19 fev 11:50gundem

“Sabah”ın avrokuboklara qatılmaması Adıgözəlov üçün fiasko olmayacaq


“Əsas məqsədimiz yaxşı komanda yox, klub yaratmaqdı”
Səfərdə “Sumqayıt” üzərində qazanılan qələbə “Sabah”ın düşərgəsində hamını sevincə qərq etmişdi. Texniki işçilər, məşqçilər korpusu, futbolçular 3 xalı böyük təntənə ilə qeyd edirdi. Oyundan onra paltərdəyişmə otağına yollanan klub prezidenti Maqsud Adıgözəlovun futbolçuları təbrik etməsindən sonra isə “tələbələr”in düşərgəsindən sevinc sədaları ikiqat artıq eşidildi. Fürsətdən istifadə edib klub prezidenti ilə qısa söhbət etdik.
- Qış fasiləsindən sonra “Sabah” ardıcıl ikinci qələbəsini qazandı. Bu 3 xalı “avrokuboklara vəsiqə uğrunda mübarizəmiz davam edir” mesajı kimi dəyərləndirmək olar?
- Çalışacağıq ki, avrokuboklara vəsiqə qazanaq. Amma özünüz də görürsüz ki, bu gün premyer-liqada hər şey çox tez dəyişir. Bizim yeni baş məşqçimiz var və ona müəyyən vaxt lazımdı. Elə oyunçularımız var ki, komandaya gec qoşulublar. Bizim üçün indi ən əsas və vacib olan oyun planında inkişafa nail olmaqdı. Hazırda bunu fikirləşirik. Təbii ki, eyni zamanda avrokuboklarda iştirak barədə də düşünürük.
- Ölkə kubokunda mübarizəni dayandıran “Sabah”ı qitəmiqyaslı tunirə vəsiqə verən 4-cü pillədən artıq 3 xal ayırır. Sizcə qarşıdakı oyunlarda bu fərqi aradan qaldırmaq mümkün olacaq?
- İndi bu haqda nəsə demək çox çətindi. Əlbəttə, bunun üçün çalışacağıq. Biz indi 3-cü və ya 4-cü yer üçün oynamırıq. Əsas istəyimiz turdan-tura sərgilədiyimiz oyunu mükəmməlləşdirmək və bacardıqca üst pillələrə yüksəlməkdi. İnşallah, yaxşı olar.
- Necə düşünürsüz, qış transfer dönəmində heyətə cəlb etdiyiniz oyunçular etimadı doğruldur?
- Bu suala konkret cavab verəcəm: doğruldur.
- Mövsümün əvvəlində çoxları “Sabah”ı ilk “üçlük”də görürdü. Ancaq bu günə kimi proqnozların özünü doğrultmadığını deyə bilərik. Qışdan sonra komanda özünə gəlib. Ancaq atalarımız “şər deməsən, xeyir gəlməz” söyləyiblər. Mövsümün sonunda “Sabah” avrokuboklara vəsiqə qazanmasa, bu fiasko sayılacaq?
- Fiasko olmayacaq. 2019/20 “futbol ili”ndə buraxdığımız səhvləri öz aramızda təhlil edib, gələn mövsüm üçün dərs çıxaracağıq.
- Azərbaycan reallığı deyilən bir nüans var. Bəzən komanda iki-üç il ərzində qarşıya qoyulan hədəfə çatmayanda, sponsorlar imtina edir. “Sabah”ı belə təhlükə gözləyir?
- Heç bir halda “Sabah”ı belə təhlükə gözləmir. Mən ilk mövsümdən demişəm ki, “Sabah” olaraq biz birillik gəlməmişik. Əsas məqsədimiz yaxşı komanda yox, klub yaratmaqdı. Hər kəs əmin ola bilər ki, bizi belə təhlükə gözləmir. Klub qurmaq yönündə işlərimiz davam edir.
- Hər bir klubun qarşısında müəyyən məqsəd olur. “Sabah” yarananda avrokuboklara vəsiqə qazanmaq üçün nə qədər vaxt nəzərdə tutulub? Ümumiyyətlə, klubun strateji planı barədə nə deyə bilərsiz?
