15 in 18:07gundem

Dario Federiko Cənubi Koreya klubu ilə anlaşdı

Dario Federiko Cənubi Koreya klubu ilə anlaşdı
Vaqif Heydərli: “Budağın elitada mübarizə aparan komandalardan birinə icarəyə verilməsinə çalışırıq”

Mövsüm bitəndən sonra ciddi dəyişikliklərə məruz qalan “Kəpəz”in ən böyük itkisi, heç şübhəsiz, Dario Federiko oldu. Son iki ildə “sarı-göylər”in uğurları üçün tər tökən, legioner adına xas oyunu ilə azarkeşlərin rəğbətini qazanan braziliyalı yarımmüdafiəçi karyerasını Azərbaycanda yox, başqa ölkədə davam etdirməyi qərara aldı. Bu da Yaponiyadan aldığı diqqətçəkən təkliflə bağlıydı. Hətta bu təklifə görə “Qəbələ”nin dəvətini də geri çevirmişdi.
Çempionatın başa çatmasından ayyarım ötsə də, Darionun hansısa klubla müqavilə bağlamasından səs-soraq yoxdu. Halbuki futbolçunun “Kəpəz”ə keçidinə vasitəçilik etmiş agent – Vaqif Heydərli mayın əvvəlində verdiyi açıqlamada müştərisinin gələcək taleyinə ötən ayın 20-nə qədər aydınlıq gələcəyini demişdi. Üstündən bir aya yaxın vaxt ötməsinə baxmayaraq, Federikonun yeni iş yeri bilinmir. Hansısa yeniliyin olub-olmadığını öyrənmək üçün Heydərli ilə əlaqə saxladıq: “Yaponiya klubu ilə danışıqlar müsbət yekunlaşmadı. Tərəflər müqavilə şərtlərində ortaq məxrəcə gələ bilmədi. Belədə Cənubi Koreyadan olan təklifi dəyərləndirmək məcburiyyətində qaldı. Dario artıq Cənubi Koreyaya yola düşüb. Bu gün “Seongnam İlhwa” ilə müqavilə bağlamalıdı”.
“Kəpəz”dən söz düşmüşkən, Şahin Diniyevin gözləri yoldadı. Növbəti mövsümdə sərəncamında görmək istədiyi Renanın yolunu gözləyir. Lakin braziliyalı müdafiəçi hələ ki gəncəlilərə “hə” deməyə tələsmir. Buna səbəb isə Fransa klubu ilə danışıq aparmasıdı. Yəni karyerasını Zidanın vətənində davam etdirmək planı baş tutmayacağı halda, “Kəpəz”ə dönəcək. Lakin Diniyevin ucaboy müdafiəçinin cavabını çox gözləməyəcəyi dəqiqdi. Elə Vaqif bəy də söhbətdə bunu təsdiqlədi: “Renana təkcə Fransadan yox, başqa ölkədən də dəvət var. Danışıqlar davam edir. Bəzi detallar var ki, onları dəqiqləşdiririk. Bu həftənin sonuna qədər Renanın növbəti mövsümü “Kəpəz”də keçirib-keçirməyəcəyinə aydınlıq gələcək”.
Klubla müqavilə müddəti başa çatan Serjinyo, Jülyen Ebah və Tadas Simaitislə müqavilənin yenilənməsinə ehtiyac duyulmadısa, Dario Federiko “Kəpəz”də qalmaq istəmədiyini bildirdi. Renanla bağlı isə qeyri-müəyyənlikdi. Yəni əcnəbilərin gedişindən sonra yeni legionerlərin cəlb olunacağı şübhə doğurmur. Maraqlıdı, yeni gələnlərin sayı gedənlərin sayı qədər olacaq? Diniyev hansı mövqeləri legionerlərin hesabına gücləndirmək istəyir? Gəncə təmsilçisi ilə çalışan agentlə söhbətdə bu məsələyə də aydınlıq gətirdik: “Məndə olan məlumata görə, ötən mövsümlə müqayisədə bu dəfə legionerlərin sayında azalma olacaq. Beş yox, üç əcnəbi götürəcəklər. Biri Renan olsa, əlavə iki nəfər cəlb olunacaq. İkisindən biri oyun qurucusu, digəri hücumçu olmalıdı. Pleymeyker mövqeyinə namizəd var. Çox güman, onunla müqavilə bağlanacaq. Sadəcə, məsələ rəsmiləşməmiş ad açıqlaya bilmərəm. Hücumçu axtarışı isə davam etdirilir”.
