21 in 20:42gundem

Rəqiblərimiz bilindi

Rəqiblərimiz bilindi
“Qarabağ” “Qəbələ”nin darmadağın etdiyi komandaya qarşı

Xəbər verdiyimiz kimi, dünən İsveçrənin Nyon şəhərində qitəmiqyaslı yarışların 2017/18 mövsümünün ilk püşkatma mərasimi baş tutdu. Belə ki, Çempionlar Liqası və Avropa Liqasında ilk iki təsnifat mərhələsinin püşkü atıldı. Məlum olduğu kimi, bu yarışlarda ölkəmizi “Qarabağ”, “Qəbələ”, “İnter” və “Zirə” təmsil edir. Ölkənin futbol ictimaiyyətinin maraqla gözlədiyi və izlədiyi püşkatmanı təmsilçilərimiz üçün normal dəyərləndirmək olar.

“Qarabağ” üçün Gürcüstan çempionu
Bəribaşdan qeyd edək ki, Avropanın ən nüfuzlu klub turnirində ilk iki mərhələ 39 komandanın iştirakıyla baş tutacaq. Saat 14.00-da başlayan püşkün nəticəsinə əsasən, əvvəlcə ən aşağı reytinqli 10 çempionatın qalibi 5 cüt formalaşdırdı. “Qarabağ”ın da qatıldığı ikinci mərhələnin püşkatması zamanı əvvəlki raundun 5 cütü də səbətdə yer aldı. UEFA püşkdən bir neçə saat öncə klubları qruplara bölmüşdü ki, reytinqinə görə “səpələnmişlər” səbətində yer alan “Qarabağ”ın 5 potensial rəqibi "Jalgiris" (Litva), “F-91 Düdelanj” (Lüksemburq), "Buduçnost" (Monteneqro) və "Samtredia" (Gürcüstan), həmçinin ilk mərhələdəki cütlərdən biri olacaqdı. Ağdamlıların bəxtinə Gürcüstan çempionu düşdü. “Samtredia”nı “asan yem” saymaq doğru deyil. Düzdü, Gürcüstan təmsilçisi tanış rəqibdi və ötən il də ölkəmizə səfər etmişdi. Ötən yay Avropa Liqasının birinci təsnifat mərhələsində “Qəbələ”yə rəqib olan gürcülər Bakıda darmadağın olmasına (1:5) baxmayaraq, Zestafonidə minimal hesabla (2:1) qalib gəlmişdi. Düzdü, yoluna davam edən tərəf təmsilçimiz olmuşdu. Ancaq ilk qarşılaşmanı “qəza” adlandıra bilərik. İstənilən halda, cütün favoriti “Qarabağ”dı. Qurban Qurbanovun komandası ÇL təcrübəsindən də yararlana bilər. Hər halda, “Samtredia” tarixində ilk dəfə çempion olub və bununla birinci dəfə Çempionlar Liqasında iştirak hüququ qazanıb.
ÇL-in cari mövsümünə iyunun 27-28-də start veriləcək. Cavab görüşləri isə iyulun 4-5-də gerçəkləşəcək. “Qarabağ”ın, ümumiyyətlə, ikinci mərhələnin ilk qarşılaşmaları iyulun 11-12-də, cavab görüşləri isə 18-19-da oynanılacaq. Ağdamlılar ilk oyunda ev sahibi olacaq.

Çempionlar Liqası
1-ci təsnifat mərhələsi

1. “Vikinqur” (Farer adaları) - “Trepça” (Kosovo)
2. “Hibernians” (Malta) - “İnfonet” (Estoniya)
3. “Alaşkert” (Ermənistan) - “FK Santa Koloma” (Andorra)
4. “Nyu Seynts” (Uels) - “Europa” (Cəbəllütariq)
5. “Linfild” (Şimali İrlandiya) - “Fiorita” (San Marino)

