30 dek 21:22gundem

Agentlərin qış “transfer pəncərəsi” ilə bağlı gözləntiləri

Agentlərin qış “transfer pəncərəsi” ilə bağlı gözləntiləri
Tural Əsgərov: “Mahir Əmrəlinin transferi üzərində işləyirik”
Səbuhi Səfiyarlı: “Bu gün azərbaycanlı futbolçuya Avropada, bizə qonşu ölkələrdə ehtiyac duyulmur”
Vaqif Heydərli: “İnanmıram ki, hansısa klubumuz diqqəti çəkən transfer kerçəkləşdirsin”
Erkin İbrahimov: “Hansı klub ki haqqıma girib, onun turnir cədvəlindəki vəziyyəti göz önündədi”

Qış fasiləsi klublar üçün heyətlərinə əl gəzdirmək baxımından əla fürsətdi. Mövsümün məhz bu dönəmində hər bir klub qarşısına qoyduğu məqsədə çatmaq yönündə addım atır, komandaya faydası dəyməyən oyunçularla vidalaşıb, yaranan boşluqları aradanm qaldrmaq üçün yeni oyunçular dəvət edirlər. Belə məqamda isə bütün diqqətlər agentlərə yönəlir. İldə iki dəfə - yayda və qışda - futbol agentləri “transfer bazarı”nın əsas simalarına, vacib oyunçularına çevrilirlər. Obrazlı desək, bu dəfə topa nəzarət onlarda olur.
Bəs görəsən, bu qış azarkeşlər, idman mediası səs-küy doğuracaq transfer görə biləcək? Və yaxud yerli oyunçulardan kimlərinsə ölkə xaricinə yollanıb legioner həyatı yaşayacağına şahidlik edə biləcəyik? Bu suallarla ölkənin tanınmış agentlərinə müraciət etdik.
Tural Əsgərov: “Yerli futbolçulardan kimlərinsə xaricə yollanmaq ehtimalı həmişə var. Ancaq təəssüflə qeyd edim ki, legioner həyatı yaşa biləcək azərbaycanlı oyunçuların sayı çox azdı. Mənim öz müştərilərim var və onlarla işləyirəm. Yayda son anda baş tutmasa da, inşallah, qış fasiləsində Mahir Əmrəlinin transferi üzərində işləyirik. Son aylar bir qədər yumşaq desək, Mahir üçün o qədər də uğurlu alınmasa da, ümid edirəm ki, bu dəfə hər şey istədiyimiz kimi sonuclanacaq və “Qarabağ”ın futbolçusu Azərbaycanı tərk edib Avropaya yollanacaq. O ki qaldı premyer-liqa klublarının diqqət çəkən transfer etmək məsələsinə, heç kimə sirr deyil ki, bu gün elita təmsilçiləri arasında maddi durumu ilə seçilən “Qarabağ” və “Neftçi”di. Ağdam təmsilçisinin “transfer bombası” Asmir Beqoviçlə müqavilə müddətininin uzadılması olardı. Bakı klubunundan isə bu yöndə heç nə gözləməyə dəyməz. Artıq “Qəbələ”də oyunçu qalmayıb və “Qarabağ” da heç kimi transferə çıxarmayıb”.
Səbuhi Səfiyarlı: “Bu gün ölkə futbolunda elə vəziyyət yaranıb ki, premyer-liqa təmsilçiləri uzağı 6-7 min dollarlıq futbolçularla heyəti güclədnirməyə çalışırlar. Bu məbləğə futbol oynayan oyunçuların hansısa komandanı gücləndirəcəyinə heç inanmıram. Bu ifadənin nə dərəcədə düz olduğuna da şübhə ilə yanaşıram. Hazırkı durumu nəzərə alıb bizim klubların qış fasiləsində diqqəti çəkən, ajiotaj doğuracaq transferlərə imza atacağına inanmıram. Yalnız “Neftçi” və “Qarabağ”dan nəsə gözləmək olar. Bu klublar da ancaq o vaxt bu addımı atırlar ki, yeni gələcək oyunçu qarşıya qoyulan məqsədə çatmaqda yardımçı olsun. Bu gün çempionatda işlər elə gedir ki, hər kəsə hansı klubun mövsümü hansı pillədə başa vuracağı aydındı. Yeni transferin komandaya turnir tapşırıqlarını yerinə yetirməkdə faydası dəyməyəcəyi halda müəyyən vəsaitdən keçib yeni transfer etməyin mənası qalmır. Açığı, bu qış bizim klublardan yaddaqalan transfer reallaşdıracağına inanmıram. Onu da nəzərə almaq lazımdı ki, qışda müqaviləsiz olan güclü futbolçu tapmaq özü böyük problemdi. Səviyyəli oyunçuların hər birinin hansısa klubla müqaviləsi olur. Demirəm, bəlkə təsadüfən müqavilə ilə məxsus olduğu klubda oynamayan, icraəyə yollanmaq istəyən kimisə tapa bilərlər. Ancaq buna da inamım yoxdu.
