18 dek 11:35gundem

“Ağsu”nun baş məşqçisi şokdadı, klubun taleyi sual altındadı


İlham Yadullayev: “Baxıram ki, 7 nəfərin arasında onların da adı var”
Ötən həftənin cümə günü AFFA-nın saytında yerləşdirilən xəbər futbol ictimaiyyətini yerindən tərpətdi. Düzdü, ölkə futbolunda, xüsusən də birinci divizionda oyun alğı-satqısı geniş vüsət alıb. Artıq neçə illərdi ayrı-ayrı futbolçular və klublar futboldan silinir, cəzalandırılır, dindirilir. Buna baxmayaraq, kimlərsə öz işində, yəni çirkin yollarla pul qazanmağında imiş.
Ötən cümə yayılan xəbərdə 3-5 nəfərin adı hallansaydı, dərd yarı. Birdən-birə 28 nəfərin oyun alğı-satqısında günahkar bilinməsi, başqa cür desək, bukmeker kontorları ilə əməkdaşlıqda suçlanaraq futboldan uzaqlaşdırılması şok effekti verdi. Bəli, tam 28 nəfər. Aralarında klubda əsas söz sahibi olan da var, məşqçi, inzibatçı və xeyli sayda futbolçu da. Və ən maraqlısı həmin 28 nəfərdən 17-nin “Ağsu”nu, 7 nəfərin “Turan Tovuz”u “təmsil etməsidi”. Bir nəfər “Zirə-2”dəndi, daha 3 nəfər isə Region Liqasında iştirak edən komandalardan.
İndiki məqamda diqqətlər ən çox “Ağsu” ilə “Turan Tovuz”un üzərindədi. Bu iki komanda futbol klubundan çox qumarxananı xatırladır. Bu qədər kütləvilik, belə mütəşəkkil qruplaşma... Adam deməyə söz tapmır. Şərəfini pula satanların canları cəhənnəmə. Onların əməlinə görə neçə-neçə insanın çörəkpulusuz qalmaq ehtimalı var. İstər komanda yoldaşları olsun, istərsə də oynadıqları komandaların baş məşqçiləri. Odu ki, günahkar bilinən futbolçuların top qovduqları komandaların baş məşqçiləri ilə söhbətdə nə düşündüklərini öyrənməyə çalışdıq.
Zaur Əsədov (Ağsu): “Vallah, nə deyəcəyimi bilmirəm. Qərar açıqlanan gündən şoka düşmüşəm, hələ də ayıla bilmirəm. Pis vəziyyətdə qalmışıq. Klubun, komandanın taleyi necə olacaq – bilinmir. İnana bilməzdim ki, komandada bu qədər uşaq var. 4-5 nəfər olsaydı, hardasa inanmaq, fikirləşmək olardı. Amma bir komandanın 14 futbolçusu... Nə bilim, vallah. Əlimdə sübut yox idi deyə, heç nə edə bilmirdim. Çıxılmaz vəziyyətdə qalmışdım. Hər şey ortadadı. Komandaya gələndə hər biri ilə söhbət etdim. Özlərinə də bildirdim ki, ötən il nə olub, nə olmayıb, mənlik deyil. Komandaya yeni gəlmişəm, kömək edin, nəticə verək. Mənim üçün təmizlik hər şeydən vacibdi. Hətta onu da demişdim ki, bəlkə sizi bu işə vadar edən var, kimsə məcbur edir. Adını mənə deyin, aidiyyatı qurumlarla tədbir görək... Bu nə idi başımıza gəldi. 3-4 gündü özümə gələ bilmirəm. Heç kimlə danışmamışam, hərə bir tərəfə dağılışıb. Siyahıda elə adlar var ki, oxuyanda gözlərimə inana bilmirəm. Bilmirəm, köhnə söhbətdi, yoxsa cari mövsümlə bağlıdı. Konkret oyun adları çəkilmir axı. Olar e, daha bu qədər də yox da. Məni havalandıran gənc futbolçulardı. Yaşlıları bir tərəfə qoyuram, 1998 təvəllüdlü uşaq buna necə gedə bilər axı? Orxan, Kənan, Elçin, Məhəmməd – bunlar cavan uşaqlardı, hamısını yeni gətirmişdik. Region Liqasında oynamış futbolçular idi. Bunları bizə elə tərifləmişdilər ki. Məəttəl qalmışam e. Yaxşı, bu adları sildilər, futboldan uzaqlaşdırdılar. Bəs klubun, komandanın taleyi necə olacaq? Günahsız uşaqlar var, hansı ki, 300-500 manat qazanıb evinə bir tikə çörək aparırlar. O uşaqlar nə edəcək?”
