26 in 12:06gundem

Vaqif Paşayev yetirməsinin yığmada işləməsini istəyir

Vaqif Paşayev yetirməsinin yığmada işləməsini istəyir
“Rəşad kimi lider, xarakter göstərən, çalışqan futbolçu yoxdu”
Bir neçə gün əvvəl “Qarabağ”ın müdafiəçisi və kapitanı Rəşad Sadıqov karyerasını bitirdi. Uzun illər ərzində həm millidə, həm də “Qarabağ”da kapitan sarğısını daşıyan, “Neftçi”də də çıxış edən, Türkiyədə legioner həyatı yaşayan 38 yaşlı futbolçu ağdamlıların heyətində növbəti çempionluq kubokunu qaldıraraq, futbola “əlvida” dedi. Onun karyerasını bitirməsinə münasibətini öyrənmək üçün ilk məşqçisi Vaqif Paşayevlə əlaqə saxladıq. Təcrübəli mütəxəssis həm də Rəşadın futbolçu kimi ilk illərini xatırladı.
- Yetirməniz Rəşad Sadıqov ötən şənbə karyerasını bitirdi. İlk məşqçisi siz olmusuz. Onun ilk illərini, futbola başlamasını necə xatırlayırsız?
- Rəşada 1990-cı ildən məşqçilik etməyə başlamışam. 8 il mən çalışdırdım, sonra “Turan”a getdi. Biz Rəşadla indiki kimi futbol meydanlarında məşq etməmişik. Rəşad asfaltın, torpağın üstündə məşq edib, oynayırdı. Mərd futbolçu idi, istəyinə, məqsədinə çatmaq üçün çalışırdı. 20 il peşəkar futbol oynadı, bu səviyyəyə çatdı.
- Həmin vaxt Rəşadın bu səviyyəyə çatacağını düşünürdüz?
- Bəli, bilirdim ki, Rəşad Azərbaycan futbolunda lider olacaq. Onun çalışqanlığını, zəhmətini görürdüm. Sizə bir məsələ də deyim. Bir dəfə Rəşad məşqə gəlməmişdi, soyuqdəyməsi vardı. Həmin gün onların evinə getdim, xəbər bilməyə. Anası soruşdu ki, Rəşad barədə nə düşünürsüz? Ondan futbolçu çıxar? Dedim ki, Rəşad futbolçu olacaq. Dedilər, bizim inamımız yoxdu. Dedim, mən məşqçisiyəm, inanıram. Sonra Rəşad məşqə qayıdanda, onunla söhbət etdim. Dedim ki, ananın, nənənin yanında söylədiklərimi eşitdin. Mənim sözümü səhv çıxarma. El arasında bir söz var, kişinin sözü bir olar. Rəşad həmin gün mənə söz verdi, sözünün də üstündə durdu. Mən həmişə inanmışam ki, Rəşad çox yaxşı futbolçu olacaq. Onun çalışqanlığından əlavə, xarakteri də güclü idi. Hər zaman ona inanmışam, inamım da özünü doğruldub. Onunla birlikdə məşq edən futbolçular da var idi, amma bilirdim ki, bu səviyyəyə çatan ancaq Rəşad olacaq. Rəşad çox intizamlı futbolçu olub. Bir dəfə də olsun, dilindən söyüş, təhqir eşitməmişik, heç kim eşidə bilməz. Düzdü, onda komandamız da çox nizamlı idi. Hətta məğlub olduğumuz oyundan sonra belə paltardəyişmə otağında heç kim söyüş işlətməyib. Paltardəyişmə otağında artıq söz ola bilməzdi. Bütün futbolçular, o cümlədən Rəşad çox intizamlı olub.
- Azərbaycan futbolunda ən fərqli və çətin karyerası olan birinci futbolçu bəlkə də Rəşaddı. Bir ara basketbolda da çıxış edib.
