22 mar 18:59gundem

Novruz Əzimov doğum günündə işdən azad olunub


AFFA ona iş təklif edibmiş, amma şərtlə...
Bu gün Novruz Əzimovun doğum günüdü. 1960-cı il martın 19-da Laçında dünyaya gələn təcrübəli mütəxəssisin 60 yaşı tamam olur. Futbolçu kimi Naxçıvan “Araz”ında, “Neftçi”də, “Kəpəz”də, “Göyəzən”də, Lvov MOİK-ində, Stavropol “Dinamo”sunda, Voronej “Fakel”ində çıxış edən Əzimov məşqçi kimi “Dinamo”, “Kəpəz”, “Olimpik” (AZAL), “Bakı”dakı fəaliyyəti ilə yadda qalıb.
Novruz bəy iki cümləni ard-arda qoşub danışmağı bacaran tək-tük idman adamlarındandı. O həm də açıq fikirli olduğuna, mənliyini vəzifəyə, şan-şöhrətə satmadığına görə tanınır və xatırlanır. Və bu gün də öz mövqeyi olan təşkilatın – Azad Həmkarlar İttifaqının fəal üzvlərindən biridi. Həmin təşkilat ki, AFFA onu qəbul etmək istəmir, çünki ölkə futbolunun problemlərini çəkinmədən deməyi bacaran insanlar orda cəmlənib. Əzimovla yubiley günü mövzusunda danışmaq istəsək də, fürsətdən istifadə edib həm də ittifaqla bağlı suallara cavab tapmaq istədik.
- Martın 19-da, yəni Novruz bayramında anadan olmusuz.
- Elədi.
- Bildiyimə görə, valideynləriniz adınızı da elə bayramla əlaqədar Novruz qoyub.
- Bəli-bəli.
- Bunaqədərki 59 ad günü arasında bu cür susqun, insanları təşvişə salan, fəal həyatı donduran il olub, yoxsa bu bir ilkdi?
- Koronavirusa görə deyirsizsə, bu, sırf mənimlə bağlı olan bir şey deyil. Bütün dünyaya dərd salan bəladı. Amma söhbət sırf özümlə bağlı xatırlamaq istəmədiyim ad günündən gedirsə, bəli, olub, 1998-ci il martın 19-da. Üstündən 20 ildən də çox keçməsinə baxmayaraq, həmin günlər səhnə kimi gözümün qabağındadı.
- Təfərrüata varsaq?
- “Dinamo”nu özüm yaratmışdım, Nizamnaməsini əlimlə özüm yazmışdım. “Bakı”nın sələfi olan “Dinamo”nu deyirəm. Bütün sənədləri topladım, sonra da aparıb Ədliyyə Nazirliyində qeydiyyatdan keçirdim. Komandanın elitada çıxış etdiyi ilk ildə - 1997/98 mövsümündə baş məşqçi özüm idi. Çempionata başladıq, davam etdik, lakin martın 19-da məni işdən azad etdilər. Ad günüm idi. O vaxt çempionatda ən gənc baş məşqçiydim. “Dinamo” mövsümü 2-ci pillədə başa vurdu, medal və diplomla təltif olundum.
- İşdən kim azad etmişdi sizi?
- O vaxt klubun prezidenti rəhmətlik Əyyam Musayev idi. Bilirsiz, mənə təsir edən nə idi? İşdən azad olunmamışdan az öncə öz istəyimlə baş məşqçi postundan getmək istəyirdim, hətta rəhbərliyə də bildirmişdim. Nizami Qocayev etiraz etdi, qalmağımın vacibliyini bildirdi. Yeni yaranmış, yaxşı komanda idi. Heyətdə Fərrux İsmayılov, Emin Quliyev, Namiq Həsənov kimi gənc, Şahin Diniyev, Arif Əsədov, Yaşar Vahabzadə, Nazim Əliyev kimi təcrübəlilər vardı.
- Rəhbərliyi qane etməyən nə idi?
