14 apr 16:31gundem

Nəhs günün qəhrəmanı 45-i geridə qoydu!

Nəhs günün qəhrəmanı 45-i geridə qoydu!
Qriqorçuk Qurbanovu “Milan”ın “sükanı arxasında” görmək istəyir

Qurban Qurbanov… Azərbaycanda futbolla maraqlanan hər kəs bu ada yaxşı bələddi. O, “Qarabağ”la ölkə futbolu tarixində bir sıra ilklərə, rekordlara imza atıb. O, özünəməxsus oyun fəlsəfəsi, taktikası formlaşdırıb. O, xarici klubların bizə hörmətlə yanaşmasının, lazım gələndə ehtiyatlanmasının səbəbkarıdı. O, minlərlə azarkeşin ümid yeri olan kollektivi formalaşdırıb. O, komandada sabitliyin nə demək olduğunu göstərib. O, məşqçi xarizmasının bariz nümunəsidi. O, dünən 45 yaşını tamamlayan Qurban Qurbanovdu...
Uğurlu karyera
1972-ci il aprelin 13-də Zaqatalanın Aşağı Tala kəndində anadan olub. "Daşqın"nın yetirməsidi. Qurbanov 15 illik (1990-2005) futbolçu karyerasında 400-dən çox oyun keçirib, 3 ölkənin çempionatında top qovub. “Daşqın”dan başqa, “Turan”, “Kür-Nur”, “Neftçi” və “İnter”də çıxış edib. Üç dəfə “Neftçi” (1996/97, 2003/04, 2004/05), 1 dəfə “Turan”la (1993/94) ölkə çempionu olub, “ağ-qaralar”la 1 dəfə (2003/04) ölkə kubokunu qazanıb. Hücumçu 1996/97 mövsümündə çempionatın bombardiri tituluna yiyələnib. Legioner karyerasında Gürcüstanın “Mertsxali” və “Alazani”, Rusiyanın “Dinamo” (Stavropol), “Fakel”, “Baltika” və “Volqar-Qazprom” klublarında çıxış edib. 2003-cü ildə qəzetimizin sorğusunda Azərbaycanın ən yaxşı futbolçusu seçilib. Hücumçu Rusiya premyer-liqasında çıxış etmiş azsaylı legionerlərimizdəndi. Futbolçu karyerasında yığma xüsusi yer tutur. Ən azı ona görə ki, yığmada ən çox qol vuran oyunçudu. O, buna 67 oyunda 14 qolla nail olub. Hücumçunun Serbiya və Çernoqoriya ilə oyunlarda vurduğu 3 qol karyerasında özünəməxsus yer tutur. Qurbanov futbolumuzun tarixinə xüsusi vida matçı təşkil olunan yeganə oyunçu kimi düşüb. Həmin gün yerli və legionerlər yığması arasında ilk və son matç təşkil edilib. Qurbanovun məşqçilik karyerası 2006-cı ildə "Neftçi"də başlayıb. Düzdü, bunadək futbolçu karyerasını bitirdiyi "İnter"də idman direktoru işləyib. Baş məşqçi kimi debütündə "ağ-qaralar"la çempionatın gümüş medalçısı olan səbəbkar 2008-ci il avqustun 3-dən "Qarabağ"a rəhbərlik edir. O, baş məşqçi kimi ilk titulunu məhz indiki klubunda debüt mövsümündə - 2008/09-da ölkə kubokunu qazanmaqla reallaşdırıb. Qurbanov "Qarabağ"la premyer-liqanın bütün əyarda medallarını qazanıb. Komandaya ardıcıl 3 çempionluq, 2 kubok qazandıran, ağdamlıları üç dəfə Avropa Liqasının qrupuna daşıyan Qurban bəy futbolçu dönəmində olduğu kimi, məşqçi kimi də bir sıra rekordlara imza atıb. Əməkdar məşqçi adına da layiq görülən mütəxəssis müxtəlif sorğulardakı qələbələrlə dəfələrlə ilin ən yaxşısı seçilib. Cari mövsüm çempionatda ardıcıl 4-cü qızıl medala çox yaxındı. Qurbanov son 2 mövsümü isə "qızıl dubl"la başa vurub və bu il 3-cü uğurunu reallaşdırmağa yaxındı. O, böyük qardaşı Musa Qurbanovla da çiyin-çiyinə oynayıb. Əmisinin adını daşıyan oğlu isə hazırda "Neftçi"nin U-15 komandasının üzvüdü, atası kimi hücumçudu. Yeri gəlmişkən, Qurban bəy həm də AFFA İcraiyyə Komitəsinin üzvüdü. Belə deyək, ölkə futbolunun başbilnləri bəzi məsələlərdə onun da fikrinə ehtiyac duyur.
