12 iy 16:40gundem

“İnter” “Zirə”nin uğurunu təkrarlamalıdı

“İnter” “Zirə”nin uğurunu təkrarlamalıdı
Bu, yarım milyon deməkdi

Avropa Liqası
2-ci təsnifat mərhələsi, ilk oyun

İNTER – Fola (Lüksemburq)
Hakimlər: EYTAN ŞMUELEVİTS, Nissan Davidu, Saqi Mazamber, Daniel Bar Natan (hamısı İsrail).
Hakim-inspektor: Oğuz Sarvan (Türkiyə).
UEFA nümayəndəsi: Vladislav Xodeyev (Rusiya).
12 iyul. Bakı. “Dalğa Arena”. Saat 20.00
Sabah Avropa Liqasında 2-ci mərhələyə start veriləcək ki, ilk oyun günü meydana çıxacaq komandalardan biri də “İnter”di. Əslində paytaxt təmsilçisi də ayın 13-də oynamalıydı. Ancaq Avroliqadakı hər üç təmsilçimizin ilk matçını Bakıda keçirəcəyini nəzərə alan UEFA dəyişiklik etdi ki, “Zirə” Rumıniyaya “göndərildi”, “Qəbələ”ylə eyni gündə oynamasın deyə, “İnter”in “Fola” ilə görüşü bir gün əvvələ çəkildi.
Borca görə “İnter Arena”dan çıxaraq Mərdəkana sığınan Zaur Svanadzenin komandası bir həftə ərzində “Dalğa Arena”da ikinci oyuna çıxacaq. “Mladost”u səfərdə 3, evdə 2 cavabsız qolla mübarizədən kənarlaşdıran bakılılar qələbə seriyasını lüksemburqlularla görüşdə də davam etdirməlidi. Bu, müflis olan və maliyyə sıxıntısı yaşayan klubun durumunu yaxşılaşdıra bilər. İki mərhələnin iştirakçısı olan “İnter” artıq 440 min avro, yəni bir milyon manata yaxın qazanc əldə edib. Bu mərhələ də keçilsə, məbləğ milyonyarıma yüksələcək ki, bu da premyer-liqada ortabab komandaların birillik büdcəsinə bərabərdi. Üçüncü mərhələnin bünövrəsi isə məhz bu gün qoyulmalıdı. “Zirə”nin Lüksemburqun digər təmsilçisi “Differdanj”ı rahat adladığını nəzərə alsaq, “İnter” də buna borcludu. Hər halda, zirəlilərin rəqibi daha güclü idi. “Differdanj” ötən mövsümü 2-ci (çempionla eyni xal toplayaraq) sırada bitiribsə, “Fola”nın 9 xal geri qalaraq, bürünc medulla kifayətləndiyini qeyd etməliyik.
“İnter” – “Fola” matçını israilli hakimlər briqadası idarə edəcək. “Dalğa Arena”dakı görüşdə Eytan Şmuelevits ədalət təmsilçisi rolunu oynayacaq. Ona Nissan Davidu və Saqi Mazamber kömək edəcək. Oyunun ehtiyat hakimi funksiyasını Daniel Bar Natan yerinə yetirəcək. Şmuelevits təmsilçilərimizə kifayət qədər tanışdı. O, 5-ci dəfə bizimkilərin oyununa təyinat alıb. Sadəcə, Şmuelevits indiyə qədər yalnız milli səviyyəsində matçlarda olub. Referi öncə 2012-ci ildə 17 yaşadək futbolçulardan ibarət yığmamızın AÇ-2013-ün seçmə mərhələ görüşlərində fit çalıb. O, U-17-nin həmin il oktyabrın 21-də Polşa, 24-də isə Bolqarıstanla matçını idarə edib. Komandamız hər iki oyunda uyğun olaraq 0:1 və 1:4 hesabı ilə uduzub. İsrailli 2015-ci il noyabrın 17-də U-21 üçün Bakıya səfər edib. AÇ-2017-nin seçmə mərhələsində baş tutan Azərbaycan – Rusiya görüşündə ədalət təmsilçisi olan hakim yığmanın 3 cavabsız qoluna şahidlik edib. Həmin qarşılaşmada o, komandamızın xeyrinə penalti də təyin edib. Təcrübəli hakimin ölkəmizə son səfəri ötən ilin oktyabrına təsadüf edib. Ancaq bu dəfə baş hakim kimi yox. Belə ki, DÇ-2018-in seçmə mərhələsində keçirilən Azərbaycan – Norveç (1:0) oyununda o, 4-cü hakim funksiyasını yerinə yetirib. Ümumiyyətlə, 2012-dən FİFA referisi olan Eytan Şmuelevits 30 beynəlxalq görüşdə fit çalıb. Bu il ilk təyinatını alan israilli hakimin ən böyük uğuru 2 dəfə Avropa Liqasının (2013/14, 2014/15) qrupunda idarəçilik etməsidi. O, Avropa arenasındakı qarşılaşmalarda ümumilikdə 6 dəfə penalti təyin edibsə, 124 sarı, 5 qırmızı vərəqə göstərib.
