24 apr 18:34gundem

“Neftçi” muzeyini və fanşopunu açdı

“Neftçi” muzeyini və fanşopunu açdı
Şənbə günü “Bakcell Arena”da “Neftçi”nin muzeyinin və fanşopunun açılışı oldu. Tədbir səhər saat 11-ə nəzərdə tutulmuşdu. Artıq açılış vaxtına qədər xeyli futbol funksioneri, veteranlar, “Neftçi” rəsmiləri, komandanın üzvləri və jurnalistlər muzeylə fanşopun yerləşdiyi 1-ci sektorun önündə toplaşmışdı. Az sonra yığmanın baş məşqçisi Robert Prosineçki, PFL-in başqanı Ramin Musayev, ən sonda isə AFFA prezidenti Rövnəq Abdullayev “Bakcell Arena”ya gəldi. Dərhal vaxt itirmədən qırmızı lent kəsildi və qonaqlar muzeyə daxil oldu. Bundan sonra media nümayəndələri muzeylə fanşopa baş çəkdi. Muzeylə fanşopa ayrıca giriş olsa da, daxildən də keçid var. Muzey üçün 2 otaq ayrılıb. İkinci otaqdan fanşop otağına daxil olmaq mümkündü. Muzeyə giriş pullu olacaq. Ziyarətçilər bunun üçün 2 manatlıq bilet alıb, onu turniketə yaxınlaşdırıb içəri keçə bilər. 7 yaşdan aşağı uşaqlar üçün giriş pulsuzdu. Muzeyin ilk otağının divarlarında komandanın yaranma tarixi ilə bağlı məlumatlar əksini tapıb. Bu otaqda diqqəti çəkən əsas əşyalar 20-ci əsrin əvvəllərində futbolçuların geydiyi butslar və 30-40-cı illərdə istifadə olunmuş topdu. 1966-cı ildə SSRİ çempionatında bürünc medal qazanmış komandanın şəkli, həmin dönəmdə “Neftçi”nin yararlandığı 4-3-3 sisteminin və futbolçuların bu taktika üzrə düzülüşünün maket olaraq təsviri, 66-cı ildə əldə olunan bürünc medal, həmin ildə güclülər dəstəsinin yekun turnir cədvəli, müxtəlif vaxtlarda və yarışlarda əldə olunmuş kuboklarla bu otaqda tanış olmaq mümkündü. Həmçinin divardan asılmış monitorlarda “Neftçi”nin SSRİ dönəmində və müstəqillik illərində keçirdiyi ən yaddaqalan oyunlardan görüntülər əksini tapır. İkinci otağın bir hissəsi müxtəlif əcnəbi komandalardan alınmış formalar və vımpellər üçün ayrılıb. 4 planşetdə “Neftçi”də çıxış etmiş tanınmış futbolçuların şəkilləri əks olunub. Üzərinə toxunduqda həmin futbolçu haqda azərbaycanca və ingiliscə qısa məlumat ekrana gəlir. “Neftçi”nin heyətində avrokuboklarda ən çox oyun keçirmiş Rəşad Sadiqov (24), komandada ən çox oynamış Sergey Kramarenko (412), “Neftçi”nin AÇ və DÇ-də medal qazanmış yeganə üzvü Anatoli Banişevski, komandanın ilk qolunun müəllifi Pavel Ştırlin, ilk kapitan Məmmədəli İsmayılov və başqa ilklər və ənlərin, yubiley qollarının müəlliflərinin, kluba müstəqillik illərində rəhbərlik etmiş Aydın İbrahimov (1988-97), Aqil Paşayev (1997-01), Ramiz Mirzəyev (2001-03), Rövnəq Abdullayev (2004-08), Əkbər Hacıyev (2008-09), Sadıq Sadıqov (2010-15) və Çingiz Abdullayevin (2015-…) adları divarda həkk olunub. “Bakcell Arena”nın maketinə, İsmət Qayıbov adına Təlim-Məşq Bazasının görüntüsünə də bu otaqda yer ayrılıb. Fanşopa gəlincə, qələm (15 manat), kibrit (1), külqabı (10), fincan (12) kimi xırda əşyalarla yanaşı, 50-60-ci illərin futbolkasını şortla birgə 50 manata, komandanın hazırki futbol köynəyini 50-60 manata (uzunqol 60, qısaqol 50), şərfi 10 manata əldə etmək olar. Fanşopda “Neftçi”nin emblemini əks etdirən başqa geyim növləri də satışdadı.