Yerli oyunçuların xaricə yollanmaq məsələsi? Bunu hər transfer “pəncərəsi”ndə nəzəri cəhətdən gözləmək mümkündü. Amma bu gün azərbaycanlı futbolçuya Avropada, bizə qonşu ölkələrdə ehtiyac duyulmur. Bəlkə də bizim oyunçular legioner həyatı yaşamaq üçün nədənsə - yaxşı ödənişdən, burdakı kimi rahat rəqəbətsizlik şəraitdən – imtina etməlidilər. Təəssüf ki, bu gün belə şərtlər altında çıxış etmək istəyən bir-iki futbolçumuz var ki, onların da xaricə yollanması variantı üzərində çalışırıq. Düzü, bu günə kimi onlara gələn təkliflər bizi qane etməyib. Bu üzdən hələ ki nə futbolçuların adını çəkmək, nə də hansı klubların bizə təklif göndərdiyini qeyd etmək istəyirəm. Hələ qarşıda bir aya yaxın vaxt var və biz də gözləyirik ki, daha yaxşı şərtlər irəli sürənlər olacaq. Ümid edirəm ki, qarşıdakı müddətdə nəyəsə nail olacağıq”.
Vaqif Heydərli: “Hazırda iki futbolçu var ki, onların legioner həyatı yaşaması üzərində çalışırıq. Ancaq bu məsələnin qış “transfer pəncərəsi”ndə baş tutacaq və ya yayda reallaşacaq, hələ ki sual altındadı. Bu işin üstündə yaydan bəri işləyirik. Özünüz də bilirsiz ki, belə məsələlərin həlli üçün müəyyən zamana ehtiyac var. İnşallah, yanvarın ilk 10 günlüyünə qədər bütün suallara aydınlıq gələcək. Klublarımızın qış trasfer siyasətindən nə gözləməyimə gəlincə, elita təmsilçilərimizdə hərəkət var ki, nəsə sürpriz keçid gözləyək.İnanmıram ki, hansısa klubumuz diqqəti çəkən transfer kerçəkləşdirsin. Ancaq bir-iki normal keçid gözləməyə dəyər”.
Erkin İbrahimov: “Bəzi yerli oyunçuların xaricə yollanması ilə bağlı müəyyən planlar var. Ancaq bunun nə dərəcədə real olacağını indidən demək çətindi. İcraiyyə Komitəsinin bu ilin iyulunda məlum qərarı var ki, bu da gənc oyunçuların legioner həyatı yaşamasına yol açır. AFFA tərəfindən şərait yaradılıb ki, gənclərimiz ölkə xaricinə yollanmasında maraqlı olsun. İstər maddi, istərsə də loqistika baxmından bu məsələ asan olacaq. Məncə, bu qərar çoxdan qəbul olunmalıydı. Bundan sonra daha çox yerli oyunçunun sərhədləri aşmasını gözləyirəm. Mən də əsasən yaşı 21-ə qədər olan futbolçularla işləyirəm. Düzdü, premyer-liqada tətbiq olunan limit adamın bir qədər əlini-qolunu bağlayır. Heç bir klub limitə düşən və əsas heyətdə oynamağa layiq olan oyunçusunu buraxmaq istəmir. Bununla belə, inanıram ki, yollanan olacaq. Məsələn, mən Tural Bayramlını xaricə göndərən ərəfədə öz klubunda ona diqqət yetirmirdilər, ikinci komandada çıxış edirdi. Ancaq geri qayıdandan sonra sərgilədiyi oyun göz qabağındadı və premyer-liqada çıxış edən gənclər arasında ən yaxşılardan biridi. Ad çəkmək istəmirəm, lakin onun kimiləri indi də var. Hazırda elitada 21 yaşa qədər futbolçularla bağlı limit tətbiq olunmasaydı, gəncləri ölkə xaricinə yollamaq daha asan olardı. Bir ara özüm də bu qərarın əleyhdarlarından olsam da, görürəm ki, bu gün limitin tətbiq olunması ölkə futboluna fayda verir. Çünki belə olmasaydı, demək olar ki, bütün klublar legionerləri dəvət edib gənclərin özlərini göstərməsiniə şərait yaratmayacaqdılar. Böyük ehtimalla hələ ki ortada real heç nə olmasa da, hər “transfer pəncərəsi”ndə olduğu kimi, bu dəfə də Baltikyanı ölkələrə, Çexiyaya, Rumıniyaya futbolçu aparacam.
