12 fev 11:55gundem

Elvin Yunuszadə “Çelik”i Ümit Özata görə seçib


“Asiyada “Səbail”də, hətta burda qazandığımın üçqat artığını təklif edirdilər, istəmədim”
Daha bir futbolçumuz ölkə xaricində legioner həyatı yaşayacaq. Gürcüstan, Küveyt, Tayland kimi ölkələrin ardından növbəti dayanacaq Bosniya və Hersoqovinadı. “Neftçi” və ”Qarabağ”ın sabiq futbolçusu, Avroliqa və Çempionlar Liqasının həyəcanını yaşayan, yığmanın sabiq müdafiəçisi Elvin Yunuszadə bundan sonra “Çelik”in formasını geyəcək.
Dekabrda “Səbail”dən ayrılandan sonra klubsuz qalan Elvinin birdən-birə xaricdə peyda olması maraq doğurmaya bilməz. Mətbuatda yayılan xəbərlərə görə, ucaboy mərkəz müdafiəçisinin Dzekonun vətənində peyda olmasında “Qarabağ”dakı sabiq komanda yoldaşı İbrahim Şehiç vasitəçi rolunu oynayıb. Odu ki, Elvin bundan sonra azərbaycanlı futbolsevərlərə yaxşı tanış olan Ümit Özatın rəhbərliyi altında çıxış edəcək.
Həmyerlimiz artıq Bosniyadadı. Yeni klubuyla müqavilə bağlayıb, yaxın günlərdə məşqlərə başlayacaq. Maraq üçün qeyd edək ki, Zenitsa təmsilçisi sonuncu mövsümü 7-ci yerdə başa vurub. Qarşıdakı çempionatda hədəflər isə yüksəkdi. Səbəbkarla söhbətdə daha dolğun məlumatlar almağa çalışdıq.
- Gözlənilməz transferdən başlayaq. Necə baş tutdu?
- Düzü, belə bir transferin olacağını özüm də gözləmirdim. Komandanın yeni baş məşqçisi Ümit Özatdı. Özü mənimlə əlaqə saxlayıb, komandasında görmək istədiyini bildirdi. Əslində Türkiyə variantım var idi. Bütün işlər görülmüşdü, qalırdı imza atmaq. Son anda alınmadı. “Transfer pəncərəsi” bağlandığından məsələ yarımçıq qaldı. Belarusdan da təklif almışdım – Jodino “Torpedo”sundan. Seçim arasında qalmışdım, iki klubdan birini seçməliydim. İçimdən gələn səs “Çelik” dedi. Gizlətmirəm, burda Ümit Özat amili də xüsusi rol oynadı. Belə bir şəxsin rəhbərliyi altında oynamaq sevindiricidi. Üstəlik, mənimlə telefon danışığı da seçimimdə xüsusi rol oynadı.
- Mətbuatda transferin baş tutmasında Şehiçin əsas rol oynadığı deyilir. Nə dərəcədə doğrudu?
- Xeyr, Şehiçin bu məsələ ilə yaxından-uzaqdan əlaqəsi yoxdu. Bəlkə də “Çelik”lə anlaşdığımdan da xəbərsizdi (gülür). “Çelik”in rəhbərliyi də türkdü, baş məşqçisi də. Sırf onların istəyinə görə bu gün burdayam.
- Ölkə daxilindən maraqlananlar var idi?
- “Səbail”dən ayrılandan sonra yeganə məqsədim legioner həyatı yaşamaq idi. Artıq müəyyən təcrübə sahibiyəm. Düşündüm ki, xaricdə top qovmağın vaxtıdı. Ona görə də heç kimlə ciddi söhbətimiz olmadı. Bir klubla danışığım oldu, o da ki xaricdəki variantlar alınmayacağı təqdirdə baş tutacaqdı.
- Gecikdiyini düşünmürsən? Bu addımı indi yox, 3-5 il əvvəl atmalıydın...
