07 iy 01:27gundem

“Neftçi” jurnalistlərlə bir araya gələcək

“Neftçi” jurnalistlərlə bir araya gələcək
Rüstəm Əfsərli: “Getman xəbərini saytda yerləşdirməməklə diqqətsizlik etmişik”

Yay fasiləsində “Neftçi”də ciddi dəyişikliklərə şahidlik etdik. Xeyli sayda klub rəsmisi işdən kənarlaşdırıldı, onların yerinə yenilər təyin olundu. Bu mənada Mətbuat və Marketinq Departamentinin rəhbəri Rüstəm Əfsərlinin, əsas komandanın meneceri Eldəniz Yusifovun, akademiyanın seleksiya qrupunun rəhbəri Kamal Quliyevin adlarını çəkə bilərik.
Bir neçə gün öncə “Neftçi”də daha bir şəxsin işə başladığını öyrəndik. Klubdan bu haqda rəsmi məlumat verilməsə də, Rüstəm Əfsərli ilə söhbətdə əlimizə düşən şəkildə məşqi izləyən şəxsin Tural Məmmədov olduğunu öyrəndik. Halbuki Məmmədovun xeyli vaxtdı düşərgədə olduğunu bilirdik. Yəni hansı vəzifəni daşıyacağı da öncədən bilinirdi. Lakin klub saytı rəsmi məlumat yaymağı lazım bilməmişdi. Eyni mənzərə ilə üç gün əvvəl rastlaşdıq. Mövsüm başa çatandan sonra Müşahidə Şurasının qərarına əsasən müqaviləsinin müddəti uzadılmayan İqor Getman “ağ-qaralar”dan ayrılmışdı. “Zirə” ilə oyundakı məlum texniki məğlubiyyət olayının günahkarı bilinən sabiq müdafiəçiyə qapı göstərilmişdi. Lakin bu yaxınlarda məlum oldu ki, Getman yenidən “Neftçi”yə qayıdıb və əvvəlki vəzifəsini – baş məşqçinin köməkçisi – daşıyır. Lakin bu haqda da klubdan ictimaiyyətə hansısa bilgi verilməyib.
Maydan bu yana hər yeni təyinatı klub saytı vasitəsiylə açıqlayan rəsmilərin son günlər susması olduqca şübhəli, bir o qədər də maraqlıdı. Tutaq ki, Tural Məmmədovla İqor Getmanın “Neftçi”də peyda olduğunu üzə çıxarmayacaqdıq. Və bu haqda jurnalistlərin, ictimaiyyətin heç nədən xəbəri olmayacaqdı. Ayyarım sonra çempionat başlayanda Məmmədov azarkeşlərlə əlaqələndirici funksiyasını yerinə yetirəcək, Getman isə qoltuğunda dəftərçə ehtiyat oyunçular skamyasındakı yerini tutacaqdı. Bunun nə demək olduğunu izah etmək artıqdı. Yəni söhbət ölkənin ən yaşlı və uçurumdan aşağı yuvarlanan klubundan gedirsə, hər yeni təyinat ictimaiyyətə təqdim olunmalı, imkan daxilində həmin şəxslərin açıqlamaları saytda yerləşdirilməlidi.
