18 in 12:29gundem

“Nəbi”nin təsisçisi “Bakı alovu”nu “söndürdü”

“Nəbi”nin təsisçisi “Bakı alovu”nu “söndürdü”
Tofiq Şahmuradov: “Bizim qapıçıya oyunu satması üçün 400 manat təklif etdiklərini niyə dilə gətirmirlər?”

Qəzetimizin ötən saylarından birinə müsahibə verən “Baku Fayr”ın baş məşqçisi Teymur Eyvazov çempionluğu onların əlindən alan “Nəbi”nin “bostanına daş atmışdı”. Futzal Federasiyası tərəfindən “ilin məşqçisi” seçilən mütəxəssis rəqibi idman prinsiplərini pozmaqda günahlandırmışdı: “Onların Təmkin Xəlilzadəni oynatmasına yaxşı baxmıram və bunu idman prinsiplərinə zidd addım sayıram. O, “Standard”la oyunda meydana çıxdı və demək olar, qarşılaşmanın taleyini təkbaşına həll etdi. Deyirlər ki, “Standard”la görüş həlledici olmadı. Halbuki “Nəbi” ölkə kubokunda da bu komanda ilə qarşılaşmış və uduzaraq mübarizəni dayandırmışdı. Onlar çətinliklə qarşılaşacaqlarını bilirdilər və təhlükəni hiss etdiklərinə görə işlərini ehtiyatlı görmüşdülər. “Nəbi”nin rəqiblərimizi stimullaşdırması barədə faktlar var. Açığı, mən bir dəfə təsadüfən tribunada “Nəbi”nin rəhbərlərindən Şahin Məmmədovu gördüm və ona sual verdim ki, niyə bizim rəqibləri stimullaşdırır, onlara pul verirsiz? Dedi “kim bu sözü deyibsə, gəlib mənim yanımda da bildirsin”. Yəni bir növ boynuna almadı. Halbuki sonradan klubun digər rəhbər şəxsi Tofiq Şahmuradov saytların birinə verdiyi açıqlamada etiraf etdi ki, belə şey baş verib və buna normal yanaşdığını, stimullaşdırma praktikasının bütün dünyada olduğunu dilə gətirdi. İki rəhbər şəxsin fikirlərinin bir-birini döydüyünə şahid oldum”.
Eyvazovun adını çəkdiyi Tofiq Şahmuradov “Nəbi”nin təsisçisi və rəhbəridi. İxtisasca hərbi bloqqer olan Tofiq bəy “Baku Fayr”ın baş məşqçisinin ittihamlarını cavabsız qoymadı. Qəzetimizə açıqlama verən “Nəbi”nin rəhbəri qarşı tərəfi “ağ yudu, qara sərdi”: “Əvvəla, “Baku Fayr” komandasını bizimlə sona qədər cempionluq yarışında döyüşdüklərinə görə təbrik edirəm. Layiqli rəqib idilər. Biz hələ çempionatın ilk turlarından iddiamızı sərgilədiyimiz oynla göstərdik ,elə ilk turlarda əsas rəqiblərimizə qalib gəldik. İlk 6 turda “Admiral”ı (13:2), “Günəşli”ni (8:3), “Baku Fayr”ı (3:0), “Marafon”u (3:1), “BestComp”u (5:3) və İFFA-nı (5:0) yenərək, sözümüzü demişdik. Nəticədə ilk dövrəni birinci pillədə başa vurduq. Çox təəssüf ki, qışda maliyyə problemlərinə görə komandamızı 7 oyunçu tərk etdi. Elşən İbrahimxəlilov “İtaldizayn”a keçdi. Hansı ki, çempionatın ən yaxşı oyunçusu seçildi. Fərəc Fərzəliyev də adı çəkilən komandaya getdi. “Hell Energy”yə keçən Elvin Əlizadə çempionatın sonunda bombardir oldu. Tural İmanlı “Kinq Elektrik”ə, Emil Məmmədov “Qarabağ”a üz tutdu. Cəfər Cəfərov isə Türkiyədəki təlimlərə qatılmaq üçün bizdən ayrıldı. Buna baxmayaraq, dağılmış komandanı yenidən formalaşdırdıq və bizi hesabdan silməyin yalnış olduğunu rəqiblərimizə göstərdik. O ki qaldı “Baku Fayr”ın baş məşqçisi Teymur Eyvazovun fikirlərinə, bu adam hansı idman prinsiplərindən danışır? Azərbaycan Futzal Federasiyasının nizamnaməsi, çempionatın reqlamenti var. Getsin, reqlamentlə tanış olsun, görsün, Təmkini və onun statusunda olan başqa futbolçunu oynatmaq olar, ya yox? Böyük futbolda oynayan istənilən oyunçunu oynatmaq olar, reqlament buna icazə verir. Biz də bir tur xidmətindən yararlanmışıq. Həmin vaxt Təmkinin müqaviləsinin müddəti bitmişdi, futbol çempionatı da yekunlaşmışdı, yəni o, azad agent idi. Deyir “Standard”a kubokda uduzmuşduq, ona görə qorxurduq. Biz bu komanda ilə kubok qarşılaşmasında əsas heyətin heç bir oyunçusunun xidmətindən yararlanmadıq. Çünki ançaq cempionata köklənmişdik. Teymur Eyvazov ançaq özünə bəraət qazandırıb gələn il də postunda qalmaq istəyir. Hansı uğurlu məşqçilikdən danışır? Futzal üzrə birinci liqada son iki ilin çempion heyətini transfer etdilər, onların yanına “Əmrahbank”dan iki təcrübəli oyunçunu - Elvin Quliyevlə İlqar Abdulovu qoşdular. “Olimpikstar”dan Vüsalı, “Forza “Neftci”dən Talehi, “Fənər”dən tanıdığımız, Qazaxıstanda legioner heyatı yaşamış Seymuru demirəm. Buna baxmayaraq, çempion ola bilmədi. Eyvazovun rəhbərliyində olan, “Obolon”dan gələn “4-lük” məşqcisiz iki il idi bundan yaxşı nəticə göstərirdi. Həmin heyətdən iki dəfə güclü komandanı çempion edə bilməyib, hansı məşqçilikdən danışır? O, bəhanələrlə özünə haqq qazandırır, uğursuzluğunu ört-basdır edir”.
