17 avq 19:44gundem

Hakimlər “Qarabağ”ın tarixi qələbəsinə kölgə salmadı

Hakimlər “Qarabağ”ın tarixi qələbəsinə kölgə salmadı
Tahir Süleymanov: “Hakim bu epizoda bir qədər sərt, şablon yanaşsaydı, çox ağır cəza ola bilərdi”
Srağagün “Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçında “Kopenhagen”i qəbul etdi. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunda son 4 ilin çempionu danimarkalıları 1:0 hesabıyla məğlub etməklə tarix yazdı. İndi hər şey “Qarabağ”ın əlindədi. Respublika stadionundakı qarşılaşmanı italiyalı hakimlər briqadası idarə edirdi. Əsas söz sahibi Paolo Talyavento idi. “Qarabağ”ın yaxşı təsir bağışladığı oyun hakimlər üçün asan keçmədi. Matç maraqlı epizodlarla yadda qaldı. Qayda pozuntuları, fasilələr çox olsa da, bəribaşdan Talyaventonun oyunu normal idarə etdiyini qeyd etmək lazımdı. Sərt mübarizəyə imkan verən italyan bəzi məqamlarda fərqli qərarlar da verə bilərdi. Həmin epizodları sizə təqdim edirik.
Epizod 1, 21-ci dəqiqə: Qara Qarayevin meydanın dərinliyindən etdiyi uzun ötürməni hücuma dəstək verən Maksim Medvedev qəbul etdi. Lakin rəqib futbolçu Benqtsson onunla çiyin-çiyinə mübarizə apardı. Hətta onu tutub saxlamağa cəhd etdi. Pyerdən qurtulmağa çalışan Maksim əsəbləşərək rəqibə zərbə endirmək istədi. Yaxşı ki, Medevedevin hərəkətindən sonra rəqibə toxunuş olmadı. Hakim bəlkə də bu üzdən oyunu saxlamadı. Bəlkə də həmin vəziyyətdə “Qarabağ”ın kapitanına sarı vərəqə göstərmək olardı. Amma əl rəqibə dəysəydi, vərəqənin rəngi dəqiq qırmızı olacaqdı. Ümumiyyətlə, Maksim srağagün silsilə qayda pozuntuları və kobudluqlarla yadda qaldı. Nədənsə italiyalı ona vərəqə göstərmədi.
Epizod 2, 33-cü dəqiqə: komanda yoldaşlarına müdafiədə də kömək edən Gerye ilə yenə Benqtsson arasında çəkişmə oldu. Hər iki futbolçu bir-birini itələdi. Hətta Gerye daha çox rəqibə təzyiq etdi. Onun bu hərəkətləri Qurban Qurbanovun da xoşuna gəlmədi və futbolçuya işarə ilə nöqsan tutdu. Lakin hakim heç bir tərəfə xəbərdarlıq etmədi.
Epizod 3, 90+3-cü dəqiqə: meydana ikinci hissədə çıxan Amankvaa Aqolliyə qarşı qaydanı pozdu və hakim sarı vərəqə göstərdi. 1 dəqiqə sonra isə Danni ikinci sarını almalıydı. O, topa yiyələnərkən Almeydanın pressinqi ilə üzləşdi. Futbolçu qaydanın pozulduğunu, hakimin fit çalacağını zənn edərək, topu qucağına aldı. Hakim isə bunu qayda pozuntusu kimi qiymətləndirdi. Lakin Amankvaaya ikinci sarı vərəqə göstərilmədi.
