30 may 14:15gundem

“Xəzər Lənkəran”ın futbolçuları 250 min iddiasına cavab verdi

“Xəzər Lənkəran”ın futbolçuları 250 min iddiasına cavab verdi
Zaur Ramazanov: “Bizim futbolçular Rasim Karaya “torba tikmək” üçün bilərəkdən oynamadılar”
Mahmud Qurbanov: “Nə deyim, bəlkə olub, bəlkə də olmayıb”
Emin Quliyev: “Belə şeylər rəhbərliklər arasında olur

Moldovanın “Nistru” klubunun sabiq futbolçusu Katalin Likioyu bu yaxınlarda yerli mətbuata verdiyi müsahibədə sensasiyalı iddia ilə çıxış edib. Rumınıyalı futbolçu 2005/06 mövsümündə UEFA kubokunun təsnifat mərhələsində qarşılaşdıqları “Xəzər Lənkəran”ın onlara rüşvət təklif etdiyini açıqlayıb. Likioyu bildirib ki, Lənkəran təmsilçisi uduzmaq üçün komandanın üç üzvünə 250 min dollar vəd edib. Ancaq onlar bu təkliflə razılaşmayıb. Həmin vaxt Rasim Karanın yetirmələri Moldova klubuna evdə 1:2, səfərdə isə 1:3 hesabı ilə məğlub olmuşdu. Futbolçunun illər sonra belə açıqlama verməsi gündəmə “bomba” kimi düşməyə bilməzdi. Üstəlik, Lənkəran klubunun olduqca zəngin olması və zaman-zaman milyonlardan necə səmərəsiz istifadə etməsi iddianı möhkəmləndirdi. Əlbəttə, könül istərdi ki, “Xəzər Lənkəran” sağ olaydı və iddiaya konkret cavab veriləydi. Ancaq təəssüf ki, bölgə təmsilçisi tarixə qovuşub. Düzdü, klubdan məsələ ilə bağlı mətbuata açıqlama verilib və Likioyunun iddiası təkzib olunub. Elə Kara da qəzetimizə açıqlamasında rüşvət təklifini yalanlayıb. Ancaq mövzu hələ də müzakirə olunur. Bunu nəzərə alaraq, həmin vaxt “Xəzər Lənkəran”ın formasını geyən futbolçulara tribuna verməyi qərara aldıq.
Zaur Ramazanov: “Vallah, boş söhbətdi. Mən belə şey eşitməmişəm. O vaxtı baş məşqçi Rasim Kara idi. Əksinə, deyilirdi ki, komanda onu göndərmək üçün oynamadı. Belə söz-söhbətlər var idi. Ancaq 250 min verməyimizdən xəbərim yoxdu (gülür). Məncə, boş söhbətlərdi. Mən nə belə şey eşitmişəm, nə də hiss etmişəm. Həm də bu pulu versələr, gəlib futbolçuya deməzlər. Oyunçuların belə şeydən xəbəri olmur. Mənə elə gəlir ki, həmin oyunda bizim futbolçular Rasim Karaya “torba tikmək” üçün bilərəkdən oynamadılar. Biz onlardan güclüydük, uduzulası komanda deyildi. Müdafiədə çox zəif idik, hardan atırdılar, təkbətək çıxırdılar”.
Mahmud Qurbanov: “Belə şeyləri biz eşitmirdik, biz futbolçuyuq. Elə mətbuatdan oxuyuruq, klubun nümayəndələri artıq bu barədə danışıb. Bilmirəm, illər sonra niyə belə açıqlama verib? Amma qətiyyən inanmıram belə bir şey olsun. Nə deyim, bəlkə olub, bəlkə də olmayıb. Orası düzdü ki, biz güclüydük, ancaq mərhələni keçən onlar oldu. Bizimkilərin nəsə təklif etmələri inandırıcı deyil, boş söhbətdi. Onun 15 ildən sonra bu barədə danışmasının səbəbini bilmirəm. Bəlkə də reklam edir özünü. Həmin vaxt baş məşqçi Rasim Kara idi. Heç bir problem də yox idi komandada. Üstəlik, Karaya rəhbərlikdən yaxşı dəstək də vardı. Bizdə belədi, uduzan kimi hərə bir şey deyir. Sonra da deyirik ki, normaldı. Əslində normal deyil. Bekarçılıqdan hərə bir söz danışır. Nə təklifə inanıram, nə də kiməsə “torba tikilməsinə”. Sadəcə, heyətimiz yeni idi. Hamı yeni qoşulmuşdu komandaya”.
Emin Quliyev: “Açığı, biz belə şeylər eşitməmişik. Çıxıb oyunumuzu oynayırdıq. Belə şeylər rəhbərliklər arasında olur. Olsa belə, oyunçuların xəbəri olmaz. Ancaq bunun həqiqət olduğuna inanmıram. Yəni nə oldu ki, durub indi belə bir açıqlama verib? Üstündən 1 il yox, 2 il yox, 15 il keçib. İndi niyə danışır ki? Yaxşı komandamız olsa da, hər iki oyunda uduzmuşduq. Nə edəsən, futboldu, alınmayanda, alınmır. Ancaq oyun almaq və satmaq - bizdə belə şeylər olmayıb. Biz komandada olanda kimsə yanımızda oyun vermək, almaq barədə danışa bilməzdi. Bunlar rəhbərliklər arasında olur, bundan da mənim xəbərim yoxdu. Dediyim kimi, belə bir təklifin olduğuna inanmıram. Elə şey olsa, mətbuat oyundan bir neçə ay sonra bunu tapıb yazardı”.