Vaqif Heydərli ilə danışmışkən, Budaq Nəsirovla bağlı suala aydınlıq gətirməyə bilməzdik. Ötən il məhz adı çəkilən agentin köməyi sayəsində “Sportinq”ə keçən, Portuqaliyanın aşağı dəstəsində “Sportinq B”nin şərəfini qoruyan həmyerlimizin gələcək aqibəti də sual altındadı. Bir ara Azərbaycana qayıdacağı deyilsə də, Heydərli qəzetimizə açıqlamasında buna qarşı olduğunu bildirmişdi. Görəsən, son durum nə yerdədi? Budağın gələcəyi ilə bağlı yeni nə xəbər var? Bu suala da cavab tapmaq istədik: “Budaqla bağlı dediyim qüvvədə qalır. Yenə deyirəm, Azərbaycana qayıtmaması üçün hər şey edəcəm. Onu Portuqaliyaya aparmaq üçün min bir əziyyətə qatlaşmışıq. Belə olduğu halda yenidən bura qayıtması düzgün olmaz. Bacardığımızın ən yaxşısını etməliyik ki, Avropada qalsın. İndiki halda yalnız və yalnız bu haqda düşünürük. “Sportinq B”nin heyətində sequndada çıxış edir. Ona görə də aşağı dəstənin başqa klubuna keçidi gündəmdə deyil. Biz onun elitada mübarizə aparan komandalardan birinə icarəyə verilməsinə çalışırıq. Alınıb-alınmayacağını zaman göstərəcək”.
HƏBİB
P.S. Günün ikinci yarısında Serbiya “Voyvodina”sının saytı Renanın bu klubla ikiillik müqavilə bağlaması haqda xəbər yaydı...
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
17-08-2017, 20:09 Sloveniyanı udduq 17-08-2017, 20:08 Daha bir əcnəbi məşqçi ölkəmizi tərk etdi 17-08-2017, 20:06 Anastasiya dopinqli çıxdı, Tofiq Heydərov istefa verdi 17-08-2017, 20:05 AMKF bəyanat yaysa da... 17-08-2017, 20:04 Çingiz Hüseynzadə “Futbol+”in üzə çıxardığı faktları təsdiqlədi 17-08-2017, 20:01 “İnter” rəhbərliyi bəyanat yaydı 17-08-2017, 19:57 “Həmin pisniyyət adamlara görə hələ də transfer vərəqim “Kukesi”yə göndərilməyib” 17-08-2017, 19:54 “Qəbələ” akademiyasında yeni məşqçilər 17-08-2017, 19:52 Məhsuldar başlanğıc 17-08-2017, 19:51 “Kəpəz” “Zirə”ni Yevlaxda qəbul edə bilər 17-08-2017, 19:50 Reaksiyalar 17-08-2017, 19:48 Danimarkalı həmkarlarımız 0:1-ə görə sevinir 17-08-2017, 19:47 Tanınmışlar da uğura biganə qalmadı 17-08-2017, 19:46 Azarkeşlər bu dəfə sona qədər tribunaları boşaltmadı 17-08-2017, 19:44 Hakimlər “Qarabağ”ın tarixi qələbəsinə kölgə salmadı 17-08-2017, 15:21 “Kopenhagen”in məşqçisi “Qarabağ”ı favorit göstərdi 17-08-2017, 15:11 “Qarabağ” Danimarkaya çarterlə gedir 17-08-2017, 15:07 Bilet satışındakı çatışmazlıqları