27 apr 15:27gundem

“Neftçi”yə yeni rəis gəlir

“Neftçi”yə yeni rəis gəlir
Mehman Rəsulovun yerinə başqası gətirilir?

“Zirə” - “Neftçi” qarşılaşmasında qonaq azarkeşlərin ilk hissənin ortalarında yer aldığı tribunanı tərk etdiyini xəbər vermişdik. Bu addımı öncə “Neftçimaniya”nın üzvlərinin olduğu deyilən qrup atdı, daha sonra “Forza Neftçi” onlara qoşuldu. Səbəb bəlliydi: azarkeşlərin ilk dəqiqələrdən başlayan “istefa” şüarı rəhbərliyin xoşuna gəlməmişdi. Buna görə onlara yaxınlaşan “Neftçi”yə yaxın bir nəfər “istefa” qışqırmamağı məsləhət görmüşdü. Həmin şəxsin kimliyini həmin vaxt müəyyənləşdirə bilməsək də, sonradan öyrəndik. “Ağ-qaralar”la əməkdaşlıq edən, yanvarda üç futbolçu – İqnasio Errera, Daniel Seqoviya və Hüqo Barqasın keçidini həll edən Kamil Məmmədov adlı agentin yaxın dostu Tural imiş. Məhz Tural “Forza Neftçi”nin üzvlərinə yaxınlaşaraq, bir qədər səbirli davranmağı tövsiyə edib. Daha sonra arada narazılıq yarandığından, poilis bölməsinə aparılacaqlarından çəkinən fanatlar çıxış yolunu tribunanı boşaltmaqda görüb. Soyadını dəqiqləşdirə bilmədiyimiz Turalı artıq “Neftçi”nin rəsmisi saya bilərik. Belə ki, artıq klubun içində olan bu şəxsə rəis vəzifəsi təklif olunub, o da razılaşıb. Təqdimat isə mayın ilk günlərində rəsmiləşəcək .
Əldə etdiyimiz başqa bir bilgi klubun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mehman Rəsulovla bağlıdı. Belə ki, sabiq ANS-çinin “Neftçi”dən uzaqlaşdırılacağı deyilir. İşindəki hansısa nöqsana görə yox. Dərd burasındadı ki, rəhbərlik mətbuatın kluba yönələn təzyiq dalğasından qəti narazı və narahatdı. Təzyiqin qarşısını almalı olan şəxs kimi Rəsulovu görürlər. O isə haqlı təndiqlərin qarşısını almaqda gücsüzdü. Bunun üçün də elə bir işçi axtarılır ki, jurnalistlərlə münasibəti yüksək səviyyədə olsun. Klubla media arasında körpü rolunu oynasın, çətin dönəmlərdə medianı ətrafında cəmləməyi bacarsın. Deyilənlərə inansaq, əsas namizəd Rüstəm Əfsərlidi. Vaxtilə “Simurq”da mətbuat katibi kimi çalışmış, sonradan AZAL-da tərcüməçilik etmiş, hazırda “CBC Sport” da şərhçilər bölməsinə rəhbərlik edən sabiq “Futbol+”çi rəhbərliyin klubda görmək istədiyi adamdı. Hətta bununla bağlı tərəflər arasında söhbətin baş tutduğu ehtimalı irəli sürülür. İcraçı direktor Orxan Hüseynzadə ilə yaxşı münasibətə malik Əfsərlinin təklifə necə cavab verəcəyini özündən yaxşı bilən olmaz. Məlumatı dəqiqləşdirmək üçün səbəbkarla danışdıq. Rüstəm bəy deyilənlərin həqiqəti əks etdirmədiyini dedi. İstənilən halda, “od olmayan yerdən tüstü çıxmaz” məsəlini unutmamalıyıq. Biz eşitdiyimizi yazırıq, zaman sübuta yetirir. Xeyirlisi...