- Onun həm bu hərəkətində, həm də karyerasında xarakteri mühüm rol oynayıb. Həmin vaxt düşünürdülər ki, futbolun qapısı onun üzünə bağlandı. Bəlkə də Rəşadın yerində başqası olsaydı, futbolu atardı. Amma o, dayanmadı, gedib basketbol oynadı. Yaxşı da alındı, bacara bildi. O, belə məsələlərlə tez-tez üzləşib. Bir ara “Neftçi”də bir neçə futbolçu ilə birlikdə əvəzedici komandaya göndərilmişdi. Onda həmin futbolçulardan çoxu əvəzedici komandada çıxış etməkdən imtina edib, “biz burda oynamaq istəmirik” demişdilər. Amma Rəşad çıxıb oynamışdı. Bu gün Rəşad bu yerə belə məsələlərə görə gəlib. Basketbol da oynayıb, əvəzedicilərdə də çıxış edib, amma dayanmayıb. Xarakter göstərib, çalışıb.
- Rəşad legioner həyatı yaşasa da, karyerasından danışanda daha çox “Neftçi” və “Qarabağ”ın adını çəkir. Siz necə düşünürsüz, onun karyerasında dönüş nöqtəsi hansı klubda yaşanıb?
- Ən çox çıxış etdiyi “Neftçi” və “Qarabağ” olub. Bu komandalarda da özünü göstərməyi bacarıb. Belə deyək, yüksəlişi, inkişafı, uğuru bu komandaların heyətində olub. Hər iki klubun heyətində müxtəlif uğurlar qazanıb. Bir müddət Türkiyədə çıxış etdi, orda da müxtəlif klublarda oynadı. Ancaq təbii ki, əsas uğurları Azərbaycanda qazandı.
- Futbol ictimaiyyətinin bir çox nümayəndəsi düşünür ki, Azərbaycan futbolunda Rəşad kimisi bir də olmayacaq. Siz necə düşünürsüz, futbolumuzda “ikinci Rəşad” olacaq?
- Yenə deyirəm, indi onun kimi futbolçu yoxdu. İstedadlı, çalışqan futbolçular var, amma hər baxımdan Rəşad kimi futbolçu yoxdu, olmasına da inanmıram. Rəşad əvvəldən ağıllı, güclü futbolçu olub. İlk dəfə yanıma gələndən bilirdim ki, güclü futbolçu olacaq, bunu hiss edirdim. Hakan adlı türk mütəxəssis vardı, bir dəfə o da demişdi ki, Azərbaycanda bir kapitan görürəm, o da “Qarabağ”ın kapitanı Rəşad Sadıqovdu. Rəşad hər zaman fərqlənib: oyunu, komandaya verdiyi inam, davranışı ilə. Bəhlul (Mustafazadə) var, oyununu bəyənirəm. Başqa istedadlar da var. Amma Rəşad kimi lider, xarakter göstərən, çalışqan futbolçu yoxdu, buna əminəm. Onunla işlədiyimiz dövrdə məşq etdiyimiz top söküləndə aparıb tikdirirdik ki, yenidən məşq edək, oynayaq. Elə çətin bir dövr idi. Rəşad torpaqda oynayırdı. Amma indikilərə baxın, nə yoxdu ki? Topdan tutmuş məşq meydanlarına kimi hər şey var, amma inkişaf yoxdu. Burda başqa məsələlər də var. İndi məşqçiyə də dəyər verilmir. Hər gün Sumqayıta bir neçə avtobus dəyişməklə gedib-gəlirəm. Futbola rəhbərlik edənlərdən bir nəfər demir ki, gəl, burda işlə, belə əziyyət çəkmə. Mən Azərbaycan futboluna futbolçular vermişəm. Bəxtiyar Həsənalızadəylə işləmişəm, yanıma gedib-gəlib, indi “Zirə”də oynayır. Hazırda “Sumqayıt”da oynayan Xəyalla işləmişəm. Mənə belə futbolçular yetişdirmək çətin deyil, amma bunu qiymətləndirən yoxdu. Bir nəfər demir ki, sən Azərbaycan futboluna Rəşad, Ceyhun Sultanov, Saşa Yunisoğlu kimi futbolçular vermisən. Mən bu futbolçuları asfaltda yetişdirmişəm. Amma indi hər şəraitə malik meydanlarda belə futbolçular yetişmir. Mən belə 10 futbolçu yetişdirərəm, amma bunun üçün heç kim heç kimə dəyər vermir.
