16 iy 16:32gundem

“Bakcell Arena”da “Neftçi”nin loqosu örtüldü

“Bakcell Arena”da “Neftçi”nin loqosu örtüldü
Azarkeşlər coşsa da, sevinə bilmədi

“Qarabağ”dan sonra avrokuboklarda ən uğurlu çıxış edən təmsilçimiz “Qəbələ” dünən həsrətə son qoydu. Yeni macəraya “Bakcell Arena”da start verildi. Bu dəfə Avroliqanın 2-ci təsnifat mərhələsindən mübarizəyə başlayan “qırmızı-qaralar” startdaca ciddi rəqiblə qarşılaşırdı. Belədə “Yagelloniya” önündə güclü azarkeş dəstəyinə - “12-ci oyunçu”ya hava-su kimi ehtiyac vardı.

Tanış mənzərə
Oyunun başlamasına 30-40 dəqiqə qalmış stadionun önündə qələbəlik yaşanırdı. Öz qiymətinə bilet təklif edənlərə “Qəbələ”nin görüşlərində dəfələrlə rast gəlmişik. Bu üzdən növbəti belə mənzərə təəccüblü olmadı. Ancaq oyun gününədək bilet almayanlar onlara yox, ilk növbədə kassaya yaxınlaşırdı. Hər halda, “Bakcell Arena”nın kassasında hələ bilet tükənməmişdi. Yaşlı bir kişi əlindəki yeganə bileti azarkeşlərə təklif edirdi. Deyəsən, onu futbol qətiyyən maraqlandırmırdı. Yoxsa bileti niyə satmağa çalışsın ki?!

Fanklublardan birgə dəstək
Hər zaman olduğu kimi “Qəbələ” doğma rayondan sadiq azarkeşlərini Bakıya gətirmək üçün avtobusla təmin etmişdi. Akademiyanın futbolçuları da “Bakcell Arena”da yerlərini tutmuşdu. 1A sektorunda qərarlaşan yeniyetmələr ağ idman köynəyində fərqlənirdi. Onların yanında 1B sektorunda “Qəbələ”nin 2 fanklubu – “Red black army” və “Tufan” yer almışdı. Onlar yetərincə fəal idi. Hərdən islandiyalı azarkeşlərə xas alqış ritmlərinə sıravi azarkeşlər də dəstək verirdi. Fanklublar yeni transferlərin şəkillərinin yer aldığı plakata ingiliscə “Qəbələ” ailəsinə xoş gəlmisiniz” sözlərini yazdırmışdı. Həmçinin “11 dağ canavarı, 10 milyon ürəyin gücü” sözləri yazılmış pankart da diqqətimizi çəkdi.
Yeri gəlmişkən, bu dəfə 4-5-ci sektorlarda tamaşaçı sayı az idi. Əksəriyyət mərkəzi tribunalara toplaşmışdı. Start fitindən əvvəl “Qəbələ”nin futbolçuları fanklubları alqışlarla salamladı.

Hərtərəfli proqram
Bu oyun üçün hazırlanan proqramdan da bir neçə kəlmə bəhs edək. 16 səhifəlik proqramda materiallar həm ana dilimizdə, həm də ingiliscə qeyd olunmuşdu. Hər iki klubun tarixi, avrokuboklardakı çıxışı, baş məşqçiləri və heyətləri haqda informasiyalar proqramda əksini tapmışdı. Bundan başqa “Qəbələ”nin cari mövsümə hazırlığı, geridə qalan mövsümdə bütün yaş qrupları üzrə daxili yarışlarda hamıdan çox kubok qazanmaları haqda məqaləyə də yer verilmişdi. Hakimlər briqadasını da unutmayan proqramın ən son hissəsi statistika həvəskarları üçün daha maraqlı idi. Belə ki, indiyədək klub səviyyəsində Polşa ilə duellərimizin, eləcə də hər iki klubun avrokuboklardakı bütün oyunlarının nəticələri proqramda əksini tapmışdı.

