26 may 15:38gundem

“Elvin Səfərli futbol adamı deyil”

“Elvin Səfərli futbol adamı deyil”
“Şəmkir”in prezidenti Qəhrəman Əliyevin 1250 manatını vermir

Ötən mövsüm birinci divizionda elitaya çıxmaq ümidi ilə mübarizə aparan “Şəmkir”in arzuları gerçəkləşmədi. Lisenziya Komissiyasının növbəti mövsüm premyer-liqada yenə 8 komandanın iştirak edəcəyi ilə bağlı məlum qərarı bölgə təmsilçisinin ümidlərini puça çıxardı. Klub rəhbərliyi bir neçə dəfə elitada oynamağa hazır olduğunu açıqlasa da, “Şəmkir”in problemləri başından aşır. Qış təlim-məşq toplanışını Türkiyədə keçirməsinə baxmayaraq, “ağ-qırmızılar”ın maliyyə sıxıntısı var. Elitada çıxışa maneə yaradan əsas səbəb də budu.
Ötən saylarımızın birində də yazdığımız kimi, “Şəmkir” futbolçuların 2 aylıq maaşını ödəyə bilmir. Hələ bu harasıdı?! Klub nəinki futbolçuların, heç sabiq baş məşqçi Qəhrəman Əliyevin də məvacibini ödəmək iqtidarında deyil. Daha doğrusu, rəhbərlik Əliyevlə aralarındakı şəxsi prinsipə görə borcu qaytarmaq istəmir. Məsələ ilə bağlı Qəhrəman bəyin özü ilə əlaqə saxladıq. Onun sözlərinə görə, “Şəmkir”dən yanvar və fevralın ilk 15 günlüyünün məvacinini ala bilmir: “Şəmkir”də nələrin yaşandığını bilmirəm. Ordan uzaqlaşandan sonra klubun taleyi ilə yaxından maraqlanmıram. İnformasiyaları ancaq mətbuatdan oxuyuram. Hazırda onu bilirəm ki, klub futbolçuların 2 aylıq maaşını ödəməyib. Niyə ödəyə bilmədiklərini deyə bilmərəm. Mənim də bu klubla problemim məhz maaşa görədi. Fevralın 17-də “Şəmkir”dən öz istəyimlə istefa verib ayrılmışam. Həmin vaxt klubda maaşlar gecikirdi. Yanvarın və fevralın 15-nə qədər məvacibin ödənilməyib. Halbuki həmin ayların maaşı futbolçulara ödənilib. Rəhbərlik bildirmişdi ki, məvacibim veriləcək, heç bir problem yoxdu. Sponsor kluba pulu verib, futbolçulara da ödənilib. Amma mənim halal pulum qaytarılmır. Klubla davam məhz buna görədi. Klub rəhbərliyi ilə dəfələrlə danışmışam. Gah dedi ki, ödəyəcəyik, gah da xəbər göndərib pulun qaytarılmayacağını bildirdi. Sonra 2250 manatın 1000 manatını ödədilər. 1250 manat isə hələ də qaytarılmayıb. İndi heç telefon zənglərimə də cavab vermir. Heç cür klub rəhbəri Elvin Səfərli ilə danışmaq mümkün deyil. Komandaya yanvar və fevralın məvacibi ödənilməsəydi, mən səsimi çıxarmazdım. Axı sponsor maaşları rəhbərliyə verib, amma mənim məvacibim hələ çatmayıb. Niyə? Bunun səbəbini bilmirəm. Mən həmin pulu halal zəhmətimlə qazanmışam. Heç vaxt kiminsə qəpiyində gözüm olmayıb. Həmişə istəmişəm ki, vicdanla işləyim. Halal zəhmətimi niyə tələb etməyim? 