28 fev 13:07gundem

Sezarınızı saxlayın, sonra yeyərsiz!


Qanun pozuntusu, Zaur Axundov amili və ya rəqiblərin yeyilən haqqı
AFFA-nın saytında Sezar Meza Kollinin “milliləşdirilməsinin” nəzərdə tutulması ilə bağlı xəbər ötən həftə aydın səmada şimşək effekti verdi. 7-dən 77-yə, futbolu bilən, bilməyən, bir sözlə, xəbərlə tanış olan hamı məlum xəbərə reaksiya verir, münasibət bildirirdi. Böyük əksəriyyət, futbol ictimaiyyətinin, demək olar, 95 faizi paraqvaylı yarımmüdafiəçinin yığma forması geyməsinin əleyhinədi.
Əsasən Elxan Məmmədovunun himayəsinə sığınanlar və AFFA-dan bir parça çörək yeyənlər susmağı üstün tutdu ki, bud a başadüşüləndi. Halbuki Azərbaycan dilini bilməyən, himnimizin sözlərindən xəbərsiz olan, bura yalnız pul qazanmaq üçün gələn birinin sənin-mənim vətəndaşım olduğumuz ölkənin bir nömrəli komandasının formasını geyməyə, üçrəngli bayrağımızı ürəyinin üstündə gəzdirməyə haqqı çatmır. Meza Kolli mövzusuna toxunacağıq.
Tapdanan qanun
İlk növbətə onu qeyd etməliyik ki, bu futbolçuya Azərbaycan pasportunun verilməsi qanuna ziddi. Ona görə ki, “Keşlə”nin formasını geyən “10 nömrə” qanunun tələb etdiyi kimi ölkəmizdə fasiləsiz 5 il yaşamayıb. Düzdü, 2013-18-ci illər aralığında adı o vaxtkı “İnter”in, indiki “Keşlə”nin siyahısında olub. Lakin müxtəlif vaxtlarda, müxstəlif səbəblərdən “itkin düşüb”. Fasilələrlə bir neçə dəfə Azərbaycanı tərk edərək gözə dəyməyib. Bu isə o deməkdi ki, “bir ölkədə 5 il fasiləsiz yaşamaq” bəndi Sezar üçün keçərli deyil.
AFFA hansısa yollarla əcnəbi futbolçuya Azərbaycan pasportu düzəldə, onun yığmada oynamasına şərait yarada bilər. Vay o günə ki, hansısa rəqib komandanın rəsmiləri işin izinə düşüb, dərinə getsin, araşdırma aparsın. Bax, onda zibilə düşən AFFA olacaq.
Zaur Axundovla Kamil Məmmədovun şəninə
Sezarın “azərbaycanlaşdırılması” təkcə futbol ictimaiyyətinin yox, premyer-liqada mübarizə aparan komandaların da ürəyincə deyil. Bu adam “Keşlə”nin heyətində çempionat üçün əcnəbi kimi sifariş olunub. Və bu gün də əcnəbi statusuna malikdi. Sabah Azərbaycan pasportuna yiyələnsə, meydana yerli kimi çıxacaq ki, “Keşlə”nin start heyətində daha bir legioner üçün yol açılacaq.
Bəs bu işin başında duran kimdi? Təbii ki, klubda əsas söz sahibi olan Zaur Axundov. AFFA-nın İcraiyyə Komitəsinin üzvü, Rövnəq Abdullayevlə Elxan Məmmədova yaxın olan bu şəxs komandasının uğur qazanması üçün hər addıma əl atmağa hazırdı. Futzalda necədisə, futbolda da o cür. Bu işdə ona kömək edən, ideya verən şəxsin adı isə Kamil Məmmədovdu. Meza Kolli qardaşlarının ölkəmizə ayaq açmasının səbəbkarı olan təcrübəli agent. Elxan Məmmədovun yaxın adamları olan Riad Rəfiyevlə Kamil Məmmədov baş katibə etdikləri müraciətlərin böyük əksəriyyətində istəklərinə çatıblar deyə, növbəti bu cür addımın uğurlu alınacağına şübhə etməyə dəyməz. Elxan Məmmədov Kamil adlı həmsoyadının qazanması üçün lazım olan şəraiti yaradacaq. Berti Foqtsun dönəmində necə idisə, indi də elə.
Kimə lazımdı?
