20 avq 18:14gundem

“Parken”də anşlaq gözlənilir

“Parken”də anşlaq gözlənilir
“Qarabağ”ın rəqibi bu gün çempionat oyunu keçirəcək
“Kopenhagen” “Qarabağ”la oyuna qədər Danimarka çempionatında bir oyun keçirəcək. Konkret paytaxt təmsilçisi bu gün “Syonneryusk”lə qarşılaşacaq. Daxili birincilikdə işləri yolunda getməyən komandanın üzvləri istədikləri oyunu sərgiləyə bilmədiklərini etiraf edirlər. “Kopenhagen"in aparıcı üzvlərindən Peter Ankersen klubun rəsmi saytına belə deyib: “Hələ istədiyimiz oyunu oynaya bilmirik. Bunun üçün çalışmalıyıq. İrəliləyiş olsa da, daha yaxşısına ehtiyac var. Bu dəqiqə “Syonneryusk”a qarşı oyunu düşünürük. Daha sonra diqqətimizi növbəti görüşə yönəldəcəyik. Azarkeşlərimizi qələbə ilə sevindirmək istəyirik. Bu missiyanın öhdəsindən gələ biləcəyimizə əminəm”.
“Qarabağ”ın rəqibi indiki vəziyyətdə hər iki cəbhəyə ciddi yanaşmalı olsa da, heç şübhəsiz, əsas gücünü avqustun 23-dəki cavab görüşünə səfərbər edəcək. Xüsusilə oyun Danimarka təmsilçisinin baş məşqçisi Stole Solbakken üçün əlamətdar olacaq. UEFA-nın rəsmi saytı matçla bağlı statistik məlumatları təqdim edib ki, materialda 49 yaşlı mütəxəssisin avrokuboklarda 100-cü oyununa çıxacağı qeyd olunub. Son 10 ev oyununda "Kopenhagen" yalnız bir dəfə uduzub. Heç şübhəsiz, Solbakken yubiley matçında ilk oyundakı minimal hesablı məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.
Qeyd edək ki, Solbakken futbolçu karyerasını ürəyində yaranan problemlə bağlı 32 yaşında məhz “Kopenhagen”də başa vurub. O, daha əvvəl 2006 - 11-ci illərdə paytaxt klubunda baş məşqşi vəzifəsində çalışıb. 2012-13-cü illərdə Almaniyanın “Köln” və İngiltərənin “Vulverhempton” komandalarında etimadı doğrultmayan norveçli mütəxəssis yenindən “Kopenhagen”ə dönüb.
Bu arada “Kopehagen” - “Qarabağ” matçına bilet satışı ilə bağlı son durum bəlli olub. Prosesin gedişindən belə anlaşılır ki, cavab görüşündə da anşlaq olacaq. Danimarka mətbuatının yaydığı xəbərə görə, azarkeşlərin oyuna marağı böyükdü. Satışa çıxarılan 40 min biletdən cəmi 6646-sı qalıb ki, gün ərzində rəqəmin daha da kiçiləcəyi gözləniləndi.
Qeyd edək ki, avqustun 23-də “Telia Parken”də keçiriləcək oyun Bakı vaxtı ilə saat 22.45-də başlayacaq.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 10:06 Həftənin idman proqramı Bu gün, 10:01 “Sumqayıt 70”dən yubiley hədiyyəsi Bu gün, 09:59 “Neftçi” – “Sperantsa”: hakimlər açıqlandı, biletlər satışa çıxarıldı Bu gün, 09:56 "Forza Neftçi" bu gün Bakıya çatacaq Bu gün, 09:54 Emil Balayev qol buraxmadı, rəmzi komandaya düşdü Bu gün, 09:52 “Dauqavpils” Əli Şirinovu rənglərinə bağladı Bu gün, 09:47 Stankoviç Kişinyovda oynamadığına görə üzgündü Bu gün, 09:43 Yığmanın heyəti açıqlandı Bu gün, 09:42 AÇ üçün rekord müraciət 15-07-2019, 14:37 PFL yeni mövsümə yenilənmiş Əsasnamə ilə başlayacaq 15-07-2019, 14:35 Çimərlik futbolu üzrə yığmanın üzvlərinə danışmaq qadağası qoyulub 15-07-2019, 14:32 