02 mar 11:55gundem

Nazim Süleymanov Veteranlar İttifaqının tədbirinə qatıldı


Oqtay Abdullayev: “Elxan Məmmədov növbəti dəfə ona AFFA Həmkarlar İttifaqını yaratmaq səlahiyyətinin olmadığını bildirdi”
Dünən Bakı Biznes Mərkəzində Veteranlar İttifaqının təşkilatçılığı ilə veteranlarla görüş keçirilib. Tədbirdə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, vitse-prezident Vaqif Sadıqov, İcraiyyə Komitəsinin üzvləri İsgəndər Cavadov və Kazbek Tuayev də iştirak edib. Media üçün qapalı olan görüşdə nələrin müzakirə olunduğunu, ümumilikdə neçə qonağın iştirak etdiyini öyrənmək, eləcə də bizi maraqlandıran başqa suallara cavab tapmaq üçün ittifaqın rəhbəri Oqtay Abdullayevlə görüşüb söhbətləşdik.
- Əvvəlcə belə genişmiqyaslı tədbirin hansı səbəbdən keçirildiyini bizə izah edərdiz...
- Burda xüsusi bir səbəb yoxdu. Veteranlar İttifaqının prezidenti kimi istədim ki, veteranlarla geniş tərkibdə görüşək, onları narahat edən məsələlər ətrafında fikir mübadiləsi aparaq, problemləri ilə maraqlanaq, təkliflərini dinləyək. Görüşdə bütün zonalardan – Naxçıvandan, Cənubdan, Şimaldan, Qərbdən veteranlar iştirak etdilər. Bir neçə gün öncə qəzetinizə açıqlamamda qonaqların sayının 150-yə yaxın olacağını desəm də, bu gün (dünən) təxminən 190 veteran-futbolçu tədbirə qatılmışdı. Bundan başqa, görüşün keçirilməsində əsas məqsəd həyatının çox hissəsini bu idman növünə həsr etmiş yaşlı nəslin nümayəndələrinin ölkə futboluna verə biləcəyi faydalar haqda danışmaq idi. Veteranlardan bəhrələnmək, onların bilik və bacarığından maksimum yararlanmaq, təcrübəsindən istifadə etmək lazımdı. Hazırda əksər bölgələri əhatə edən Region Liqası keçirilir. Niyə bölgə təmsilçiləri həmin rayonlarda yaşayan veteranların xidmətinə ehtiyac duymurlar? Onlara imkan yaradılmalıdı ki, illərboyu topladığı təcrübəni gənclərlə bölüşsünlər.
- Dəvət göndərdiklərinizin hamısı tədbirə qatılmışdı?
- Veteranlar İttifaqının prezidenti kimi AFFA rəhbərliyinə və veteranların demək olar ki, hamısına dəvət göndərmişdim. Yuxarıda qeyd etdiyim kimi, gözlədiyimizdən daha çox adam görüşdə iştirak etmək üçün Bakıya təşrif buyurmuşdu.
- Mətbuatda yayılan məlumata görə, görüşdə hətta Prezident Administrasiyasından da nümayəndə olub.
- Xeyr, administrasiyadan orda heç kim olmayıb. Bu sırf veteranların görüşü idi. Özünüz də bilirsiz ki, heç mətbuat nümayəndələrinin də orda iştirakını lazım bilmədik. İstəyirdik ki, sırf səmimi mühit yaşansın, hər kəs heç nədən çəkinmədən fikirlərini bölüşsün.
- Görüşün media üçün qapalı keçməsi də ictimaiyyət tərəfindən xoş qarşılanmadı...
- Bu Hesabat-Seçki Konfransı deyildi ki, mətbuat nümayəndələrini də ora dəvət edək. Yenə deyirəm, səmimi mühit yaratmaq istəyirdik. Bəzən veteranlar jurnalistlər olan yerdə çox danışmağı, hansısa problemi qabartmağı xoşlamırlar. İndiki gənc nəsildən fərqli bizim veteranlar xoşlamırlar ki, onların hansısa dərdi ictimailəşsin. Tədbirin mətbuat üçün qapalı keçməsinin kökündə məhz bu amil dururdu.
- Son vaxtlar veteranların arasında parçalanmanın yaşandığı heç kimə sirr deyil. Bir tərəfdə sizin rəhbəri olduğunuz Veteranlar İttifaqı, digər tərəfdə Nazim Süleymanovun yeni yaratdığı AFFA Həmkarlar İttifaqına üz tutanlar. Çoxdan bu iki cəbhənin üzvləri bir araya gəlmirdilər. Ancaq bu tədbirdə Süleymanov da tərəfdarları ilə iştirak etdi. Onlara dəvət göndərəndə inanırdız ki, toplantıya qatılacaqlar?