Şok açıqlamalarıyla diqqəti çəkən “Nəbi”nin rəhbəri “açdı sandığı, tökdü pambığı”: “İdman prinsiplərindən danışan Teymur Eyvazov və ətrafı niyə bizim qapıçıya oyunu satması üçün 400 manat təklif etdiklərini dilə gətirmir? Biz heç vaxt elə yola əl atmamışıq, atmarıq da. Mən ona yaraşdırmadım çempionluğumuza kölgə salmasını. Mətbuata İlqar Abdulov haqda danışır. Həmin İlqar onları ilk dövrədə azı 4-5 qarşılaşmada təkbaşına məğlubiyyətdən qurtardı, niyə insafsız danışır? Hamının dediyi bir söz var idi: “İtaldizayn” Ramin Həsənzadənin, “Baku Fayr” İlqarın “şot”una irəliləyir. Teymur deyir, Şahin Məmmədova yaxınlaşdım və soruşdum ki, rəqibləri niyə stimullaşdırırsız? Elə söz deməyib, yalan danışır. Şahin sözün düzünü deyən adamdı. Biz dünya praktikasında olan bir şeyi etmişik, cıxıb udardılar rəqiblərini. Bəlkə meydana çıxıb buna imkan vermədik? “Hell Energy”yə 2:6, “Günəşli”yə 0:1 hesabı ilə uduzdular”.
Şahmuradov öz komandasının şəninə tərif yağdırmaqla yanaşı, premier-liqa planlarından da danışdı: “Bizdə məşqçi işi göz qabağındadı. Əhməd müəllim içracı direktor Şahin müəllimlə birlikdə heç bir iddialı klubda çıxış etməyən, futzal təcrübəsi az olan, amma potensiallı oyunçulardan döyüşkən heyət yığıb çempion etməyi bacardı. O ki qaldı yüksək liqa ilə bağlı planlara, hələ ki dincəlirik. Mən hazırda həftənin çox hissəsində cəbhə xəttində oluram. Buna görə hələ ki yığışıb qərar verməmişik. İnşallah, fikrimiz var, amma premyer-liqaya da iddialı çıxmaq istəyirik. Orda da sözümüzü demək istəyirik. Bunun üçün maliyyə lazımdı. Hələ ki sponsor tapmamışıq. İmkanlarımıza baxıb ona uyğun davranacağıq”.