- Məşqçilikdən söz düşmüşkən, bir az da Rəşadın məşqçiliyi ilə bağlı danışaq. Özü də açıqlamalarında “Qarabağ”da, Qurban Qurbanovun yanında qalıb, məşqçilik edə biləcəyini deyib. Siz nə düşünürsüz, məşqçilik həyatı, seçimləri necə alınar?
- Rəşad nə düşünürsə, onu da edəcək. Bu, onda yaxşı da alınacaq, buna əminəm. Amma düşünürəm ki, millidə çalışmalıdı. Niyə? Çünki bunun üçün onda bütün keyfiyyətlər var. Futbolçuları yaxşı tanıyır, onların nə istədiyini, nəyi bacardıqlarını bilir. Futbolçu meydanda olanda qorxmamalıdı, güvənməlidi. Rəşad da bütün yerli futbolçuların nəyə sahib olduğunu, nədən çəkindiyini bilir. Onda bu keyfiyyətlər varkən, niyə başqası millidə çalışsın? Rəşad xarakterlidi, bacarıqlıdı, millidə də vəzifəsinin öhdəsindən gələr. Ona bu şans yaradılmalıdı. Mən onun yığmada bacaracağına əminəm. Təbii ki, son qərar özünündü, ən yaxşı seçimi edəcək. Nə qərar versə, bilin ki, ən düzgünü odu. Bunu sizə mən deyirəm. Rəşad səhv addım atmaz.
AYGÜL
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
4-07-2020, 12:32 Ramiz Mirzəzadə "İdman TV"ni "CBC Sport"a dəyişdi 4-07-2020, 12:24 “Azərbaycanda futbol öldü, qızım” 4-07-2020, 12:18 Məşqçilər Komitəsi Kinin namizədliyindən xəbərsizdi 4-07-2020, 12:14 “Keşlə”nin adı gələndə tüklərim biz-biz olur” 4-07-2020, 12:07 “Çempionatdakı nəticələr və Avroliqaya vəsiqə qazana bilməməyimiz qərarda rol oynamadı” 4-07-2020, 12:03 Miçel və Romero qardaşları İspaniyaya uçdu 4-07-2020, 09:23 “Sumqayıt” gərək “çox sağ ol, koronavirus” desin” 4-07-2020, 09:18 PFL təqvimin bir neçə variantı üzərində işləyir 4-07-2020, 08:55 “Futbol+”in “rəmzi yığma”sına 105 futbolçu düşüb 4-07-2020, 08:48 “Sumqayıt” Türkiyədən maska sifariş edəcək 4-07-2020, 08:45 “Forza Neftçi” Geryeyə ismarıc göndərdi 4-07-2020, 08:40 “Qarabağ”la anlaşan Gerye azarkeşlərə səsləndi 4-07-2020, 08:37 “Vəziyyət belə davam etsə, avrokuboklarda bizi son 10 ildə görmədiymiz uğursuzluq gözləyir” 4-07-2020, 08:28 1 manata nə düşür ki?! 3-07-2020, 12:31 FIDE sentyabra kimi onlayn turnirlərlə kifayətlənəcək 3-07-2020, 12:30 “Azərikimya” rəhbərliyi Riad Rəfiyevi məyus yola salıb 3-07-2020, 12:27 FİFA “Sumqayıt” Futbol Akademiyasını nəzarətə götürüb 3-07-2020, 12:25 Avrokubok iştirakçıları ölkəni tərk etməyəcək 3-07-2020, 12:11 “Zirə” Zaur Həşimovla yolları ayırdı 3-07-2020, 12:09 AFFA “Lernayin Artsax” mövzusunda gözləmə mövqeyi tutur 3-07-2020, 12:07 Dabo Azərbaycana təşəkkür etdi 3-07-2020, 12:05 Cavid “Keşlə”yə havayı başa gəlib? 