22 apr 00:37gundem

İştirakçıların çoxluğu Neymarı təəccübləndirib

İştirakçıların çoxluğu Neymarı təəccübləndirib
“Hansı ölkədən olmağınızdan asılı olmayaraq, zövq almalı və sevinməlisiz”

Braziliya yığmasının lideri, dünyanın ən yaxşı futbolçularından sayılan Neymarın adı altında dünyanın bir çox ölkələrində gənclər arasında mini-futbol üzrə turnir keçirildiyini bilirsiz. “Neymar Jr’s Five” adlanan müsabiqə ölkəmizdə də təşkil olunur. “Barselona”nın üzvü müsahibəsində bu yarış haqda da danışıb.
- Yığmada 50 qol vurmusan və yalnız Romario, Ronaldo və Peledən geri qalırsan. Pelenin 77 qolluq göstəricisini keçmək sənin üçün nə dərəcədə önəmlidi?
- Bu, mənim üçün böyük şərəf olar. Bu, mənim arzumdu. Braziliya yığmasında oynamaq, qollar vurmaq və komandaya yardım etməklə istəyimə nail ola bilərəm. Ümid edirəm ki, qol vurmağa və rekordlar qırmağa davam edə biləcəm. Bu, məni çox xoşbəxt edir. Heç kimdən yaxşı olmaq istəmirəm. Yeganə istəyim özümdən yaxşı olmaqdı. Fikrimcə, əsas vacib olan budu.
- Karyeranın qalan hissəsində hansı uğurları əldə etməyi planlaşdırırsan?
- Planlarım çoxdu. Hələ xeyli görüləcək iş, əldə ediləcək uğur məni gözləyir. Futbola nə vaxt vida edəcəyimi bilmirəm. Bu haqda heç fikirləşməmişəm. Lakin nə qədər ki, futboldan həzz alıram, oyun günü yaxınlaşdıqca həyəcanım daha da artır, oynamağa davam edəcəm.
- Gələn il Rusiyada keçiriləcək dünya çempionatından nə gözləyirsən?
- Mundial haqda daim fikirləşirəm. Mən xəyalpərəst adamam. Kuboku almağı, çempionatın qalibi olmağı xəyal edirəm. Bu yarışa ciddi hazırlaşıram.
- "Barselona" və Braziliyadan başqa özünü hansısa komandada görürsən?
- Uşaq olanda başqa klublar, Avropa və hətta Braziliya klublarında oynadığımı çox xəyal edirdim. Lakin həmişə "Barselona"da oynamağı arzulamışam. Şükürlər olsun ki, bu arzuma çatdım.
- "Neymar Jr’s Five" turnirini növbəti dəfə keçirmək necə hissdi?
- Bu yarışın 2-ci dəfə keçirilməsinə görə çox sevinirəm. Turnirə bütün dünyada marağın olması məni çox şad edir. Budəfəki yarışda 50-dən artıq ölkəni təmsil edən komandalar iştirak edəcək. Buna görə də çox sevinirəm. "Neymar Jr’s Five" turnirinin onlara zövq bəxş edəcəyinə ümid edirəm. Çünki ən əsası xoşbəxt olmaq və zövq almaqdı.
- Ötən il "Neymar Jr’s Five"da ən yaddaqalan an hansı idi?
- Mənə elə gəlir ki, həmin an ümumilikdə sonuncu gün idi. Orda oyunçuların yanında olmaq, onların oynadığını, sevindiyini görmək və hər şeyin bir parçası olmaq. Məncə, həmin gün ən gözəl gün idi.
- Yarışda iştirak üçün 65 min nəfərin qeydiyyatdan keçməsi faktı sizi heyrətləndirdi?
- Bəli. Məncə, heç kim birinci yarışda bu qədər oyunçu gözləmirdi. Bu üzdən biz doğrudan da həm çox məmnun idik, həm də çox sevinirdik. Ümid edirəm ki, bu say getdikcə artacaq.
- Bu il oyunçulara vermək istədiyin ən vacib məsləhət hansıdı?
