09 in 22:51gundem

Türkiyə mətbuatı: Prosineçki Şimali İrlandiya ilə oyundan sonra “Bursaspor”a keçəcək

Türkiyə mətbuatı: Prosineçki Şimali İrlandiya ilə oyundan sonra “Bursaspor”a keçəcək
Türkiyə mətbuatı millinin baş məşqçisi Robert Prosineçki ilə bağlı növbəti xəbərləri paylaşıb. Bu dəfə də türk həmkarlarımız xorvat çalışdırıcının meneceri Yaşar Çalışırın “Bursaspor”un prezidenti Əli Ayla görüşdüyünü, xırda detalların müzakirə olunduğunu bildiriblər. Yazılanlara inansaq, ”Bursaspor” Prosineçkiyə “2+1” şərti ilə müqavilə təklif edib. Bundan başqa, rəhbərlik Prosineçkidən hücum futbolu oynatdırmasını və 2 il ərzində çempionluq uğrunda mübarizə aparacaq komanda qurmasını istəyir.
Klub rəsmiləri Çalışıra transfer məsələləri ilə məşğul olan nümayəndə və skaut qrupunun Prosineçkinin ixtiyarında olacağını çatdırıb. Yəni danışıqlar baş tutsa, Prosineçkinin istəyəcəyi futbolçular “Bursaspor”a transfer ediləcək. Keçid rəsmiləşsə, komandanın məşqçisi Mustafa Erin Prosineçkinin köməkçilərindən biri olacağı dəqiqdi. Digər yardımçılar isə prezidentlə 48 yaşlı mütəxəssis arasındakı görüşdə müəyyənləşəcək.
Türkiyə mediasının yazdığına görə, tərəflərin yalnız illik maaş məsələsində ortaq məxrəcə gəlməsi qalıb. Razılıq əldə olunandan sonra Prosineçkinin Azərbaycan – Şimali İrlandiya matçından sonra “ağ-yaşıllar”ın düşərgəsinə yollanıb rəsmi müqavilə imzalayacağı bildirilir.
Ötən sayımızda Prosineçkinin meneceri ilə danışıb söylənilənlərə münasibət bildirməsini istəmişdik. Çalışır hazırda İtaliyada olduğunu, “Bursaspor” rəhbərliyi ilə görüşmədiyini, ümumiyyətlə, türk mətbuatının yalan xəbərlər paylaşdığını bildirmişdi. Almaniyada yaşayan menecer millinin baş məşqçisinin müqavilə müddətinin sonuna kimi plkəmizdə çalışacağını vurğulamışdı. Ancaq qaqrdaş ölkə mətbuatının hər gün bu məsələ ilə bağlı xəbərlər paylaşması istər-istəməz ortaya müəyyən suallar çıxarır. Ya doğrudan da türk jurnalsitlər dizinformasiya üzrə “püxtələşiblər”, ya da əllərində hansısa faktlar var ki, buna əsaslanıb Prosineçkini Bursaya gətirirlər.
Yaşananlarla bağlı AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu ilə danışmağı lazım bildik: “Artıq neçə vaxtdı türk mətbuatı Robert Prosineçkini Bursaya göndərir. Ancaq gördüyünüz kimi, ortada real heç nə yoxdu və xorvat çalışdırıcı yığmanın “sükanı arxasındadı”. Bu söz-söhbətin hardan qaynaqlandığı, kimlərin bunda maraqlı olduğunu deyə bilmərəm. Bildiyim odu ki, qardaş ölkə mətbuatında yazılanlar həqiqəti əks etdirmir. Almaniya ilə oyuna bir gün qalmış Türkiyə mətbuatında “12 saatdan sonra Prosineçki “Bursaspor”la anlaşacaq”, “Prosineçki sabah Bursaya gəlib müqaviləyə qol çəkəcək” kimi xəbərlər yayılmışdı. Bəs nə oldu? Niyə Prosineçki hələ də millinin başındadı? Bütün bunlar bir daha göstərir ki, yazılan və yayılan xəbərlər düz deyil. Prosineçkinin seçmə mərhələnin sonuna kimi müqaviləsi var və sona qədər də işini icra edəcək”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:04 “Canlı ensiklopediya” 65-i geridə qoydu Dünən, 17:57 Boris Xetaqurov da bizi təbrik etdi Dünən, 17:54 Tarixi sayı “Qarabağ”ın bütün heyətinə imzalatdıran oxucu Dünən, 17:32 “Futbol+”in işi klubların gözündə