Yuxarıda sadaladığımız epizodları və oyunun ümumi idarəçiliyini mütəxəssislə müzakirə etməyi lazım bildik. Sabiq FİFA referisi, beynəlxalq dərəcəli hakim Tahir Süleymanov hər şeyə aydınlıq gətirdi: “Çempionlar Liqasının pley-off və qrup oyunlarına əsasən təcrübəli, nüfuzlu, işini bacaran hakimlər təyin olunur. "Qarabağ"- “Kopenhaqen" görüşünə də italyan hakimlərin göndərilməsi təsadüfi deyildi. Bu məqam görüşün mahiyyətini, önəmini göstərir. Baş hakim 90 dəqiqə ərzində çox inamlı idi. İlk dəqiqələrdən avtoritetini futbolçulara göstərdi və oyunun həqiqi hakimi olduğunu sona kimi qoruyub saxladı. Komandalar da hakimi meydanda şəksiz qəbul etdi. İdarəçilik manerası, meydanda hərəkəti, özünəinamını çox bəyəndim. Bu tipli görüşlərdə mübarizəyə daha çox şərait yaradılır. Bunu da italyan obyektiv olaraq meydanda hər iki komanda üçün təmin etdi. Epizodlara gəlincə, Maksimə belə hallarda çox təmkinli davranmağı tövsiyyə edirəm. Hakim bu epizoda bir qədər sərt, şablon yanaşsaydı, çox ağır cəza ola bilərdi. "Qarabağ"ın qələbəsi, mərhələ keçmək şansı sual altında olardı. Rəqibin Maksimə qarşı xırda foluna belə reaksiya yolverilməzdi. Baş hakimin təcrübəsi, oyunun axarına müdaxilə etmək istəməməsi "Qarabağ"ı və futboçumuzu xətadan qurtardı. Hər futbolçu bilməlidi ki, rəqibi vurmaq və ya buna cəhd etmək qırmızı vərəqədi. Kapitan istər oyunu, istərsə də davranışı ilə meydanda nümunə olmalıdı. Oyunların yükü çox ağırdı. Xırda bir səhv baha başa gələ bilər. İnanıram ki, cavab görüşünə hazırlıq zamanı Qurban Qurbanov futbolçularla belə epizodları müzakirə edib, düzgün təhlillər aparacaq, lazımlı tövsiyələrini verəcək. Digər epizodlarda ikili mübahisəni qeyd etdiyim kimi, hakim oyunun mahiyyətinə, öz təcrübəsinə uyğun olaraq tənzimləyirdi. Həmin epizodda rəqib futbolçuya topu əllə tutduğuna görə ikinci sarı göstərilə bilərdi. Yuxarıda qeyd etdiyim fikirlərə, hakim psixologiyasına görə italyan sona kimi idarəçiliyinə sadiq qaldı və görüşün ipini əlində saxladığı kimi oyuna təsir etmək istəmədi. Təsadüfi deyil, heç bir klub idarəçilikdən narazılığını bildirmədi. "Qarabağ" möhtəşəm qələbə qazandı. Cavab görüşündə təmsilçilərimizin ÇL-in qrupunu təmin etmək şansı az deyil. Bakıdakı kimi oynanılsa, "Qarabağ" tarix yazaraq Azərbaycana dönəcək”.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:25 Faiq Cabbarovun məhkəməsi təxirə salınıb Dünən, 23:23 BOS-a iynələr vasitəsilə süni qazon əkilir Dünən, 23:21 “Qəbələ”də də maaşlar gecikir Dünən, 23:19 Vüqar məlum uğura görə Qurban Qurbanova zəng edib Dünən, 23:15 Nazarov qələbəyə sevindi Dünən, 23:14 “Araz” daha bir braziliyalı transfer etdi Dünən, 23:09 “Binə” iki qolla sevindi Dünən, 23:07 Elçin Məmmədov “Mançester Yunayted”in oyununda Dünən, 23:06 AFFA rəsmisi Göyçayda uşaqları sevindirdi Dünən, 23:05 Azərbaycanlı səfir “Atletiko”nun prezidenti ilə görüşdü Dünən, 22:57 “Rəhmətlik həmin vaxt ağır xəstə idi, çətinliklə danışırdı” Dünən, 22:46 “Qarabağ” cəmi 17 dəqiqəyə “Sumqayıt”a yerini göstərdi 23-09-2017, 00:46 Alı Alıyev “İnter”i çətin vəziyyətdən çıxara bilər 23-09-2017, 00:43 “Sumqayıt” Nicata vəkil tutmayıb 23-09-2017, 00:42 “İnter”də maaşlar ödənildi! 