11 in 19:20gundem

Azər Məmmədov “Kəpəz”in gələcəyindən ağızdolusu danışdı

Azər Məmmədov “Kəpəz”in gələcəyindən ağızdolusu danışdı
“Bütün klublar aşağı yaş qrupları üzrə komandalara futbolçuları Gəncədən daşıyır”

“Kəpəz”in bir neçə il elitaya həsrət qalmasından sonra Gəncədə futbola maraq yox dərəcəsinə enmişdi. Vaxtilə futbolun beşiyi sayılan şəhərin sakinləri sanki bu oyun növündən küsmüşdü. Qərbin paytaxtı sayılan böyük şəhərdə düz-əməlli uşaq futbol məktəblərinin olmamasının nəticəsiydi ki, ürəyi futbolla döyünənlər paytaxta, ya da “Qəbələ”nin akademiyasına üz tuturdu. 2015-in yayında “Kəpəz”in premyer-liqaya qaytarılmasından sonra yerli sakinlərdə futbola maraq daha da artdı. İndi təkcə əsas komanda yox, əvəzedici heyət və aşağı yaş qruplarının nəticələri də maraqla izlənilir.
Başa çatan mövsümdə əvəzedicilər 8 komandanın yarışdığı çempionatda 6-cı yeri tutmaqla vəziyyətin istənilən səviyyədə olmadığına işarə vurmuş oldu. Həmin komanda ki, ona vaxtilə millinin və “Kəpəz”in şərəfini qorumuş Azər Məmmədov rəhbərlik edir. Fasilə müddətindən yararlanan Məmmədov klub saytına verdiyi müsahibədə bəzi məqamlara toxunub. Azər bəy öncə çətinliklərdən danışıb: “8 komandanın yarışdığı çempionatda 6-cı yeri tutduq. Gəncə futbolunun son illər vəziyyəti, yəni “Kəpəz”in fasilələrlə fəaliyyətini dayandırıb bərpa etməsi uşaq futboluna müəyyən qədər zərbə olub. Futbola axın azalmışdı. Bunun nəticəsidi ki, əvəzedici komanda üçün uyğun yaşda futbolçu tapa bilmirik. Klubun məqsədi də yerli uşaqlara şans verməkdi. Ona görə də kənardan oyunçu gətirmək planlarımıza daxil deyil. Bütün bunları nəzərə alıb çıxışımızı yaxşı qiymətləndirmək olar. Düzdü, yer olaraq durum yaxşı görünməyə bilər, amma nəticə şəraitə uyğundu. Bizdən 2 pillə yuxarıda olan komandalardan elə də çox arxada deyildik. Hətta 4-cü yeri tutmaq şansımız da vardı. Çempionatda üst sıralarda qərarlaşan komandaların əksəriyyətini məğlub etmişik. Evdə “Qarabağ”, “Qəbələ” kimi güclü komandalara qalib gəlmişik, “Neftçi”ylə heç-heçə oynamışıq. Hətta səfərdə belə bu komandalara qarşı layiqincə mübarizə aparmışıq. Odu ki, narahatlığa ehtiyac yoxdu”.
Məmmədov söhbətin davamında Gəncə futbolunun gələcəyindən ağızdolusu danışıb: “Komandada potensiallı uşaqlar var. Əvəzedici komandanın baş məşqçisi kimi yox, futbol adamı kimi deyirəm, gələcəkdə bizim heyətdən 4-5 futbolçu əsas komandanın heyətində yer alıb böyük futbolda özünü yaxşı tərəfdən göstərəcək. Buna hamımız ümid edirik. Əsas komandanın baş məşqçisi Şahin Diniyevin əvəzedicilərlə bağlı fikirləriylə də tanışam. Sevinirəm ki, Şahin müəllim gənclərə yer verməyə hazırdı. Bu gün reallıq budu ki, bütün klublar aşağı yaş qrupları üzrə komandalara futbolçuları Gəncədən daşıyır. “Kəpəz”in məqsədi yerli uşaqları komandaya qazandırmaqdı. Turnir cədvəlində üst pillələrdə yer almaq sevindirici olar, amma ən əsası əvəzedicidən əsas komandaya futbolçu verməkdi. Nə qədər çox uşaq versək, bir o qədər yaxşı olar”.