Dünən, 17:30 Klubların əksəri aşağı yaş qruplarına buts paylaya bilmir Dünən, 17:28 MOİK rəhbərliyi Ramil Əliyevi saxladı Dünən, 17:27 Cərimələr 20 mini ötdü Dünən, 17:26 Tərlan Əhmədovdan örnək addım Dünən, 17:24 “Atletiko”nun prezidenti Hafiz Məmmədovun qonağı oldu Dünən, 17:20 Gənclər “Atletiko”ya müqavimət göstərə bilmədi Dünən, 17:18 “Qarabağ” “Koroğlu”nun ətrafını bayram yerinə çevirdi Dünən, 17:16 İlk qol, ilk xal, bəs sonra… Dünən, 17:14 Anar Salmanovdan idarəçiliyə qiymət: biabırçılıq! Dünən, 17:11 Zabit Səmədov tanınmış döyüşçünü Bakıya gətirmək istəyir Dünən, 17:09 Prosineçki yenə ləngidi Dünən, 17:07 Superliqa oyunları ölkəmizdə yayınlanmayacaq Dünən, 17:05 Futzalçılar Alesioda günah görmür Dünən, 17:03 Maşallah Əhmədovdan 300 min manat tələb olunur Dünən, 17:01 Yığmanın sabiq çalışdırıcısından şok açıqlama Dünən, 16:58 Reaksiyalar Dünən, 16:55 Qurbanov fransız hakimin qərarı ilə razılaşmır 17-10-2017, 16:51 Təmkin yenə “Kəpəz”in başına oyun açdı 17-10-2017, 16:50 “Qəbələ” ikinci dövrəyə də darmadağınla start verdi 17-10-2017, 16:48 “Arada düşünürəm ki, bu qəzet olmasa, mən necə yaşaya bilərəm” 17-10-2017, 16:44 20 ildə “Futbol+”in bütün saylarını yığan oxucu 17-10-2017, 16:31 Fərhad “Qəbələ”liləri vaxtı uzatmaqda qınadı 17-10-2017, 16:29 Cavid Hüseynov da Prosineçkinin qalmasını istəyir 17-10-2017, 16:26 “Sabah”dan darmadağın 17-10-2017, 14:51 Mahir Mədətovun əmisinə xəsarət yetirdilər 17-10-2017, 14:50 Birinci divizionda ilk istefa 17-10-2017, 14:49 “Neftçi” “Səbail”in borcunu artıqlaması ilə qaytardı 17-10-2017, 14:47 Abasov yetirmələrini təriflədi 17-10-2017, 14:44 Qriqorçukun “avtobus taktikası” özünü doğrultdu 17-10-2017, 14:42 “Araz” mübarizəni dayandırdı... 17-10-2017, 14:40 Rahid Əmirquliyevin təftişi: iki halın heç birində oxumadı 17-10-2017, 14:38 “Qarabağ” “Atletiko”nu məğlub etsə, azarkeşlər pulsuz taksidən yararlanacaq 17-10-2017, 14:37 Prosineçki Sloveniya variantını təsdiqlədi 17-10-2017, 14:34 Antalyada ikiqat uğur 17-10-2017, 14:31 Ölkə çempionunu Danimarkada “döydülər” 17-10-2017, 14:30 Yığma üzvü Rusiyada kapitan oldu 17-10-2017, 14:28 İlk “üçlük”lə başqaları arasında uçurum dərinləşir 15-10-2017, 14:34 Errera və Barqasla anlaşma yeniləndi 15-10-2017, 14:32 Cavadovlar qız gözləyəndə Vaqif doğulub 15-10-2017, 14:28 “Qarabağ” sonda sevindi 15-10-2017, 14:26 “Azəryol” heyətini açıqladı 15-10-2017, 14:23 Zaur Paşayev “Kutaisi”dən ayrılıb 15-10-2017, 14:15 “Zirə”lilər “Xəmsə”nin rəhbərinə yardım etdi 15-10-2017, 14:10 Yığma üzvləri Prosineçkinin qalmasının tərəfdarıdı 15-10-2017, 14:08 Ukrayna da U-17-ni darmadağın etdi 15-10-2017, 14:05 Təbriz Həsənov məsuliyyəti üzərinə götürdü 15-10-2017, 14:03 “İsgəndər Cavadov Bakı Futbol Akademiyası”nın təqdimatı gecikir 15-10-2017, 14:02 “Traktorsazi” liderə uduzmadı 15-10-2017, 12:49 Azər Məmmədovun “Futbol+”ə açıqlaması klubu silkələdi 15-10-2017, 12:47 Bultuis qalmaqallı müsahibəyə görə sorğu-sual olundu 15-10-2017, 12:46 Hakimliyimizin biabırçı mənzərəsi... 15-10-2017, 12:44 Yığmalar rəsmi oyunlara çıxır, AFFA-nın saytı “yatır” 15-10-2017, 12:42 Reqbi Federasiyası acınacaqlı durumdadı Bütün xəbərlər
Ən çox oxunanlar