- Nəticə nə olur-olsun, kədərlənməsinlər, məsləhətim budu. Hansı ölkədən olmağınızdan asılı olmayaraq, "Neymar Jr’s Five"da zövq almalı və sevinməlisiz. Bu tədbirdə bacardığınız qədər yaxşı çıxış etməyinizi və burda görüşməyimizi gözləyirəm.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:16 AÇ üçün heyət açıqlandı Dünən, 23:15 Ölkə çempionatı başa çatdı Dünən, 23:14 Ukrayna ilə bacarmadıq Dünən, 23:13 Nağı Səfərova yenə etimad göstərildi Dünən, 23:12 Bakıda “Red Bull”dan əzələ nümayişi Dünən, 23:10 Kamran Şahsuvarlı finalda Dünən, 23:08 Əliyar Ağayev “Rusenborq”un oyununa təyinat aldı Dünən, 23:07 UEFA-nın MDB üzrə əlaqələndiricisi “Futbol+”ə danışdı Dünən, 23:05 “Zirə”nin oyununda təcrübəsiz qazax Dünən, 22:56 “Qarabağ” oyuna çıxır, “Samtredia” hücumçuyla gücləndi Dünən, 22:55 “Neftçi” rəsmisi gördüyü işdən danışmaq istəmədi Dünən, 22:44 “Zirə”də yayın məsələsində qeyri-müəyyənlikdi Dünən, 22:43 “Dalğa Arena” avrokubok oyunlarına hazırdı Dünən, 22:42 Patrik Klyuvert “Vətən”ə təşəkkür edib Dünən, 22:37 Sloveniyada AÇ-yə gerisayım başlayır Dünən, 22:36 Fransa millisinin sabiq yarımmüdafiəçisi “Qəbələ”də Dünən, 22:34 Futzal millimiz yenə braziliyalıya tapşırılacaq Dünən, 22:33 Yığmamız qrupda qaldı Dünən, 22:31 BOK prezidenti MOK-a məktub göndərdi Dünən, 22:30 Ayxan Abbasov “Zirə”ni Avroliqaya hazır sayır Dünən, 22:27 "Zirə" rumın müdafiəçi transfer etdi Dünən, 22:09 TRANSFER DOSYESİ Dünən, 22:07 Zirə azarkeşləri oyunun Mərdəkanda keçirilməsindən razıdı Dünən, 22:06 “Sumqayıt” jurnalistlər üçün iftar süfrəsi açdı Dünən, 22:03 “Zirə”nin legionerləri Türkiyədə ləngidi 23-06-2017, 20:23 Avropa Yay Olimpiya Festivalına lisenziya qazandılar 23-06-2017, 20:22 Otellərin sayı artsa, Bakıya daha çox “Formula-1” azarkeşi gələcək 23-06-2017, 20:20 Ronaldoya millinin forması hədiyyə olundu 23-06-2017, 20:17 Emil Balayev “Səbail”ə keçərkən Qurban Qurbanovla danışmayıb 23-06-2017, 20:14 “Zirə” biletlərin qiymətini açıqladı 23-06-2017, 20:12 Əliyar FİFA karyerasına sıfırdan başlayır... 23-06-2017, 20:09 “Samtredia” ilə ilk oyunun başlama vaxtı dəqiqləşdi 23-06-2017, 20:08 “İnter”in rəqibi son çempionu məğlub etdi 23-06-2017, 20:06 Avroliqanın debütantı mübarizəyə hazırdı 23-06-2017, 20:00 Sumqayıtda mükafatlandırma 23-06-2017, 19:56 Yığmanın baş məşqçisi Ermənistanla oyundan danışdı 23-06-2017, 19:55 Avroliqada ikinci dövrə başlayır 23-06-2017, 19:52 Divizionda çıxış edəcək “Binə”nin büdcəsi 150 min manatdı 23-06-2017, 19:47 Stamenkoviç “Mladost”un bəxtinin gətirmədiyini düşünür 23-06-2017, 19:44 Fanklub rəhbərləri “Milan” azarkeşlərinə haqq qazandırdı 23-06-2017, 19:42 “Fənərbaxça”nın baş məşqçisi Antalya kampından danışdı 23-06-2017, 19:40 Millinin heyəti açıqlandı 22-06-2017, 19:21 Subaşiç “Mladost” haqda gizli heç nə qoymadı 22-06-2017, 19:18 “İnter” “Mladost”u “Dalğa Arena”da sınağa çəkəcək 22-06-2017, 19:17 Zaur Axundov Azərbaycana söz verdi 22-06-2017, 19:15 “Axmat” “Qarabağ”ı da bir qolla üstələdi 22-06-2017, 19:13 “Zirə” vətənə məğlub döndü 22-06-2017, 19:11 “İnter” və “Zirə” siyahını açıqladı 22-06-2017, 19:10 Vyana “Qarabağ”ının Bakıda fanklubu olacaq 22-06-2017, 19:08 “Mladost”la oyunu böyük ümidlərlə gözləyirik” 22-06-2017, 19:06 “Bursa BB”də qaldı 22-06-2017, 19:05 Erməni baş məşqçidən etiraf 22-06-2017, 19:03 Əsgərlərə açıq məktub yazdılar 22-06-2017, 19:00 Çimərlik futbolu yığması Belarusa gedir 22-06-2017, 18:58 Hakimlərimizdən videotəkrara fərqli yanaşma 22-06-2017, 18:57 “Səbail” Emil Balayevi saxladı 22-06-2017, 18:55 Elnur Cəfərov da “Neftçi”ylə müqavilə bağladı Bütün xəbərlər
Ən çox oxunanlar