22 yan 12:09gundem

“Forza Neftçi” Bordinin göndərilməsini gecikmiş qərar sayır


“Füzuli Məmmədov komandanı çempion etsə, azarkeş onun arxasında illərlə dayanacaq”
“Neftçi”, nəhayət, Roberto Bordini göndərdi. Ötən mövsümün ardından hədəf taxtasında olan italiyalı avrokuboklardakı performansı ilə azarkeşləri dəlilik həddinə çatdırmışdı. Mövsümün əvvəlindən çempionluqdan uzaqlaşması isə bardağı daşıran son damla oldu. Açığı, Bordinin göndəriləcəyi gözlənilən idi. Ancaq klub rəhbərliyi təcrübəli baş məşqçi ilə gec vidalaşdı. Elə sırf bu səbəbdən hər kəs italyanın ən azı cari mövsümün sonuna qədər qalacağı qənaətinə gəlmişdi. Ancaq Antalyadakı toplanışda bardaq daşdı. Bu günə qədər yoxlama oyunları barədə səslənən “nəticə önəmli deyil” yanaşması bu dəfə unuduldu. Polşa təmsilçisi LKS ilə görüşdə darmadadağına (0:4) məruz qalan “ağ-qaralar”da radikal qərar qəbul olundu. İtaliyalı və köməkçisi ilə yollar ayrıldı. Əslində gözlənilən olan bu qərar hər kəs üçün gözlənilməz olmuşdu. Toplanış vaxtında baş məşqçi ilə yolları ayırmaq çox rast gəlinən praktika deyil. Sözsüz, bundan sonrakı dönəm daha maraqlı olacaq. Füzuli Məmmədova tapşırılan komanda sonadək ona etibar ediləcəkmi, yoxsa ağıllarda başqa bir mütəxəssis var? Klubun prezidenti Kamran Quliyev baş məşqçi axtarışında olmadıqlarını açıqlayıb. Ancaq klub rəhbərləri də siyasətçilər kimidi. Onların sözünə çox da güvənmək olmaz. İstənilən halda, hazırda komandanın başında Füzuli Məmmədovdu. Görünən odu ki, bundan sonarkı bir neçə ay və ya həftə mətbuatın “Neftçi”yə məşqçi axtarışı ilə keçəcək.
Bordinin göndərilməsini lap əvvəldən istəyən və bunu səbirsizliklə gözləyənlərin başında, təbii ki, azarkeşlər gəlir. Hələ mövsümün əvvəlindən komandanın əsas azarkeş qrupu “Forza Neftçi”nin baş məşqçiyə yönələn “istefa” şüarları yeri-göyü inlədirdi. Bu üzdən rəhbərliyin məlum qərarı ilə bağlı onların fikirlərini öyrənmək pis olmazdı. “Forza”nın rəhbəri Sübhan Əliyev qərarın doğru, ancaq gecikmiş olduğunu söylədi: “Biz aşağı-yuxarı bir ildi bağırırdıq ki, bu adamı saxlamaq səhv qərardı. Başa düşürdük ki, Kamran Quliyev bir dəfə şans verdi. Ancaq bu məşqçi bizi çempionluqdan edib. Ona görə də italyanı saxlamaq faciə idi. Təbii ki, çox yaxşı, hətta super qərardı. Ancaq gecikmiş qərardı. Kamran Quliyev Bordini “Bney Yehuda”ya məğlub olanda göndərməliydi. “Sumqayıt”a, “Qəbələ”yə, “Səbail”ə dəfələrlə uduzanda getməliydi. Bu adam uduzduğu oyunlarla bizi çempionluqdan edib. “Neftçi” müdafiə futbolu oynamamalıdı. Biz Azərbaycanın flaqmanıyıq. Rəqib bizimlə qarşılaşanda müdafiəyəmeyilli oynamalıdı ki, “Neftçi” ilə oynayırıq. Füzuli Məmmədovu gətiriblər. Təki yaxşı olsun. Füzuli müəllimin nəyə qadir olduğunu zaman göstərəcək. Ancaq onun özü ilə də görüşəcəyik. Azarkeş olaraq tələblərimizi deyəcəyik. Hansısa legioner 25-30 min dollara gəlib burda oynayırsa, “Neftçi”nin pulunu yeyirsə, özümüzkünün 5-10 min alacağını qabardan deyilik. Ən azı özümüzküdü. Bildiyimiz qədər həm də imanlı insandı. Bu üzdən onun arxasında duracağıq. Sadəcə, biz də öz tələblərimizi, şərtlərimizi bildirib, xeyir-duamızı verəcəyik. İstədiyimiz hər şey “Neftçi” üçündü. Könül istər ki, komandanı çempion etsin. Bu gün “Neftçi” rəqibdən 6 xal arxadadı. Füzuli Məmmədov komandanı çempion etsə, azarkeş onun arxasında illərlə dayanacaq”.