2-ci təsnifat mərhələsi
APOEL (Cənubi Kipr) - “F-91 Düdelanj” (Lüksemburq)
“Jalgiris” (Litva) - “Ludoqorets” (Bolqarıstan)
“QARABAĞ” (AZƏRBAYCAN) - “Samtredia” (Gürcüstan)
“Partizan” (Serbiya) - “Buduçnost” (Monteneqro)
“Hibernians” (Malta)/“İnfonet” (Estoniya) cütünün qalibi - “Zaltsburq” (Avstriya)
“Şerif” (Moldova) - “Kukesi” (Albaniya)
“Astana” (Qazaxıstan) - “Spartak” (Latviya)
BATE (Belarus) - “Alaşkert” (Ermənistan)/“FK Santa Koloma” (Andorra) cütünün qalibi
“Jilina” (Slovakiya) - “Kopenhagen” (Danimarka)
“Hapoel” (Beer Şeva, İsrail) - “Honved” (Macarıstan)
“Riyeka” (Xorvatiya) - “Nyu Seynts” (Uels)/“Europa” (Cəbəllütariq) cütünün qalibi
“Malmö” (İsveç) - “Vardar” (Makedoniya)
“Zrinski” (Bosniya və Hersoqovina) - “Maribor” (Sloveniya)
“Dandolk” (İrlandiya) - “Rusenborq” (Norveç)
“Hafnarfyordur” (İslandiya) - “Vikinqur” (Farer adaları)/“Trepça” (Kosovo) cütünün qalibi
“Linfild” (Şimali İrlandiya)/“Fiorita” (San Marino) cütünün qalibi - “Seltik” (Şotlandiya)
“Maryehamn” (Finlandiya) - “Legiya” (Polşa)

“Zirə” lüksemburqlulara, “İnter” “Neftçi”nin rəqibinə qarşı
Avropa Liqasındakı təmsilçilərimizə gəlincə, yarışa ilk mərhələdən başlayacaq “Zirə”nin rəqiblərinin “Sutyeska”, “Differdanj”, “Çixura”, “Atlantas”, “Pelister”, “İnter”in isə “Şkendiya”, “Qoritsa”, “Mladost”, “Tirana” və “Torpedo” klublarından biri olacağı öncədən bəlliydi. Ötən il avrokuboklara vəsiqə qazanmasına rəğmən, UEFA-nın qarşısına sədd çəkdiyi təmsilçilərimizdən “Zirə” qitə səhnəsində debütünü Lüksemburq “Differdanj”ı ilə görüşlərdə qeyd edəcək. Ayxan Abbasovun komandası ilk oyunu doğma azarkeşlər qarşısında keçirəcək. “İnter”in yolu isə Serbiya təmsilçisi “Mladost”la kəsişəcək ki, mərhələnin ilk görüşü səfərdə baş tutacaq.

Avropa Liqası
1-ci təsnifat mərhələsi

“Makkabi” (Təl-Əviv, İsrail) - “Tirana” (Albaniya)
“Kayrat” (Qazaxıstan) - “Atlantas” (Litva)
“Beytar” (İsrail) - “Vaşaş” (Macarıstan)
“Ordabası” (Qazaxıstan) - “Şiroki Briyeq” (Bosniya və Hersoqovina)
“Srvena Zvezda” (Serbiya) - “Floriana” (Malta)
“Valletta” (Malta) - “Folqore/Falçano” (San Marino)
“Ventspils” (Latviya) - “Valyur” (İslandiya)
“Sent Conston” (Şotlandiya) - “Trakay” (Litva)
“Odd” (Norveç) - “Ballimena Yunayted” (Şimali İrlandiya)
“Şaxtyor” (Belarus) - “Suduva” (Litva)
“Mladost” (Serbiya) - “İNTER” (AZƏRBAYCAN)
“Çixura” (Gürcüstan) - "Reyndorf" (Avstriya)
“Fola” (Lüksemburq) - “Milsami” (Moldova)
“Partizani” (Albaniya) - “Botev” (Bolqarıstan)
“UE Santa Koloma” (Andorra) - “Osiyek” (Xorvatiya)
“Zarya” (Moldova) - “Sarayevo” (Bosniya və Hersoqovina)
“Bala Taun” (Uels) - “Vaduts” (Lixtenşteyn)
VPS (Finlandiya) - “Olimpiya” (Sloveniya)
“Konna Kvey” (Uels) - HJK (Finlandiya)
SJK (Finlandiya) - “KR Reykyavik” (İslandiya)
“Şirak” (Ermənistan) - “Qoritsa” (Sloveniya)
“ZİRƏ” (AZƏRBAYCAN) - “Differdanj” (Lüksemburq)
“Voyvodina” (Serbiya) - “Rujomberok” (Slovakiya)
“Slovan” (Slovakiya) - “Pünik” (Ermənistan)
“Rabotniçki” (Makedoniya) - “Tre Penne” (San Marino)
“Reyncers” (Şotlandiya) - “Proqres” (Lüksemburq)
“Domjale” (Sloveniya) - “Flora” (Estoniya)
“Kruzeyders” (Şimali İrlandiya) - “Liepaya” (Latviya)
“Nımme Kalyu” (Estoniya) - “B-36 Torshavn” (Farer adaları)
“Levadiya” (Estoniya) - “Kork Siti” (İrlandiya)
“Şkendiya” (Makedoniya) - “Daçiya” (Moldova)
“Levski” (Bolqarıstan) - “Sutyeska” (Monteneqro)
“İrtış” (Qazaxıstan) – “Dunav” (Bolqarıstan)
"Yagelloniya" (Polşa) - “Dinamo” (Batumi, Gürcüstan)
“Jelezniçar” (Bosniya və Hersoqovina) - “Zeta” (Monteneqro)
AEK (Cənubi Kipr) - “Linkoln” (Cəbəllütariq)
"Midtyullann" (Danimarka) - “Derri Siti” (İrlandiya)
“Dinamo” (Belarus) - “Runavik” (Farer adaları)
“Ferentsvaroş” (Macarıstan) - “Yelqava” (Latviya)
“Lyünqbü” (Danimarka) - “Banqor Siti” (Uels)
“Trençin” (Slovakiya) - “Torpedo” (Gürcüstan)
"Lex" (Polşa) - “Pelister” (Makedoniya)
“Mladost” (Monteneqro) - “Qandzasar” (Ermənistan)
“Videoton” (Macarıstan) - “Baltsan Yuts” (Malta)
AEL (Cənubi Kipr) - “Sent Cozef” (Cəbəllütariq)
“Şkenderbü” (Albaniya) - “Sent Xuliya” (Andorra)
“Hauqesunn” (Norveç) - “Kolreyn” (Şimali İrlandiya)
“Styarnan” (İslandiya) - “Şemrok Rovers” (İrlandiya)
“Norçöpinq” (İsveç) - “Priştina” (Kosovo)
AİK (İsveç) - “Kİ Klaksvik” (Farer adaları)