Yerli klubların transfer siyasətindən nə deyim? Bununla bağlı da müəyyən işlər gedir.Kim dəyər verib, hörmətlə yanaşırsa, onunla da işləyəcəm. Kim xidmətimdə maraqlı olsa, ona da yardım edəcəm. Hansı klub ki, haqqıma girib onun turnir cədvəlindəki vəziyyəti göz önündədi. Həmişəki kimi “Keşlə”, “Zirə”, “Səbail”in rəhbərliyi, məşqçiləri ilə sıx əlaqədəyəm.Azərbaycan futbolu üçün ənənəvi olan problemli mövqelər üzrə - mərkəz hücumçusu, mərkəz müdafiəçisi, ortada oyunu qura biləcək yarımmüdafiəçi – oyunçulara baxıram.Və ən əsası, balkan əsilli futbolçularla çalışıram. Onlarla işləmək mənim üçün daha asandı. Ancaq seçim arealım tək ora ilə yekunlaşmır. Gözaltı etdiklərim arasında Afrikadan, Braziliyadan olanlar da var. İnanıram ki, təklif etdiyim oyunçular arasında premyer-liqa klublarının diqqətini cəlb edənlər olacaq. Bizdə elədi ki, istər yay olsun, istər qış, “transfer pəncərəsi” açılandan bir müddət sonra keçidlər rəsmiləşir. Çox nadir hallarda bizim klublar “pəncərə”nin bağlanmasına az qalmış yeni oyunçu ilə anlaşma imzalayır”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 11:28 “Bülənt Korkmaz elə bilirdi ki, Azərbaycanda heç kimin futboldan anlayışı yoxdu” Dünən, 11:23 Nurlan Novruzov Moldovanı Estoniyaya dəyişdi Dünən, 11:22 AFFA oyunlarda çəkiliş aparanlara “barmaq silkələdi” Dünən, 11:20 “Doğma Bakıda futbolun incəliklərini öyrəndim” Dünən, 11:12 Aqil Nəbiyev beş aydı məşğul olduğu işi davam etdirəcək Dünən, 11:09 Tovuzlular sevindi, gəncəlilər üzüldü Dünən, 11:07 İsmayıllı futbolçuları Qəbələdən kubok apardı 21-02-2020, 12:28 Klublar Obradoviçin anormal qərarını anlayışla qarşılayırlar 21-02-2020, 12:26 AFFA “Keşlə”nin paraqvaylı legionerini “milliləşdirir” 21-02-2020, 12:21 Ramilin dönüşünə təəssüflənirlər... 21-02-2020, 12:13 Elxan Məmmədov xidmətlərin ucuz olduğu yerlərə gedir 21-02-2020, 11:56 Turun ən məhsuldar görüşü Şamaxıda baş tutdu 21-02-2020, 11:54 “Neftçi”yə bütün veteranları əzizdi 21-02-2020, 11:51 Cavid Hüseynova sərt cəza: 4 oyun + 3200 manat! 21-02-2020, 11:49 Dosyeyə bax, AFFA! 19-02-2020, 11:50 “Sabah”ın avrokuboklara qatılmaması Adıgözəlov üçün fiasko olmayacaq 19-02-2020, 11:49 Ramil Şeydayev “Sabah”ı seçdi 19-02-2020, 11:48 Obradoviçin toplanışı nəyə xidmət edir? 19-02-2020, 11:45 “Köhlən atlar” “qartallar”ın “yuvasını dağıtdı” 19-02-2020, 11:42 “Sabah” “Sumqayıt”ı evində döydü 19-02-2020, 