Qaranlıq məqama aydınlıq gətirmək üçün “ağ-qaralar”ın sözçüsü Rüstəm Əfsərli ilə əlaqə saxladıq: “Klub saytında rəsmi məlumatlar yerləşdirilir. Tural Məmmədov haqda məlumat əldə etmişdiz və mənimlə söhbətdə sizə ətraflı bilgi verməyə çalışdım. Yəni həmin şəxsin azarkeşlərlə əlaqələndirici vəzifəsini daşıyacağı məlumdu. Lakin təyinatı hələ rəsmiləşməyib. Yəni müqavilə bağlanmayıb, adı ştat cədvəlinə salınmayıb. Bu səbəbdən rəsmi məlumat vermək düzgün olmaz. İqor Getmanın məsələsinə gəlincə, siz tərəfdən tam haqlı iraddı. Getman komanda hazırlığa başlayan gündən, yəni iyunun 24-dən yenidən “Neftçi”dədi. Bu xəbərin saytda yerləşdirilməməsi tərəfimizdən yol verilən boşluqdu. Haqlı irad kimi qəbul edirəm. Ancaq bunun hansısa faktı gizlətmək kimi qəbul olunmasını istəmirəm. Söhbət “Neftçi” adlı klubdan gedirsə, burda nəyinsə gizlədilməsi, sadəcə, mümkün deyil. Texnologiyanın inkifaş etdiyi dövrdə, ölkədə yaşayırıq. Allaha şükür, hamının əlində telefon var. İstənilən an gördüyü faktı lentə ala, ya da zəng vurub dost-tanışına deyə bilər. Getman məşqlərdə iştirak edir, kənardan baxanlar onu görür. Belədə gizlətməkdən söhbət gedə bilməz. Dediyim kimi, diqqətsizlik etmişik. Bir də ki İqor Getman “Neftçi”nin əfsanəsidi. Müqavilənin müddəti uzadılmasa belə, onu öz aramızda hiss etmişik, görmüşük. Kluba, bizə o qədər doğma adamdı ki, sanki getməmiş kimiydi. Ona görə də saytda xəbər yerləşdirməyə diqqət yetirməmişik”.
Rüstəm Əfsərli bir aya yaxındı ki, “Neftçi”də Mətbuat və Marketinq Departamentinin rəhbəri vəzifəsinə təyin olunub. Departamentinin adından da göründüyü kimi, üzərinə düşən iş həm biz jurnalistlərlə daim ünsiyyətdə olmaq, ictimaiyyəti maraqlandıran suallara cavab vermək, o cümlədən klubun marketinq siyasətinə fayda verməkdi. Maraqlıdı, bu yöndə nə kimi yeniliklər var? Hansı planları həyata keçirmək niyyətindədi? “Layihə formasında o qədər planlarımız var ki, hərəsindən bir-bir danışsam, xeyli vaxt gedər. Müəyyən işlər üzərində çalışırıq. Lakin əməli addımlar atılmamış bu haqda məlumat vermək çətindi. Sadəcə, plan formasında olan şey haqda danışmaq düzgün olmaz. Məsələn, Mətbuat Günü ilə bağlı maraqlı ideyamız var. Jurnalistlərlə bir araya gəlmək üçün tədbir təşkil etmək istəyirik. İndidən geniş məlumat verə bilməsəm də, qısaca onu deyə bilərəm ki, məqsədimiz medianın klubla bağlı irad və təkliflərini dinləmək, siz jurnalistlərə mövcud durum və gələcək planlarla bağlı məlumat verməkdi. Fikrimcə, həm sizin, həm də bizim üçün maraqlı görüş olacaq. Tarix və məkanla bağlı indi yox, iki-üç gün ərzində ətraflı məlumat veriləcək. Klub şəklində bərkimək istəyiriksə, ilk növbədə jurnalistlər və azarkeşlərlə əlaqələri genişləndirməli, bir-birimizə açıq olmalıyıq. Ona görə də bu dəqiqə qarşımıza qoyduğumuz əsas məqsəd bu cür boşluqları aradan qaldırmaqdı. Azarkeşlərlə də müntəzəm əlaqədə oluruq, irad və təkliflərini dinləyirik. Bundan sonra da belə olacaq. Bir-birimizdən uzaq durmaqla, “atışmaqla”, incik gəzməklə “Neftçi”nin inkişafına nail ola bilmərik”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
