31 may 13:24gundem

Kvekveskiri “Qəbələ”ni tərk etməsinin səbəbini “Futbol+”ə dedi

Kvekveskiri “Qəbələ”ni tərk etməsinin səbəbini “Futbol+”ə dedi
“Fikrimcə, “Tobol” karyeramda tramplin rolunu oynayacaq”

Mövsüm başa çatandan sonra “Qəbələ”ni tərk edənlərin sayı çox olsa da, Nika Kvekveskiri ilə Rəşad Sadiqovun yeri görünəcək. Yarımmüdafiənin mərkəzində yer alan hər iki futbolçu komandanın “ürəyi” sayılırdı. Xüsusilə gürcünün komandanı tərk etməklə bağlı qərar verməsi təəccüblü göründü. Halbuki belə olacağı heç kimin ağlına gəlmirdi. Qazaxıstandan, konkret “Tobol”dan gələn təklifin cəlbedici olduğunu görüncə, karyerasını Xəzərin o tayında davam etdirməyə qərar verdi. Hər nə isə, Kvekveskiri bundan sonra Omari Tetradzenin rəhbərliyi altında “Tobol”da top qovacaq. Gedişi ilə arxasında xeyli sual buraxan futbolçunu tapıb danışdırmaq yönündə çalışsaq da, cəhdlərimiz dünən bəhrə verdi. Məşqə tələsən Nika vacib sualları cavabladı.
- “Tobol”la müqavilə bağladığından xəbərdarıq. Artıq komandaya qoşulmusan, yoxsa istirahət edirsən?
- İstirahət başa çatıb. Müqavilə bağladım və komandaya qoşuldum. Artıq üç məşqdə iştirak etmişəm. Gələn ay millinin oyunu var. O vaxta qədər həm formaya düşmək, həm də “Tobol”dakı ab-havaya öyrəşmək üçün istirahəti erkən başa vurmalı oldum. Halbuki dincəlmək imkanım da var idi.
- “7” məşğul olanda, futbolçular, adətən, “17”, ya da “77”yə üstünlük verir. Sən isə “21”i seçdin. Bu seçimin xüsusi səbəbi var?
- “7”ni istəyirdim, onun da sahibi var (gülür). Bu üzdən də məcburən “21”i seçməli oldum. Bu rəqəm mənə doğmadı. Əvvəla, anamın və həyat yoldaşımın ad günləri ayın 21-dədi. Digər tərəfdən, ən çox sevdiyim futbolçu Andrea Pirlo da hər zaman “21”ə üstünlük verib. Yəni seçimimin xüsusi səbəbləri var.
- Qazaxıstan təmsilçisi səninlə nə vaxtdan maraqlanırdı? Mövsümün gedişində, yoxsa çempionat başa çatandan sonra dəvət gəldi?
- Düzünü desəm, “Tobol” mənimlə çoxdan maraqlandırdı. Yəni bu haqda ətrafımdakılardan eşitmişdim. Gürcüstan - Serbiya qarşılaşmasında oyunum pis alınmamışdı. Həmin matçdan sonra baş məşqçi rəhbərliyə konkret məlumat verib. Son 6-7 ayda “Qəbələ”dəki çıxışlarıma da diqqət yetiririblər.
- Bildiyimizə görə, başqa bir gürcü məşqçinin – Kaxaber Tsxadadzenin çalışdırdığı “Kayrat” da səninlə ciddi maraqlanırdı. Seçim edərkən üstünlüyü nəyə verdin?
- “Kayrat”? Belə bir variant olmayıb, yalan söhbətdi.
- Azərbaycanda xoş günlərin oldu, yəqin ki, danmırsan. “İnter”də oynayarkən milliyə dəvət olundun, “Qəbələ”nin heyətində gümüş medal qazandın, kubokun final qarşılaşmasında iştirak etdin, Avroliqanın qrup mərhələsində oynadın. Bütün bunlardan sonra “Tobol”u seçməyinin səbəbi həqiqətənmi maliyyə idi?