- Tam haqlısız. Gənc yaşlarında adam vətənə, ailəyə, dostlara daha çox bağlı olur. Məncə də daha əvvəl getməliydim. İndi düşünəndə öz-özümə “kaş illər öncə bu addımı ataydım” deyirəm. “Köhnə qitə”də hansı ölkədə, hansı klubda oynamağından asılı olmayaraq, daim avropalıların gözü qarşısında olursan. Özünüz də bilirsiz ki, Serbiya, Xorvatiya, Bosniya və Hersoqovina kimi ölkələr daim skautların, məşqçilərin diqqət mərkəzindədi. Burdan daha səviyyəli, adlı-sanlı komandalara üz tutmaq asandı. Yetər ki, bacardığını göstərəsən. Bosniya liqasından xeyli sayda futbolçu İtaliya, Türkiyə kimi ölkələrə üz tutub. Ona görə də hər bir azərbaycanlı futbolçuya məsləhətim budu ki, şans düşən kimi düşünmədən xaricə yollansın.
- Səmimi de, Azərbaycanı tərk etməyə səni nə məcbur etdi: klubsuzluq, pulsuzluq, yoxsa həqiqətən də xaricdə oynamaq həvəsi?
- Dediyim kimi, Azərbaycanda danışıq apardığım klub var idi. Hətta müqavilə bağlaya da bilərdim. Düzünü desəm, legioner həyatı yaşamaq çoxdankı arzum idi. Sadəcə, alınmırdı. Hətta “Səbail”lə müqaviləyə bənd saldırmışdım ki, xaricdən təklifim olsa, təzminatsız gedəcəm. Yayda Kipr və İspaniya sequndasından təkliflərim var idi. Sadəcə, danışıqlar zamanı bəzi səhvlərə yol verdim. Ona görə də alınmadı.
- Hansı səhvə?
- Təfərrüata varmaq istəmirəm. Sadəcə, onu deyim ki, danışıqları uzatdım, vaxtında cavab vermədim. Sonradan buna görə peşman oldum.
- Niyə uzatmışdın ki?
- Açığı, Avroliqada oynamaq istəyinə görə oldu. Düşünürdüm ki, Avroliqada çıxış edib sonra gedərəm. Mən avrokuboklarda oynayana qədər onlar lazım olan mövqeləri gücləndirdilər.
- Azərbaycanlı futbolçuların legioner həyatı qısa sürür. Nümunələr saysızdı: Kamran Ağayev, Rauf Əliyev, Ruslan Qurbanov, Elnur Cəfərov, Budaq Nəsirov və daha kimlər. Eyni yolu getməyəcəksən ki?
- Gizlətmirəm, bura gəlməkdə əsas məqsədim daha da irəli getməkdi. Yaxın gələcəkdə Azərbaycana qayıtmaq niyyətim yoxdu. Bosniyadan daha üstün liqalara getmək şansım çoxdu. Ümit bəy oyunlarımı izləyib, nəyə qadir olduğumu bilir. Özü şəxsən mənə bildirdi ki, gəl “Çelik”də əsl bacarığını ortaya qoy, gerisi mənlikdi. Bu sözlər mənə böyük stimul verdi. İnşallah, özümü ən yaxşı tərəfdən göstərməklə baş məşqçimizin köməyi sayəsində daha üstün liqaya və ya komandaya keçərəm. Bundan sonrası özümdən asılıdı.
- Artıq komandaya qoşulmusan?
- Bəli. İki gün əvvəl düşərgəyə təşrif buyurdum. Komandamız Türkiyədə təlim-məşq toplanışındaydı. Gələn kimi dərhal klubla müqavilə bağladıq. Sağ olsunlar, çox yaxşı qarşıladılar, isti münasibət göstərirlər. Bu dəqiqə də komanda yoldaşlarımla şam yeməyindəyəm.
- Yəqin ki, “Çelsi”, “Atletiko”, “Roma” kimi komandalara qarşı oynadığını bilirlər.
- (gülür) Yəqin ki. Bu dəqiqə komandamızda “Qalatasaray”ın iki yetirməsi var. Daha 3-4 nəfər də Türkiyə superliqasında oynamış futbolçulardı.
- Telefon danışığı öz yerində, Ümit Özatla üzbəüz söhbətin olub? Nə deyir, nə düşünür?
