12 fev 11:28gundem

İsgəndər Cavadov AFFA-ya əl açıb

İsgəndər Cavadov AFFA-ya əl açıb
Yaşar Seyidov: “Köməyi nəyə əsasən istəmişik?”
Yanvarın 28-də “Bulvar otel”in isti divarları arasında baş tutan AFFA-nın Hesabat Konfransında bir çox maraqlı görüntülərə şahidlik etsək də, çempionatın ikinci yarısının başlaması üzündən sual doğuran məqamlara bir az gecikməklə toxunmağa məcburuq.
Hesabatda kifayət qədər anlaşılmaz və hara xərcləndiyi məlum olmayan rəqəmlər vardı. Onlardan biri veteran futbolçu, hazırda AFFA-nın İcraiyyə Komitəsində yer alan İsgəndər Cavadovla bağlıdı. Daha doğrusu, adını daşıyan akademiya ilə. Lap dəqiq deməli olsaq, 2019-cu ildə İsgəndər Cavadov Bakı Futbol Akademiyasına AFFA-dan 26550 manat vəsait ayrılıb.
Əlbəttə, uşaq futbol məktəbi üçün birillik heç də böyük məbləğ deyil. Məsələ başqadı. Bu gün adı çəkilən akademiya özəl statusa malikdi və ora gələn uşaqlar aylıq ödəniş edirlər. Həmin ödənişdən məşqçilərə maaş verilir, digər xərclər qarşılanır. Belədə 26550 manat kimə və ya nəyə xərclənib?
Vərəqin digər üzü. Deyək ki, AFFA 80-ci illərin ünlü simasının adını daşıyan akademiyaya hansısa məsələdə yardım əlini uzadıb. Hansısa məqamda çətinlik çəkiblər deyə, assosiasiyaya müraciət ediblər, ürəyiaçıq Elxan Məmmədov da “silahdaşı” olan Cavadova “yox” deyə bilməyib. Belədisə, növbəti sual çıxır: AFFA eyni münasibəti digər futbol məktəblərinə də göstərməyə hazırdımı? Məsələn, sabah “Məqsəd”, “Leon”, “Miras” kimi məktəblərin rəhbərləri futbol qurumuna əl açsalar, onların da ovcuna pul qoyan tapılacaq? Yoxsa bu səxavət ancaq Cavadovun akademiyası üçün nəzərdə tutulub?
Mövzu ilə bağlı AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla ilə danışmaq istəyirdik ki, yuxarıda göstərilən suallara cavab tapaq, məsələnin məğzini öyrənək. Əlaqə saxladıq, Firuz bəy ölkə xaricində olduğunu deyib, iki gündən sonra ətraflı izah verəcəyini bildirdi.
Belədə Yaşar Seyidova üz tutduq. Vaxtilə “Bakı”nın icraçı direktoru vəzifəsini daşıyan, hazırda İsgəndər Cavadov Bakı Futbol Akademiyasında vitse-prezident postunu tutan Seyidova. Yaşar bəy göstərilən rəqəmlə bağlı bunları dedi: “Bəli, bu məsələ ilə bağlı İsgəndər Cavadov Bakı Futbol Akademiyası olaraq AFFA-ya müraciət etmişik. Müəyyən çətinliklərimiz olduğundan, assosiasiyadan kömək istəmişik, qurum da akademiyaya yardım əlini uzadıb. Fürsətdən istifadə edib AFFA rəhbərliyinə təşəkkür etmək istəyirəm. Köməyi nəyə əsasən istəmişik? İcarə haqqına və təcili tibbi yardıma görə. Lakin məbləğin heç də hamısı bunun üçün ayrılmayıb. Bildiyiniz kimi, AFFA-nın Əsasnaməsində çempionatlarda iştirak edən 14 yaşa qədər komandalara nəqliyyat xərcləri nəzərdə tutulub. Yəni tək bizim akademiyaya yox, başqalarına da ayrılır. 26550 manatın heç də hamısı müraciət etdiyimizə görə ayrılmayıb. Dediyim kimi, müəyyən qismi Əsasnaməyə uyğun olaraq akademiyanın hesabına köçürülüb”.
Yaşar bəy dedi, biz də başa düşdük. Təbii ki, bizim də deyəcəklərimiz var, yəqin ki, başa düşərlər. Əvvəla, futbol veteranının adını daşıyan akademiya hər bir uşaqdan aylıq pul alır. Bu da xərclərin qarşılanması üçündü. Yox, qarşılamaq mümkün deyilsə, müəyyən çətinliklər ortaya çıxırsa, gecə-gündüz futbolun inkişafından danışan və imkanı kifayət qədər yaxşı olan Cavadovun öz cibindən pul çıxarması mümkündü. Çətinə düşəndə pulu AFFA verəcəksə, o zaman akademiyanın adının əvvəlinə “İsgəndər Cavadov” ad-soyadını pərçim etməyin nə mənası var? Bir adam öz adına akademiya açıbsa, zəhmət çəkib, şəxsi büdcəsindən vəsait ayırlmalıdı. Bir də ki, sabah digər futbol məktəbləri də AFFA-dan kömək istəsə, eyni münasibət onlara da göstəriləcəkmi? İnanan daşa dönsün!