Sadiqlik, sabitlik
Artıq 9 ildi Qurbanov “Qarabağ”ın “sükanı arxasındadı”. Təbii, bu mənada hansısa klubumuzun uzun müddət bir baş məşqçiyə həvalə olunmasını xatırlamaq çətindi. Bəlkə də qazanılan uğurlar klub rəhbərliyinin Qurban bəyə hədsiz etimadından irəli gəlir. O isə bu güvən fonunda komandada sabitlik yaradıb. Bəli, hər kəs “Qarabağ”da “oturuşmuş” heyətin olduğunu qabardır. Bu isə sırf Qurbnanovun əməyinin nəticəsidi. Düzdü, bu 9 ildə bir sıra futbolçular gəlib-gedib. Ancaq bəlli sistem, bünövrə dəyişmədiyindən zamanla uğurlar da əldə edildi. Deyilənə görə, ən sevdiyi və örnək götürdüyü məşqçi Pep Qvardioladı. Ancaq çoxları onu Aleks Ferqyusona bənzədir. İllərdi bir kluba bağlıdı, komandada hər şeyə nəzarət edir, sözü qanundu, transfer məsələlərində klubun pulunun qədrini bilir, hər yoldan keçəni komandaya götürmür. Doğrudu, bütün transfer məsələlərində onun yanılmadığını söyləmək doğru olmaz. Elə hücumçularla bağlı bəzən uğursuz seçimləri zaman-zaman görmüşük. Ancaq ideal heç nə olmadığını hamımız yaxşı bilirik.
Yığma: gec-tez olacaq!
Heç şübhəsiz, hər bir mütəxəssisin məşqçi karyerasının zirvəsi yığmadı. Hər dəfə bu ölkə yığmanın nəticələrindən bezəndə Qurbanov amili önə çıxır. Gec-tez onu əsas komandanın başında görəcəyimizə şübhə etmirik. Və onun həmin postda uğurlu olacağını da düşünməyə yetərincə əsas var. Əvvəla, yığmada “Qarabağ”lılar üstünlük təşkil edir. Bundan başqa, Qurbanovun xarizması yığmaya tam uyğun gəlir. Hərçənd bəziləri onun millidə “Qarabağ”dakı kimi uğurlu olacağına şübhə ilə yanaşır. Ancaq əksini düşünənlər daha çoxdu. Hər halda, ipə-sapa asanlqıla yatmayan braziliyalıların Qurbanovun önündə “muma döndüyü” faktdı. Yəni kiminsə məşqçinin bir sözünü iki etməyəcəyi ilə bağlı mübahisə etməyə dəyməz. Odu ki, yığmadakı növbəti məşqçi seçimi zamanı, çox güman, Qurbanovun xeyrinə qərar veriləcək.
Onu necə təbrik etdilər?
Şübhəsiz, gün ərzində Qurbanovun telefonuna təbrik mesajları yazanlar, zəng edib ona xoş sözlərini çatdıranlar olub. Biz də bir neçə nəfərdən “Qarabağ”ın baş məşqçisinin yubileyi ilə bağlı diləklərini öyrəndik. Təbii, ucdantutma bütün futbol adamlarını aramadıq. Seçim zamanı bəzi nüansları nəzərə aldıq. Əslində oğlu Musanın da atasına arzuları maraqlı idi. Lakin “Neftçi”li Qurbanov hazırda ölkə xaricində olduğundan, onunla əlaqə saxlaya bilmədik.
Son illər əsas mübarizə məhz “Qəbələ” ilə “Qarabağ” arasında gedir. Xüsusən bu mövsüm tərəflərin mübarizəsi daha da kəskinləşdi. Hər iki klub ardıcıl Avroliqanın qrupuna düşməklə də rəqabətə rəng qata bilib. Bu üzdən tez-tez “Qurban Qurbanov, yoxsa Roman Qriqorçuk” sualı ətrafında müzakirələr yaranır. Görəsən, ukraynalı çalışdırıcı həmkarına ad günündə nə arzulayardı: “O çox yaxşı insandı. Bu üzdən özünə nə arzu edirsə, onların hamısının həyata keçməsini diləyirəm. Cansağlığı, ailə sadəti, pozitivlik və xoşbəxtlik arzulayıram. İşinə gəlincə, ona karyerasında uğurlar diləyirəm. Qoy həmişə yüksək nəticələr qazansın, komandası həmişə gözəl futbol oynasın. 50 yaşında isə ona “Milan”ı çalışdırmağı arzulayıram”.
