30 in 22:41gundem

Dabonun vəkili “Neftçi”yə məktub yazıb


Futbolçu xanımının əməlinə görə cərimələnməsini doğru saymır
“Neftçi”nin fransalı hücumçusu Baqali Dabonun FIFA-ya şikayət etdiyini xəbər vermişdik. “Sportinfo”nun məlumatına görə, o, vəkili vasitəsilə paytaxt təmsilçisindən beynəlxalq quruma narazılığını bildirib. Buna səbəb klub rəhbərliyinin onu böyük məbləğdə cərimələməsidi. Söhbət Dabonun həyat yoldaşı tərəfindən sosial şəbəkədə yerləşdirilən video və fotodan gedir.
Həmin görüntülərdə futbolçunun “Qarabağ”ın formasını geyməsi əksini tapıb və “Neftçi” rəsmilərini də elə bu hiddətləndirib. İctimailəşən həmin kadrlardan sonra idarəçilərlə Dabo arasında münasibətlər bir qədər də gərginləşib və nəticədə sərt qərar qəbul olunub. 2018-ci ilin yayında komandaya cəlb olunan forvard iyunun əməkhaqqından və onun üçün müəyyənləşdirilən bonuslardan məhrum edilib. Cərimənin ümumi məbləği isə üst-üstə 41 min dollardı, təxminən 70 min manat.
“Ağ-qaralar”la müqaviləsinin müddəti iyulun 1-də bitəcək Dabo son ayın maaşının tam tutulmasına əsas vermədiyini FİFA-ya məktubunda xüsusi vurğulayıb. O, görüntüləri özünün çəkmədiyini, xanımının sosial şəbəkədə yaydığı kadrlara görə isə məsuliyyət daşımadığını da məktubda qeyd edib.
Xəbərlə bağlı “Neftçi”nin mövqeyini öyrəndik. Ki, Baqalinin məktubundan klub rəhbərliyinin xəbəri varmı? Başbilənlər futbolçunun narazılığını əsaslı sayır? Klubun Mətbuat və Marketinq Departamentinin rəhbəri Rüstəm Allahverdiyevin mövqeyi belə oldu: “Ötən dəfə demişdim, yenə qeyd edirəm, narazi tərəf olaraq Baqali Dabonun aidiyyatı qurumlara məktub yazmaq, müraciət etmək hüququ var. Heç kim bu hüququ onun əlindən ala bilməz. Klub rəhbərliyi futbolçunu daxili intizam qaydalarına uyğun cərimələyib və bu, sənədlərdə əks olunub. O ki qaldı FIFA-ya məktubuna, bundan xəbərimiz yoxdu. Bir müddət öncə vəkili “Neftçi”yə məktub göndərmiş, cərimənin səbəbini öyrənmişdi. Klubdan da ona lazım olan cavab verilmişdi. FIFA-ya göndərilən məktuba görə qurumdan kluba və ya futbolçuya cavab məktubunun gəlməsi müəyyən qədər vaxt aparır. Bu gün hansısa yenilik yoxdu. Gələcəkdə nəsə olsa, deyərik”.
Hə, onu da qeyd edək ki, son 10 gündə istər Baqalinin özü, istərsə də xanımı Tuğba Dabo ilə danışmağa cəhd etsək də, heç biri əlaqə qurmaqda, müsahibə verməkdə maraqlı deyil. Hər halda, zəng və mesajların cavabsız qalmasından adamın ağlına başqa heç nə gəlmir.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 11:45 Rəhbərlik “Şahdağ”ın futbolçularının maaşını vermir Dünən, 11:41 “Keşlə”nin Ruslan Qurbanova borcu yoxdu Dünən, 11:40 Klublar Bakını tərk edəcəklər Dünən, 11:38 Avrokuboka qatılanlar avqustda hazır olmalıdı Dünən, 11:36 Avrokubok iştirakçıları önündə “yaşıl işıq yandırıldı” Dünən, 11:34 Tural Bayramlı “Keşlə”dən pula görə ayrılıb Dünən, 11:28 Prosineçkinin uğur formulu Dünən, 11:27 Mahir uçacaq? Ay uçdu a... Dünən, 11:24 Qəbələ avrokubok təmsilçilərini qarşılamağa hazırdı Dünən, 11:21 “Sumqayıt”ın ispan məşqçisi vətəninə getmək istəməyib Dünən, 11:19 “Zirə” gözləmə