Hə, məsələnin əsas tərəfi, vacib sualı: Meza Kollinin “milliləşməsi” yığmanın nəyinə lazımdı, ölkə futboluna nə verəcək? Sualın birmənalı cavabı “heç nə”di. Onsuz da yığmanın orta xəttində “milliləşdirilən” gəlmələrin sayı kifayət qədərdi. Dmitri Nazarov, Eddi İsrafilov, Riçard Almeyda... Konkretləşdirsək, onsuz da azərbaycanlı yarımmüdafiəçilərin yolu bağlanıb. Burdan da Sezar variantının ortaya çıxması daha bir neçə futbolçunun qarşısında qırmızı işığın yanması deməkdi.
İstər əsas, istərsə də digər yığmaların baş məşqçiləri yerli futbolçuların təcrübəsizliyindən gileylənir, gənclərin inkişafının vacibliyindən dəm vurur. Meza Kollinin əyninə məcbur yığma forması geyindiriləcəksə, üstəlik, az öncə adı çəkilən onun kimi başqaları da varsa, azərbaycanlı balası təcrübəni harda və nə vaxt toplayacaq? Belə də ki, ölkə futbolunun inkişafına dövlət tərəfindən milyonlar ayrıldığı vaxtda millidə niyə hansısa paraqvaylı oynamalıdı?
Guya hədəf dəyişəcək?
Bir də ki Meza Kolli hansı yığma üçün “milliləşdirilir”? Seçmə mərhələdə 1 xal toplayıb qrup sonuncusu olan komanda üçün? Bəlkə növbəti tsikldə əsas məqsəd dünya çempionatınının final mərhələsinə çıxmaq olacaq, xəbərimiz yoxdu? Bəli, legioneri özününkü etmək dünya təcrübəsində var və bu vasitədən bir çox ölkələr yararlanır. Amma bunun iki səbəbi olmalıdı: ya sənin diyarında futbolçuya bənzəyən adam yoxdu, ya da ciddi hədəflərin var, kiçik boşluqları doldurmaq üçün mütləq kimisə “milliləşdirməlisən”.
Bu gün bizdə bunların heç birinə ehtiyac duyulmur. Özümüzdə futbol oynamağı bacaran uşaqlar kifayət qədərdi. Sadəcə, şans vermək, təcrübə toplamalarına şərait yaratmaq lazımdı. Yeni baş məşqçinin kimliyindən asılı olmayaraq, növbəti seçmə mərhələdəki mövqeyimiz isə dəyişməz qalacaq. Ya qrup sonuncusu, ya da sondan əvvəlki yer.
Son söz
Qeyd etdiyimiz kimi, Sezarın “azərbaycanlılaşdırılmasının” kökündə iki amil durur: ya əyninə milli formanı geydirmək istəyi, ya da “Keşlə”də legioner yerini boşaltmaq. İstənilən halda, ikisi də absurddu, qanun pozuntusudu. Xüsusən də yığmada oynamasına heç bir halda razılaşmaq mümkün deyil, imkan yaratmaq olmaz.
Sezar həm də elit təbəqə nümayəndələrinin (Elxan Məmmədov da o siyahıdadı) restoranlarda tez-tez istifadə etdiyi salat növüdü. Odu ki, sezarlarını saxlasınlar, sonra yeyərlər. Bu dəqiqə sezar yeri deyil!
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
25-05-2020, 17:50 U-19 liqasının formatında dəyişiklik olmayacaq 25-05-2020, 17:49 İcraiyyə Komitəsi növbəti həftə yığışacaq 25-05-2020, 17:48 Foqts yığmamızın sayəsində liderlər sırasındadı 25-05-2020, 17:36 Futbolumuzun əcnəbiləri bir çatışmazlığı qeyd etdilər 25-05-2020, 17:34 “Təəssüf ki, “Bakı”nın bazası ilə bağlı belə məsələlər oldu” 25-05-2020, 17:26 Aftandil Hacıyev mövsümün bərpasını istəmir 25-05-2020, 13:43 Yaşar Bəşirov lisenziya müəmmasına aydınlıq gətirdi 25-05-2020, 13:31 “Azərbaycan millisini seçdiyimə görə valideynlərimə Bakının mərkəzində mənzil verilməyib” 25-05-2020, 13:29 Aydan ulduZa Türkiyə futbolu 25-05-2020, 13:20 “Nə göz-qaş edirsən, baş məşqçi artıq yatıb, istirahət etmək istəyirəm” 24-05-2020, 11:13 Yayın ilk keçidi Amin Seydiyev oldu 24-05-2020, 10:56 Agentlər Aminin ölkə xaricinə yollanacağını düşünürlər 24-05-2020, 10:47 EFA, “Fireland Football Club”, “Dortmund Bakı”, yox bir qaşqaldaq… 24-05-2020, 10:28 Koronavirus olmasaydı... 