27 dek 12:35gundem

“Forza Neftçi”nin rəhbəri üsyan edir


“Bordini göndərmək yox, rədd etmək lazımdı “Neftçi”dən”
Hələ “Bney Yehuda” ilə oyunlardan sonra başlayan küskünlük çempionata da sirayət etmişdi. Onlar “Neftçi”nin premyer-liqaya uğursuz başlamasını, əsas rəqib “Qarabağ”a boyun əyməsini həzm edə bilmirdilər. Və buna görə də “Forza Neftçi” tribunadan çəkilmək qərarına gəlmişdi.
Həlledici anda “Qəbələ”ylə səfər qarşılaşmasındakı o qələbə olmasaydı, indi çox şey fərqli ola bilərdi. Roberto Bordin həmin vaxt yola salınacaqdı, komandanın durumu Allah bilir nə vəziyyətdə olacaqdı. Onsuz da bakılıların indiki vəziyyəti də ürəkaçan deyil. “Qarabağ”ın həm də Avroliqanın qrupunda mübarizə apardığı, yəni daxili birincilikdə xal itkilərini sıraladığı halda “Neftçi”nin hələ də ağdamlılardan geri qalması komandadakı durumun ideal olmamasının göstəricisidi. Bu gün “köhlən atlar” yorğun halı ilə də əsas rəqibini 6 xal qabaqlayırsa, deməli, dəyişməli və düzəlməli olan çox şey var. Kubokda ardıcıl ikinci il “Sumqayıt” səddində “ilişmək” isə ölkənin ən köklü komandasının adına yaraşmadı.
İndi klub başbilənlərinin başı dərddədi. Roberto Bordini yola salmaq üçün yollar axtarırlar. “Neftçi”nin düşdüyü vəziyyətə ürəkləri ağrıyır, ya yox – demək çətindi. Ancaq “Forza Neftçi”dəki “Neftçi” “xəstələri”nin ürəkləri nəinki ağrıyır, hətta dayanmaq üzrədi. Bu vəziyyətlə heç cür barışmaq istəmirlər. Azad azarkeş qrupunun rəhbəri Sübhan Əliyev “Neftçi”nin bu günü ilə bağlı sualı eşidəndə gözlərini yumub, ağzını açdı: “Elə bir mövzudu ki, adam bilmir kimdən başlayıb, kimdə qurtarsın. Mövcud durum bizi qəti surətdə razı salmır. Aylardı, illərdi klub rəhbərliyinə deyirik ki, bu məşqçi “Neftçi”ni uçuruma aparacaq. Komandanı bu cür heyətlə göz görə-görə məhv edir, amma rəhbərlik heç bir dəyişiklik etmir. Ötən il kuboksuz qaldıq, “Qarabağ”dan 6-7 xal öndə ola-ola sonda çempionluqdan olduq. “Arsenal” kimi rəqibi keçən kollektiv səviyyəcə ruslardan zəif “Bney Yehuda”ya uduzdu. İndiki vəziyyət də göz qabağındadı. Başa düşmürəm, bundan artıq nə olmalıdı ki, bu adamı göndərsinlər? Bordin bundan sonra “Neftçi”də qalacaq, ya yox – bizə fərq etmir, onu heç vaxt bağışlamayacağıq. İstəyir çempion olsun e, xeyri yoxdu. Bizim üçün sevimli olmayıb, olmayacaq da. Adam hansı komandada çalışdığının fərqində deyil. Dikbaşlığı ilə hamını özü bir tərəfə, “Neftçi”yə düşmən edib. Yekə-yekə danışmaqdan başqa bacardığı bir iş yoxdu. Jurnalistlərlə yekə-yekə danışır, həmkarlarının üzərinə hücum çəkir, azarkeşə sifət edir. Adama sual verərlər, sən kimsən? Sən bu ölkədə yaşayırsan, bu ölkənin pulunu yeyirsən, ona görə də heç kimə yuxarıdan aşağı baxa bilməzsən. İtalyan yox, kim olursan-ol. Bizə yer edən təkcə hörmətsiz davranışı deyil. Yenə məşqçi kimi nəyəsə nail olsa, adama yer etməz. Məşqçi kimi də bacarıqsızdı axı. Qurban Qurbanov ikinci ildi onu çempionluğa yaxın buraxmır, Ayxan Abbasov ikinci ildi kubokdan kənarlaşdırır. Neynirəm belə italyan məşqçini? Rəhbərlik o cür futbolçuları yığıb “Neftçi”yə. Maşallah, hərəsi özünə görə tanınmış futbolçudu. Çempionlar Liqasının, Avroliqanın qrupunda oynamış oyunçulardı, zarafat deyil. Bu cür heyətlə uğur qazanılmırsa, deməli, günah baş məşqçidədi, vəssalam”.