HƏSƏN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
21-02-2020, 12:28 Klublar Obradoviçin anormal qərarını anlayışla qarşılayırlar 21-02-2020, 12:26 AFFA “Keşlə”nin paraqvaylı legionerini “milliləşdirir” 21-02-2020, 12:21 Ramilin dönüşünə təəssüflənirlər... 21-02-2020, 12:13 Elxan Məmmədov xidmətlərin ucuz olduğu yerlərə gedir 21-02-2020, 11:56 Turun ən məhsuldar görüşü Şamaxıda baş tutdu 21-02-2020, 11:54 “Neftçi”yə bütün veteranları əzizdi 21-02-2020, 11:51 Cavid Hüseynova sərt cəza: 4 oyun + 3200 manat! 21-02-2020, 11:49 Dosyeyə bax, AFFA! 19-02-2020, 11:50 “Sabah”ın avrokuboklara qatılmaması Adıgözəlov üçün fiasko olmayacaq 19-02-2020, 11:49 Ramil Şeydayev “Sabah”ı seçdi 19-02-2020, 11:48 Obradoviçin toplanışı nəyə xidmət edir? 19-02-2020, 11:45 “Köhlən atlar” “qartallar”ın “yuvasını dağıtdı” 19-02-2020, 11:42 “Sabah” “Sumqayıt”ı evində döydü 19-02-2020, 11:40 “Səbail”dən ardıcıl ikinci qələbə 19-02-2020, 11:34 Mövsümün ən məhsuldar həftəsi 19-02-2020, 11:29 “Neftçi” ikinci pillədəki yerini möhkəmləndirdi 14-02-2020, 12:31 “İsgəndər Cavadovun akademiyasına ayrılan vəsaiti görəndə şoka düşdük” 14-02-2020, 12:20 Elxan Məmmədovun veteranlarla görüşü təxirə salındı 14-02-2020, 12:15 AFFA “Marafon”u da Nazim Süleymanovun üzünə bağladı 14-02-2020, 12:10 Ağabalanın cəriməsini kim ödəyəcək? 14-02-2020, 11:10 AFFA telekanallara və onlayn mediaya dəvət göndərib 14-02-2020, 11:05 “Qəbələ” çilili forvardla anlaşdı 14-02-2020, 11:03 “Xəzər Lənkəran”a texniki məğlubiyyət verilib 14-02-2020, 11:01 Ruslan “Neftçi” ilə görüşü də buraxacaq 14-02-2020, 11:00 “Birinci işimiz sonuncu pillədən qurtulmaqdı” 14-02-2020, 10:56 Rauf yenə Prezidentə müraciət etdi, anası 1333 səs topladı 14-02-2020, 10:55 Cəmşid Məhərrəmov azadlıqda 12-02-2020, 11:55 Elvin Yunuszadə “Çelik”i Ümit Özata görə seçib 12-02-2020, 11:53 Samir Abasovun seçkidən xəbəri olmayıb 12-02-2020, 11:51 “Sumqayıt” itirdiyi mövqeyi qaytardı 12-02-2020, 11:31 “Qarabağ” “Neftçi”nin yaxınlaşmasına imkan vermədi 12-02-2020, 11:28 İsgəndər Cavadov AFFA-ya əl açıb 12-02-2020, 11:26 “Forza Neftçi” 11 yaşını Mərdəkanda qeyd etdi 12-02-2020, 11:24 Səmra Əliyeva şərhinin birmənalı qarşılanmayacağını bilirmiş 7-02-2020, 22:09 Məşqçilər Komitəsi namizədləri iki saat müzakirə edib 7-02-2020, 22:07 “Qəbələ” pasportun məsuliyyətini AFFA-nın üzərinə atdı 7-02-2020, 22:06 Ağatahir Əzimov futzal hakimlərini “topa tutdu” 7-02-2020, 22:03 Riçard, belə getmək lazım idi 7-02-2020, 22:02 "Qəbələ”nin gözlədiyi hücumçu gəldi 7-02-2020, 22:00 Vüqar Aftandil Hacıyevin “gəl” mesajını gözləyir 7-02-2020, 21:49 Start ərəfəsində yüngül gəzişmə 7-02-2020, 21:47 Siz gizlənin, Rövşən danışsın... 7-02-2020, 21:44 Kamal Bayramov üçün mövsüm bitdi 5-02-2020, 11:42 Elman Ələkbərov yığmanın yaradılan şəraitin əvəzini vermədiyini düşünür 5-02-2020, 11:42 Futbolumuzun yetirməsi 50 yaşında dünyasını dəyişdi 5-02-2020, 11:40 AFFA-da Stuxlikin Bəhramovu ziyarət etməməsinin səbəbini bilmirlər 5-02-2020, 11:38 Almeydalı “Baniyas”dan növbəti qələbə 5-02-2020, 11:37 “Qarabağ” Kintananı Çin klubuna yola saldı 5-02-2020, 11:35 “Zirə”ni Qadze ilə Ramazanov sevindirdi 5-02-2020, 11:32 Rauf Məmmədov deputat olmaq istəyən anasının müdafiəsinə qalxdı 5-02-2020, 11:28 Heç kimə sərf etməyən “sülh” 5-02-2020, 11:26 İstək çox şeydi, amma hər şey deyil 5-02-2020, 11:23 Lider mövqeyini bərkitdi, ən yaxın təqibçisi dəyişdi 5-02-2020, 11:22 Əliyar Ağayev Afinada VAR-ın köməyinə ehtiyac duydu 5-02-2020, 11:17 Elvin Məmmədov “Zirə”dən ayrıldı 5-02-2020, 11:07 Mahir gözəl qolla “Qarabağ”ı sevindirdi 5-02-2020, 10:58 Yığmanın mundial arzusu “suya düşdü” Bütün xəbərlər
Ən çox oxunanlar