mövqeyindədi Dünən, 11:17 Messi, “Real”, Nicat və ...acgöz bizimkilər 7-07-2020, 21:20 “Zirə” Turalla Şəhriyarı istəyir 7-07-2020, 21:18 “Qarabağ” rəhbərliyi ispanlara yardım əlini uzadıb 7-07-2020, 21:17 Bu gedişlə yığmanı yerli mütəxəssis çalışdıracaq 7-07-2020, 21:16 KİVDF-nin qərarı narazılıq doğurdu 7-07-2020, 20:53 “Təslim olsaq, bizim üçün faciə yaşanacaq” 7-07-2020, 20:50 “Sabah” Sopiçi yola saldı 7-07-2020, 20:49 İsayevə ən çox pul təklif edən “Sabah”dı 7-07-2020, 20:48 Zaur Həşimovun gedişi Məqsədi pis vəziyyətdə qoyub 7-07-2020, 20:46 “Keşlə” Ruslan Qurbanova çatacaq pulu vermir 7-07-2020, 20:44 Elmar Baxşıyev büdcənin təsdiqlənməsini gözləyir 7-07-2020, 20:41 Nicat ikinci qolunu vurdu 7-07-2020, 20:40 Şəmkirdə “Kəpəz”in futbolçularına yuxu dərmanı veriblər 7-07-2020, 20:37 AFFA və PFL əməkdaşları işə çıxa bilmirlər 4-07-2020, 12:32 Ramiz Mirzəzadə "İdman TV"ni "CBC Sport"a dəyişdi 4-07-2020, 12:24 “Azərbaycanda futbol öldü, qızım” 4-07-2020, 12:18 Məşqçilər Komitəsi Kinin namizədliyindən xəbərsizdi 4-07-2020, 12:14 “Keşlə”nin adı gələndə tüklərim biz-biz olur” 4-07-2020, 12:07 “Çempionatdakı nəticələr və Avroliqaya vəsiqə qazana bilməməyimiz qərarda rol oynamadı” 4-07-2020, 12:03 Miçel və Romero qardaşları İspaniyaya uçdu 4-07-2020, 09:23 “Sumqayıt” gərək “çox sağ ol, koronavirus” desin” 4-07-2020, 09:18 PFL təqvimin bir neçə variantı üzərində işləyir 4-07-2020, 08:55 “Futbol+”in “rəmzi yığma”sına 105 futbolçu düşüb 4-07-2020, 08:48 “Sumqayıt” Türkiyədən maska sifariş edəcək 4-07-2020, 08:45 “Forza Neftçi” Geryeyə ismarıc göndərdi 4-07-2020, 08:40 “Qarabağ”la anlaşan Gerye azarkeşlərə səsləndi 4-07-2020, 08:37 “Vəziyyət belə davam etsə, avrokuboklarda bizi son 10 ildə görmədiymiz uğursuzluq gözləyir” 4-07-2020, 08:28 1 manata nə düşür ki?! 3-07-2020, 12:31 FIDE sentyabra kimi onlayn turnirlərlə kifayətlənəcək 3-07-2020, 12:30 “Azərikimya” rəhbərliyi Riad Rəfiyevi məyus yola salıb 3-07-2020, 12:27 FİFA “Sumqayıt” Futbol Akademiyasını nəzarətə götürüb 3-07-2020, 12:25 Avrokubok iştirakçıları ölkəni tərk etməyəcək 3-07-2020, 12:11 “Zirə” Zaur Həşimovla yolları ayırdı 3-07-2020, 12:09 AFFA “Lernayin Artsax” mövzusunda gözləmə mövqeyi tutur 3-07-2020, 12:07 Dabo Azərbaycana təşəkkür etdi 3-07-2020, 12:05 Cavid “Keşlə”yə havayı başa gəlib? 3-07-2020, 12:04 Tərlan Əhmədovu gizlənməyə vadar edən nədi? 3-07-2020, 12:03 “Demək olar ki, Tərlan Əhmədovun əlində böyümüşəm, məni “Neftçi”dən tanıyır” 3-07-2020, 12:01 “Səbail”də büdcəni müəyyənləşdirməkdə çətinlik çəkirlər 3-07-2020, 11:58 Kin AFFA-dan yüksək maaş istəməyib 3-07-2020, 11:57 “Turun sitatı”nda Qurban Qurbanov hamını qabaqlayıb 3-07-2020, 11:54 “Narva Trans”ın baş məşqçisi Nurlan Novruzovu danlayıb 3-07-2020, 11:50 “Ertsgebirge”nin prezidenti Nazarovu fərqləndirdi 30-06-2020, 22:52 Rövşən Əhmədov fəhlə işlədiyi məktəbdə müəllimlik edəcək 30-06-2020, 22:49 Yığmanın Millətlər Liqasında oyun günləri müəyyənləşdi 30-06-2020, 22:47 PFL rəsmiləri Tovuza getməyi düşünmür Bütün xəbərlər
Ən çox oxunanlar