Kamran Quliyev legioner transferini istisna etmədi 15-07-2019, 14:28 “Neftçi” işinin öhdəsindən gəldi 15-07-2019, 14:26 Vidadi Rzayev “Səbail”in də şansının olduğunu düşünür 15-07-2019, 14:24 Ramil “Dinamo”nun heyətində rəsmi oyuna çıxdı 15-07-2019, 14:21 Ağabala dubl edəcəyini gözləmirmiş 15-07-2019, 14:18 “Sevindirici haldı ki, Kişinyova hər iki gəlişim uğurlu alınıb” 15-07-2019, 14:15 Yaşıllığa bürünən, dəbdəbədən uzaq Kişinyov... 15-07-2019, 14:13 Proqrama pul tapmadız? 15-07-2019, 14:11 Mövqeyimiz dəyişmədi 15-07-2019, 14:07 Transfer dosyesi 15-07-2019, 14:04 Rəşid Mahmudov Moskvada Peleni canlı izləyib 13-07-2019, 15:35 Voleybol yığmamız Bolqarıstana yollandı 13-07-2019, 15:28 Nazim Babayev bayrağımızı dalğalandırdığı üçün qürur hissi keçirir 13-07-2019, 15:23 Nikola Yurçeviçin məzuniyyəti bitdi 13-07-2019, 15:20 “İmarət”dən “Forza Neftçi”nin Moldova səfərinə atmaca 13-07-2019, 15:16 Rəmiş Malıyev “Keşlə”dən və futboldan getdi 13-07-2019, 15:09 “Forza Neftçi” Kişinyovda da tribunaya fişəng keçirdi 13-07-2019, 15:01 “Neftçi” mərhələnin taleyini Kişinyovda həll etdi 13-07-2019, 14:56 “Sperantsa”nın baş məşqçisi boşboğazlıq etdi 13-07-2019, 13:17 “Qəbələ”nin gücü bir hissəyə çatdı 13-07-2019, 13:15 Region Liqasının mükafatçısı üçün tədbir 13-07-2019, 13:09 Aftandil Hacıyev: “Əlbəttə, çalışacağıq, amma çox çətin görünür” 13-07-2019, 12:59 Ağabala “Səbail”i məğlubiyyətdən qurtara bilmədi 13-07-2019, 12:48 “Qarabağ” səhərəyaxın qayıtdı 13-07-2019, 12:44 “Qarabağ” biletləri satışa çıxardı 13-07-2019, 12:39 Aqolli heç-heçəni “Qarabağ” üçün uğurlu nəticə sayır 13-07-2019, 12:35 “Partizani” rəhbərliyi məmnundu 13-07-2019, 12:24 “Neftçi”ni məyus etmiş komandanın oyunçusu “Keşlə”də 13-07-2019, 12:18 Əsgər Abdullayev “Araz Naxçıvan”da! 13-07-2019, 12:15 Nazim Süleymanovun qalmaqallı müsahibəsinə sözardı 13-07-2019, 12:12 İki azərbaycanlı ulduzun avrokubok macəraları 12-07-2019, 12:36 Federasiya Fransa çempionu olan basketbolçuyla maraqlanmır 12-07-2019, 12:33 Yığmanın baş məşqçisi istefa verdi 12-07-2019, 12:30 Məğlubiyyətdən başqa istənilən nəticə Bordini qane edəcək 12-07-2019, 12:26 "Sperantsa" ilə oyunöncəsi 9 saatlıq yolculuq 12-07-2019, 12:22 “Forza Neftçi” gömrük məntəqəsində problemlə üzləşdi 12-07-2019, 12:20 "Neftçi" yayın hüququnu 5 min avroya aldı 12-07-2019, 12:11 “Zirə”nin prezidenti istefa verdi 12-07-2019, 12:01 Nazim Süleymanov “vulkan kimi püskürdü” 12-07-2019, 11:58 “Tofiq Bəhramov” avropalılar önünə sökük örtüklə çıxacaq 12-07-2019, 11:55 Riad Rəfiyev Nazim Süleymanova cavab verməyi lazım bilmədi 12-07-2019, 11:47 MOK və AFFA Vaqif Davudovu yubileyi münasibətilə təbrik etdi 12-07-2019, 11:45 “Qəbələ” Adeniyini 100 min avroya icarəyə verdi 12-07-2019, 11:44 “Sabah” transferlərdən “doymur” 12-07-2019, 11:42 Rəhim Həsənov Slovakiyaya gedir 11-07-2019, 18:36 Sakit Alıyevin xatirə turniri başa çatdı Bütün xəbərlər
Ən çox oxunanlar