Maraqlıdı ki, Əliyev günahı təkcə Roberto Bordində görmür. Ştatlı azarkeşin fikrincə, vəziyyətin bu həddə çatmasının səbəbkarı həm də klub rəhbərliyidi: “Nəticələrlə bağlı günahkar baş məşqçi olsa da, ümumi planda əsas günah klub rəhbərliyinindi. Klubdakı söz sahibləri “Bney Yehuda” ilə oyunlardan dərhal sonra ona qapını göstərməliydi. Futbolda pul əsas rollardan birini oynayır. Bu gün “Neftçi”nin kifayət qədər yaxşı büdcəsi var. Tamam, deyək ki, Avroliqanın qrupundan çıxa bilməzlər bəlkə də. Amma qrupa düşmək üçün heyət əladı. Qrupu bir tərəfə qoyuram, bu komanda “Sumqayıt”ı keçə bilmir. O boyda büdcə ilə bunu necə bacarmamaq olar axı? Bordin bu günə qədər “Neftçi”dədisə, bunun günahkarı Müşahidə Şurasında oturanlardı, Kamran Quliyevdi, Ceyhun Sultanovdu. Bu xarakterə sahib heç bir məşqçi öz xoşu ilə “mən getmək istəyirəm” deməyəcək. Bunu gözləməyə də dəyməz. Ona görə də Bordini göndərmək yox, rədd etmək lazımdı “Neftçi”dən. Sizi əmin edirəm, Bordin komandadakı fəaliyyətini davam etdirsə, “Neftçi” bundan da betər duruma düşəcək, ilk növbədə Kamran Quliyevin kreslosu laxlayacaq. Prezident onu baş məşqçi postunda saxlamaqla bir növ özünə quyu qazır. Biz də təhsil almışıq, həyat təcrübəmiz var, nələrisə görə-görə gəlmişik, gələcəyi hiss edə bilirik. Hər bir uğursuzluqda kimsə “qurban” seçilir. Bu gün Bordin günahkar kimi qələmə verilməsə, sabah rəhbərlərdən biri “qurban” olacaq. 3-4 il əvvəl yadınızdadı yəqin. Vəli Qasımov qalmış, klub rəhbərliyi getmişdi. Uğursuzluq olan yerdə ilk növbədə baş məşqçi yola salınır. Dünya şöhrətli məşqçilər var ki, 5-6 turdan sonra yola salınır. Onları yola sala bilməyəndə isə klub rəhbərliyi “yanır”. Bizim istədiyimiz nədi? “Neftçi”nin xoş günlərini görmək, qələbə sevincini bərabər yaşamaq. Bunun üçün bizə də qulaq asmaq lazımdı. Hələ ki gözləmə mövqeyindəyik, görək hansı addımlar atılacaq. Sonra qərara uyğun addımları biz atacağıq”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 11:28 “Bülənt Korkmaz elə bilirdi ki, Azərbaycanda heç kimin futboldan anlayışı yoxdu” Dünən, 11:23 Nurlan Novruzov Moldovanı Estoniyaya dəyişdi Dünən, 11:22 AFFA oyunlarda çəkiliş aparanlara “barmaq silkələdi” Dünən, 11:20 “Doğma Bakıda futbolun incəliklərini öyrəndim” Dünən, 11:12 Aqil Nəbiyev beş aydı məşğul olduğu işi davam etdirəcək Dünən, 11:09 Tovuzlular sevindi, gəncəlilər üzüldü Dünən, 11:07 İsmayıllı futbolçuları Qəbələdən kubok apardı 21-02-2020, 12:28 Klublar Obradoviçin anormal qərarını anlayışla qarşılayırlar 21-02-2020, 12:26 AFFA “Keşlə”nin paraqvaylı legionerini “milliləşdirir” 21-02-2020, 12:21 Ramilin dönüşünə təəssüflənirlər... 21-02-2020, 12:13 Elxan Məmmədov xidmətlərin ucuz olduğu yerlərə gedir 21-02-2020, 11:56 Turun ən məhsuldar görüşü Şamaxıda baş tutdu 21-02-2020, 11:54 “Neftçi”yə bütün veteranları əzizdi 21-02-2020, 11:51 Cavid Hüseynova sərt cəza: 4 oyun + 3200 manat! 