- Ölkə kubokunda “Qarabağ”ı keçməməyimiz. İlk oyunda 0:0 oynamışdıq, cavab görüşündə 0:2 hesabıyla uduzduq. Həmin qarşılaşmadan əvvəl Barselonaya seminara getməli olmuşdum. Hansı ki, rəhbərlik İspaniyaya getməyimi istəmirdi. Amma əvvəldən deyilmişdi, UEFA-nın seminarıydı deyə, bir həftə orda olmalıydım. Barselonadan qayıdan günün ertəsi, martın 18-də “Qarabağ”la oynayıb uduzduq və bir gün sonra rəhbərlik mənimlə yolları ayırmaq qərarına gəldi. Ərizə yazmağımı istədilər, yazmadım. Amma getdim.
- Niyə yazmaq istəmirdiz?
- Çünki öz yaratdığım komandadan ərizəylə gedə bilməzdim. Gördülər ki, ərizə yazmıram, 37-ci maddə ilə işdən azad etdilər və indiyə qədər də əmək kitabçamda qalır. Bu maddə o dövr üçün kifayət qədər ağır sayılırdı. Yəni 37-ci maddə ilə azad olunan şəxs bir daha həmin vəzifədə işləyə bilməzdi...
- Mövsümü 2-ci pillədə başa vuran komandanın baş məşqçisi kubokdakı uğursuzluğa görə göndərilir. Maraqlıdı...
- Orda başqa söhbətlər var idi, kubok dərdi deyildi. Bəzi insanlar gümüş medalların mənim adıma yazılmasını istəmirdilər. Dünyasını dəyişənlərə Allah rəhmət eləsin, yaşayanların canları sağ olsun. Sonradan özlərinə də dedim ki, filan vaxt filan şeyi düz etməmişdiz. O vaxt mənə qarşı çıxanlardan birinin özünə dilimlə demişdim ki, gəl sən baş məşqçi ol, mən də köməkçin. Amma maliyyə azlığını əsas gətirib razılaşmamışdı. Məni pislədilər, Əyyam Musayevin gözündən saldılar, o da komandadan çıxardı. 6-7 aydan sonra geri çağırdı, razılaşmadım. Dedim, Əyyam müəllim, bir gün mən o komandaya qayıdacam, amma siz olmayanda. Bir il çəkmədi, rəhmətə getdi, yenidən “Dinamo”ya qayıtdım.
- 1998-ci ildəki ad gününüzə təsadüf edən bu hadisənin ağrısını hələ də yaşadığınızı hiss etmək çətin deyil. Bundan da çətin günləriniz olub axı.
- Nə vaxt?
- 1992-ci ilin martında könüllü olaraq cəbhəyə yollandığınız dönəm...
- Yox-yox, o illəri ad gününə qatmaq olmaz! Həmin illər ölkəmizin, vətənimizin ən ağır dövrü idi, cəbhədə müharibə gedirdi. Elə bir vəziyyətdə nəinki ad günüm, heç özüm də yadıma düşmürdüm. Vətən oğulları vətəni qorumaq, döyüşmək, mübarizə aparmaq haqda düşünürdü. Ona görə də həmin vaxtlardakı ad günüm haqda danışmaq istəmirəm. O acı tək mənim deyildi, xalqın idi.
- Sabah yığışacaqsız? Saat 9-dan sonra kafe-restoranlar fəaliyyət göstərmirsə, deməli, bu mənada vəziyyət ürəkaçan deyil.
- Məni ən çox sevindirən Almaniyadakı dostum, “Neftçi”nin keçmiş qapıçısı Elxan Rəsulovun Bakıya gəlməsidi. Onun ad günü də martdadı, ayın 26-da, həm də 60 yaşı tamam olur. Yəqin ki hardasa, bəlkə də evdə yığışıb, yüngülvari qeyd edəcəyik. Keçmiş futbolçular olar, bir də ən yaxın dostlarım.
- Azad Həmkarlar İttifaqında vəziyyət necədi?
- Həmişə necəydisə, indi də elə. İndiyə qədər heç kimə böhtan atmamışıq, təhqir etməmişik, bundan sonra da heç biri olmayacaq. İşimizi sivil yolla, Azərbaycan futboluna xidmət etmək, inkişafa nail olmaq məqsədi ilə davam etdiririk.