- Komandaya qoşulan gün ikili söhbətimiz oldu. Dərhal da məndən gözləntilərinin böyük olduğunu bildirdi. Mənə güvənir deyə, bu məni ikiqat məsuliyyətli olmağa səsləyir. Həqiqətən özümə də xoşdu. Nə olur-olsun, baş məşqçimizin ümidlərini doğrultmalıyam.
- Nə vaxtsa Ümit Özatın çalışdırdığı komandalara qarşı oynamışdın? Ümumi tanışlığınız var idi?
- Xeyr-xeyr, ilk dəfə burda tanış olduq.
- “Çelik”də mərkəz müdafiəçiləri kimlərdi? Əsas heyətdə möhkəmlənmək çətin olmayacaq?
- Düzü, komandaya qoşulana qədər güclü rəqabətin olmayacağını düşünürdüm. Amma buranın futbolu fərqlidi. Mövqeyimdə çıxış edən oyunçuların fiziki hazırlığını görəndə başa düşdüm ki, heç də asan olmayacaq. Mərkəz müdafiəçisi mövqeyində məndən başqa 5 futbolçu var. Biri superliqadan - “Çaykur Rizəspor”dan gəlib, digəri “Antalyaspor”un sabiq futbolçusudu. Bir sözlə, güclü rəqabət var.
- “Çelik”də maliyyə durumu necədi? Yəqin burdakından çox qazanacaqsan.
- “Qarabağ”la “Neftçi”ni çıxsaq, burdakı durum Azərbaycanın başqa klublarındakı kimidi. Fantastik pullar yoxdu, amma az olduğunu da deyə bilmərəm. Sırf maliyyəni düşünsəydim, Asiya variantı var idi, onu seçə bilərdim. Halbuki “Səbail”də, hətta burda qazandığımın üçqat artığını təklif edirdilər, istəmədim. Belarusda da “Çelik”dəkindən iki dəfə artığını söz vermişdilər. “Çelik”lə müqavilə bağlayana qədər Belarusdan zəng edirdilər. Sadəcə, Bosniyanın Avropanın gözü qarşısında olması və Ümit Özat amili seçimimdə əsas rol oynadı. İnşallah, peşman olmaram.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
14-02-2020, 12:31 “İsgəndər Cavadovun akademiyasına ayrılan vəsaiti görəndə şoka düşdük” 14-02-2020, 12:20 Elxan Məmmədovun veteranlarla görüşü təxirə salındı 14-02-2020, 12:15 AFFA “Marafon”u da Nazim Süleymanovun üzünə bağladı 14-02-2020, 12:10 Ağabalanın cəriməsini kim ödəyəcək? 14-02-2020, 11:10 AFFA telekanallara və onlayn mediaya dəvət göndərib 14-02-2020, 11:05 “Qəbələ” çilili forvardla anlaşdı 14-02-2020, 11:03 “Xəzər Lənkəran”a texniki məğlubiyyət verilib 14-02-2020, 11:01 Ruslan “Neftçi” ilə görüşü də buraxacaq 14-02-2020, 11:00 “Birinci işimiz sonuncu pillədən qurtulmaqdı” 14-02-2020, 10:56 Rauf yenə Prezidentə müraciət etdi, anası 1333 səs topladı 14-02-2020, 10:55 Cəmşid Məhərrəmov azadlıqda 12-02-2020, 11:55 Elvin Yunuszadə “Çelik”i Ümit Özata görə seçib 12-02-2020, 11:53 Samir Abasovun seçkidən xəbəri olmayıb 12-02-2020, 11:51 “Sumqayıt” itirdiyi mövqeyi qaytardı 12-02-2020, 11:31 “Qarabağ” “Neftçi”nin yaxınlaşmasına imkan vermədi 12-02-2020, 11:28 İsgəndər Cavadov AFFA-ya əl açıb 12-02-2020, 11:26 “Forza Neftçi” 11 yaşını Mərdəkanda qeyd