- Birincisi, Veteranlar İttifaqının prezidenti kimi bütün veteranları tədbirə dəvət etmək mənim borcum idi. Nazim Süleymanov, Asəf Namazov, Samir Ələkbərov, Novruz Əzimov də veteranlardan biridi. Mənim onunla münasibətlərimə gəlincə, Süleymanovla fikir ayrılığım yoxdu. Yeni qurum yaradırsa və bu təşkilat qanunidisə, ona həmişə dəstək verməyə hazır olmuşam. Nazimlə həm tədbirdən əvvəl, həm də sonra görüşüb söhbətləşdik. O yeni qurum yaradıbsa, düşmən olmalıyam? Bütün bu söz-söhbət media tərəfindən şişirdildi. Sabah başqa bir veteran yeni təşkilat yaratmaq istəyərsə, mən ona da bacardığım qədər dəstək verməyə hazıram.
- Ancaq Nazim bəy dəfələrlə müsahibələrində, açıqlamalarında Veteranlar İttifaqının fəaliyyətini tənqid edib.
- Ola bilər, əsəbləşib nəsə deyib. Ancaq inanmıram ki, Süleymanov mənimlə düşmənçilik etsin.
- Toplantıda çıxış üçün Nazim Süleymanova söz verildi?
- Bəli, ona da fikirlərini demək üçün imkan yaradıldı. Görüş iştirakçılarını salamladı, yaratdığı təşkilatla bağlı danışdı. Həmin an Elxan Məmmədov növbəti dəfə ona AFFA Həmkarlar İttifaqını yaratmaq səlahiyyətinin olmadığını bildirdi. İzah etdi ki, hüquqi cəhətdən bu düzgün deyil. Hətta əlavə etdi ki, ilk görüşdən sonra ikinci dəfə Süleymanovla görüşmək istəyib. Ancaq Nazim bəy bundan imtina edib. Tədbirdə respublika Həmkarlar İttifaqından da nümayəndə var idi. O da vaxtilə futbol oynayıb. O yoldaş da Nazimə hansı səbəbdən belə təşkilat yartmaq səlahiyyətinin olmadığını xırdalığına qədər izah etdi.
- Bəs Süleymanov nə cavab verdi?
- Heç nə. Olur da belə şeylər.
- Səmədağa Şıxlarovun məsələsi müzakirə olundu?
- Bu mövzuya da toxunuldu. Deyirlər ki, AFFA onun əməliyyat xərcini ödəməyib. Ancaq məndə olan məlumata görə, vəsait Respublika Diaqnostika Mərkəzinin hesabına köçürülüb.
- Ancaq Səmədağa bəy şəxsən özü qəzetimizin son sayına açıqlama verib və deyib ki, heç bir ödəniş olmayıb.
- Tədbirdə Elxan müəllim bu məsələyə də toxundu, nəyin necə olduğunu açıqladı. Tərəflər arasında fevralın 9-da danışıq olub. Məmmədova deyilib ki, Şıxlarov əməliyyat olunmalıdı və bunun üçün müəyyən vəsait tələb olunur. Elxan müəllim bildirib ki, əməliyyatdan iki-üç gün öncə ona məlumat verilsin və pul xəstəxanaya ödənilsin. Sonradan eşitmişik ki, Səmədağa artıq əməliyyat olunub. Xəbər tutan kimi də vəsait aidiyyatı yerə köçürülüb. Səhv etmirəmsə, 6700 və ya 6800 manat ödəniş olub.
- Görüşdə müəyyən məsələlərin müzakirə olunduğunu bildirdiz. Daha çox nəyi müzakirə etdiz?
- Veteranların indiki durumunu. Onlara kömək olunması yönündə çox fikirlər səsləndirildi.
- Kömək deyəndə nəyi nəzərdə tutursuz? Veteranları işlə təmin etmək istəyirsiz, təqaüd vermək niyyətiniz var, yoxsa başqa addım atmağı düşünürsüz?
- Heç bir ölkədə federasiya veteranlara təqaüd ayırmır. Bunu daha çox klublar edirlər. Bizdə bu yöndə yalnız “Neftçi” öz veteranlarına diqqət ayırır, onlara müəyyən məbləğdə təqaüd verir. Elxan müəllim yaxşı bir təklif irəli sürdü. O klubların veteranlara təqaüd ayırmasının tərəfdarı olduğunu bildirdi. Yaxın günlərdə onunla bir daha görüşüb, bu məsələni ətraflı müzakirə edəcəyik.