HƏSƏN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 14:32 “Qarabağ” iyulun 14-də Qəbələyə yollanır Bu gün, 14:29 “Keşlə” Şamaxıya 11 günlük gedir Bu gün, 14:26 Kənarda qalanlar da məşqlərə başlamaq istəyir Bu gün, 14:24 Rövşən Binnətli “Yeni klinika”da müalicə alır Bu gün, 14:09 Firuz Abdulla “Tofiq Bəhramov”da Lövü itiribmiş... Bu gün, 14:05 “Sabah” Aleksey İsayevi transfer etdi Bu gün, 13:56 Lənkəranlı futbolsevərlər üçün acı və xoş gün Bu gün, 13:52 “Neftçi” “Qafqaz Sport”u seçdi Bu gün, 13:47 Xaricdəki legionerlərimiz: hərə bir şeyin dalınca qaçıb 10-07-2020, 15:16 “Şahdağ”ın prezidentinin futboldan anlayışı yoxdu 10-07-2020, 15:12 Kamran Ağayev Elxan Məmmədovla telefonda danışıb 10-07-2020, 15:10 Vaqif Sadıqov: “Namizədlər arasında yerli məşqçilərin adının olmasını məqsədəuyğun sayıram” 10-07-2020, 14:51 Böhranın BOS-a aidiyyatı yoxdu 10-07-2020, 14:49 Ruslanla “Keşlə” arasında qırğın davam edir 10-07-2020, 14:48 Üçü hazırdı, “Keşlə” fikrə dalıb 10-07-2020, 14:46 PFL dünən 90 medal təqdim etdi 10-07-2020, 14:44 “Avropaya yollanmaq variantı olsa, dəyərləndirəcəm” 10-07-2020, 14:41 Kamal Quliyev onu futbola qaytaranlara təşəkkür etdi 10-07-2020, 14:37 “Universitatya” Sezarın yolunu gözləmir 9-07-2020, 11:45 Rəhbərlik “Şahdağ”ın futbolçularının maaşını vermir 9-07-2020, 11:41 “Keşlə”nin Ruslan Qurbanova borcu yoxdu 9-07-2020, 11:40 Klublar Bakını tərk edəcəklər 9-07-2020, 11:38 Avrokuboka qatılanlar avqustda hazır olmalıdı 9-07-2020, 11:36 Avrokubok iştirakçıları önündə “yaşıl işıq yandırıldı” 9-07-2020, 11:34 Tural Bayramlı “Keşlə”dən pula görə ayrılıb 9-07-2020, 11:28 Prosineçkinin uğur formulu 9-07-2020, 11:27 Mahir uçacaq? Ay uçdu a... 9-07-2020, 11:24 Qəbələ avrokubok təmsilçilərini qarşılamağa hazırdı 9-07-2020, 11:21 “Sumqayıt”ın ispan məşqçisi vətəninə getmək istəməyib 9-07-2020, 11:19 “Zirə” gözləmə mövqeyindədi 9-07-2020, 11:17 Messi, “Real”, Nicat və ...acgöz bizimkilər 7-07-2020, 21:20 “Zirə” Turalla Şəhriyarı istəyir 7-07-2020, 21:18 “Qarabağ” rəhbərliyi ispanlara yardım əlini uzadıb 7-07-2020, 21:17 Bu gedişlə yığmanı yerli mütəxəssis çalışdıracaq 7-07-2020, 21:16 KİVDF-nin qərarı narazılıq doğurdu 7-07-2020, 20:53 “Təslim olsaq, bizim üçün faciə yaşanacaq” 7-07-2020, 20:50 “Sabah” Sopiçi yola saldı 7-07-2020, 20:49 İsayevə ən çox pul təklif edən “Sabah”dı 7-07-2020, 20:48 Zaur Həşimovun gedişi Məqsədi pis vəziyyətdə qoyub 7-07-2020, 20:46 “Keşlə” Ruslan Qurbanova çatacaq pulu vermir 7-07-2020, 20:44 Elmar Baxşıyev büdcənin təsdiqlənməsini gözləyir 7-07-2020, 20:41 Nicat ikinci qolunu vurdu 7-07-2020, 20:40 Şəmkirdə “Kəpəz”in futbolçularına yuxu dərmanı veriblər 7-07-2020, 20:37 AFFA və PFL əməkdaşları işə çıxa bilmirlər 4-07-2020, 12:32 Ramiz Mirzəzadə "İdman TV"ni "CBC Sport"a dəyişdi 4-07-2020, 12:24 “Azərbaycanda futbol öldü, qızım” 4-07-2020, 12:18 Məşqçilər Komitəsi Kinin namizədliyindən xəbərsizdi 4-07-2020, 12:14 “Keşlə”nin adı gələndə tüklərim biz-biz olur” 4-07-2020, 12:07 “Çempionatdakı nəticələr və Avroliqaya vəsiqə qazana bilməməyimiz qərarda rol oynamadı” 4-07-2020, 12:03 Miçel və Romero qardaşları İspaniyaya uçdu 4-07-2020, 09:23 “Sumqayıt” gərək “çox sağ ol, koronavirus” desin” 4-07-2020, 09:18 PFL təqvimin bir neçə variantı üzərində işləyir 4-07-2020, 08:55 “Futbol+”in “rəmzi yığma”sına 105 futbolçu düşüb 4-07-2020, 08:48 “Sumqayıt” Türkiyədən maska sifariş edəcək 4-07-2020, 08:45 “Forza Neftçi” Geryeyə ismarıc göndərdi 4-07-2020, 08:40 “Qarabağ”la anlaşan Gerye azarkeşlərə səsləndi 4-07-2020, 08:37 “Vəziyyət belə davam etsə, avrokuboklarda bizi son 10 ildə görmədiymiz uğursuzluq gözləyir” Bütün xəbərlər
Ən çox oxunanlar