Qeyd edək ki, sabah saat 20.00-da başlayacaq “İnter” – “Fola” matçını “CBC Sport” telekanalı canlı yayınla tamaşaçılara təqdim edəcək.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:32 “Federasiyanı şahmatın inkişafı yox, öz piarı maraqlandırır” Dünən, 17:31 Rusiya yığması Sumqayıta gəlir Dünən, 16:24 Oqtay Abdullayev Nazim Süleymanovu ittiham etdi Dünən, 16:23 “Qəbələ” azarkeşləri üçün xüsusi tədbir hazırlayıb Dünən, 16:22 Mirbağır İsayev “Neftçi”dən ayrıldı Dünən, 16:20 Əliyar Ağayev Fransaya gedəcək Dünən, 16:19 Mirabdulla Abbasov "Neftçi"dən ayrılacaq? Dünən, 16:18 Ruslan Qurbanov "Visla"ya keçə bilər Dünən, 15:59 Tərlan Əhmədov Rəşad Sadiqovu futbola qaytarır, Raili istəyir Dünən, 15:56 “Arsenal”ın Mxitaryanla bağlı qərarı Bakıdakı azarkeşlərinin fikirlərini haçalayıb Dünən, 15:56 Haqq davamız davam edir Dünən, 15:53 Agentlər fasilə dönəmini dəyərləndirdi Dünən, 15:51 “Sumqayıt”dan ikisi getdi, ikisi yeni müqavilə imzaladı Dünən, 15:50 Gerye “Qarabağ”a “qiymət oxuyur” Dünən, 15:20 “Xəzər Cənub”un prezidentindən səs-küylü müsahibə Dünən, 15:18 “Şüvəlan” Heydər Əliyev kubokunun qalibi oldu Dünən, 15:17 “Ekol” kubokun sahibi oldu Dünən, 15:15 Paşayev “bürünc” qazandı, Emil ən yaxşılaran biri oldu Dünən, 15:14 “Sabah” gələcəyin futbolçularını seçəcək Dünən, 15:12 Agenti Petrovu “Dinamo” səviyyəsində görür Dünən, 15:11 AFFA UEFA-ya müraciət etdi, biletlər geri qaytarıldı 24-05-2019, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı 24-05-2019, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək 24-05-2019, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir 24-05-2019, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib 24-05-2019, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da 24-05-2019, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı 24-05-2019, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda 24-05-2019, 15:28 Yığma 17 nəfərlə hazırlaşır 24-05-2019, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq 24-05-2019, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər 24-05-2019, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq 24-05-2019, 15:14 Çempion üç günə iki qələbə qazandı 24-05-2019, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? 24-05-2019, 15:10 Joze Alesio limitin tərəfdarıdı 24-05-2019, 15:08 Hər iki finalçı cəzalandırıldı 24-05-2019, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” 24-05-2019, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı 24-05-2019, 13:59 U-21 xorvatlarla “sülh bağladı” 24-05-2019, 13:54 Səfir jurnalistlər önünə çıxacaq 24-05-2019, 13:53 Nə tez ayıldın, Özil?! 24-05-2019, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? 24-05-2019, 13:47 Kamal Bayramov “Səbail”də 24-05-2019, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə 24-05-2019, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu 24-05-2019, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir 24-05-2019, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi 24-05-2019, 13:18 “Topaz” mayın 28-də festivala başlayır 24-05-2019, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır Bütün xəbərlər
Ən çox oxunanlar