- Maliyyənin xüsusi rolu oldu, amma hər şey heç də pulla ölçülmür. Bəzən elə məqam olur ki, pula güc gəlir. Azərbaycanda “Qarabağ”la “Qəbələ”nin təklif etdiyi pul aşağı-yuxarı Qazaxıstandakı kimidi. Yəni arada ciddi fərqin olduğunu deməzdim. Ölkənizdə iki möhtəşəm mövsüm keçirdim. Həm “İnter”də, həm də “Qəbələ”də unudulmaz günlərim oldu. Sadəcə, mühiti dəyişmək istədim. Çox düşündüm, məsləhətləşdim və belə qərara gəldim ki, “Tobol”a keçid gələcək karyeram üçün daha uğurlu ola bilər. Fikrimcə, “Tobol” karyeramda tramplin rolunu oynayacaq. Bunun üçün ilk növbətə bacardığımı tam ortaya qoyub, mənə güvənənlərin etimadını doğrultmalıyam. Nə gizlədim, məqsədim daha güclü çempionatlarda oynamaqdı. Görək necə olacaq.
- Bizdə olan məlumata görə, “Qəbələ” maaşının artırılmasında maraqlı imiş. Hətta Azərbaycan reallığına görə normal məbləğ də təklif ediblərmiş. Sən isə israrla Qazaxıstanda oynamaq istədiyini hiss etdirmisən.
- Məni tanıyanlar bilir ki, pul barədə danışmağı xoşlamıram. Həm də belə məsələlər məxfi saxlanılır. Bir növ klubla futbolçu arasında olan sirrdi. Hansısa rəqəmdən danışa bilmərəm. Belə deyim, “Qəbələ” rəsmiləri ilə söhbətimiz oldu və ortaq məxrəcə gələ bilmədik. Bir-birimizi başa düşsəydik, bəlkə də yeni anlaşma əldə etmək olardı. Yenə deyirəm ki, ürəyimdə gücümü başqa ölkədə sınamaq həvəsi vardı.
- Azərbaycan futbolu sənə nə verdi?
- Çox şey verdi. İlk növbədə legioner həyatı yaşamağın nə olduğunu bildim. Çətinliklərə öyrəşdim, yaxşı və pis cəhətləri bildim. Legioner olmağın necə məsuliyyət demək olduğunu dərk etdim. Məhz Azərbaycan çempionatında sərgilədiyim futbolla Gürcüstan yığmasına dəvət aldım. Halbuki bu mənim uşaqlıq arzum idi. Kim bilir, bəlkə də Gürcüstanda qalsaydım, heç vaxt milliyə yaxın düşməyəcəkdim. Bu mənada Azərbaycan çempionatının mənə çox köməyi dəydi. “Qəbələ” ilə Avroliqanın qrup mərhələsində oynamağım, bununla da gürcü azarkeşlərin diqqətini çəkməyim bir başqa ləzzət idi. Bilmək olmaz, bir də belə şans ələ düşəcək, ya yox. Amma mən bu hissləri ölkənizdə yaşadım, Azərbaycanın sayəsində daha çox tanındım. Bunu heç vaxt unutmaram, danmaram. Təkcə futbolda yox, futboldan kənarda da çoxlu dostlar qazandım. Söz xatirinə yox, səmimi qəlbdən deyirəm, ölkəni və insanları çox sevdim. Yad ölkədən olduğumu heç vaxt hiss etdirmədilər mənə. İmkan düşdükcə gəlib-gedəcəm. Bəlkə də nə vaxtsa futbolçu kimi qayıtdım. Həyatın işini bilmək olmaz.
- “Qəbələ” rəhbərliyinə, azarkeşlərə, səni dəstəkləyənlətə nə demək istəyirsən?
- Nə qədər xoş söz desəm, azdı. Bu gün yığmaya dəvət almağımda, “Tobol”a keçməyimdə ordakı insanların danılmaz əməyi var. “Qəbələ” ilə “İnter”ə avrokuboklarda uğurlar arzulayıram. İmkan daxilində hər iki komandanın oyunlarını izləyəcəm. Ümimiyyətlə, avrokuboklarda Azərbaycan klublarına azarkeşlik edəcəm. Sağlıq olsun, “Qəbələ” çempionluq arzusuna da çatar. Azarkeşlərə nə qədər təşəkkür etsəm, azdı. Bir sözlə ifadə edəcəm: çəkdiyiniz əziyyətə görə hər birinizin qarşısında baş əyirəm! “Qəbələ” Nika Kvekveskirini itirmədi. Çünki bundan sonra Qazaxıstanda bu adda azarkeşləri var. Sizə də maraqlandığınız, haqqımda yazdığınız üçün təşəkkür edirəm.
HƏBİB
Я про это говорил


