07 iy 02:45gundem

Almatıda gördüklərim, eşitdiklərim və...

Almatıda gördüklərim, eşitdiklərim və...
Qazaxıstanın “cənub paytaxtı”nın futbol həyatıyla bağlı təəssüratlarımı “Kayrat” – “Atlantas” oyununun ertəsi sizinlə paylaşmağı planlaşdırmışdım. Amma oyundan sonra köhnə tanış Kaxaber Tsxadadze ilə görüşümüz və onun məni klubun bazasına dəvət etməsindən sonra fikrimi dəyişdim. Gözlədim ki, bazaya da baş çəkim və təəssüratlarımı zənginləşdirim. Burda görüklərimdən heyrətləndiyimi, yaradılan şəraitə həsəd apardığımı bəribaşdan söyləyim. Bəlkə də ölkəmizdə yalnız “Qəbələ”nin sahib olduğu infrastrukturu Almatıdakıyla müqayisə etmək mümkündü. “Qəbələ”nin tutduğu yol, yürütdüyü strategiya “Kayrat”a bənzəyir. Amma təəssüflə qeyd edim ki, indiki halda qazaxlar “Qəbələ”dən azı bir addım öndədi. Çox istərdim ki, “Qəbələ”nin Futbol Akademiyasındakı fəaliyyəti ilə alqış qazanan Nail Kərimov səfərlərindən birində yolunu Almatıya da salsın və “Kayrat”dakı şəraitlə, iş prosesiylə yaxından tanış olsun. Bu qeydlərimi oxuyanda təkcə Nail bəy yox, başqa klubların rəsmiləri də, azarkeşlər də özləri üçün vacib məqamlar tapacaq.
Haşiyə çıxaraq qeyd edim ki, “Qəbələ” “Kayrat”a heç də yad klub deyil. Klubun bazasındakı xatirə hədiyyələri sırasında “Kayrat”a rəhbərlik edən Kayrat Boranbayevin Bakıdan gətirdiyi “Qəbələ”nin loqosu həkk olunmuş büllur eksponat da var. Maraqlıdı ki, “Qəbələ” Almatıda Ermənistan təmsilçisi “Alaşkert”lə yanaşı “dayanır”.
Qazaxlar da öz klublarını almanlar kimi sevir
“Atlantas”la oyuna akkreditasiya almaq çətin olmadı. Köhnə tanışlar vasitəsiylə “Kayrat”ın mətbuat xidmətinin rəhbəri Baqujan Abuovla əlaqə yaratdım. İstəyimi bilən Baqujan “3x4 ölçüdə foto yollayın, vəsiqənizi oyun günü stadionda sizə verərəm” dedi. 22 yaşlı cavan oğlan öz işinin əsl peşəkarıdı. Ölkənin iki aparıcı klubundan birinin mətbuat xidmətinə rəhbərlik edir, amma telefonuna nə vaxt mesaj yollasan, dərhal cavab alırsan. Özü də mətbuat xidmətində operator və fotoqrafdan başqa əməkdaş yoxdu. Təkbaşına həm jurnalistləri razı salır, həm də sayta və sosial şəbəkələrdəki səhifələrə nəzarət edir. Üstəlik, rəhbərliyin tapşırığına əsasən hansısa tanınmış şəxslərin övladlarının Arşavindən avtoqraf almasına da yardımçı olur. Dediyinə görə, ən çətin iş də elə budu. Bizdən fərqli, Qazaxıstanda avrokuboklara qatılan klublara hər oyundan əvvəl akkreditasiya üçün müraciət etməyə, həftədə bir dəfə akkreditasiya götürmək üçün bazaya və ya stadiona getməyə ehtiyac yoxdu. Vəsiqələr mövsümlük verilir. “Kayrat” bu mövsüm Avropa Liqasının qrup mərhələsinə yüksəlsə belə, mənim Almatı stadionunun mətbuat lojasında yerim toxunulmazdı. İstədiyim vaxt özümdəki vəsiqə ilə stadiona daxil ola, öz yerimdə əyləşə bilərəm.
“Ortalık stadion”unun həndəvərində “Kayrat”ın iki “fan-şop”u var. “Atlantas”la oyundan əvvəl hər iki dükan azarkeşlə dolu idi. İçəridə özünə papaq axtarana, bayraq seçənə, Arşavinin formalarını saf-çürük edənlərə rast gəldim. Özü də aralarında gənc və yeniyetmə qızlar da yetərincə idi. Bir daha əmin oldum ki, “Kayrat”ın menecment siyasəti düzgün qurulub, klub azarkeşlərin maddi və mənəvi dəstəyini yetərincə hiss edə bilir. Arşavın, Qou, Barbosa İsabel kimi futbolçuların sarı-qara formanı geyməsi isə azarkeşlərin marağını daha da artırıb.