- Süni əngəllər göz qabağındadı. İnkişafa nail olmaq mümkün olacaqmı?
- İnşallah, olacaq. Söz var, haqq nazilər, amma üzülməz. Biz haqqıq, haqqın yanındayıq. Bu təşkilatın yaradılmasında məqsəd də haqqın tərəfində olmaqdı. Görünür, haqqın yanında olmağımız kimlərəsə sərf etmir. Çünki bu təşkilat kimlərinsə çirkin əməllərini üzə çıxarır. Gözləri götürmür, özləri bilər. Əslində başadüşüləndi. Bir var, yeyib-dağıdıb sakit otursunlar, ictimai rəyə fikir verməsinlər, bir də var, bir təşkilat fikrini ortaya qoysun, haqq səsini ucaltsın. Ölkə prezidenti çıxışlarında dəfələrlə ictimai rəyin nəzərə alındığını deyib. Bu dəqiqə ittifaqın 511 üzvü var, say artmağa doğru deyir. Dediklərimizi bəyənmirlər, amma biri çıxıb demir ki, hansı iradımız yersizdi, hansı sözümüz nahaqdı? Gecə-gündüz futbolun inkişafından danışırlar. Bu 10-12 ildə nəyə nail olmuşuq, hansı uğurlara imza atmışıq? Ermənistan, Moldova kimi ölkələrin futbol rəhbərləri istefa verir, Bosniya və Hersoqovinanın futbol başbilənləri Robert Prosineçkini yola salır. Bizdə niyə uğur yoxdu? Uğur yoxdusa, niyə dəyişikliklər edilmir? Bu gün əksər premyer-liqa klublarında şəxsi maraqlar böyük rol oynayır. Klublar SOCAR tərəfindən maliyyələşirsə, niyə hamısına eyni məbləğ ayrılmır? Birinə az, birinə çox. Rəqabət deyiriksə, hamıya eyni gözlə baxılmalıdı. Bir klubun idarəçisini sabah aparıb başqa kluba rəhbər təyin edilər. Bu necə olur? Harda görünüb? Bizim istəyimiz belə halların baş verməməsi, qarşısının alınmasıdı.
- Ölkə başçısına məktub ünvanlamışdız. Nə yenilik var?
- Məktubumuzun ünvanına çatması ilə bağlı cavab aldıq. Ölkə başçısının vaxt məhdudiyyəti var, bəzən bütün problemlərlə birbaşa özü məşğul ola bilmir ki, bu da başadüşüləndi. Özü bizimlə görüşə bilməsə, yəqin ki idmana nəzarət edən orqanlar tərəfindən qəbul olunacağıq.
- “Altus”da mətbuat konfransı keçirmək istəyirdiz, oteli “su basdı”. “Marafon”da yığışırdız, oranın qapıları da üzünüzə qapadıldı. Bəs geniş tərkibdə necə, harda bir araya gəlirsiz?
- Bu dəqiqə onsuz da heç kim görüşmür. Bildiyiniz kimi, hər yerdə karantin rejimidi. Buna baxmayaraq, İdarə Heyətinin üzvləri ilə toplaşır, müzakirələr edir, gələcəklə bağlı götür-qoy edirik.
- Vaxtilə Azad Həmkarlar İttifaqında kürəyini kürəyinizə söykəyən Babək Alxasovla Əfqan Talıbov AFFA-dan iş təklifi alan kimi təşkilatdan uzaqlaşdılar. Onlarla münasibətiniz necədi?
- Normal. Hər insanın şəxsi fikri, mövqeyi var, olmalıdı. İşlə təmin olundular və təşkilatdan ayrılmaq qərarını verdilər. Heç kimi qınamıram, öz işləridi. Amma mən bilən, Babək Alxasova rəsmi iş verilməyib.
- İttifaqın üzvüdü?
- Üzvü idi, indi yox. Bizdə hər şey könüllülük əsasındadı. Heç kim məcbur qəbul olunmur, nə də çıxarılmır. İstəyən üzv olar, istəyən gedər, normal yanaşırıq.