aradan qaldırmağın vaxtıdı 17-08-2017, 15:06 “Qarabağ”dan gözəl oyun və tarixi qələbə 17-08-2017, 15:04 Debütdə 1700 manat 17-08-2017, 15:02 Əzimov istefa verdi, Ağacanov “Binə”yə keçdi 16-08-2017, 23:38 Turun oyunçusu 16-08-2017, 23:35 Müşahidə Şurasının hakimi vuran üzvü “Futbol+”ə danışdı 16-08-2017, 23:29 HAKİMLƏRİN MÜHAKİMƏSİ 16-08-2017, 16:02 Rauf müqavilə bağladı, “İnter”in icraçı direktoru coşdu 16-08-2017, 15:59 “Mehdi Hüseynzadə”yə arxa çevirib, “kibrit qutusuna sığınan” şəhər... 16-08-2017, 15:55 Rüstəm Orucov mövqeyini qorudu 16-08-2017, 15:54 Rəsul Çunayev liderliyini davam etdirir 16-08-2017, 15:53 Karateçilər Urmiyada medal qoymadı 16-08-2017, 15:51 Millət vəkili də legionerləşmənin əleyhinədi 16-08-2017, 15:49 “Kukesi” Rauf Əliyevi publikaya təqdim etdi 15-08-2017, 12:05 Sumqayıt startda Gəncəni cəzalandırdı 15-08-2017, 12:00 “Qarabağ”ın oyunu italiyalılara tapşırıldı 15-08-2017, 11:59 “Kopenhagen” yenə xal itirdi 15-08-2017, 11:56 “Qarabağ”ın oyununa maraq həddən artıq böyükdü 15-08-2017, 11:54 “Zirə” “Səbail”in debütünü korladı 15-08-2017, 11:52 Raufun “Kukesi”yə transferi düyünə düşüb 15-08-2017, 11:50 Ramin Musayev Sumqayıtda tribuna tikəcək 15-08-2017, 11:47 “Vətən” birinci divizionda oynayacaq, Əsədov baş məşqçi olacaq 15-08-2017, 11:46 Qriqorçuk yetirmələrindən narazı qaldı 15-08-2017, 11:43 “İnter” döyüşdü, sevinən “Qəbələ” oldu 15-08-2017, 11:39 “Qəbələ” Xavi ilə yolları ayırdı 15-08-2017, 11:37 Həkim, dizayner, energetik, rəssam... 15-08-2017, 11:36 Boris Xetaqurov göz yaşını saxlaya bilmədi 15-08-2017, 11:32 “Anortosis” Araza pulsuz yiyələnib 15-08-2017, 11:30 Elxan Abdullayevin söydüyü azarkeş “Futbol+”ə danışdı 15-08-2017, 11:26 “Neftçi” “Asan xidmət”lə vidalaşır 15-08-2017, 11:23 Çempion mövsümə məğlubiyyətlə başladı, “İnter Arena”ya qol yağdı 15-08-2017, 11:19 Vüqar Əsgərovdan növbəti qol 15-08-2017, 11:18 Dünya və olimpiya çempionu zirvədə 15-08-2017, 11:17 Milli Belçikaya uduzdu 15-08-2017, 11:16 “Mauqli” qisas üçün döyüşəcək 15-08-2017, 11:14 Biri Türkiyədə, biri Çexiyada fərqləndi 15-08-2017, 11:13 Kazanda yeddinci oldular 15-08-2017, 11:11 Yığma “AAAF Park”da toplanış keçir 15-08-2017, 11:09 İlk turdan sonra: qol vurmayan qalmadı 13-08-2017, 14:36 Mütəxəssislər yenə “Qarabağ”la “Qəbələ”ni fərqləndirir Bütün xəbərlər
Ən çox oxunanlar