Kassaların önündə hələ bir neçə saat öncədən növbələr yaranmışdı. Ən ucuzu 1500 təngə (təxminən 8 manat) olan biletləri azarkeşlər həvəslə alırdılar. Hava yağmurlu olduğu üçün üstü qapalı yerlərlə olan 3-5 min təngəlik biletlər də yaxşı satılırdı. Stadionun böyük darvazalarından içəri daxil olan kimi gördüyüm mənzərə isə Dortmunddakı “Siqnal İduna Park”ı xatırladırdı. Hər tərəf sarı-qara rəngələrə bürünmüş fanatlarla dolu idi. Qapılara daha yaxın yerləşən “Kayrat kafe”də boş yer qalmamışdı. Gənclər oyundan öncə müxtəlif spirtli və spirtsiz içkilərlə yüngül yeməklər yeyir, avrokubok mövsümünün açılışını səbrsizliklə gözləyirdilər. Bir qədər irəlidə isə ayaqüstü yemək üçün müxtəlif “fast-food”ların satıldığı “12-ci oyunçu” köşkü yerləşirdi. Onun da ətrafı qələbəlik idi. Sözsüz ki, bütün bu alış-verişdən klub da xeyir götürür, azarkeşlər isə doğma komandalarına dəstək verdikləri üçün xoşbəxt görünürdülər.
Müdrikləşmiş Kaxaber Tsxadadze
Tsxadadze artıq Bakıdakı kimi deyil. Bunu əminliklə söyləyə bilərəm. Yetkinləşib, müdrikləşib. Özü də etiraf edir. “İnter”in onun üçün sözün əsl mənasında məktəb rolunu oynadığını, Bakıda püxtələşdiyini deyir. Artıq jurnalistlərin suallarına da, oyunların gərginliyinə də, hakimlərin qərarlarına da daha səbirli yanaşır, azarkeşlərlə isti münasibət qurmağa çalışır. Almatıda ona güvənirlər. Bunu klubun bazasında əməkdaşların münasibətindən də, “Kayrat”ın oyunundakı intizamdan da, həmkarlarımın söhbətlərindən də hiss edirdim. Çixradze də yanındadı. Bakıyla bağlı xatirələrini birlikdə xatırlayırlar, şam yeməyinə də ailəvi gedirlər. Çixradzenin birinci sinfə Bakıda gedən oğlu xeyli böyüyüb. Yay tətilini keçirməyə Almatıya gələn yeniyetmə idmandan uzaqdı, özü də bunu etiraf edir. Daha çox Avropada təhsil almağa meyillidi və bunun üçün ingilis dilini mükəmməl öyrənib.
Avropalıların həsəd aparacağı baza
“Kayrat”ın əsas bazası şəhərin mərkəzindən xeyli aralıda, Besağac qəsəbəsində yerləşir. Tsxadadzenin tapşırığına əsasən Baqujan məni bazaya apardı. Orda isə xanım əməkdaşların biri bazayla tanışlıq üçün bələdçilik rolunu öz üzərinə götürdü. “Kayrat”ın sahib olduğu şəraiti sözlə ifadə etmək çətindi. Bütünlüklə sarı və qara rənglərin vəhdətinə bürünmüş bazanın açılışı 2015-ci il oktyabrın 1-də olub. Hava limanına yaxınlıq xüsusi nəzərə alınıb. Rəsmi oyunlardan bir gün öncədən futbolçular bazada qalır və səfərə yollanmaq üçün burdan hava limanına gedirlər. Bazanın ərazisində üçü təbii örtüklü olmaqla 5 meydança var. Süni örtüklü meydançalardan birinin üzəri qapalıdı. Bu da Almatının sərt qışından qorunmaq üçün edilib.