Fürsətdən yararlanıb “Nəbi”nin rəhbərindən komandanın adıyla bağlı müəmmaya da aydınlıq gətirdik. Qeyd edək ki, son çempion ötən birinciliyə “Qrey Volf” adıyla qatılmış, ancaq yarışın gedişində adını dəyişmişdi. Kimisi komandanın azyaşlı azarkeşlərdən birinin, bir başqası rəhbərin oğlunun adını daşıdığını deyirdi. Tofiq bəy qeyri-müəyyənliyə birdəfəlik son qoydu: “Nəbi mənim qardaşımın oğlunun adıdı. Sizə onunla birlikdə çəkilən şəklimizi də göndərirəm. Düzdü, vaxtında evlənsəydim, mənim də o boyda oğlum ola bilərdi (gülür). 30 yaşım var, cəmi iki il əvvəl ailə həyatı qurmuşam”.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 20:23 Avropa Yay Olimpiya Festivalına lisenziya qazandılar Dünən, 20:22 Otellərin sayı artsa, Bakıya daha çox “Formula-1” azarkeşi gələcək Dünən, 20:20 Ronaldoya millinin forması hədiyyə olundu Dünən, 20:17 Emil Balayev “Səbail”ə keçərkən Qurban Qurbanovla danışmayıb Dünən, 20:14 “Zirə” biletlərin qiymətini açıqladı Dünən, 20:12 Əliyar FİFA karyerasına sıfırdan başlayır... Dünən, 20:09 “Samtredia” ilə ilk oyunun başlama vaxtı dəqiqləşdi Dünən, 20:08 “İnter”in rəqibi son çempionu məğlub etdi Dünən, 20:06 Avroliqanın debütantı mübarizəyə hazırdı Dünən, 20:00 Sumqayıtda mükafatlandırma Dünən, 19:56 Yığmanın baş məşqçisi Ermənistanla oyundan danışdı Dünən, 19:55 Avroliqada ikinci dövrə başlayır Dünən, 19:52 Divizionda çıxış edəcək “Binə”nin büdcəsi 150 min manatdı Dünən, 19:47 Stamenkoviç “Mladost”un bəxtinin gətirmədiyini düşünür Dünən, 19:44 Fanklub rəhbərləri “Milan” azarkeşlərinə haqq qazandırdı Dünən, 19:42 “Fənərbaxça”nın baş məşqçisi Antalya kampından danışdı Dünən, 19:40 Millinin heyəti açıqlandı 22-06-2017, 19:21 Subaşiç “Mladost” haqda gizli heç nə qoymadı 22-06-2017, 19:18 “İnter” “Mladost”u “Dalğa Arena”da sınağa çəkəcək 22-06-2017, 19:17 Zaur Axundov Azərbaycana söz verdi 22-06-2017, 19:15 “Axmat” “Qarabağ”ı da bir qolla üstələdi 22-06-2017, 19:13 “Zirə” vətənə məğlub döndü 22-06-2017, 19:11 “İnter” və “Zirə” siyahını açıqladı 22-06-2017, 19:10 Vyana “Qarabağ”ının Bakıda fanklubu olacaq 22-06-2017, 19:08 “Mladost”la oyunu böyük ümidlərlə gözləyirik” 22-06-2017, 19:06 “Bursa BB”də qaldı 22-06-2017, 19:05 Erməni baş məşqçidən etiraf 22-06-2017, 19:03 Əsgərlərə açıq məktub yazdılar 22-06-2017, 19:00 Çimərlik futbolu yığması Belarusa gedir 22-06-2017, 18:58 Hakimlərimizdən videotəkrara fərqli yanaşma 22-06-2017, 18:57 “Səbail” Emil Balayevi saxladı 22-06-2017, 18:55 Elnur Cəfərov da “Neftçi”ylə müqavilə bağladı 22-06-2017, 18:54 “Qəbələ” bu gün Bolqarıstan çempionuyla qarşılaşacaq 22-06-2017, 18:52 Ölüm ayağında Fuad Musayevin yanında olan nəvəsi “Futbol+”ə danışdı 22-06-2017, 18:49 Fuad Musayevin “üç” mərasimində 300-dən çox adam iştirak etdi 22-06-2017, 18:46 Futzal yığmamızda “təmizlik”: Biro da getdi, Fineo da 22-06-2017, 18:45 Hakimlərimiz Avroliqaya təyinat aldı 22-06-2017, 18:43 Macarıstandan 7 medalla 22-06-2017, 18:42 Daha bir tribunaya biletlər tam satılıb 22-06-2017, 18:40 Yeddinci oldu 22-06-2017, 18:39 Çini büdrədib, Vyetnamla bacarmadılar 22-06-2017, 18:35 Natiq Aslanov “Qəbələ”lilərlə üzləşməyə hazırdı 22-06-2017, 18:34 Şəhriyar Fransada yarışır 21-06-2017, 20:56 Kevin Maqnussen də BŞH-ni bəyənir 21-06-2017, 20:54 Marşalları “Qazelli” məhsullarıyla təmin edəcək 21-06-2017, 20:51 Zeynəb Məmmədyarova yığmamızın yüksəlişdə olduğunu düşünür 21-06-2017, 20:50 Tural Meksikada fərqləndi 21-06-2017, 20:47 Şahmatçılarımız ruslara şok yaşatdı 21-06-2017, 20:45 Türkiyədə ikinci oldu 21-06-2017, 20:42 Rəqiblərimiz bilindi 21-06-2017, 20:40 Eddi İsrafilov La Liqadan kənarda qaldı 21-06-2017, 20:39 Avrokuboklardakı duellər 21-06-2017, 20:38 “Samtredia”nın baş məşqçisi Svanadze ilə Tsxadadzedən məsləhət alacaq 21-06-2017, 20:36 Samir Məsimov "Fakel”də 21-06-2017, 20:35 “Mladost”un baş məşqçisi püşkdən məmnundu 21-06-2017, 17:38 Pevtsov bu dəfə Çində sözünü dedi 21-06-2017, 17:37 Həmyerlimiz Yaponiyada kəmər qazandı Bütün xəbərlər
Ən çox oxunanlar