30 illik məşqçilik karyeramda ilk dəfə bu halla üzləşmişəm. Artıq Elvinin adını eşidən kimi əsəbləşirəm”. Qəhrəman bəy deyir ki, komanda ilk dövrədə çox yaxşı çıxış edib, amma işinə qiymət verilməyib: “Təsəvvür edin, birinci divizionda mövsümün başlamasına 5 gün qalmış “Şəmkir”in baş məşqçisi olmuşam. İlk dövrəni komanda 2-ci yerdə başa vurub. Hansı ki, bu yer premyer-liqaya vəsiqə üçün yetərli idi. Kişi kimi çalışmışam. Komandanın ən çətin dövründə baş məşqçi olmuşam. Amma Elvin Səfərli futbol adamı deyil. Fikri daim başqa işlərdə olub. Ola bilsin, Avropada oxuyub, savadlıdı, idarəçiliyi yaxşı bacarır. Amma bu adam futbolluq deyil. 25 yaş məndən kiçik ola-ola, mənə atış gəlir. Mənim iş təcrübəm onun yaşından da çoxdu. Məni ələ salmaq lazım deyil. Mətbuata da məni yalançı çıxarıb. Xəcalət çəkirəm. Pul davası etməyimə özü şərait yaratdı. O pulu nə vaxtsa alsam, yetim-yesirə verəcəm ki, xərcləsinlər. Sadəcə, prinsip məsələsidi. Vicdanla, zəhmətlə çalışmışam. Onu tələb edirəm. Yalan danışmaqla klubu idarə etmək mümkün deyil. Gec-tez bunun üstü açılacaq. Heç olmasa, onu desin ki, pulu sənə vermək istəmirəm, yoxumdu. Hər kəs öz haqqını tələb etməlidi. Kimsə ədalətli insana pis gözlə baxmamalıdı”.
Təcrübəli mütəxəssis “Şəmkir” azarkeşlərinə də təşəkkür etdi: “Mən lap əvvəllər də “Şəmkir”də çalışmışam. O vaxt stadiona məşqimizi izləməyə 3 min adam gəlirdi. Şəmkirdə futbolu sevirlər, anlayırlar və təhlil etməyi bacarırlar. Ötən mövsümün ilk dövrəsində də biz onları meydanlara qaytarmağa başladıq. Oyunlarımızı 3-4 min nəfər izləyirdi. Komandanın niyə premyer-liqaya buraxılmadığını deyə bilmərəm. Öz işləridi. Mənə Şəmkirdə dəstək olan hər kəsə təşəkkür edirəm. Dəstəksiz komandanı sıxışdırmaq mümkünsüzdü. Orda olduğum dövrdə komandanı çox yaxşı idarə etmişəm”.
Çalışdırıcı artıq həvəskarlar liqasında çıxış edən “Bakı”ya qayıtdığını bildirdi: “Bəli, hazırda “Bakı”da baş məşqçiyəm. Novruz Əzimov “Neftçi”yə köməkçi-məşqçi gedəndən sonra məni burda rəsmən baş məşqçi təyin etdilər. İşimi burda davam etdirirəm”.
ŞƏFİ ŞƏFİYEV
Хорошего много не бывает, да?