“Neftçi”nin loqosu örtülmüşdü
4-5-ci sektorların önündə “foodball” yazılmış nöqtədə su və sosis satılırdı. Asayişi qorumaq üçün Daxili Qoşunların 4 avtobus tutacaq qədər əsgəri “Bakcell Arena”ya təhkim olunmuşdu. Su şırnağı vuran TOMA da həmişəki yerində idi. “Yagelloniya” Bakıda dəstəksiz qalmadı. 2-ci sektorda 15-ə yaxın polşalı fanat ara-sıra mütəşəkkil formada şüarlar səsləndirirdi. Bildiyiniz kimi, “Bakcell Arena” icarəylə “Neftçi”yə məxsusdu. Bu klubun 2 böyük loqosu da mərkəzi sektorların yuxarısına vurulub. Ancaq görünür, “Qəbələ” müvəqqəti bu stadiondan yararlandığı üçün loqoların üzəri ağ parça ilə tutulmuşdu. Hallideyin britaniyalı soydaşları ona dəstək məqsədi ilə plakat açmışdı.
Oyunun diktoru İlkin Xəlilov start fitinə yarım saat qalmış azarkeşləri salamladı. “Futbol+”in sabiq əməkdaşı bir sıra aparıcı futbolçuların komandanı tərk etdiyini, ancaq onların yerinə güclü oyunçuların gəldiyini qeyd etdi. Daha sonra onların adını özünəməxsus formada çəkməklə tamaşaçıların alqışına səbəb oldu. Yeri gəlmişkən, əvəzetmələr həyata keçirilərkən Polşa dilində də elan olunurdu.

Hakim diqqət mərkəzində
Oyun kəşfiyyatsız başladı ki, bu da azarkeşlərin ürəyincə idi. “Qəbələ” bir neçə dəfə fanatlara qol həyəcanı yaşatmağa çalışsa da, topu tora polşalılar qovuşdurdu. Ancaq təmsilçimiz aqressiv oyunu ilə azarkeşləri məyus olmağa qoymurdu. Bir neçə dəfə hakim diqqət mərkəzinə düşdü. Onun polşalıların kəskin etirazına səbəb olan bir neçə qərarıyla yanaşı, bir dəfə üzərinə gələn topun üstündən atlaması görüşün maraqlı anlarından biri idi.