“Qəbələ”: ya Polşa, ya da Gürcüstan
“Qəbələ” isə 2-ci təsnifat mərhələsindən mübarizəyə başlayacaq. Əyalət təmsilçisi “Yagelloniya” (Polşa) - “Dinamo” (Batumi, Gürcüstan) cütünün qalibinə rəqib olacaq. Prinsipcə bu cütün favoriti polşalılardı. Böyük ehtimalla, “qırmızı-qaralar” ikinci mərhələdə məhz “Yegalloniya” ilə münasibətləri aydınlaşdıracaq. Roman Qriqorçukun komandasının mərhələnin ilk oyununu Bakıda keçirəcəyini də əlavə edək. “Zirə” ilə “İnter”in də növbəti mərhələdəki rəqibləri qismən bəllidi. “İnter” “Mladost” səddini adlasa, “Fola” (Lüksemburq) - “Milsami” (Moldova) duelinin güclüsü ilə görüşəcək. “Zirə” isə mərhələ keçəcəyi halda, rəqibi Rumıniya “Astra”sı olacaq. “İnter”in işi ilk mərhələdən ağır olacaqsa, Ayxan Abbasovun komandası növbəti mərhələdə “boyundan yuxarı tullanmalıdı”.
Qeyd edək ki, Avroliqanın birinci təsnifat mərhələsinin oyunları iyunun 29-u və iyulun 6-da, ikinci mərhələnin görüşləri isə iyulun 13-20-də keçiriləcək.