- Yəni onların bu addımına müsbət yanaşırsız...
- Bu məsələni tək mənim, yaxud başqa bir insanın mövqeyi ilə ölçmək düzgün olmaz. Allah hamının yolunu açıq eləsin.
- AFFA-dan sizə də iş təklifi gəlsə, eyni addımı atarsız?
- Mənə zəng gəlmişdi, yaxşı da iş təklif olunmuşdu. Sadəcə, şərti görəndə imtina etdim.
- Hansı şərt?
- İttifaqdan kənarlaşmaq şərti. Başa düşmürəm, hardasa işləyib, ittifaqa üzv olanda dünya dağılır? Şərtlə olan işə ehtiyacım yoxdu. Mənə iş versələr də, hadisələrə olan şəxsi fikrimi bildirəcəm, verməsələr də. Əqidəmi vəzifəyə, işə satan insan deyiləm. Nə düşünürəmsə, onu da deməliyəm – həyat prinsipimdi. Çünki biz gələcək nəsillər üçün danışırıq, sözümüzü deyirik. Eybi yox, bu gün bizim mövqeymizi bəyənməsinlər, qəbul etməsinlər. Amma bir gün ölkə futbolunu bataqlığa salanlar buna görə cavab verəcəklər. Hər şey heç də həmişə bu cür davam etməyəcək.
- Hazırda nə işlə məşğulsuz?
- Bu dəqiqə kim nə işlə məşğuldu ki, mən də nəsə edim? “Xocalı” uşaq futbol klubunda əlaqələndiriciyəm. Hiss etdim ki, gələcək adına nəsə etmək istəyirlər, ona görə də yanlarında olmağı qərara aldım. Düzdü, mənim orda olmağım ciddi kömək deyil, amma təcrübəmi, bilik və bacarığımı bölüşməyə hazıram. Yaxşı başlayıblar, bu cür davam etdirmək üçün şərait olmalıdı.
- Maraqlı və səmimi söhbətə görə təşəkkür edirəm...
- Mən sizə təşəkkür edirəm. Daim veteran futbolçuları, idman adamlarını yada saldığınız üçün minnətdaram.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 13:43 "Neftçi" ikinci doğma evim, Azərbaycan ikinci vətənimdi" Bu gün, 13:28 “Keşlə” maaşları tam ödəyəcək Bu gün, 13:01 Qurban Qurbanov 20 min, Elxan Məmmədov 4 min manat, Kamran Ağayev isə... Dünən, 19:19 AFFA UEFA ilə məsləhətləşmələr aparır Dünən, 19:18 Ağarza Rzayev dünyasını dəyişdi Dünən, 19:08 Çingiz İsmayılov AFFA-nın yardımından imtina edib Dünən, 19:01 “Avropaya yollanmaq üçün Mirançuk daha yaxşı oynamalıdı” Dünən, 18:54 Faiq Qarayev də dəstək kampaniyasına qoşuldu Dünən, 18:50 Uayt döyüş üçün yer tapıb, amma açıqlamır Dünən, 18:46 BOK və yaponiyalılar təzyiqə dözmədi Dünən, 18:43 Azərbaycan Avstraliyanın taleyini yaşamaq istəmədi 26-03-2020, 15:37 “Süleymanovun yerinə gələn məşqçi məni ilk gündən ofsayda saldı” 26-03-2020, 15:33 Yubilyarlara Elxan Məmmədovun göstərişi ilə hədiyyə verilib 26-03-2020, 14:47 Ölkəmizdəki əcnəbilərin yaxınları koronavirusa yoluxmayıb 26-03-2020, 14:46 AFFA və PFL əməkdaşları da istirahətə çəkilib 26-03-2020, 14:45 Ağır Atletika Federasiyasından Novruz “hədiyyəsi” 26-03-2020, 14:33 “Zaqatala”nın hədəfi çempionluqdu 26-03-2020, 14:29 “Komanda hələ ki heç