Qardaşı Musa Qurbanovun da fikirləri maraqlı idi: “Qurbana nə arzu edərdim? Yaxşı olan nə varsa, istərdim ki, onun olsun. 50 yaşında… Mən belə başa düşürəm, olduğu yerdən məmnundu (gülür). Daha çox uğurlar, daha çox nailiyyətlər arzulayıram. İnşallah, bütün bu arzular gerçəkləşər. Qurbana hər şeyin ən yaxşısını Allahdan diləyirəm”.
Sabiq FİFA referisi Fariz Yusifovun da təbrik mesajını aldıq. Əslində Yusifovu seçməyimiz boşuna deyildi. Təcrübəli referi Qurbanovun həm futbolçu kimi meydanda, həm də baş məşqçi kimi texniki zonada olduğu oyunları idarə edib. Fariz bəyin dedikləri: “Öncə Qurban Qurbanovun ad gününü təbrik edərdim. Onu 20 il, bəlkə daha da artıq müddətdi tanıyıram. İstər futbolçu, istərsə də məşqçi kimi necə insan olduğunu bilirəm. Qurbanov “Neftçi”nin heyətində çıxış edəndə ən ağır oyunlarını idarə etmişəm. Hansı ki, həmin vaxt “ağ-qaralar”ın güclü heyəti var idi. Mən ona ilk növbədə cansağlığı arzulayıram. Ailə xoşbəxtliyi, gül balalarına sağlam həyat diləyirəm. Şəxsən o insan haqda o qədər səmimi sözlər deyə ilərəm ki... Çünki özü də çox səmimi biridi. Onun o soyuqqanlılığı, hakimlərə, futbolçulara münasibəti nəyə desən, dəyər. Söhbət insani münasibətdən gedir. Mən çox istərdim ki, bəzi məşqçilərimiz bu xarakterdən dərs götürsünlər. Həm futbolçu, həm də məşqçi kimi onun əzmkarlığını, işinə məsuliyyətlə yanaşmasını qeyd edərdim. Olan şeyi deyirəm. Bütün ölkəyə sübut etdi ki, əzmkar, zəhmətkeş məşqçiyəm. İndi hər kəs bunun bəhrəsini görür. 50 yaşında da onu hansısa komandanın baş məşqçi kimi görmək istərdim. Yığma ilə bağlı bir söz deyə bilmərəm. Ancaq arzu edərdim ki, sevdiyi işlə məşğul olsun. Bir daha ona Allahdan cansağlığı diləyirəm”.
Əslində Qurbanovun hansısa futbolçunu komandadan qovmasını xatırlamaq çətindi. Ancaq bəzi futbolçularla ayrılıq heç də gözlənilən olmayıb. Yadınızdadısa, Rauf Əliyev 2013-cü ildə “Qarabağ”ı “Bakı”ya dəyişərkən, müxtəlif versiyalar irəli sürüldü. Hücumçunun daha çox pul qarşılığında “köhlən atlar”ı tərk etdiyi heç kimə sirr deyildi. Zaman bu seçimin doğru olmadığını göstərdi. Maraqlıdı, Raufun Qurban bəylə münasibətləri hazırda hansı səviyyədədi: “Yox-yox, aramızda heç bir narazılıq yoxdu. Qurban müəllimlə üz-üzə gələndə görüşürük, hal-əhval tuturuq. Hansısa narazılıqdan söhbət gedə bilməz. Bilirəm ki, bu gün Qurban müəllimin ad günüdü. Onu təbrik edirəm. Bütün arzularına çatsın. İşlərində uğurlar arzulayıram".