Fürsətdən istifadə edən əvəzedicilərin baş məşqçisi gələcək planlarla bağlı məsələyə toxunub: “Əlbəttə, dəyişikliklər olacaq. Aşağı yaş qruplarından komandaya futbolçu cəlb etmək istəyirik. Amma bir məqamı təəssüflə qeyd edim ki, U-19 komandamızdan futbolçu götürmək imkanımız aşağıdı. Bu yaş qrupu üzrə futbolçulara mövsüm ərzində göz qoymuşuq. Yenə də axtarışdayıq. Kənarda oynayan gəncəli uşaqlara da baxırıq. Perspektivli oyunçuları komandaya cəlb etməyə çalışacağıq. Çətinliyə baxmayaraq, əvəzedici heyəti yaxşı səviyyədə saxlamaq əsas məqsəddi. Axtarışlarımız, danışıqlarımız davam edir”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 14:55 “Sumqayıt”dan ayrılan məşçinin cəzası və cəriməsi yarıbayarı azaldıldı Dünən, 14:53 Mirheydər Səfiyev “nala-mıxa vurdu” Dünən, 14:49 Hakimin burnunu sındıran baş məşqçi cəzalandı Dünən, 14:46 Sənan Qurbanov “Neftçi”ylə oyuna dönüş nöqtəsi kimi baxır Dünən, 14:24 Qurban Qurbanova yönələn iradlar haqlıdımı? Dünən, 14:17 “Qarabağ”ın yığma ilə bağlı paylaşımı birmənalı qarşılanmayıb Dünən, 14:14 Mahir sosial şəbəkələrdən istifadə etmir Dünən, 14:12 Rüfət Dadaşov Prosineçkinin addımını axmaqlıq sayır Dünən, 14:02 Futbolçu “Kəpəz”in baş məşqçisini döyüb? Dünən, 14:00 “Böyüklər” yekun vuracaq, “birincilər” başlayacaq Dünən, 13:58 “Neftçi” 1 qolla zirvəyə yüksəldi Dünən, 13:56 Emin Mahmudov "Qəbələ"ni təhlükəli rəqib sayır Dünən, 13:55 AFFA 4 xalı 40 min manatla mükafatlandırıb? Dünən, 13:53 U-21 tsikli səfər xalı ilə bitirdi Dünən, 13:51 “Qarabağ”ın oyununa cəmi 7000 bilet satılıb Dünən, 13:50 Bolqar hakim yaxşı qiymət alıb 18-10-2018, 20:04 AFFA hakimə kəllə atan “Laçın”ın məşqçisini cəzalandıracaq 18-10-2018, 20:03 Mirheydər Səfiyevin istədiyi məbləğ AFFA-nı heyrətləndirib 18-10-2018, 20:01 Çempion və mükafatçı qələbəylə başladı 18-10-2018, 19:52 Qurban Qurbanovun “cırtdan”a qarşı gedişləri 18-10-2018, 19:50 Qələbəyə mane olan səbəblər 18-10-2018, 19:48 Mahirə çıxış yolları göstərdilər... 18-10-2018, 19:45 Maltalılar bayram edir 18-10-2018, 19:39 "Sektor 11" BOS-da niyə varlığını göstərmədi? 18-10-2018, 19:37 Vaxtilə məhbus həyatı yaşayanlar Kokorinlə Mamayevdən danışdı 18-10-2018, 19:34 Erkin İbrahimov Skandinaviyaya aparmaq üçün futbolçu axtarır 18-10-2018, 19:30 AÇ-2020 ilə bağlı tədbir 16-10-2018, 18:25 “Araz”ın uğursuzluğu Zaur Axundovu qəzəbləndirməyib 16-10-2018, 18:22 U-13 liqasında “Laçın”ın baş məşqçisi hakimin burnunu qırdı 16-10-2018, 18:21 Stuxlik Xaqani Məmmədovu “kəsib”? 16-10-2018, 18:19 Ramil Şeydayev topdaşıyan rolunda 16-10-2018, 18:18 Malta ayağımızın altını qazdı 16-10-2018, 18:15 Haşımov Bebeki bəyənib 16-10-2018, 18:14 “Mahir oyundan sonra paltardəyişmə otağında ağlayırdı” 16-10-2018, 18:11 AFFA üçün sponsorluq müqaviləsi 16-10-2018, 18:09 "Neftçi" “parçalandı”, “ağlar” qalib gəldi 16-10-2018, 18:08 Kvaratsxeliya konfransı açıq elan etmək hüququna malikdi 16-10-2018, 18:07 Yığma üzvlərinin qiymətləndirməsi 16-10-2018, 18:04 Həftənin idman proqramı 16-10-2018, 18:03 Xal itirməyən iki komanda qaldı 16-10-2018, 18:01 “Keşlə” divizionun liderini darmadağın etdi 16-10-2018, 18:00 Yaxşı ki “Səbail” var… 16-10-2018, 17:59 Dadaşovlu “Eştoril” son anda xilas oldu 16-10-2018, 17:57 “Xəzər Lənkəran”a uduzduq… 16-10-2018, 17:56 “Sumqayıt”da Diaçenkonu həmyerlisi əvəzləyəcək 16-10-2018, 17:54 Samir Abasov sabiq komandasını üstələdi 16-10-2018, 17:52 “Xilə”yə “Royal Holding” sponsorluq edir 15-10-2018, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü Bütün xəbərlər
Ən çox oxunanlar