- Veteran deyəndə kimlər nəzərdə tutulur? Bu gün sizin sıralarınızda elələri var ki, bir-iki il rayon birinciliyində iştirak edib, zavodlar arasında tunirdə top qovub, ancaq özünü ictimaiyyətə futbol veteranı kimi təqdim edir. Bu məsələdə konkret meyarlar olacaq?
- Məhz bu məqama aydınlıq gətirmək üçün icraçı vitse-prezidentlə görüşəcəyik. Əvvəlcə veteran statusunun kimlərə şamil olunacağını dəqiqləşdirmək lazımdı ki, sonradan söz-söhbət yaşanmasın.
- Klublar veteranlara maliyyə ayırmağa razı olacaq?
- Bunu artıq Elxan Məmmədov klub rəhbələri ilə görüşdə həll edəcək.
- Belə çıxır ki, hər klub müəyyən sayda veterana təqaüd ayıracaq.
- Xeyr. Klublar birbaşa heç kimə pul verməyəcək. Həmin məbləğin Veteranlar İttifaqının hesabına köçürülməsi nəzərdə tutulub. Əlbəttə, bu hələ ilkin variantdı. Ola bilər ki, mexanizm başqa cür tənzimlənsin.
- Tutaq ki, vəsait sizin hesaba köçürüldü. Veteranlar İttifaqı təsdiqlənən meyarlara cavab verən veteranlara təqaüd verəcək, yoxsa birdəfəlik yardım göstərmək fikriniz var?
- Hələ bunun detallarını dəqiqləşdirməmişik. Birdəfəlik yardım kimi olmasını istəyirik. Klublardan bunu xahiş edəcəyik. İl ərzində ayrılan vəsaitdən artıq qalarsa, veteranlarımızı başqa ölkələrdə keçirilən turnirlərə ezam edəcəyik. Bunun özü də onlar üçün bir stimul olacaq.
- Həyatda hər şeyin qarşılığı olmalıdı. Klublar maliyyə ayırarsa, veteranlar bunun qarşılığında nə etməlidi?
- Yaxşı sualdı. Veteranlar da oyunlara getməlidilər, klublarımızın təbliği ilə məşğul olmalıdılar. Yeri gələndə gənc nəsillə görüşüb, onlara müəyyən məsləhətlər verməlidilər. Bütün dünyada bu təcrübədən yararlanırlar.
- Növbəti belə görüşü nə vaxt keçirməyi planlaşdırırsız?
- Görüşdən öncə Veteranlar İttifaqı tərəfindən xüsusi təkliflər paketi hazırlanmışdı. Orda bizim gələcəkdə görmək istədiyimiz işlər, layihələr yer alıb. Həmin təkliflər paketini də Elxan müəllimə təqdim etdim. İndi gözləyək, görək bizim təkliflərimizə necə reaksiya veriləcək. Buna uyğun da addım atmaq istəyirik. Əsas odu ki, ilk belə görüş baş tutdu və çoxlu veteran futbolçu bir araya gəldi. Və inanıram ki, bu toplantıdan sonra veteranlara diqqət daha da artacaq, onların problemləri vaxtında həll olunacaq.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 13:43 "Neftçi" ikinci doğma evim, Azərbaycan ikinci vətənimdi" Bu gün, 13:28 “Keşlə” maaşları tam ödəyəcək Bu gün, 13:01 Qurban Qurbanov 20 min, Elxan Məmmədov 4 min manat, Kamran Ağayev isə... Dünən, 19:19 AFFA UEFA ilə məsləhətləşmələr aparır Dünən, 19:18 Ağarza Rzayev dünyasını dəyişdi Dünən, 19:08 Çingiz İsmayılov AFFA-nın yardımından imtina edib Dünən, 19:01 “Avropaya yollanmaq üçün Mirançuk daha yaxşı oynamalıdı” Dünən, 18:54 Faiq Qarayev də dəstək kampaniyasına qoşuldu Dünən, 18:50 Uayt döyüş üçün yer tapıb, amma açıqlamır Dünən, 18:46 BOK və yaponiyalılar təzyiqə dözmədi Dünən, 18:43 Azərbaycan Avstraliyanın taleyini yaşamaq istəmədi 26-03-2020, 15:37 “Süleymanovun yerinə gələn məşqçi məni ilk gündən ofsayda saldı” 