2-ci təsnifat mərhələsi
“ZİRƏ” (AZƏRBAYCAN)/“Differdanj” (Lüksemburq) - “Astra” (Rumıniya)
“Bala Taun” (Uels)/“Vaduts” (Lixtenşteyn) - “Odd” (Norveç)/“Ballimena Yunayted” (Şimali İrlandiya)
“Partizani” (Albaniya)/“Botev” (Bolqarıstan) - “Beytar” (İsrail)/“Vaşaş” (Macarıstan)
“Trençin” (Slovakiya)/“Torpedo” (Gürcüstan) - “Bney Yehuda” (İsrail)
“Brondbü” (Danimarka) - VPS (Finlandiya)/“Olimpiya” (Sloveniya)
“Çixura” (Gürcüstan)/"Reyndorf" (Avstriya) - “Dinamo” (Brest, Belarus)
“Rabotniçki” (Makedoniya)/“Tre Penne” (San Marino) - “Dinamo” (Belarus)/“Runavik” (Farer adaları)
“Hayduk” (Xorvatiya) - “Levski” (Bolqarıstan)/“Sutyeska” (Monteneqro)
“İrtış” (Qazaxıstan)/“Dunav” (Bolqarıstan) - “Srvena Zvezda” (Serbiya)/“Floriana” (Malta)
“Jelezniçar” (Bosniya və Hersoqovina)/“Zeta” (Monteneqro) - AİK (İsveç)/“Kİ Klaksvik” (Farer adaları)
“Nımme Kalyu” (Estoniya)/“B-36 Torshavn” (Farer adaları) - “Videoton” (Macarıstan)/“Baltsan Yuts” (Malta)
“Şkendiya” (Makedoniya)/“Daçiya” (Moldova) - “Konna Kvey” (Uels)/HJK (Finlandiya)
AEK (Cənubi Kipr)/“Linkoln” (Cəbəllütariq) - “Levadiya” (Estoniya)/“Kork Siti” (İrlandiya)
“Hauqesunn” (Norveç)/“Kolreyn” (Şimali İrlandiya) - "Lex" (Polşa)/ “Pelister” (Makedoniya)
“Makkabi” (Təl-Əviv, İsrail)/“Tirana” (Albaniya) - SJK (Finlandiya)/“KR Reykyavik” (İslandiya)
“Ferentsvaroş” (Macarıstan)/“Yelqava” (Latviya) - "Midtyullann" (Danimarka)/“Derri Siti” (İrlandiya)
“Styarnan” (İslandiya)/“Şemrok Rovers” (İrlandiya) - “Mlada Boleslav” (Çexiya)
“Şturm” (Avstriya) - “Mladost” (Monteneqro)/“Qandzasar” (Ermənistan)
“Mladost” (Serbiya)/“İNTER” (AZƏRBAYCAN) - “Fola” (Lüksemburq)/“Milsami” (Moldova)
“Norçöpinq” (İsveç)/“Priştina” (Kosovo) - “Sent Conston” (Şotlandiya)/“Trakay” (Litva)
“Aberdin” (Şotlandiya) - “Ordabası” (Qazaxıstan)/“Şiroki Briyeq” (Bosniya və Hersoqovina)
“Ostersun” (İsveç) - “Qalatasaray” (Türkiyə)
“Reyncers” (Şotlandiya) - “Proqres” (Lüksemburq) - AEL (Cənubi Kipr)/“Sent Cozef” (Cəbəllütariq)
“Kruzeyders” (Şimali İrlandiya)/“Liepaya” (Latviya) - “Şaxtyor” (Belarus)/“Suduva” (Litva)
“Panionios” (Yunanıstan) - “Şirak” (Ermənistan)/“Qoritsa” (Sloveniya)
“Kayrat” (Qazaxıstan)/“Atlantas” (Litva) - “Şkenderbü” (Albaniya)/“Sent Xuliya” (Andorra)
“Slovan” (Slovakiya)/“Pünik” (Ermənistan) - “Lyünqbü” (Danimarka)/“Banqor Siti” (Uels)
“UE Santa Koloma” (Andorra)/“Osiyek” (Xorvatiya) - “Lütsern” (İsveçrə)
“Valletta” (Malta)/“Folqore/Falçano” (San Marino) - “Utrext” (Hollandiya)
“Ventspils” (Latviya)/“Valyur” (İslandiya) - “Domjale” (Sloveniya)/“Flora” (Estoniya)
“Voyvodina” (Serbiya)/“Rujomberok” (Slovakiya) - “Brann” (Norveç)
QƏBƏLƏ (AZƏRBAYCAN) - "Yagelloniya" (Polşa)/“Dinamo” (Batumi, Gürcüstan)
“Apollon” ( Cənubi Kipr) - “Zarya” (Moldova)/“Sarayevo” (Bosniya və Hersoqovina)
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