Смотреть порно в чулках

-----

Решение прочих вопросов


Фото дам в чулках

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
14-06-2019, 22:42 Nazim Süleymanov bu dəfə Masallıya üz tutdu 14-06-2019, 22:32 AFFA ilə sövdələşənlər “Futbol+”i hədəf seçdilər 14-06-2019, 22:31 "Ronaldinyo akademiyası"nın layihəsi qüvvədədi 14-06-2019, 22:30 “Neftçi" Sansone ilə vidalaşdı 14-06-2019, 22:28 Skarlatake daha bir il "Zirə"də 14-06-2019, 22:27 Bu dəfə 5 qapaz... 14-06-2019, 22:17 Yurçeviç xəcalət çəkdiyini bildirib, üzr istədi 14-06-2019, 22:15 Yığma üzvlərinin qiymətləndirməsi 14-06-2019, 22:13 “Bakcell Arena”da azarkeşlər “istefa” tələb etdilər 14-06-2019, 22:11 Yığmanın və AFFA-nın “altını üstünə çevirdilər” 14-06-2019, 22:09 “Qəbələ” birinci divizionun bombardiri ilə anlaşdı 14-06-2019, 22:07 Futbol ictimaiyyəti çıxış yolu göstərdi 14-06-2019, 22:05 Məşqçilər Komitəsinin üzvləri dilə gəldilər 14-06-2019, 22:03 Hakimə ehtiyac olmayan oyun… 14-06-2019, 21:53 Hamşik Bakını niyə unutmayacaq? 14-06-2019, 21:52 İcraiyyə Komitəsi “Bakcell Arena”da Yurçeviçdən hesabat tələb etdi 14-06-2019, 21:48 Bölməyə aparılanlar üçün əcaib şərt 14-06-2019, 21:45 Şərhçilər üçün "qızıl" qayda: haqqı deyə bilmirsənsə, nahaqq danışma! 14-06-2019, 14:59 Günün lətifəsi 14-06-2019, 14:49 Günün sitatı 14-06-2019, 14:46 Gözəl xidmət: 1 manata AFFA-ya ürəyinizdən keçəni çatdırın! 12-06-2019, 23:10 Fanklublar Slovakiya ilə oyunda yığmaya dəstək verməyəcək 12-06-2019, 23:05 “UltrAslan Azərbaycan” AFFA-dan pul almayıb 12-06-2019, 23:04 Prosineçkiylə Foqts AFFA-nın dəvətini “yerə salıb” 12-06-2019, 23:02 “Keşlə” Əfrandan imtina etdi, Ruslanla anlaşdı 12-06-2019, 23:01 Ruslar bizimkiləri Qranatkin turnirinə dəvət etməyib 12-06-2019, 20:04 Slovakiyalılar havanın hərarətindən narahatdı 12-06-2019, 20:03 Slovaklara iki qol vuran Vadim Vasilyev danışdı 12-06-2019, 20:02 Rizvan Fərzəliyevin komandası MFL-in qalibi oldu 12-06-2019, 20:00 Zaur Əzizov alban futbolçunun şikayətinə aydınlıq gətirdi 12-06-2019, 19:59 “Qarabağ”ın veteranları millini məyus etdi 12-06-2019, 19:58 Ceyhun Sultanov 40-ı tamamlayır 12-06-2019, 19:56 “Neftçi”: Ruslan Abışov getdi, Rauf Əliyev gəldi 12-06-2019, 19:55 Qonaqlar bulvarda gəzdi və təəccübləndi 12-06-2019, 19:54 Yığma xəbərləri 12-06-2019, 19:52 Yevlaxlılar çempion oldu 12-06-2019, 19:50 "Zirə"də müqavilələr yeniləndi 11-06-2019, 18:04 Həftənin idman proqramı 11-06-2019, 18:01 “Millimiz, Beyrək demiş, macarları 1 öpüb, 3 dişləndi” 11-06-2019, 18:00 Ceyhun Haşımov holland hakimi bəyənib 11-06-2019, 17:56 Kubemba da “tələbə” oldu 11-06-2019, 17:54 Slovakiya ilə oyun şotland referiyə tapşırıldı 11-06-2019, 17:53 Yığmamız Rossini təəccübləndirməyib 11-06-2019, 17:51 Yığma üzvlərinin qiymətləndirməsi 11-06-2019, 17:48 Rövnəq Abdullayev Yurçeviçi ciddi şəkildə danlayıb 11-06-2019, 17:46 Məğlubiyyətin üç əsas səbəbi 11-06-2019, 17:44 Rəzil yığma və 3 qapaz 11-06-2019, 17:41 Maksim Medvedev acı reallıqları etiraf etdi 11-06-2019, 17:39 Şok: AFFA-nın dəvətnamələri “qara bazar”da satılır 11-06-2019, 17:36 Hamı gedir quş gətirir, "Səbail"... 11-06-2019, 17:34 Slovaklar dünən axşam gəldi 11-06-2019, 17:33 “Qarabağ” 10 nəfərlə başladı 11-06-2019, 17:26 Qurban Qurbanovun oğlu Lixtenşteynə məğlubiyyəti faciə yox, dərs sayır 11-06-2019, 17:24 Günün sitatı 11-06-2019, 17:15 Eldar İsmayılov, “Xarı bülbül”, “Sportsman” jurnalı… 11-06-2019, 15:39 AFFA Media Komitəsinin dağılmasında xidməti olanları gizlicə maliyyələşdirir? 11-06-2019, 15:36 Mübariz Mənsimov AFFA rəhbərliyini aşağıladı Bütün xəbərlər
Ən çox oxunanlar