26-03-2020, 15:33 Yubilyarlara Elxan Məmmədovun göstərişi ilə hədiyyə verilib 26-03-2020, 14:47 Ölkəmizdəki əcnəbilərin yaxınları koronavirusa yoluxmayıb 26-03-2020, 14:46 AFFA və PFL əməkdaşları da istirahətə çəkilib 26-03-2020, 14:45 Ağır Atletika Federasiyasından Novruz “hədiyyəsi” 26-03-2020, 14:33 “Zaqatala”nın hədəfi çempionluqdu 26-03-2020, 14:29 “Komanda hələ ki heç nəyə qadir deyil” 26-03-2020, 14:21 “Neftçi”dən “33 ən yaxşı” sırasına düşən sonuncu ad… 22-03-2020, 19:27 PFL açıqladı: azı bir ay futbol olmayacaq 22-03-2020, 19:24 “Mehdi Hüseynzadə”də 9600 oturacaq quraşdırılacaq 22-03-2020, 19:22 FIDE Rusiya qanunlarına da məhəl qoymur 22-03-2020, 19:18 “Sumqayıt”ın ofisindən oğurluq edən saxlanıldı 22-03-2020, 19:15 Tural Rzayev zədəyə görə “Merani”dən ayrıldı 22-03-2020, 19:09 Elçin Dərgahquliyev məsuliyyəti üzərinə götürdü 22-03-2020, 19:06 “Qadın futbolçular kişilər kimi çox qazansalar, daha məsuliyyətli və çalışqan olarlar” 22-03-2020, 18:59 Novruz Əzimov doğum günündə işdən azad olunub 22-03-2020, 18:46 “Neftçi” 1937-ci ilin martında yox, yanvarında yaranıb 18-03-2020, 16:29 AFFA liqalarda fasiləni aprelin 14-nə kimi uzadıb 18-03-2020, 16:28 “Bu gün hamımız koronavirusun əsiriyik” 18-03-2020, 16:27 Premyer-liqa məşqçiləri çempionatdakı fasiləni normal qarşılayırlar 18-03-2020, 16:24 Asim Xudiyev ABŞ təəssüratını bölüşdü 18-03-2020, 16:22 “Səbail” hollandı vətəninə yola saldı 13-03-2020, 12:15 Azər Mirzəyev Teymurun yaxşı fürsəti qaçırdığını düşünür 13-03-2020, 12:13 “Bizim dostlarımız qapı dirəkləridi” 13-03-2020, 12:11 Riçard Almeyda “Qarabağ”la Bakı üçün darıxır 13-03-2020, 12:07 Region Liqası nəzərdə tutulan vaxtda bitəcək 13-03-2020, 12:02 “Premier Quba”nın məsələsinə gələn həftə baxılacaq 13-03-2020, 11:59 Riad Rəfiyev Ayxan Abbasova dəstək oldu 13-03-2020, 11:56 Teymurun əziz canı = Azərbaycanın itirilən şansı 13-03-2020, 11:53 4-cü oyun, 4-cü məğlubiyyət! 12-03-2020, 10:45 Məğlubedilməzlər də məğlub olurlar… 12-03-2020, 10:43 “Bu gün əsas rəqibimiz arxayınlıq və özümüzük” 12-03-2020, 10:40 AFFA-dan “Xəzər Lənkəran”a cavab gəldi 11-03-2020, 11:44 Samir Abasov gənc mütəxəssislərin müdafiəsinə qalxdı 11-03-2020, 11:37 Emil Babayandan isti münasibət görüb 11-03-2020, 11:34 “Xəzər Lənkəran”ın U-17 komandası fəaliyyətini dayandıracaq 11-03-2020, 11:31 Rus agenti və "Bude-Qlimt” rəhbərliyini qınadılar 11-03-2020, 11:29 “Vaxtında düzgün addımlar atsaydım, maddi xərclərimizi azalda bilərdim” 11-03-2020, 11:24 “Premier Quba”nın taleyi necə olacaq? 11-03-2020, 11:19 Rüstəm Rəhimov hakimliyin səviyyəsindən narazıdı 6-03-2020, 12:05 Emil Balayev: Kostanaydan Zirəyə... 6-03-2020, 12:04 Sabiq qapıçılar Emilə haqq qazandırdılar 6-03-2020, 12:01 Bakıya gələnlərin hər biri yoxlanılacaq 6-03-2020, 11:59 Millətlər Liqasında rəqiblərimiz müəyyənləşdi 6-03-2020, 11:55 AFFA oyunları təxirə saldı, klublar məşqləri ləğv etdi 6-03-2020, 11:53 Stuxlikin yersiz inadı klubların “başında çatlayır” Bütün xəbərlər
Ən çox oxunanlar