19-07-2017, 16:56 Tahir Baxşıyev yorğunluqdan gileyləndi 19-07-2017, 16:53 Nazim Babayev yenə Avropa çempionu oldu 19-07-2017, 16:51 Qadınlar Astarada toplanış keçir 19-07-2017, 16:48 Ölkə kubokunun qalibləri müəyyənləşdi 19-07-2017, 16:42 Dünya çempionu xanıma əl qaldırıb? 19-07-2017, 16:42 Eltac Səfərli dünya ulduzları arasında 19-07-2017, 16:35 Yığmada dağıstanlı futzalçı 19-07-2017, 16:33 AFFA hakimlərin Bolqarıstan toplanışını ləğv etdi 19-07-2017, 16:32 “Fola” – “İnter” matçı 29 yaşlı hakimə tapşırıldı 19-07-2017, 16:31 “Qarabağ” Nikaraqua millisinin üzvünə 400 min təklif edib 19-07-2017, 16:26 “Qəbələ” Polşada dəstəksiz qalmayacaq 19-07-2017, 16:24 Yığma üzvü “Zirə”nin potensial rəqibini seçdi 19-07-2017, 16:23 Dəniz Yılmaz “Bursaspor”da qaldı 19-07-2017, 16:21 Yordanesku Abbasovu qabaqlayacaq 19-07-2017, 16:14 Şəfizadə Braziliyada gördüklərini “Futbol+”lə bölüşdü 19-07-2017, 16:11 “Sumqayıt” Bolu toplanışına məğlubiyyətlə başladı 19-07-2017, 16:06 Orxan Hüseynzadə “Neftçi” haqda gizli heç nə saxlamadı 19-07-2017, 16:02 “Kəpəz”in legionerləri gəldi 19-07-2017, 16:00 Göyçə mahalı divizionda təmsil olunacaq 19-07-2017, 15:59 “Forza Neftçi” rəhbərliyi və məşqçilər korpusunu istefaya səslədi 17-07-2017, 23:43 Rəsul Çunayev yenidən dünya lideridi 17-07-2017, 23:42 BŞH beş könüllünü İtaliyaya göndərəcək 17-07-2017, 23:40 Teymur Rəcəbov Cenevrədə “partladı” 17-07-2017, 23:38 Millimizdə yeni braziliyalı 17-07-2017, 23:37 “Kəpəz” Türkiyədədi, yeni transferi Bakıda 17-07-2017, 23:29 Finalın hakimi “Qarabağ”ın oyununda 17-07-2017, 23:27 Tərlan Əhmədov diviziondan aldığı üç təklifi geri çevirib 17-07-2017, 23:25 Tiflisdə “Qarabağ”ın oyununa maraq azdı 17-07-2017, 23:24 “Sumqayıt” superliqa təmsilçisinə qarşı 17-07-2017, 23:22 “Qəbələ” artıq Polşadadı 17-07-2017, 23:21 Fanatları “Qarabağ”a Tiflisdə möhtəşəm dəstək vəd etdi 17-07-2017, 23:19 “Zirə” – “Astra” matçı üçün 6400 bilet 17-07-2017, 23:17 “Qarabağ” kubokla erkən vidalaşdı 17-07-2017, 22:31 “Səbail” meydana çıxa bilmədi 17-07-2017, 22:30 “Qarabağ”lılar “Ayaks”da və “Qalatasaray”da 17-07-2017, 22:28 TRANSFER DOSYESİ 17-07-2017, 22:26 Oqtay Dərəlioglu “qızıl oyun”u yada saldı 17-07-2017, 22:25 Vüqar Latviyada dubl etdi, Renat isə ABŞ-da fərqləndi 17-07-2017, 22:23 “Qaradağ Lökbatan” beş yoxlama oyunu keçirəcək 17-07-2017, 22:22 Antonov “Çernomorets”ə qayıtdı 17-07-2017, 22:20 “Ölkəmdən imtina edənlərdən ikisi də biz olduq” 17-07-2017, 22:16 “Neftçi” “Binə”yə bir qol vurdu 16-07-2017, 16:56 Elməddin Məmmədov Qırğızıstandan “Səbail”ə baxışa gəlməyə razı olmayıb 16-07-2017, 16:53 Gürcüstan mətbuatı: “Kalkulyatorun hesablaya bilmədiyi nəticə - 0:5” 16-07-2017, 16:51 Təmsilçilərimiz növbəti mərhələdəki rəqiblərini tanıyır 16-07-2017, 16:49 BFL-in təsisçisi həyəcan vəd edir 16-07-2017, 16:48 “İnter”dən yubiley qələbəsi və rekord 16-07-2017, 16:38 Heç-heçə Fariz Nəcəfovu təəccübləndirməyib 16-07-2017, 16:36 Teymur yenidən vahid lider oldu 16-07-2017, 16:35 “Zirə” ikinci yarıda çökdü 16-07-2017, 16:32 “Bakcell Arena”da “Neftçi”nin loqosu örtüldü 16-07-2017, 16:30 Reynaldo Türkiyəni İsveçrəyə dəyişir 16-07-2017, 16:28 Reaksiyalar 16-07-2017, 16:25 “Qəbələ”dən təhlükəli start 16-07-2017, 16:23 Qriqorçuk cavab görüşündə yaxşı oynayacaqlarına ümid edir 16-07-2017, 16:20 Mamrot şansları bərabər sayır 16-07-2017, 15:20 “Kəpəz”ə məğlubiyyət Elxan Abdullayevi narahat etməyib Bütün xəbərlər
Ən çox oxunanlar