3-07-2020, 12:04 Tərlan Əhmədovu gizlənməyə vadar edən nədi? 3-07-2020, 12:03 “Demək olar ki, Tərlan Əhmədovun əlində böyümüşəm, məni “Neftçi”dən tanıyır” 3-07-2020, 12:01 “Səbail”də büdcəni müəyyənləşdirməkdə çətinlik çəkirlər 3-07-2020, 11:58 Kin AFFA-dan yüksək maaş istəməyib 3-07-2020, 11:57 “Turun sitatı”nda Qurban Qurbanov hamını qabaqlayıb 3-07-2020, 11:54 “Narva Trans”ın baş məşqçisi Nurlan Novruzovu danlayıb 3-07-2020, 11:50 “Ertsgebirge”nin prezidenti Nazarovu fərqləndirdi 30-06-2020, 22:52 Rövşən Əhmədov fəhlə işlədiyi məktəbdə müəllimlik edəcək 30-06-2020, 22:49 Yığmanın Millətlər Liqasında oyun günləri müəyyənləşdi 30-06-2020, 22:47 PFL rəsmiləri Tovuza getməyi düşünmür 30-06-2020, 22:43 “Keşlə”nin Cavid İmamverdiyev sevdası 30-06-2020, 22:41 Dabonun vəkili “Neftçi”yə məktub yazıb 30-06-2020, 22:39 Stamenkoviç daha bir il “Sabah”da 30-06-2020, 22:35 Nurlan qol vurdu və qovuldu 30-06-2020, 22:33 UEFA ilə məsləhətləşmələr bitib 30-06-2020, 22:31 “Bu göstərici “Qəbələ”nin nə tarixinə, nə də ənənəsinə yaraşır” 30-06-2020, 22:28 Aftandil Hacıyev yeniyetmələri “kötəkləyən” “Soçi”ni qınadı 30-06-2020, 22:26 62 stadion, 4874 oyun - “Tofiq Bəhramov” liderdi 30-06-2020, 21:47 Amiti Moldovaya əcnəbi agent aparıb 30-06-2020, 21:42 “Qarabağ”: Araz gedir, Abbas qalır 30-06-2020, 21:41 "Keşlə" daha 5 futbolçu ilə vidalaşdı 30-06-2020, 21:38 Adil Ağayev dünyasını dəyişdi 30-06-2020, 21:30 Bordin Füzuli Məmmədovu təbrik etməyib 29-06-2020, 12:13 Teymur Rəcəbov “Chessable Masters”də iz qoyub 29-06-2020, 12:12 “Sumqayıt”ın rəsmi qəbulu hələ planda yoxdu 29-06-2020, 12:11 Ermənilər “Lernayin Artsax” kartından əl çəkmir 29-06-2020, 12:09 PFL “Qarabağ”a 45 medal verib 29-06-2020, 12:06 Slavik “Sabah”ı seçdi 29-06-2020, 12:04 Kərim Diniyev “Sabah”dan ayrılacağını bilirmiş 29-06-2020, 12:02 Mircavadovla Qasımov məsləhətçi rolunda 29-06-2020, 12:00 UEFA ilkin təsdiq cavabı göndərdi 29-06-2020, 11:59 “Sumqayıt”dan ayrılan Süleymanov özünü yeni çağırışa hazır sayır 29-06-2020, 11:57 Novruz Əzimov AFFA-nın əcnəbi sevgisini “qamçıladı” 29-06-2020, 11:54 Azarkeş sayındakı biabırçılıq: hər oyuna 1007 nəfər 29-06-2020, 11:53 Amit Quluzadə Moldovaya “köçdü” Bütün xəbərlər
Ən çox oxunanlar