- Əlbəttə, bizim klub olaraq strateji planımız var. Ancaq bu haqda geniş danışmaq üçün bizə saatlarla vaxt lazımdı. Bir gün vaxt edin, görüşək. Onda həm sizə, həm də futbol ictimaiyyətinə bununla bağlı ətraflı məlumat verərəm. Bizim planımızın əsas tərkib hissələrindən biri, bəlkə də birincisi gənc futbolçularla bağlıdı. Söhbətimizin əvvəlində qeyd etdiyim kimi, biz öncə klub olaraq formalaşmağa çalışırıq və öz yetirmələrimizin hesabına nəyəsə nail olmağı düşünürük. Bugünkü oyun da göstərdi ki, düz yoldayıq. “Sabah” daim gənc oyunçuların inkişafında maraqlı olub. “Sumqayıt”la qarşılaşmada start heyətimizdə çempionatdakı gənc futbolçu limitinə uyğun 3 oyunçu var idi. Bu, bizim gənc oyunçularla bağlı strategiyamıza tam uyğun gəlir.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 11:22 Fonda daha hansı klub pul köçürəcək? Bu gün, 11:01 Koronavirusun öyrətdiyi ...onlayn məşqlər 3-04-2020, 21:40 “Ağsu Siti” də kampaniyaya qoşuldu 3-04-2020, 21:36 Bir daha Çingiz İsmayılova ayrılan yardım haqda 3-04-2020, 21:30 Riad Rəfiyev “asan yol” arzulamır 3-04-2020, 21:21 “Sumqayıt” 40 həmvətənimizi himayəyə götürdü 3-04-2020, 20:55 Avanürist ideya: yarımfinal bir oyundan ibarət olsun! 3-04-2020, 20:35 “Old Wolf”u üç futbolçu təbrik edib 3-04-2020, 20:32 Elvin Bakıdadı, Fərid Çexiyada məşq edir 1-04-2020, 19:25 Altay Əliyev və övladları Prezidentin çağırışına qoşuldu 1-04-2020, 19:09 "Sabah"dan sabahımız üçün jest 30-03-2020, 13:43 "Neftçi" ikinci doğma evim, Azərbaycan ikinci vətənimdi" 30-03-2020, 13:28 “Keşlə” maaşları tam ödəyəcək 30-03-2020, 13:01 Qurban Qurbanov 20 min, Elxan Məmmədov 4 min manat, Kamran Ağayev isə... 29-03-2020, 19:19 AFFA UEFA ilə məsləhətləşmələr aparır 29-03-2020, 19:18 Ağarza Rzayev dünyasını dəyişdi 29-03-2020, 19:08 Çingiz İsmayılov AFFA-nın yardımından imtina edib 29-03-2020, 19:01 “Avropaya yollanmaq üçün Mirançuk daha yaxşı oynamalıdı” 29-03-2020, 18:54 Faiq Qarayev də dəstək kampaniyasına qoşuldu 29-03-2020, 18:50 Uayt döyüş üçün yer tapıb, amma açıqlamır 29-03-2020, 18:46 BOK və yaponiyalılar təzyiqə dözmədi 29-03-2020, 18:43 Azərbaycan Avstraliyanın taleyini yaşamaq istəmədi 26-03-2020, 15:37 “Süleymanovun yerinə gələn məşqçi məni ilk gündən ofsayda saldı” 26-03-2020, 15:33 Yubilyarlara Elxan Məmmədovun göstərişi ilə hədiyyə verilib 26-03-2020, 14:47 Ölkəmizdəki əcnəbilərin yaxınları koronavirusa yoluxmayıb 26-03-2020, 14:46 AFFA və PFL əməkdaşları da istirahətə çəkilib 26-03-2020, 14:45 Ağır Atletika Federasiyasından Novruz “hədiyyəsi” 26-03-2020, 14:33 “Zaqatala”nın hədəfi çempionluqdu 26-03-2020, 14:29 “Komanda hələ ki heç nəyə qadir deyil” 26-03-2020, 14:21 “Neftçi”dən “33 ən yaxşı” sırasına düşən sonuncu ad… 22-03-2020, 19:27 PFL açıqladı: azı bir ay futbol olmayacaq 22-03-2020, 19:24 “Mehdi Hüseynzadə”də 9600 oturacaq quraşdırılacaq 22-03-2020, 19:22 FIDE Rusiya qanunlarına da məhəl qoymur 22-03-2020, 19:18 “Sumqayıt”ın ofisindən oğurluq edən saxlanıldı 22-03-2020, 19:15 Tural Rzayev zədəyə görə “Merani”dən ayrıldı 22-03-2020, 19:09 Elçin Dərgahquliyev məsuliyyəti üzərinə götürdü 22-03-2020, 19:06 “Qadın futbolçular kişilər kimi çox qazansalar, daha məsuliyyətli və çalışqan olarlar” 22-03-2020, 18:59 Novruz Əzimov doğum günündə işdən azad olunub 22-03-2020, 18:46 “Neftçi” 1937-ci ilin martında yox, yanvarında yaranıb 18-03-2020, 16:29 AFFA liqalarda fasiləni aprelin 14-nə kimi uzadıb 18-03-2020, 16:28 “Bu gün hamımız koronavirusun əsiriyik” 18-03-2020, 16:27 Premyer-liqa məşqçiləri çempionatdakı fasiləni normal qarşılayırlar 18-03-2020, 16:24 Asim Xudiyev ABŞ təəssüratını bölüşdü 18-03-2020, 16:22 “Səbail” hollandı vətəninə yola saldı 13-03-2020, 12:15 Azər Mirzəyev Teymurun yaxşı fürsəti qaçırdığını düşünür 13-03-2020, 12:13 “Bizim dostlarımız qapı dirəkləridi” 13-03-2020, 12:11 Riçard Almeyda “Qarabağ”la Bakı üçün darıxır 13-03-2020, 12:07 Region Liqası nəzərdə tutulan vaxtda bitəcək 13-03-2020, 12:02 “Premier Quba”nın məsələsinə gələn həftə baxılacaq 13-03-2020, 11:59 Riad Rəfiyev Ayxan Abbasova dəstək oldu 13-03-2020, 11:56 Teymurun əziz canı = Azərbaycanın itirilən şansı 13-03-2020, 11:53 4-cü oyun, 4-cü məğlubiyyət! 12-03-2020, 10:45 Məğlubedilməzlər də məğlub olurlar… 12-03-2020, 10:43 “Bu gün əsas rəqibimiz arxayınlıq və özümüzük” 12-03-2020, 10:40 AFFA-dan “Xəzər Lənkəran”a cavab gəldi 11-03-2020, 11:44 Samir Abasov gənc mütəxəssislərin müdafiəsinə qalxdı 11-03-2020, 11:37 Emil Babayandan isti münasibət görüb Bütün xəbərlər
Ən çox oxunanlar