nəyə qadir deyil” 26-03-2020, 14:21 “Neftçi”dən “33 ən yaxşı” sırasına düşən sonuncu ad… 22-03-2020, 19:27 PFL açıqladı: azı bir ay futbol olmayacaq 22-03-2020, 19:24 “Mehdi Hüseynzadə”də 9600 oturacaq quraşdırılacaq 22-03-2020, 19:22 FIDE Rusiya qanunlarına da məhəl qoymur 22-03-2020, 19:18 “Sumqayıt”ın ofisindən oğurluq edən saxlanıldı 22-03-2020, 19:15 Tural Rzayev zədəyə görə “Merani”dən ayrıldı 22-03-2020, 19:09 Elçin Dərgahquliyev məsuliyyəti üzərinə götürdü 22-03-2020, 19:06 “Qadın futbolçular kişilər kimi çox qazansalar, daha məsuliyyətli və çalışqan olarlar” 22-03-2020, 18:59 Novruz Əzimov doğum günündə işdən azad olunub 22-03-2020, 18:46 “Neftçi” 1937-ci ilin martında yox, yanvarında yaranıb 18-03-2020, 16:29 AFFA liqalarda fasiləni aprelin 14-nə kimi uzadıb 18-03-2020, 16:28 “Bu gün hamımız koronavirusun əsiriyik” 18-03-2020, 16:27 Premyer-liqa məşqçiləri çempionatdakı fasiləni normal qarşılayırlar 18-03-2020, 16:24 Asim Xudiyev ABŞ təəssüratını bölüşdü 18-03-2020, 16:22 “Səbail” hollandı vətəninə yola saldı 13-03-2020, 12:15 Azər Mirzəyev Teymurun yaxşı fürsəti qaçırdığını düşünür 13-03-2020, 12:13 “Bizim dostlarımız qapı dirəkləridi” 13-03-2020, 12:11 Riçard Almeyda “Qarabağ”la Bakı üçün darıxır 13-03-2020, 12:07 Region Liqası nəzərdə tutulan vaxtda bitəcək 13-03-2020, 12:02 “Premier Quba”nın məsələsinə gələn həftə baxılacaq 13-03-2020, 11:59 Riad Rəfiyev Ayxan Abbasova dəstək oldu 13-03-2020, 11:56 Teymurun əziz canı = Azərbaycanın itirilən şansı 13-03-2020, 11:53 4-cü oyun, 4-cü məğlubiyyət! 12-03-2020, 10:45 Məğlubedilməzlər də məğlub olurlar… 12-03-2020, 10:43 “Bu gün əsas rəqibimiz arxayınlıq və özümüzük” 12-03-2020, 10:40 AFFA-dan “Xəzər Lənkəran”a cavab gəldi 11-03-2020, 11:44 Samir Abasov gənc mütəxəssislərin müdafiəsinə qalxdı 11-03-2020, 11:37 Emil Babayandan isti münasibət görüb 11-03-2020, 11:34 “Xəzər Lənkəran”ın U-17 komandası fəaliyyətini dayandıracaq 11-03-2020, 11:31 Rus agenti və "Bude-Qlimt” rəhbərliyini qınadılar 11-03-2020, 11:29 “Vaxtında düzgün addımlar atsaydım, maddi xərclərimizi azalda bilərdim” 11-03-2020, 11:24 “Premier Quba”nın taleyi necə olacaq? 11-03-2020, 11:19 Rüstəm Rəhimov hakimliyin səviyyəsindən narazıdı 6-03-2020, 12:05 Emil Balayev: Kostanaydan Zirəyə... 6-03-2020, 12:04 Sabiq qapıçılar Emilə haqq qazandırdılar 6-03-2020, 12:01 Bakıya gələnlərin hər biri yoxlanılacaq 6-03-2020, 11:59 Millətlər Liqasında rəqiblərimiz müəyyənləşdi 6-03-2020, 11:55 AFFA oyunları təxirə saldı, klublar məşqləri ləğv etdi 6-03-2020, 11:53 Stuxlikin yersiz inadı klubların “başında çatlayır” Bütün xəbərlər
Ən çox oxunanlar