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:16 AÇ üçün heyət açıqlandı Dünən, 23:15 Ölkə çempionatı başa çatdı Dünən, 23:14 Ukrayna ilə bacarmadıq Dünən, 23:13 Nağı Səfərova yenə etimad göstərildi Dünən, 23:12 Bakıda “Red Bull”dan əzələ nümayişi Dünən, 23:10 Kamran Şahsuvarlı finalda Dünən, 23:08 Əliyar Ağayev “Rusenborq”un oyununa təyinat aldı Dünən, 23:07 UEFA-nın MDB üzrə əlaqələndiricisi “Futbol+”ə danışdı Dünən, 23:05 “Zirə”nin oyununda təcrübəsiz qazax Dünən, 22:56 “Qarabağ” oyuna çıxır, “Samtredia” hücumçuyla gücləndi Dünən, 22:55 “Neftçi” rəsmisi gördüyü işdən danışmaq istəmədi Dünən, 22:44 “Zirə”də yayın məsələsində qeyri-müəyyənlikdi Dünən, 22:43 “Dalğa Arena” avrokubok oyunlarına hazırdı Dünən, 22:42 Patrik Klyuvert “Vətən”ə təşəkkür edib Dünən, 22:37 Sloveniyada AÇ-yə gerisayım başlayır Dünən, 22:36 Fransa millisinin sabiq yarımmüdafiəçisi “Qəbələ”də Dünən, 22:34 Futzal millimiz yenə braziliyalıya tapşırılacaq Dünən, 22:33 Yığmamız qrupda qaldı Dünən, 22:31 BOK prezidenti MOK-a məktub göndərdi Dünən, 22:30 Ayxan Abbasov “Zirə”ni Avroliqaya hazır sayır Dünən, 22:27 "Zirə" rumın müdafiəçi transfer etdi Dünən, 22:09 TRANSFER DOSYESİ Dünən, 22:07 Zirə azarkeşləri oyunun Mərdəkanda keçirilməsindən razıdı Dünən, 22:06 “Sumqayıt” jurnalistlər üçün iftar süfrəsi açdı Dünən, 22:03 “Zirə”nin legionerləri Türkiyədə ləngidi 23-06-2017, 20:23 Avropa Yay Olimpiya Festivalına lisenziya qazandılar 23-06-2017, 20:22 Otellərin sayı artsa, Bakıya daha çox “Formula-1” azarkeşi gələcək 23-06-2017, 20:20 Ronaldoya millinin forması hədiyyə olundu 23-06-2017, 20:17 Emil Balayev “Səbail”ə keçərkən Qurban Qurbanovla danışmayıb 23-06-2017, 20:14 “Zirə” biletlərin qiymətini açıqladı 23-06-2017, 20:12 Əliyar FİFA karyerasına sıfırdan başlayır... 23-06-2017, 20:09 “Samtredia” ilə ilk oyunun başlama vaxtı dəqiqləşdi 23-06-2017, 20:08 “İnter”in rəqibi son çempionu məğlub etdi 23-06-2017, 20:06 Avroliqanın debütantı mübarizəyə hazırdı 23-06-2017, 20:00 Sumqayıtda mükafatlandırma 23-06-2017, 19:56 Yığmanın baş məşqçisi Ermənistanla oyundan danışdı 23-06-2017, 19:55 Avroliqada ikinci dövrə başlayır 23-06-2017, 19:52 Divizionda çıxış edəcək “Binə”nin büdcəsi 150 min manatdı 23-06-2017, 19:47 Stamenkoviç “Mladost”un bəxtinin gətirmədiyini düşünür 23-06-2017, 19:44 Fanklub rəhbərləri “Milan” azarkeşlərinə haqq qazandırdı 23-06-2017, 19:42 “Fənərbaxça”nın baş məşqçisi Antalya kampından danışdı 23-06-2017, 19:40 Millinin heyəti açıqlandı 22-06-2017, 19:21 Subaşiç “Mladost” haqda gizli heç nə qoymadı 22-06-2017, 19:18 “İnter” “Mladost”u “Dalğa Arena”da sınağa çəkəcək 22-06-2017, 19:17 Zaur Axundov Azərbaycana söz verdi 22-06-2017, 19:15 “Axmat” “Qarabağ”ı da bir qolla üstələdi 22-06-2017, 19:13 “Zirə” vətənə məğlub döndü 22-06-2017, 19:11 “İnter” və “Zirə” siyahını açıqladı 22-06-2017, 19:10 Vyana “Qarabağ”ının Bakıda fanklubu olacaq 22-06-2017, 19:08 “Mladost”la oyunu böyük ümidlərlə gözləyirik” 22-06-2017, 19:06 “Bursa BB”də qaldı 22-06-2017, 19:05 Erməni baş məşqçidən etiraf 22-06-2017, 19:03 Əsgərlərə açıq məktub yazdılar 22-06-2017, 19:00 Çimərlik futbolu yığması Belarusa gedir 22-06-2017, 18:58 Hakimlərimizdən videotəkrara fərqli yanaşma 22-06-2017, 18:57 “Səbail” Emil Balayevi saxladı 22-06-2017, 18:55 Elnur Cəfərov da “Neftçi”ylə müqavilə bağladı Bütün xəbərlər
Ən çox oxunanlar