11:40 “Səbail”dən ardıcıl ikinci qələbə 19-02-2020, 11:34 Mövsümün ən məhsuldar həftəsi 19-02-2020, 11:29 “Neftçi” ikinci pillədəki yerini möhkəmləndirdi 14-02-2020, 12:31 “İsgəndər Cavadovun akademiyasına ayrılan vəsaiti görəndə şoka düşdük” 14-02-2020, 12:20 Elxan Məmmədovun veteranlarla görüşü təxirə salındı 14-02-2020, 12:15 AFFA “Marafon”u da Nazim Süleymanovun üzünə bağladı 14-02-2020, 12:10 Ağabalanın cəriməsini kim ödəyəcək? 14-02-2020, 11:10 AFFA telekanallara və onlayn mediaya dəvət göndərib 14-02-2020, 11:05 “Qəbələ” çilili forvardla anlaşdı 14-02-2020, 11:03 “Xəzər Lənkəran”a texniki məğlubiyyət verilib 14-02-2020, 11:01 Ruslan “Neftçi” ilə görüşü də buraxacaq 14-02-2020, 11:00 “Birinci işimiz sonuncu pillədən qurtulmaqdı” 14-02-2020, 10:56 Rauf yenə Prezidentə müraciət etdi, anası 1333 səs topladı 14-02-2020, 10:55 Cəmşid Məhərrəmov azadlıqda 12-02-2020, 11:55 Elvin Yunuszadə “Çelik”i Ümit Özata görə seçib 12-02-2020, 11:53 Samir Abasovun seçkidən xəbəri olmayıb 12-02-2020, 11:51 “Sumqayıt” itirdiyi mövqeyi qaytardı 12-02-2020, 11:31 “Qarabağ” “Neftçi”nin yaxınlaşmasına imkan vermədi 12-02-2020, 11:28 İsgəndər Cavadov AFFA-ya əl açıb 12-02-2020, 11:26 “Forza Neftçi” 11 yaşını Mərdəkanda qeyd etdi 12-02-2020, 11:24 Səmra Əliyeva şərhinin birmənalı qarşılanmayacağını bilirmiş 7-02-2020, 22:09 Məşqçilər Komitəsi namizədləri iki saat müzakirə edib 7-02-2020, 22:07 “Qəbələ” pasportun məsuliyyətini AFFA-nın üzərinə atdı 7-02-2020, 22:06 Ağatahir Əzimov futzal hakimlərini “topa tutdu” 7-02-2020, 22:03 Riçard, belə getmək lazım idi 7-02-2020, 22:02 "Qəbələ”nin gözlədiyi hücumçu gəldi 7-02-2020, 22:00 Vüqar Aftandil Hacıyevin “gəl” mesajını gözləyir 7-02-2020, 21:49 Start ərəfəsində yüngül gəzişmə 7-02-2020, 21:47 Siz gizlənin, Rövşən danışsın... 7-02-2020, 21:44 Kamal Bayramov üçün mövsüm bitdi 5-02-2020, 11:42 Elman Ələkbərov yığmanın yaradılan şəraitin əvəzini vermədiyini düşünür 5-02-2020, 11:42 Futbolumuzun yetirməsi 50 yaşında dünyasını dəyişdi 5-02-2020, 11:40 AFFA-da Stuxlikin Bəhramovu ziyarət etməməsinin səbəbini bilmirlər 5-02-2020, 11:38 Almeydalı “Baniyas”dan növbəti qələbə 5-02-2020, 11:37 “Qarabağ” Kintananı Çin klubuna yola saldı 5-02-2020, 11:35 “Zirə”ni Qadze ilə Ramazanov sevindirdi 5-02-2020, 11:32 Rauf Məmmədov deputat olmaq istəyən anasının müdafiəsinə qalxdı Bütün xəbərlər
Ən çox oxunanlar