21-02-2020, 11:49 Dosyeyə bax, AFFA! 19-02-2020, 11:50 “Sabah”ın avrokuboklara qatılmaması Adıgözəlov üçün fiasko olmayacaq 19-02-2020, 11:49 Ramil Şeydayev “Sabah”ı seçdi 19-02-2020, 11:48 Obradoviçin toplanışı nəyə xidmət edir? 19-02-2020, 11:45 “Köhlən atlar” “qartallar”ın “yuvasını dağıtdı” 19-02-2020, 11:42 “Sabah” “Sumqayıt”ı evində döydü 19-02-2020, 11:40 “Səbail”dən ardıcıl ikinci qələbə 19-02-2020, 11:34 Mövsümün ən məhsuldar həftəsi 19-02-2020, 11:29 “Neftçi” ikinci pillədəki yerini möhkəmləndirdi 14-02-2020, 12:31 “İsgəndər Cavadovun akademiyasına ayrılan vəsaiti görəndə şoka düşdük” 14-02-2020, 12:20 Elxan Məmmədovun veteranlarla görüşü təxirə salındı 14-02-2020, 12:15 AFFA “Marafon”u da Nazim Süleymanovun üzünə bağladı 14-02-2020, 12:10 Ağabalanın cəriməsini kim ödəyəcək? 14-02-2020, 11:10 AFFA telekanallara və onlayn mediaya dəvət göndərib 14-02-2020, 11:05 “Qəbələ” çilili forvardla anlaşdı 14-02-2020, 11:03 “Xəzər Lənkəran”a texniki məğlubiyyət verilib 14-02-2020, 11:01 Ruslan “Neftçi” ilə görüşü də buraxacaq 14-02-2020, 11:00 “Birinci işimiz sonuncu pillədən qurtulmaqdı” 14-02-2020, 10:56 Rauf yenə Prezidentə müraciət etdi, anası 1333 səs topladı 14-02-2020, 10:55 Cəmşid Məhərrəmov azadlıqda 12-02-2020, 11:55 Elvin Yunuszadə “Çelik”i Ümit Özata görə seçib 12-02-2020, 11:53 Samir Abasovun seçkidən xəbəri olmayıb 12-02-2020, 11:51 “Sumqayıt” itirdiyi mövqeyi qaytardı 12-02-2020, 11:31 “Qarabağ” “Neftçi”nin yaxınlaşmasına imkan vermədi 12-02-2020, 11:28 İsgəndər Cavadov AFFA-ya əl açıb 12-02-2020, 11:26 “Forza Neftçi” 11 yaşını Mərdəkanda qeyd etdi 12-02-2020, 11:24 Səmra Əliyeva şərhinin birmənalı qarşılanmayacağını bilirmiş 7-02-2020, 22:09 Məşqçilər Komitəsi namizədləri iki saat müzakirə edib 7-02-2020, 22:07 “Qəbələ” pasportun məsuliyyətini AFFA-nın üzərinə atdı 7-02-2020, 22:06 Ağatahir Əzimov futzal hakimlərini “topa tutdu” 7-02-2020, 22:03 Riçard, belə getmək lazım idi 7-02-2020, 22:02 "Qəbələ”nin gözlədiyi hücumçu gəldi 7-02-2020, 22:00 Vüqar Aftandil Hacıyevin “gəl” mesajını gözləyir 7-02-2020, 21:49 Start ərəfəsində yüngül gəzişmə 7-02-2020, 21:47 Siz gizlənin, Rövşən danışsın... 7-02-2020, 21:44 Kamal Bayramov üçün mövsüm bitdi 5-02-2020, 11:42 Elman Ələkbərov yığmanın yaradılan şəraitin əvəzini vermədiyini düşünür 5-02-2020, 11:42 Futbolumuzun yetirməsi 50 yaşında dünyasını dəyişdi 5-02-2020, 11:40 AFFA-da Stuxlikin Bəhramovu ziyarət etməməsinin səbəbini bilmirlər 5-02-2020, 11:38 Almeydalı “Baniyas”dan növbəti qələbə 5-02-2020, 11:37 “Qarabağ” Kintananı Çin klubuna yola saldı 5-02-2020, 11:35 “Zirə”ni Qadze ilə Ramazanov sevindirdi 5-02-2020, 11:32 Rauf Məmmədov deputat olmaq istəyən anasının müdafiəsinə qalxdı Bütün xəbərlər
Ən çox oxunanlar