30 may 14:09gundem

Stamenkoviçdən insanlıq nümunəsi

Stamenkoviçdən insanlıq nümunəsi
Biraylıq maaşını koronavirusla mübarizəyə ayırdı
2011-15-ci illər aralığında “Neftçi”nin, 2018-in yayından bu yana “Sabah”ın qapısını qoruyan Saşa Stamenkoviç hər zaman məşqçilərin və azarkeşlərin sevimli futbolçularından olub. Mehribanlığı, ünsiyyətə meyilli olması bakılı fanatların qəlbində taxt qurması ilə nəticələnib. Xüsusən Azərbaycan və azərbaycanlılara olan sevgisi bir başqa söhbətin mövzusudu.
2014-də “Partizan”la “Neftçi”nin oyunları zamanı serb futbolçularla “atışıb”, bizimkilərin tərəfini tutması hələ də xatırlanmaqdadı. Sən demə, o həm də xeyriyyəçidi.
Bildiyiniz kimi, həmkarımız Anar Cəfərsoyla anası hazırda koronavirusla mübarizə aparır, müalicə alır. Stamenkoviç bu xəbəri eşidən kimi dərhal Anara yardım əlini uzatmaq istədiyini deyib. Bu haqda “CBC Sport”da çalışan həmkarımız Gündüz Abbaszadə “feysbuk” səhifəsində paylaşım edib: “Saşa Stamenkoviç! Özü serbiyalı olsa da, Azərbaycanı özünə hər zaman doğma bilib. Hər fürsətdə dilə gətirir. Elə əməldə də sübut edir. İsrarla heç kim bilməsin desə də, yazıram. Saşa bu gün mənə zəng edib həmkarımız, koronavirusa görə müalicə alan Anar Cəfərsoyun nömrəsini istədi. Anarla danışıb, kefini soruşub, səhhəti ilə maraqlanıb. Lazım gələrsə, yardım edəcəyinə də əminəm. Düzdü, maddi yardım önəmli deyil. Dövlətimiz bütün xərcləri qarşılayır. Anarın və anasının, həmçinin digər xəstələrin tezliklə sağalması üçün lazım olan hər şey yüksək səviyyədə edilir. Vurğulamaq istədiyim bir legioner futbolçunun bizə göstərdiyi diqqətdi. Bilirəm ki, bəzi futbolçularımız da Anarla maraqlanıb, kömək edib. Stamenkoviçin bu addımını isə bilərəkdən qabartdım. Kaş dedim... Sağ ol, böyük ürəkli insan! Anara və anamıza isə Allahdan şəfa diləyirəm. Eşitdiyimə görə, Saşa koronavirusla mübarizə fonduna da biraylıq maaşını keçirib”.
Bu haqda Serbiya mətbuatında da yazı dərc olunub. “HotSport” saytı isə 35 yaşlı qolkiperlə əlaqə saxlayaraq, fikirlərini öyrənib: “Bu, edə biləcəyim ən az şeydi. Yeddi ildi burdayam. İstər Serbiya olsun, istər Qazaxıstan və ya Azərbaycan - həmişə kömək etməyə hazıram. Çox şadam ki, dünyanın dörd bir yanına yayılan virusla mübarizədə kiməsə kömək etdim”.
Qeyd edək ki, bir müddət öncə “Sabah” Koronavirusla Mübarizəyə Dəstək Fonduna yardım etmişdi. Saşa isə biraylıq maaşından keçməyi qərara alıb. Bir çox azərbaycanlı futbolçuların bu xəbəri eşidib xəcalət təri axıdacağına inanmaq istərdik.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 14:32 “Qarabağ” iyulun 14-də Qəbələyə yollanır Bu gün, 14:29 “Keşlə” Şamaxıya 11 günlük gedir Bu gün, 14:26 Kənarda qalanlar da məşqlərə başlamaq istəyir Bu gün, 14:24 Rövşən Binnətli “Yeni klinika”da müalicə alır Bu gün, 14:09 Firuz Abdulla “Tofiq Bəhramov”da Lövü itiribmiş... Bu gün, 14:05 “Sabah” Aleksey İsayevi transfer etdi Bu gün, 13:56 Lənkəranlı futbolsevərlər üçün acı və xoş gün Bu gün, 13:52 “Neftçi” “Qafqaz Sport”u seçdi Bu gün, 13:47 Xaricdəki legionerlərimiz: hərə bir şeyin dalınca qaçıb 10-07-2020, 15:16 “Şahdağ”ın prezidentinin futboldan anlayışı yoxdu 10-07-2020, 15:12 Kamran Ağayev Elxan Məmmədovla telefonda danışıb 10-07-2020, 15:10 Vaqif Sadıqov: “Namizədlər arasında yerli məşqçilərin adının olmasını məqsədəuyğun sayıram” 10-07-2020, 14:51 Böhranın BOS-a aidiyyatı yoxdu 10-07-2020, 14:49 Ruslanla “Keşlə” arasında qırğın davam edir 10-07-2020, 14:48 Üçü hazırdı, “Keşlə” fikrə dalıb 10-07-2020, 14:46 PFL dünən 90 medal təqdim etdi 10-07-2020, 14:44 “Avropaya yollanmaq variantı olsa, dəyərləndirəcəm” 10-07-2020, 14:41 Kamal Quliyev onu futbola qaytaranlara təşəkkür etdi 10-07-2020, 14:37 “Universitatya” Sezarın yolunu gözləmir 9-07-2020, 11:45 Rəhbərlik “Şahdağ”ın futbolçularının maaşını vermir 9-07-2020, 11:41 “Keşlə”nin Ruslan Qurbanova borcu yoxdu 9-07-2020, 11:40 Klublar Bakını tərk edəcəklər 9-07-2020, 11:38 Avrokuboka qatılanlar avqustda hazır olmalıdı 9-07-2020, 11:36 Avrokubok iştirakçıları önündə “yaşıl işıq yandırıldı” 9-07-2020, 11:34 Tural Bayramlı “Keşlə”dən pula görə ayrılıb 9-07-2020, 11:28 Prosineçkinin uğur formulu 9-07-2020, 11:27 Mahir uçacaq? Ay uçdu a... 9-07-2020, 11:24 Qəbələ avrokubok təmsilçilərini qarşılamağa hazırdı 9-07-2020, 11:21 “Sumqayıt”ın ispan məşqçisi vətəninə getmək istəməyib 9-07-2020, 11:19 “Zirə” gözləmə mövqeyindədi 9-07-2020, 11:17 Messi, “Real”, Nicat və ...acgöz bizimkilər 7-07-2020, 21:20 “Zirə” Turalla Şəhriyarı istəyir 7-07-2020, 21:18 “Qarabağ” rəhbərliyi ispanlara yardım əlini uzadıb 7-07-2020, 21:17 Bu gedişlə yığmanı yerli mütəxəssis çalışdıracaq 7-07-2020, 21:16 KİVDF-nin qərarı narazılıq doğurdu 7-07-2020, 20:53 “Təslim olsaq, bizim üçün faciə yaşanacaq” 7-07-2020, 20:50 “Sabah” Sopiçi yola saldı 7-07-2020, 20:49 İsayevə ən çox pul təklif edən “Sabah”dı 7-07-2020, 20:48 Zaur Həşimovun gedişi Məqsədi pis vəziyyətdə qoyub 7-07-2020, 20:46 “Keşlə” Ruslan Qurbanova çatacaq pulu vermir 7-07-2020, 20:44 Elmar Baxşıyev büdcənin təsdiqlənməsini gözləyir 7-07-2020, 20:41 Nicat ikinci qolunu vurdu 7-07-2020, 20:40 Şəmkirdə “Kəpəz”in futbolçularına yuxu dərmanı veriblər 7-07-2020, 20:37 AFFA və PFL əməkdaşları işə çıxa bilmirlər 4-07-2020, 12:32 Ramiz Mirzəzadə "İdman TV"ni "CBC Sport"a dəyişdi 4-07-2020, 12:24 “Azərbaycanda futbol öldü, qızım” 4-07-2020, 12:18 Məşqçilər Komitəsi Kinin namizədliyindən xəbərsizdi 4-07-2020, 12:14 “Keşlə”nin adı gələndə tüklərim biz-biz olur” 4-07-2020, 12:07 “Çempionatdakı nəticələr və Avroliqaya vəsiqə qazana bilməməyimiz qərarda rol oynamadı” 4-07-2020, 12:03 Miçel və Romero qardaşları İspaniyaya uçdu 4-07-2020, 09:23 “Sumqayıt” gərək “çox sağ ol, koronavirus” desin” 4-07-2020, 09:18 PFL təqvimin bir neçə variantı üzərində işləyir 4-07-2020, 08:55 “Futbol+”in “rəmzi yığma”sına 105 futbolçu düşüb 4-07-2020, 08:48 “Sumqayıt” Türkiyədən maska sifariş edəcək 4-07-2020, 08:45 “Forza Neftçi” Geryeyə ismarıc göndərdi 4-07-2020, 08:40 “Qarabağ”la anlaşan Gerye azarkeşlərə səsləndi 4-07-2020, 08:37 “Vəziyyət belə davam etsə, avrokuboklarda bizi son 10 ildə görmədiymiz uğursuzluq gözləyir” Bütün xəbərlər
Ən çox oxunanlar