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
14-02-2020, 12:31 “İsgəndər Cavadovun akademiyasına ayrılan vəsaiti görəndə şoka düşdük” 14-02-2020, 12:20 Elxan Məmmədovun veteranlarla görüşü təxirə salındı 14-02-2020, 12:15 AFFA “Marafon”u da Nazim Süleymanovun üzünə bağladı 14-02-2020, 12:10 Ağabalanın cəriməsini kim ödəyəcək? 14-02-2020, 11:10 AFFA telekanallara və onlayn mediaya dəvət göndərib 14-02-2020, 11:05 “Qəbələ” çilili forvardla anlaşdı 14-02-2020, 11:03 “Xəzər Lənkəran”a texniki məğlubiyyət verilib 14-02-2020, 11:01 Ruslan “Neftçi” ilə görüşü də buraxacaq 14-02-2020, 11:00 “Birinci işimiz sonuncu pillədən qurtulmaqdı” 14-02-2020, 10:56 Rauf yenə Prezidentə müraciət etdi, anası 1333 səs topladı 14-02-2020, 10:55 Cəmşid Məhərrəmov azadlıqda 12-02-2020, 11:55 Elvin Yunuszadə “Çelik”i Ümit Özata görə seçib 12-02-2020, 11:53 Samir Abasovun seçkidən xəbəri olmayıb 12-02-2020, 11:51 “Sumqayıt” itirdiyi mövqeyi qaytardı 12-02-2020, 11:31 “Qarabağ” “Neftçi”nin yaxınlaşmasına imkan vermədi 12-02-2020, 11:28 İsgəndər Cavadov AFFA-ya əl açıb 12-02-2020, 11:26 “Forza Neftçi” 11 yaşını Mərdəkanda qeyd etdi 12-02-2020, 11:24 Səmra Əliyeva şərhinin birmənalı qarşılanmayacağını bilirmiş 7-02-2020, 22:09 Məşqçilər Komitəsi namizədləri iki saat müzakirə edib 7-02-2020, 22:07 “Qəbələ” pasportun məsuliyyətini AFFA-nın üzərinə atdı 7-02-2020, 22:06 Ağatahir Əzimov futzal hakimlərini “topa tutdu” 7-02-2020, 22:03 Riçard, belə getmək lazım idi 7-02-2020, 22:02 "Qəbələ”nin gözlədiyi hücumçu gəldi 7-02-2020, 22:00 Vüqar Aftandil Hacıyevin “gəl” mesajını gözləyir 7-02-2020, 21:49 Start ərəfəsində yüngül gəzişmə 7-02-2020, 21:47 Siz gizlənin, Rövşən danışsın... 7-02-2020, 21:44 Kamal Bayramov üçün mövsüm bitdi 5-02-2020, 11:42 Elman Ələkbərov yığmanın yaradılan şəraitin əvəzini vermədiyini düşünür 5-02-2020, 11:42 Futbolumuzun yetirməsi 50 yaşında dünyasını dəyişdi 5-02-2020, 11:40 AFFA-da Stuxlikin Bəhramovu ziyarət etməməsinin səbəbini bilmirlər 5-02-2020, 11:38 Almeydalı “Baniyas”dan növbəti qələbə 5-02-2020, 11:37 “Qarabağ” Kintananı Çin klubuna yola saldı 5-02-2020, 11:35 “Zirə”ni Qadze ilə Ramazanov sevindirdi 5-02-2020, 11:32 Rauf Məmmədov deputat olmaq istəyən anasının müdafiəsinə qalxdı 5-02-2020, 11:28 Heç kimə sərf etməyən “sülh” 5-02-2020, 11:26 İstək çox şeydi, amma hər şey deyil 5-02-2020, 11:23 Lider mövqeyini bərkitdi, ən yaxın təqibçisi dəyişdi 5-02-2020, 11:22 Əliyar Ağayev Afinada VAR-ın köməyinə ehtiyac duydu 5-02-2020, 11:17 Elvin Məmmədov “Zirə”dən ayrıldı 5-02-2020, 11:07 Mahir gözəl qolla “Qarabağ”ı sevindirdi 5-02-2020, 10:58 Yığmanın mundial arzusu “suya düşdü” 4-02-2020, 12:25 “Ən azı həmin epizodda Beyli qabaqlamaqda çətinlik çəkmədim” 31-01-2020, 12:22 “Ağsu” divizionda çıxışını dayandırdı 31-01-2020, 12:20 Ölkə basketbolunda yeni səhifə - MBA Azərbaycana gəlir! 31-01-2020, 12:08 Şok: basketbol yığmamızın üzvü də danışılmış oyunlara görə tutulub! 31-01-2020, 10:56 “Sabah” Koçukla Rodrigesi transfer etdi 31-01-2020, 10:54 Bunun harası vacib oyundu ki? 31-01-2020, 10:51 Azad Rəhimov yeni federasiyaya xeyir-dua verdi 29-01-2020, 19:03 Tofiq Mikayılov Alesionun təklifini qəbul etməyib 29-01-2020, 19:02 Səfiyarlı Ozobiçin Almeydanı unutduracağını düşünür 29-01-2020, 19:00 “Qarabağ”: bir gündə iki məğlubiyyət 29-01-2020, 18:59 U-19 Şimali Makedoniyanı hər iki oyunda yendi 29-01-2020, 18:57 Füzuli Məmmədov nəticələrdən narazıdı 29-01-2020, 18:54 “Zirə”nin beşinci transferi Moldova millisinin üzvü oldu 29-01-2020, 18:52 Yığma mundiala vəsiqə uğrunda mübarizəyə başlayır 28-01-2020, 12:13 “Altus” gülünc bəhanə ilə Həmkarlar İttifaqının tədbirini pozdu 28-01-2020, 12:10 Ziya Rəcəbov İndoneziya çempionatına qələbə ilə başladı Bütün xəbərlər
Ən çox oxunanlar