“Qəbələ” azarkeşləri coşdursa da…
“Qəbələ” ikinci hissəyə qolla başladı. Hesab bərabərləşdikdən sonra artıq sıravi tamaşaçılar da fəal azarkeşə çevrilmişdi. Tribunalarda əməlli-başlı hərarət artmışdı. Tez-tez “qol”, “Qəbələ” deyə hayqıran futbolsevərlər hakimin “Yagelloniya”nın lehinə qərarlarına, bizimkilərin yanlış ötürmələrinə etirazlarını bildirirdilər. Son dəqiqələrdə Dmitri Bezotosnı 2 inanılmaz seyvi ilə həm komandasını 100 faizlik qoldan xilas etdi, həm də tribunaların alqışını qazandı. Polşalı məşqçilərdən biri uzatma dəqiqələrində “Qəbələ”nin texniki zonasına kimi gələrək futbolçularına tapşırıq vermək istədi. Təmsilçimizin məşqçilər heyətinin xəbərdarlığından sonra referi həmin məşqçini texniki zonadan kənarlaşdırdı. Final fitindən sonra qonaqlar heç-heçəni azarkeşləriylə birgə qeyd etdisə, “Qəbələ”lilər paltardəyişmə otağının yolunu tutdu.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:13 Dabo “Panatinaikos”a qarşı oynaya biləcək Dünən, 18:10 Amit Quluzadə “Panatinaikos”u dəyərləndirdi Dünən, 18:08 Ozobiç “Panatinaikos”u “Yagelloniya”dan güclü sayır Dünən, 18:07 Mütəxəssislər Sadiqovun “Zirə”dən qovulduğuna inana bilmir Dünən, 15:46 Eddi yenə diqqət mərkəzinə düşdü Dünən, 15:42 Bəhmən Həsənov “Sepidrud”un idman direktoru olmaqdan imtina etdi Dünən, 15:41 Masallıda yeni futbol klubu yaradıldı Dünən, 15:40 “Azenco” “Şahdağ”a vəd verib Dünən, 15:30 “Səbail” qələbəyə həsrətdi Dünən, 15:29 Elxan Məmmədov “Qarabağ”ın fanşopuna baş çəkdi Dünən, 15:26 “Kəpəz” yığma ilə qarşılaşacaq Dünən, 15:24 Tahir Gözəl “Qarabağ”dan iki qol gözləyirmiş Dünən, 15:22 Tahir Süleymanov Tsinkeviçin səhvlərini sadaladı Dünən, 15:21 Qurbanovun qarşısına daha aqressiv “Şerif” çıxıb Dünən, 15:18 Bordin müdafiəyə oturmağa məcbur olduqlarını boynuna aldı Dünən, 15:15 Meydana yad əşya yağdı Dünən, 15:11 “Şerif” Bakıdan istədiyi nəticə ilə getdi Dünən, 15:06 Xaqani Məmmədov toplanış məkanını və hakimlərin qiymətini açıqladı Dünən, 15:03 “Kəpəz” rəhbərliyi püşkatmanı gözləyir Dünən, 15:02 “Neftçi” inzibati işçilərini Avstriyaya aparmayıb Dünən, 14:58 AÇ-nin qrup oyunları nə vaxt başlayacaq? Dünən, 14:56 Vüqar Həşimovun xatirəsinə turnir keçirilir Dünən, 14:54 Ədalətin Gürcüstan zəfəri Dünən, 14:51 Parisdə beşinci oldu 19-07-2017, 16:56 Tahir Baxşıyev yorğunluqdan gileyləndi 19-07-2017, 16:53 Nazim Babayev yenə Avropa çempionu oldu 19-07-2017, 16:51 Qadınlar Astarada toplanış keçir 19-07-2017, 16:48 Ölkə kubokunun qalibləri müəyyənləşdi 19-07-2017, 16:42 Dünya çempionu xanıma əl qaldırıb? 19-07-2017, 16:42 Eltac Səfərli dünya ulduzları arasında 19-07-2017, 16:35 Yığmada dağıstanlı futzalçı 19-07-2017, 16:33 AFFA hakimlərin Bolqarıstan toplanışını ləğv etdi 19-07-2017, 16:32 “Fola” – “İnter” matçı 29 yaşlı hakimə tapşırıldı 19-07-2017, 16:31 “Qarabağ” Nikaraqua millisinin üzvünə 400 min təklif edib 19-07-2017, 16:26 “Qəbələ” Polşada dəstəksiz qalmayacaq 19-07-2017, 16:24 Yığma üzvü “Zirə”nin potensial rəqibini seçdi 19-07-2017, 16:23 Dəniz Yılmaz “Bursaspor”da qaldı 19-07-2017, 16:21 Yordanesku Abbasovu qabaqlayacaq 19-07-2017, 16:14 Şəfizadə Braziliyada gördüklərini “Futbol+”lə bölüşdü 19-07-2017, 16:11 “Sumqayıt” Bolu toplanışına məğlubiyyətlə başladı 19-07-2017, 16:06 Orxan Hüseynzadə “Neftçi” haqda gizli heç nə saxlamadı 19-07-2017, 16:02 “Kəpəz”in legionerləri gəldi 19-07-2017, 16:00 Göyçə mahalı divizionda təmsil olunacaq 19-07-2017, 15:59 “Forza Neftçi” rəhbərliyi və məşqçilər korpusunu istefaya səslədi 17-07-2017, 23:43 Rəsul Çunayev yenidən dünya lideridi 17-07-2017, 23:42 BŞH beş könüllünü İtaliyaya göndərəcək 17-07-2017, 23:40 Teymur Rəcəbov Cenevrədə “partladı” 17-07-2017, 23:38 Millimizdə yeni braziliyalı 17-07-2017, 23:37 “Kəpəz” Türkiyədədi, yeni transferi Bakıda 17-07-2017, 23:29 Finalın hakimi “Qarabağ”ın oyununda 17-07-2017, 23:27 Tərlan Əhmədov diviziondan aldığı üç təklifi geri çevirib 17-07-2017, 23:25 Tiflisdə “Qarabağ”ın oyununa maraq azdı 17-07-2017, 23:24 “Sumqayıt” superliqa təmsilçisinə qarşı 17-07-2017, 23:22 “Qəbələ” artıq Polşadadı 17-07-2017, 23:21 Fanatları “Qarabağ”a Tiflisdə möhtəşəm dəstək vəd etdi 17-07-2017, 23:19 “Zirə” – “Astra” matçı üçün 6400 bilet 17-07-2017, 23:17 “Qarabağ” kubokla erkən vidalaşdı Bütün xəbərlər
Ən çox oxunanlar