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:16 AÇ üçün heyət açıqlandı Dünən, 23:15 Ölkə çempionatı başa çatdı Dünən, 23:14 Ukrayna ilə bacarmadıq Dünən, 23:13 Nağı Səfərova yenə etimad göstərildi Dünən, 23:12 Bakıda “Red Bull”dan əzələ nümayişi Dünən, 23:10 Kamran Şahsuvarlı finalda Dünən, 23:08 Əliyar Ağayev “Rusenborq”un oyununa təyinat aldı Dünən, 23:07 UEFA-nın MDB üzrə əlaqələndiricisi “Futbol+”ə danışdı Dünən, 23:05 “Zirə”nin oyununda təcrübəsiz qazax Dünən, 22:56 “Qarabağ” oyuna çıxır, “Samtredia” hücumçuyla gücləndi Dünən, 22:55 “Neftçi” rəsmisi gördüyü işdən danışmaq istəmədi Dünən, 22:44 “Zirə”də yayın məsələsində qeyri-müəyyənlikdi Dünən, 22:43 “Dalğa Arena” avrokubok oyunlarına hazırdı Dünən, 22:42 Patrik Klyuvert “Vətən”ə təşəkkür edib Dünən, 22:37 Sloveniyada AÇ-yə gerisayım başlayır Dünən, 22:36 Fransa millisinin sabiq yarımmüdafiəçisi “Qəbələ”də Dünən, 22:34 Futzal millimiz yenə braziliyalıya tapşırılacaq Dünən, 22:33 Yığmamız qrupda qaldı Dünən, 22:31 BOK prezidenti MOK-a məktub göndərdi Dünən, 22:30 Ayxan Abbasov “Zirə”ni Avroliqaya hazır sayır Dünən, 22:27 "Zirə" rumın müdafiəçi transfer etdi Dünən, 22:09 TRANSFER DOSYESİ Dünən, 22:07 Zirə azarkeşləri oyunun Mərdəkanda keçirilməsindən razıdı Dünən, 22:06 “Sumqayıt” jurnalistlər üçün iftar süfrəsi açdı Dünən, 22:03 “Zirə”nin legionerləri Türkiyədə ləngidi 23-06-2017, 20:23 Avropa Yay Olimpiya Festivalına lisenziya qazandılar 23-06-2017, 20:22 Otellərin sayı artsa, Bakıya daha çox “Formula-1” azarkeşi gələcək 23-06-2017, 20:20 Ronaldoya millinin forması hədiyyə olundu 23-06-2017, 20:17 Emil Balayev “Səbail”ə keçərkən Qurban Qurbanovla danışmayıb 23-06-2017, 20:14 “Zirə” biletlərin qiymətini açıqladı 23-06-2017, 20:12 Əliyar FİFA karyerasına sıfırdan başlayır... 23-06-2017, 20:09 “Samtredia” ilə ilk oyunun başlama vaxtı dəqiqləşdi 23-06-2017, 20:08 “İnter”in rəqibi son çempionu məğlub etdi 23-06-2017, 20:06 Avroliqanın debütantı mübarizəyə hazırdı 23-06-2017, 20:00 Sumqayıtda mükafatlandırma 23-06-2017, 19:56 Yığmanın baş məşqçisi Ermənistanla oyundan danışdı 23-06-2017, 19:55 Avroliqada ikinci dövrə başlayır 23-06-2017, 19:52 Divizionda çıxış edəcək “Binə”nin büdcəsi 150 min manatdı 23-06-2017, 19:47 Stamenkoviç “Mladost”un bəxtinin gətirmədiyini düşünür 23-06-2017, 19:44 Fanklub rəhbərləri “Milan” azarkeşlərinə haqq qazandırdı 23-06-2017, 19:42 “Fənərbaxça”nın baş məşqçisi Antalya kampından danışdı 23-06-2017, 19:40 Millinin heyəti açıqlandı 22-06-2017, 19:21 Subaşiç “Mladost” haqda gizli heç nə qoymadı 22-06-2017, 19:18 “İnter” “Mladost”u “Dalğa Arena”da sınağa çəkəcək 22-06-2017, 19:17 Zaur Axundov Azərbaycana söz verdi 22-06-2017, 19:15 “Axmat” “Qarabağ”ı da bir qolla üstələdi 22-06-2017, 19:13 “Zirə” vətənə məğlub döndü 22-06-2017, 19:11 “İnter” və “Zirə” siyahını açıqladı 22-06-2017, 19:10 Vyana “Qarabağ”ının Bakıda fanklubu olacaq 22-06-2017, 19:08 “Mladost”la oyunu böyük ümidlərlə gözləyirik” 22-06-2017, 19:06 “Bursa BB”də qaldı 22-06-2017, 19:05 Erməni baş məşqçidən etiraf 22-06-2017, 19:03 Əsgərlərə açıq məktub yazdılar 22-06-2017, 19:00 Çimərlik futbolu yığması Belarusa gedir 22-06-2017, 18:58 Hakimlərimizdən videotəkrara fərqli yanaşma 22-06-2017, 18:57 “Səbail” Emil Balayevi saxladı 22-06-2017, 18:55 Elnur Cəfərov da “Neftçi”ylə müqavilə bağladı Bütün xəbərlər
Ən çox oxunanlar