Ümumilikdə tədbirin uğurla təşkil olunduğunu söyləyə bilərik. Ancaq nədənsə açılış mərasimində gözümüzə legioner futbolçular sataşmadı. Ən çox “Neftçi”nin baş məşqçisi kimi ilkə imza ataraq, komandanı Avroliqanın qrup mərhələsinə yüksəldən Böyükağa Hacıyevin yoxluğu hiss olundu. Sonda onu da qeyd edək ki, açılış aprelin 22-də olsa da, məkanlar azarkeşlərin ixtiyarına mayın 1-dən veriləcək.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 20:09 Sloveniyanı udduq Dünən, 20:08 Daha bir əcnəbi məşqçi ölkəmizi tərk etdi Dünən, 20:06 Anastasiya dopinqli çıxdı, Tofiq Heydərov istefa verdi Dünən, 20:05 AMKF bəyanat yaysa da... Dünən, 20:04 Çingiz Hüseynzadə “Futbol+”in üzə çıxardığı faktları təsdiqlədi Dünən, 20:01 “İnter” rəhbərliyi bəyanat yaydı Dünən, 19:57 “Həmin pisniyyət adamlara görə hələ də transfer vərəqim “Kukesi”yə göndərilməyib” Dünən, 19:54 “Qəbələ” akademiyasında yeni məşqçilər Dünən, 19:52 Məhsuldar başlanğıc Dünən, 19:51 “Kəpəz” “Zirə”ni Yevlaxda qəbul edə bilər Dünən, 19:50 Reaksiyalar Dünən, 19:48 Danimarkalı həmkarlarımız 0:1-ə görə sevinir Dünən, 19:47 Tanınmışlar da uğura biganə qalmadı Dünən, 19:46 Azarkeşlər bu dəfə sona qədər tribunaları boşaltmadı Dünən, 19:44 Hakimlər “Qarabağ”ın tarixi qələbəsinə kölgə salmadı Dünən, 15:21 “Kopenhagen”in məşqçisi “Qarabağ”ı favorit göstərdi Dünən, 15:11 “Qarabağ” Danimarkaya çarterlə gedir Dünən, 15:07 Bilet satışındakı çatışmazlıqları aradan qaldırmağın vaxtıdı Dünən, 15:06 “Qarabağ”dan gözəl oyun və tarixi qələbə Dünən, 15:04 Debütdə 1700 manat Dünən, 15:02 Əzimov istefa verdi, Ağacanov “Binə”yə keçdi 16-08-2017, 23:38 Turun oyunçusu 16-08-2017, 23:35 Müşahidə Şurasının hakimi vuran üzvü “Futbol+”ə danışdı 16-08-2017, 23:29 HAKİMLƏRİN MÜHAKİMƏSİ 16-08-2017, 16:02 Rauf müqavilə bağladı, “İnter”in icraçı direktoru coşdu 16-08-2017, 15:59 “Mehdi Hüseynzadə”yə arxa çevirib, “kibrit qutusuna sığınan” şəhər... 16-08-2017, 15:55 Rüstəm Orucov mövqeyini qorudu 16-08-2017, 15:54 Rəsul Çunayev liderliyini davam etdirir 16-08-2017, 15:53 Karateçilər Urmiyada medal qoymadı 16-08-2017, 15:51 Millət vəkili də legionerləşmənin əleyhinədi 16-08-2017, 15:49 “Kukesi” Rauf Əliyevi publikaya təqdim etdi 15-08-2017, 12:05 Sumqayıt startda Gəncəni cəzalandırdı 15-08-2017, 12:00 “Qarabağ”ın oyunu italiyalılara tapşırıldı 15-08-2017, 11:59 “Kopenhagen” yenə xal itirdi 15-08-2017, 11:56 “Qarabağ”ın oyununa maraq həddən artıq böyükdü 15-08-2017, 11:54 “Zirə” “Səbail”in debütünü korladı 15-08-2017, 11:52 Raufun “Kukesi”yə transferi düyünə düşüb 15-08-2017, 11:50 Ramin Musayev Sumqayıtda tribuna tikəcək 15-08-2017, 11:47 “Vətən” birinci divizionda oynayacaq, Əsədov baş məşqçi olacaq 15-08-2017, 11:46 Qriqorçuk yetirmələrindən narazı qaldı 15-08-2017, 11:43 “İnter” döyüşdü, sevinən “Qəbələ” oldu 15-08-2017, 11:39 “Qəbələ” Xavi ilə yolları ayırdı 15-08-2017, 11:37 Həkim, dizayner, energetik, rəssam... 15-08-2017, 11:36 Boris Xetaqurov göz yaşını saxlaya bilmədi 15-08-2017, 11:32 “Anortosis” Araza pulsuz yiyələnib 15-08-2017, 11:30 Elxan Abdullayevin söydüyü azarkeş “Futbol+”ə danışdı 15-08-2017, 11:26 “Neftçi” “Asan xidmət”lə vidalaşır 15-08-2017, 11:23 Çempion mövsümə məğlubiyyətlə başladı, “İnter Arena”ya qol yağdı 15-08-2017, 11:19 Vüqar Əsgərovdan növbəti qol 15-08-2017, 11:18 Dünya və olimpiya çempionu zirvədə 15-08-2017, 11:17 Milli Belçikaya uduzdu 15-08-2017, 11:16 “Mauqli” qisas üçün döyüşəcək 15-08-2017, 11:14 Biri Türkiyədə, biri Çexiyada fərqləndi 15-08-2017, 11:13 Kazanda yeddinci oldular 15-08-2017, 11:11 Yığma “AAAF Park”da toplanış keçir 15-08-2017, 11:09 İlk turdan sonra: qol vurmayan qalmadı 13-08-2017, 14:36 Mütəxəssislər yenə “Qarabağ”la “Qəbələ”ni fərqləndirir Bütün xəbərlər
Ən çox oxunanlar