, 21:10 Startda “sülh” olmadı 18-09-2018, 21:08 Təyinatlar açıqlandı 14-09-2018, 23:16 “Uşaq vaxtı Kasorlayla bir yerdə oynamışam” 14-09-2018, 23:04 Dünya çempionatı üçün rekord mükafat fondu Bütün xəbərlər
Ən çox oxunanlar