Klubun bazasında eyni vaxtda 55 nəfərin gecələməsi üçün “5 ulduzlu” otellərdən geri qalmayan şərait var. Bu otaqlardan 23-ü əsas komanda, 22-si isə aşağı dvizionda mübarizə aparan “Kayrat-A” üçün nəzərdə tutulub. Ümumiyyətlə, bazanın inzibati binası, yeməkxana, istirahət və masaj otaqları, sauna və hamamlar hamısı iki hissəyə ayrılır. Əsas komandanın şəraiti “Kayrat-A”dan fərqlənir. Əminliklə söyləmək olar ki, Azərbaycanda heç bir klubun şəraiti “Kayrat-A”dan yaxşı deyil. Hələ mən Tsxadadzenin çalışdırdığı əsas komandanı demirəm. Maraqlısı odu ki, futbolçuların istirahət otağında dünya ədəbiyyatının ən son nümunələrinin yer aldığı müxtəlif dillərdə nəşr olunmuş kitabların toplandığı kitabxana da var. Baqujan tam səmiyyətiylə məni əmin etdi ki, Arşavin başda olmaqla, bütün futbolçular tez-tez əllərini həmin kitablara uzadır, mütaliə edirlər. İstirahət günlərindən savayı qalan bütün vaxtlarda futbolçular və məşqçilər gününü bazada keçirir. Səhər saatlarında bazaya gələn Arşavin və komanda yoldaşları gündə iki dəfə qidalanır, nəzəri və taktiki məşğələlərdə iştirak edir, rejimlə qidalanır, həkim və masajçıların nəzarətiylə hovuzda, saunada və ya buz vannasında itirdikləri gücü bərpa edir, əzələlərinin qayğısına qalırlar. Bu yerdə Tsxadadzenin bir sözünü xatırlamaq yerinə düşür: “Yaradılan şəraitin qarşılığında yalnız futbolu düşünməmək, “Kayrat”ın qələbələri üçün çalışmamaq cinayətdi”.
Segizbayev adına Yeniyetmələr Akademiyası
Besağac qəsəbəsindəki bazadan maşınla 10 dəqiqəlik məsəfadə Timur Seqizbayev adına Futbol Akademiyası yerləşir. Klubun əsas ofisi də ordadı. Bu addım ona görə atılıb ki, futbolçular klub rəhbərliyinin, inzibati işçilərin yanında sıxılmasın, komandanın bazasında rəsmiyyət hökm sürməsin. Akademiyadakı uşaqlar isə əksinə, daha çox nəzarət altında saxlansınlar. Burda yeniyetmə futbolçuların ixtiyarında üç meydança var. Bunlardan biri təbii örtüklüdü. Digər iki meydançadan biri isə bazadakı kimi üstü qapalıdı. Orta məktəb dərslərini 3-cü mərtəbədəki sinif otaqlarında keçən yeniyetmələrin ixtiyarında kompüter salonu, kitabxana, yataqxana, gimnastika və trenajor zalı, hovuz, tibb məntəqəsi və açıq bufeti olan yeməkxana var. Bundan başqa, akademiyadakı muzeydə məşhur futbolçuların avtoqrafları və “Kayrat”ın gələcəyi olan yeniyetmələrə ünvanlanan ürək sözləri yazılmış müxtəlif eksponatlar, formalar saxlanılır.
Kvoçkin adına Uşaq Akademiyası
Besağac qəsəbəsində gördüklərim hələ son deyildi. “Kayrat”ın Almatıda, Kablukov küçəsində daha bir akademiyası yerləşir. Burda nisbətən azyaşlı, evdən uzaq yaşaması mümkün olmayan uşaqlar futbolun sirlərini öyrənir, topla ilk addımlarını atırlar. Onların da ixtiyarına 4 müxtəlif ölçülü və örtüklü meydança, həkim məntəqəsi, gimnastika və trenajor zalı verilib. Uşaqlar bütün lazımi ləvazimatlarla, geyim və toplarla təmin olunur, peşəkarların nəzarətində gələcəkdə ulduz futbolçu olmaq üçün həvəslə çalışırlar.