etdi 12-02-2020, 11:24 Səmra Əliyeva şərhinin birmənalı qarşılanmayacağını bilirmiş 7-02-2020, 22:09 Məşqçilər Komitəsi namizədləri iki saat müzakirə edib 7-02-2020, 22:07 “Qəbələ” pasportun məsuliyyətini AFFA-nın üzərinə atdı 7-02-2020, 22:06 Ağatahir Əzimov futzal hakimlərini “topa tutdu” 7-02-2020, 22:03 Riçard, belə getmək lazım idi 7-02-2020, 22:02 "Qəbələ”nin gözlədiyi hücumçu gəldi 7-02-2020, 22:00 Vüqar Aftandil Hacıyevin “gəl” mesajını gözləyir 7-02-2020, 21:49 Start ərəfəsində yüngül gəzişmə 7-02-2020, 21:47 Siz gizlənin, Rövşən danışsın... 7-02-2020, 21:44 Kamal Bayramov üçün mövsüm bitdi 5-02-2020, 11:42 Elman Ələkbərov yığmanın yaradılan şəraitin əvəzini vermədiyini düşünür 5-02-2020, 11:42 Futbolumuzun yetirməsi 50 yaşında dünyasını dəyişdi 5-02-2020, 11:40 AFFA-da Stuxlikin Bəhramovu ziyarət etməməsinin səbəbini bilmirlər 5-02-2020, 11:38 Almeydalı “Baniyas”dan növbəti qələbə 5-02-2020, 11:37 “Qarabağ” Kintananı Çin klubuna yola saldı 5-02-2020, 11:35 “Zirə”ni Qadze ilə Ramazanov sevindirdi 5-02-2020, 11:32 Rauf Məmmədov deputat olmaq istəyən anasının müdafiəsinə qalxdı 5-02-2020, 11:28 Heç kimə sərf etməyən “sülh” 5-02-2020, 11:26 İstək çox şeydi, amma hər şey deyil 5-02-2020, 11:23 Lider mövqeyini bərkitdi, ən yaxın təqibçisi dəyişdi 5-02-2020, 11:22 Əliyar Ağayev Afinada VAR-ın köməyinə ehtiyac duydu 5-02-2020, 11:17 Elvin Məmmədov “Zirə”dən ayrıldı 5-02-2020, 11:07 Mahir gözəl qolla “Qarabağ”ı sevindirdi 5-02-2020, 10:58 Yığmanın mundial arzusu “suya düşdü” 4-02-2020, 12:25 “Ən azı həmin epizodda Beyli qabaqlamaqda çətinlik çəkmədim” 31-01-2020, 12:22 “Ağsu” divizionda çıxışını dayandırdı 31-01-2020, 12:20 Ölkə basketbolunda yeni səhifə - MBA Azərbaycana gəlir! 31-01-2020, 12:08 Şok: basketbol yığmamızın üzvü də danışılmış oyunlara görə tutulub! 31-01-2020, 10:56 “Sabah” Koçukla Rodrigesi transfer etdi 31-01-2020, 10:54 Bunun harası vacib oyundu ki? 31-01-2020, 10:51 Azad Rəhimov yeni federasiyaya xeyir-dua verdi 29-01-2020, 19:03 Tofiq Mikayılov Alesionun təklifini qəbul etməyib 29-01-2020, 19:02 Səfiyarlı Ozobiçin Almeydanı unutduracağını düşünür 29-01-2020, 19:00 “Qarabağ”: bir gündə iki məğlubiyyət 29-01-2020, 18:59 U-19 Şimali Makedoniyanı hər iki oyunda yendi 29-01-2020, 18:57 Füzuli Məmmədov nəticələrdən narazıdı 29-01-2020, 18:54 “Zirə”nin beşinci transferi Moldova millisinin üzvü oldu 29-01-2020, 18:52 Yığma mundiala vəsiqə uğrunda mübarizəyə başlayır 28-01-2020, 12:13 “Altus” gülünc bəhanə ilə Həmkarlar İttifaqının tədbirini pozdu 28-01-2020, 12:10 Ziya Rəcəbov İndoneziya çempionatına qələbə ilə başladı Bütün xəbərlər
Ən çox oxunanlar