23-09-2017, 00:41 İsgəndər Cavadov Futbol Akademiyası yaratdı 23-09-2017, 00:39 “Kəpəz” Adil Məmmədovun ad günündə “Xəmsə”ni yendi 23-09-2017, 00:38 UEFA-nın qərarı ciddi müzakirələrə səbəb oldu 23-09-2017, 00:37 AMADA yalnız “Zirə”nin düşərgəsində problemlə üzləşib 23-09-2017, 00:35 PFL oyunların yerini dəyişdi, klubları razı saldı 23-09-2017, 00:34 “Vətən” Ruslan Tağızadə ilə maliyyədə anlaşa bilmədi 23-09-2017, 00:33 “Roma” Bakıya 500 nəfərlik “ordu” ilə gəlir 23-09-2017, 00:31 “Araz”dan əzmkar qələbə 23-09-2017, 00:28 Mikayıl Cabbarov AQF-yə yeni zal bağılşayıb 23-09-2017, 00:26 Ehiosun yenidən “Qəbələ”də 23-09-2017, 00:24 Tərlan Əhmədov ünsiyyətdən qaçır 23-09-2017, 00:23 PFL Apellyasiya Komissiyasının cavabını gözləyir 23-09-2017, 00:22 Dəniz Yılmaz dubl etdi 23-09-2017, 00:21 “Futbol+”: 20 yaşa bir ay qalmış... 22-09-2017, 23:59 Şahin Diniyev Coşquna görə “Terek”i ataraq Bakıya qayıdıb 22-09-2017, 23:56 “Qran-pri” üçün heyət açıqlandı 22-09-2017, 23:55 Yeni prezident fransız oldu 22-09-2017, 23:54 Nazir Belarusa yollandı 21-09-2017, 20:42 FİFA Aqolliyə görə “Qarabağ”a təzminat ödəməlidi 21-09-2017, 20:41 UEFA Avroliqanın finalını Bakıya verdi! 21-09-2017, 20:38 “Araz” təbrizlilərə rəhm etmədi 21-09-2017, 20:36 Bu gün Faiq Cabbarovun məhkəməsi olacaq 21-09-2017, 20:35 “Qaradağ Lökbatan”ın baş məşqçisi Kanadaya getmək istəyir 21-09-2017, 20:33 “Binə”dən heç-heçə və iki müqavilə 21-09-2017, 19:33 Qılıncoynatma Federasiyasında Nazim İbrahimov erası başa çatdı 21-09-2017, 19:31 Kamranın ayağı düşərli oldu 21-09-2017, 19:29 Emin Mahmudov qələbəyə köklənib 21-09-2017, 19:28 Rakitiç Prosineçki olmaq istəyirmiş 21-09-2017, 19:27 “Sumqayıt” Ağamusa Bağırovun yubileyini qeyd etdi 21-09-2017, 19:21 “İnter” “Zirə” ilə oyuna çıxmaya bilər 21-09-2017, 19:19 Ölkəni tərk edən məşqçilər bu gün qayıdır 21-09-2017, 19:16 Çempion turnir cədvəlini baş-ayaq salıb 21-09-2017, 19:14 "Səbail" bir kasetə 400 manat ödəyəcək 21-09-2017, 19:13 “CBC Sport” rəsmisi Türkiyə superliqasını nə vaxt yayınlayacaqlarını bilmir 21-09-2017, 19:11 “Şüvəlan”dan növbəti qələbə 21-09-2017, 19:04 Nicat Muxtarov 3 aylıq həbs olundu 20-09-2017, 17:44 "Qəbələ" sürprizə imkan vermədi 19-09-2017, 16:04 “Cəhənnəm”də “sülh” 19-09-2017, 15:59 “Neftçi” ümid verib, uduzdu 19-09-2017, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu 19-09-2017, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir 19-09-2017, 15:46 Coşqun yenə atasını məyus etdi Bütün xəbərlər
Ən çox oxunanlar