-------

стоимость укладки гранитной брусчатки за квадратный метр


Запрос выполнен, ожидайте сообщения.

-------

скачать активатор windows vista

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 13:43 Tarixi uğurun memarı hədəfini açıqladı Dünən, 13:40 “Neftçi”lilər “Səbail” azarkeşlərinə “erməni” deyib Dünən, 13:38 Nizami “Çərkəzköy 1911”dən ayrıldı Dünən, 13:36 Xanım referi bu dəfə Heydər Əliyev Fonduna müracət edib Dünən, 13:28 “Qarabağ”ın işçisi klubdan ayrıldı Dünən, 13:24 Tahir Süleymanov İK-nın qərarını gülünc sayır Dünən, 13:23 “Qəbələ”nin meneceri inzibatçını günahsız saydı Dünən, 13:21 Obradoviç təklifini bəzi klublar dəstəkləmədi Dünən, 13:20 “Arsenal” finala çıxsa, UEFA Mxitaryana görə ingilislərə dəstək verəcək Dünən, 12:58 Baş katib qayıtdı, “Kəpəz”in rəisi klubdan ayrıldı Dünən, 12:56 MOİK darmadağın oldu, "Sumqayıt-2" fərqi azaltdı Dünən, 12:50 Tahir Süleymanov “Ayaks”dan və “Futbol+”dən yazdı Dünən, 12:49 Alesio toplanışı dəyərləndirdi Dünən, 12:47 İkinci oyunda uduzdular Dünən, 12:43 İntizam Komitəsi Jozef-Monrozu bağışladı, Rıbkaya güzəşt etdi Dünən, 12:39 Essyen yenidən “Stemford Bric”də görünəcək Dünən, 12:36 “Qəbələ” üçün yarımfinal ərəfəsində üçüncülük şansı Dünən, 12:34 “Tobol”un səhifəsi Emili maraqlı paylaşımla təbrik etdi Dünən, 12:33 “Hələlik Aynur Sofiyeva 2-ci yerdədi” Dünən, 12:30 Mirabdulla Abbasov hərəkətinə aydınlıq gətirdi Dünən, 12:21 Yığma Ukraynaya uduzdu Dünən, 12:18 Projektor olmasa da, final istənilən halda Naxçıvanda keçiriləcək 17-04-2019, 16:52 Turun statistikası 17-04-2019, 16:50 Turun məşqçisi 17-04-2019, 16:49 Turdan məqamlar 17-04-2019, 16:46 “Neftçi”nin çempionluq şansını itirmədiyini düşünürlər... 17-04-2019, 16:44 “Səbail”in vaxtla bağlı etirazı gülməlidi 17-04-2019, 16:42 Turun oyunçusu 17-04-2019, 16:41 Turun sitatı 17-04-2019, 16:40 "Keşlə”yə baxışa fransız oyunçu gəlib 17-04-2019, 16:36 “Neftçi” üstünlüyü bu cür əldən verdi… 17-04-2019, 16:33 Fariz Nəcəfov Tale Heydərovla görüşmək üçün ölkəni tərk etdi 17-04-2019, 16:32 Fariz Nəcəfov “Zirə”ylə oyundan sonranı nişan verdi 17-04-2019, 16:28 Jozef-Monroz Azərbaycan xalqından üzr istədi 17-04-2019, 16:27 Erkin İbrahimov “Neftçi”nin maraqlandığı argentinalını bəyənməyib 17-04-2019, 16:25 Ötən həftə premyer-liqaya vəsiqə qazandı, sabah çempion ola bilər 17-04-2019, 16:24 Yığma bu gün Ukrayna ilə qarşılaşacaq 17-04-2019, 16:22 Hakimlərin mühakiməsi 17-04-2019, 16:21 İlham Allahverdiyev Türkiyəni Qusara dəyişdi 17-04-2019, 16:19 Eddidən məhsuldar ötürmə və "sarı" 17-04-2019, 16:17 Yığma serblərə qalib gəldi 17-04-2019, 16:14 Azər Bağırov AFFA-nın tələblərini yerinə yetirməkdə problem görmür 17-04-2019, 16:14 “Kəpəz”in icraçı direktoru postuna namizəd ittihamlara cavab verdi 17-04-2019, 16:12 “Neftçi”nin gələn mövsüm 1-5-ci yerlərdən birini tutacağına inanıram” 16-04-2019, 16:16 Kubok proqramı açıqlandı 16-04-2019, 16:15 “Qəbələ” bacıoğlunun, SOCAR-ın, yoxsa ərəblərin olacaq? 16-04-2019, 16:13 Niyazi Bayramovla görüşə bilməyən Elxan Məmmədov Tovuza baş çəkdi 16-04-2019, 16:11 Emil oynayır, “Tobol” qələbələri sıralayır 16-04-2019, 16:06 “Qarabağ”dan Qurbanova 3 xallı, 3 qollu təbrik 16-04-2019, 16:02 Vitali Borisov 2 metrin söhbətini edir... 16-04-2019, 16:00 Autsayder ADBTİA-nın önünə çıxmadı 16-04-2019, 15:59 Samir Abasov həmşəhərlilərini əliboş yola saldı 16-04-2019, 15:56 “Qəbələ” qələbəni Tale Heydərova həsr etdi 16-04-2019, 15:52 “Keşlə”dən ardıcıl 4-cü məğlubiyyət 16-04-2019, 15:49 Aftandil Hacıyev hakimliyə üsyan etdi 16-04-2019, 15:46 “Səbail” flaqmanı “taxtdan saldı” 16-04-2019, 15:43 Həftənin idman proqramı Bütün xəbərlər
Ən çox oxunanlar