Bu yazıda qələmə aldıqlarım, təqdim etdiyim şəkillər təəssüratlarımın müəyyən bir hissəsidi. Çalışacam ki, davamı olsun. Almatıda yaradılan şəraiti paytaxtımız Bakı başda olmaqla Azərbaycanın başqa şəhərlərində görmək ümidi ilə…
AMAL, Almatı
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:13 Dabo “Panatinaikos”a qarşı oynaya biləcək Dünən, 18:10 Amit Quluzadə “Panatinaikos”u dəyərləndirdi Dünən, 18:08 Ozobiç “Panatinaikos”u “Yagelloniya”dan güclü sayır Dünən, 18:07 Mütəxəssislər Sadiqovun “Zirə”dən qovulduğuna inana bilmir Dünən, 15:46 Eddi yenə diqqət mərkəzinə düşdü Dünən, 15:42 Bəhmən Həsənov “Sepidrud”un idman direktoru olmaqdan imtina etdi Dünən, 15:41 Masallıda yeni futbol klubu yaradıldı Dünən, 15:40 “Azenco” “Şahdağ”a vəd verib Dünən, 15:30 “Səbail” qələbəyə həsrətdi Dünən, 15:29 Elxan Məmmədov “Qarabağ”ın fanşopuna baş çəkdi Dünən, 15:26 “Kəpəz” yığma ilə qarşılaşacaq Dünən, 15:24 Tahir Gözəl “Qarabağ”dan iki qol gözləyirmiş Dünən, 15:22 Tahir Süleymanov Tsinkeviçin səhvlərini sadaladı Dünən, 15:21 Qurbanovun qarşısına daha aqressiv “Şerif” çıxıb Dünən, 15:18 Bordin müdafiəyə oturmağa məcbur olduqlarını boynuna aldı Dünən, 15:15 Meydana yad əşya yağdı Dünən, 15:11 “Şerif” Bakıdan istədiyi nəticə ilə getdi Dünən, 15:06 Xaqani Məmmədov toplanış məkanını və hakimlərin qiymətini açıqladı Dünən, 15:03 “Kəpəz” rəhbərliyi püşkatmanı gözləyir Dünən, 15:02 “Neftçi” inzibati işçilərini Avstriyaya aparmayıb Dünən, 14:58 AÇ-nin qrup oyunları nə vaxt başlayacaq? Dünən, 14:56 Vüqar Həşimovun xatirəsinə turnir keçirilir Dünən, 14:54 Ədalətin Gürcüstan zəfəri Dünən, 14:51 Parisdə beşinci oldu 19-07-2017, 16:56 Tahir Baxşıyev yorğunluqdan gileyləndi 19-07-2017, 16:53 Nazim Babayev yenə Avropa çempionu oldu 19-07-2017, 16:51 Qadınlar Astarada toplanış keçir 19-07-2017, 16:48 Ölkə kubokunun qalibləri müəyyənləşdi 19-07-2017, 16:42 Dünya çempionu xanıma əl qaldırıb? 19-07-2017, 16:42 Eltac Səfərli dünya ulduzları arasında 19-07-2017, 16:35 Yığmada dağıstanlı futzalçı 19-07-2017, 16:33 AFFA hakimlərin Bolqarıstan toplanışını ləğv etdi 19-07-2017, 16:32 “Fola” – “İnter” matçı 29 yaşlı hakimə tapşırıldı 19-07-2017, 16:31 “Qarabağ” Nikaraqua millisinin üzvünə 400 min təklif edib 19-07-2017, 16:26 “Qəbələ” Polşada dəstəksiz qalmayacaq 19-07-2017, 16:24 Yığma üzvü “Zirə”nin potensial rəqibini seçdi 19-07-2017, 16:23 Dəniz Yılmaz “Bursaspor”da qaldı 19-07-2017, 16:21 Yordanesku Abbasovu qabaqlayacaq 19-07-2017, 16:14 Şəfizadə Braziliyada gördüklərini “Futbol+”lə bölüşdü 19-07-2017, 16:11 “Sumqayıt” Bolu toplanışına məğlubiyyətlə başladı 19-07-2017, 16:06 Orxan Hüseynzadə “Neftçi” haqda gizli heç nə saxlamadı 19-07-2017, 16:02 “Kəpəz”in legionerləri gəldi 19-07-2017, 16:00 Göyçə mahalı divizionda təmsil olunacaq 19-07-2017, 15:59 “Forza Neftçi” rəhbərliyi və məşqçilər korpusunu istefaya səslədi 17-07-2017, 23:43 Rəsul Çunayev yenidən dünya lideridi 17-07-2017, 23:42 BŞH beş könüllünü İtaliyaya göndərəcək 17-07-2017, 23:40 Teymur Rəcəbov Cenevrədə “partladı” 17-07-2017, 23:38 Millimizdə yeni braziliyalı 17-07-2017, 23:37 “Kəpəz” Türkiyədədi, yeni transferi Bakıda 17-07-2017, 23:29 Finalın hakimi “Qarabağ”ın oyununda 17-07-2017, 23:27 Tərlan Əhmədov diviziondan aldığı üç təklifi geri çevirib 17-07-2017, 23:25 Tiflisdə “Qarabağ”ın oyununa maraq azdı 17-07-2017, 23:24 “Sumqayıt” superliqa təmsilçisinə qarşı 17-07-2017, 23:22 “Qəbələ” artıq Polşadadı 17-07-2017, 23:21 Fanatları “Qarabağ”a Tiflisdə möhtəşəm dəstək vəd etdi 17-07-2017, 23:19 “Zirə” – “Astra” matçı üçün 6400 bilet 17-07-2017, 23:17 “Qarabağ” kubokla erkən vidalaşdı Bütün xəbərlər
Ən çox oxunanlar