24-05-2020, 10:25 “Futbolu qaldırsa, veteranlar qaldıracaq” 23-05-2020, 11:14 Əməkdar məşqçi ölüm-qalım mübarizəsi aparır 23-05-2020, 11:02 “Qəbələ”nin elitada ilk qolunun müəllifi dükan işlədirmiş 23-05-2020, 10:58 AFFA-da qanvermə aksiyası 23-05-2020, 10:57 Bakı UEFA-ya təminat verib 23-05-2020, 10:54 “Ximki”: elita əvəzinə 2-ci dəstəyə 22-05-2020, 16:41 “Stəkan bir yana, əl altında olan hər şey paltardəyişmə otağında uçurdu!” 22-05-2020, 16:32 “Neftçi” bilərəkdən “Bəhramov”a sürgün edildi” 22-05-2020, 11:33 Kurtinaytis 300 nəfər qonaq üçün qəsr icarəyə götürüb 22-05-2020, 11:30 Kamran “Ximki”nin ən məhsuldar futbolçusudu 22-05-2020, 11:29 “Qarabağ”ın həkimi fikir bildirməkdə çətinlik çəkir 22-05-2020, 11:26 Yaşar Vahabzadə “Kəpəz”in futbolçularına kökəlməməyi tapşırıb 22-05-2020, 11:23 Mehman Allahverdiyev cəzalı ola-ola meydana çıxıb 22-05-2020, 11:21 Elxan müəllim, bəs qərar açıqlanacaqdı? 22-05-2020, 11:17 PFL növbəti videkonfransa qatıldı 22-05-2020, 11:16 “Kəpəz”lə “Turan Tovuz” istənilən qərara razı olacaq 22-05-2020, 11:13 “Xaqani Məmmədovun sanki sumqayıtlı hakimlərə qarşı allergiyası var idi” 20-05-2020, 11:30 AFFA divizionda və liqalarda mövsümü erkən bitirir 20-05-2020, 11:27 “Sumqayıt”da 55 nəfər testdən keçdi, “Qəbələ” isə gözləyir 20-05-2020, 11:25 Rövşən Hüseynli birbaşa pley-offa keçməyi təklif etdi 20-05-2020, 11:24 Futzal çempionatında durum futboldakından fərqlidi 20-05-2020, 11:20 Jurnalistlər yerli məşqçinin tərəfdarıdı 20-05-2020, 11:18 Nazarovun qol sevinci yadda qaldı 20-05-2020, 11:17 Millət vəkillləri çempionatın bərpasını istəyir 20-05-2020, 11:14 İsmayıllı Olimpiya İdman Kompleksindən məhkəməyə şikayət olundu 20-05-2020, 11:12 “Futbolla vidalaşandan sonra yəqin ki fermada yaşayacam” 20-05-2020, 11:10 UEFA təxirə saldı, PFL-in rəisi maraqlı şərh yazdı 20-05-2020, 11:09 Brifinqdə yenə futbol unudulmadı 20-05-2020, 11:05 Ploeştidə meydandan qovulan Ramin Nəsibov imiş… 18-05-2020, 14:27 Şahin Diniyev yığmanın baş məşqçisiz qalmasını məqsədəuyğun sayır 18-05-2020, 14:26 Ramin Musayev müalicə aldığına görə videokonfransa qatılmayıb 18-05-2020, 14:13 Yığma üzvlərinin maaşı aprelin sonunda ödənilib 18-05-2020, 14:10 “Qurban Qurbanova “deputatsan, toxunulmazlığın var, futbolçunu itələyərlər də” dedim” 18-05-2020, 14:07 Futzal niyə yada düşmədi? 18-05-2020, 14:05 Şensoy Konkovu təbrik etməyəcək 18-05-2020, 13:59 “Avrokuboklara gedəcək klublar indidən hazırlaşmalı, məşq etməlidilər” 18-05-2020, 13:57 Futbolçular yeniliyi müsbət qarşıladılar 18-05-2020, 13:53 Mətbuat Şehiçi “yoluxdurdu” 18-05-2020, 13:37 “Azərbaycandakı iqlim qazon saxlamaq üçün əlverişli deyil” 18-05-2020, 13:32 Futbolla bağlı qadağa bu həftə götürüləcək 17-05-2020, 11:28 Türk şahmatçı Mahir Məmmədovun FIDE-də çalışmasını düzgün saymır 17-05-2020, 11:26 Karlsen bizimkiləri “görmür” 17-05-2020, 11:20 Beş əvəzləmənin müsbət və mənfi tərəfləri Bütün xəbərlər
Ən çox oxunanlar