20-03-2019, 13:41 AFFA xəbərləri 20-03-2019, 13:32 “Taxta oğrusu” Ayxan, papaq atıb məyus olan Aslan... 20-03-2019, 13:30 Favoritlər büdrəmədi 20-03-2019, 13:28 Eltac “sülh”lə başladı 20-03-2019, 13:27 Büdrəməyən iki komanda var 20-03-2019, 13:23 Rəşad yığmaya çağırılmayacağını hiss edibmiş 20-03-2019, 13:20 Ağasəlim Mircavadov U-19-la Krasnodardadı 20-03-2019, 13:18 Ədalət təmsilçilərimizə təyinat gəldi 20-03-2019, 13:16 Elxan Abdullayev Velebitin köməkçisi oldu 20-03-2019, 13:15 Əvvəl Rusiya, sonra İrlandiya və Rumıniya 20-03-2019, 13:13 Litva ilə üçüncü duel 20-03-2019, 13:10 Bayram axşamı qanımız qaralmasın! 20-03-2019, 13:06 Yığmanın mümkün “11-liy”i 20-03-2019, 13:04 Yurçeviç Zaqrebdə sürpriz etmək istəyir 20-03-2019, 13:02 U-21-in heyətində iki dəyişiklik 20-03-2019, 12:55 U-19-un rəqibi əvvəl qalib gəldi, sonra uduzdu 20-03-2019, 12:52 “FC Baku”dan “feyr-pley” və darmadağın 20-03-2019, 12:51 Mütəxəssislər yığmadan maksimum heç-heçə gözləyir 20-03-2019, 12:46 Bombardirlərin turu 20-03-2019, 12:45 Tərlan Əhmədov sınaq matçı planlaşdırıb 20-03-2019, 12:33 “Neftçi” yoxlama oyunu keçirməyəcək 20-03-2019, 12:30 Essyenlə bağlı soruşduq, fikirlər haçalandı 20-03-2019, 12:28 “Sabah” yoldaşlıq görüşü keçirəcək 20-03-2019, 12:27 “Sumqayıt” Əfran İsmayılovu itirdi 20-03-2019, 12:25 “Qarabağ” yarımcan heyətlə “Zirə”ni sınağa çəkəcək 20-03-2019, 12:23 Fərid “Slaviya”ya qələbə qazandırdı 19-03-2019, 15:11 Aleksey İsayev yığmadan ayrıldı 19-03-2019, 15:07 “Maksimir”də yığmaya 20 fanat dəstək verəcək 19-03-2019, 15:05 Essyen ilyarım “Səbail”ə xidmət edəcək 19-03-2019, 15:02 "Neftçi"nin legioneri Seneqalla oyuna çağırıldı 19-03-2019, 14:58 Emeqara zədəyə görə kənarda qalıb 19-03-2019, 14:56 Aqolli azarkeşlərlə bizim dildə sağollaşdı 19-03-2019, 14:55 “Sabah” Çalanı yola saldı 19-03-2019, 14:52 Kamran Ağayev “Keşlə”də yox, dostları ilə oyunda zədələnib 19-03-2019, 14:50 Boyükağa Hacıyevin ölümündən bir il ötdü 19-03-2019, 14:47 “O qədər məyusam ki, danışmağa, müsahibə verməyə həvəsim yoxdu” 19-03-2019, 14:46 Ayxan Abbasov Atillanın “qələmini qırdı” 19-03-2019, 14:44 İlk "üçlük"də yerdəyişmə oldu 19-03-2019, 14:42 Adam sabiq köməkçisini unutmayıb 19-03-2019, 14:41 Bojoviç: “Ramil son vaxtlar möhtəşəm oynayır, afərin!” 19-03-2019, 14:37 “Azərsun Holdinq” “Qarabağ”a lazım olan vəsaiti ayırır 19-03-2019, 14:35 Turun statistikası 19-03-2019, 13:08 Turun məşqçisi 19-03-2019, 13:07 Hakimlərin mühakiməsi 19-03-2019, 13:04 Üçüncü dövrənin lideri “Qarabağ”dı 19-03-2019, 13:01 Eddi və Rüfət “fərqləndi” 19-03-2019, 12:59 Turun oyunçusu 19-03-2019, 12:57 Turun sitatı 19-03-2019, 12:54 Turdan məqamlar 19-03-2019, 12:50 Lider izləyicisini xalsız qoydu, U-19 uduzdu 19-03-2019, 12:47 Layiq olmadığımız yenilgi 17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? Bütün xəbərlər
Ən çox oxunanlar