İlham Yadullayev: “Mənim yerimdə kim olsa, şoka düşər. Ağlına 1 nəfər gələr, lap 2 nəfər, amma 7 nəfər... Amma başqa tərəfdən də deyirsən ki, Allaha şükür, komanda təmizləndi. Belə deyim, adamları tanımış olursan. Zəif oyunlarımız olub ki, oturub təhlil edəndə müəyyən nöqsanlar görmüşük. Ancaq kiminsə yaxasından tutub deyə bilməzsən ki, bilərəkdən etmisən, filan şeyə görə etmisən. Çünki əlində buna dair fakt yoxdu. Adətən, belə hallar yaşananda ağla müdafiəçilərin, yaxud qapıçıların adı gəlir. Di gəl ki, həmin siyahıdakı 7 nəfərdən heç biri arxa xətt oyunçusu deyil (PFL-ə təqdim olunan iştirak ərizəsində Sənan Qocayevlə Şahin Quluzadə müdafiəçi kimi göstərilib – H.). Elə oyunlar olub ki, qol vəziyyətləri boşa verilib. Bilərəkdən vurmayıb, yoxsa ustalıq səviyyəsi aşağı olduğuna görə vura bilməyib, bunu kiminsə boynuna qoymaq olmur. Bu yaxınlarda iki futbolçunu komandadan uzaqlaşdırmışdım. Bu söz-söhbətə görə yox, daxili intizam qaydalarını pozduqlarına və zəif oyunlarına görə. Baxıram ki, 7 nəfərin arasında onların da adı var. Onsuz da dövrə bitəndən sonra dəyişikliklər edəcəkdik. 7 nəfərin hamısı olmasa da, bəziləri ilə yollar ayrılacaqdı. Amma konkret bu məsələyə görə deyildi. Sadəcə, futbolçu bacarıqları məni qane etmirdi.
Bayaq klubdaxili iclas oldu. Yəqin ki, iclasla bağlı geniş məlumat veriləcək. Bu məsələdə kimsə məni qınayırsa, deməyə cavabım var. Heç kimin yanında başıaşağı deyiləm. O qədər namərd var ki, arxadan söz deyir. Hələ ki mənə “bu qədər futbolçu olub, sənin niyə xəbəri olmayıb” sualını verən olmayıb. Rəhbərlik də görür ki, gələn gündən dəyişikliklərin zəruri olduğunu qeyd etmişəm. Şükürlər olsun, “təmizlik” işi görüldü. “Turan Tovuz” ölkə futbolunda qalmalı, çıxışını davam etdirməlidi”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 21:40 “Ağsu Siti” də kampaniyaya qoşuldu Dünən, 21:36 Bir daha Çingiz İsmayılova ayrılan yardım haqda Dünən, 21:30 Riad Rəfiyev “asan yol” arzulamır Dünən, 21:21 “Sumqayıt” 40 həmvətənimizi himayəyə götürdü Dünən, 20:55 Avanürist ideya: yarımfinal bir oyundan ibarət olsun! Dünən, 20:35 “Old Wolf”u üç futbolçu təbrik edib Dünən, 20:32 Elvin Bakıdadı, Fərid Çexiyada məşq edir 1-04-2020, 19:25 Altay Əliyev və övladları Prezidentin çağırışına qoşuldu 1-04-2020, 19:09 "Sabah"dan sabahımız üçün jest 30-03-2020, 13:43 "Neftçi" ikinci doğma evim, Azərbaycan ikinci vətənimdi" 30-03-2020, 13:28 “Keşlə” maaşları tam ödəyəcək 30-03-2020, 13:01 Qurban Qurbanov 20 min, Elxan Məmmədov 4 min manat, Kamran Ağayev isə... 29-03-2020, 19:19 AFFA UEFA ilə məsləhətləşmələr aparır 29-03-2020, 19:18 Ağarza Rzayev dünyasını dəyişdi 29-03-2020, 19:08 Çingiz İsmayılov AFFA-nın yardımından imtina edib 29-03-2020, 19:01 “Avropaya yollanmaq üçün Mirançuk daha yaxşı oynamalıdı” 29-03-2020, 18:54 Faiq Qarayev də dəstək kampaniyasına qoşuldu 29-03-2020, 18:50 Uayt döyüş üçün yer tapıb, amma açıqlamır 29-03-2020, 18:46 BOK və yaponiyalılar təzyiqə dözmədi 29-03-2020, 18:43 Azərbaycan Avstraliyanın taleyini yaşamaq istəmədi 26-03-2020, 15:37 “Süleymanovun yerinə gələn məşqçi məni ilk gündən ofsayda saldı” 26-03-2020, 15:33 Yubilyarlara Elxan Məmmədovun göstərişi ilə hədiyyə verilib 26-03-2020, 14:47 Ölkəmizdəki əcnəbilərin yaxınları koronavirusa yoluxmayıb 26-03-2020, 14:46 AFFA və PFL əməkdaşları da istirahətə çəkilib 26-03-2020, 14:45 Ağır Atletika Federasiyasından Novruz “hədiyyəsi” 26-03-2020, 14:33 “Zaqatala”nın hədəfi çempionluqdu 26-03-2020, 14:29 “Komanda hələ ki heç nəyə qadir deyil” 26-03-2020, 14:21 “Neftçi”dən “33 ən yaxşı” sırasına düşən sonuncu ad… 22-03-2020, 19:27 PFL açıqladı: azı bir ay futbol olmayacaq 22-03-2020, 19:24 “Mehdi Hüseynzadə”də 9600 oturacaq quraşdırılacaq 22-03-2020, 19:22 FIDE Rusiya qanunlarına da məhəl qoymur 22-03-2020, 19:18 “Sumqayıt”ın ofisindən oğurluq edən saxlanıldı 22-03-2020, 19:15 Tural Rzayev zədəyə görə “Merani”dən ayrıldı 22-03-2020, 19:09 Elçin Dərgahquliyev məsuliyyəti üzərinə götürdü 22-03-2020, 19:06 “Qadın futbolçular kişilər kimi çox qazansalar, daha məsuliyyətli və çalışqan olarlar” 22-03-2020, 18:59 Novruz Əzimov doğum günündə işdən azad olunub 22-03-2020, 18:46 “Neftçi” 1937-ci ilin martında yox, yanvarında yaranıb 18-03-2020, 16:29 AFFA liqalarda fasiləni aprelin 14-nə kimi uzadıb 18-03-2020, 16:28 “Bu gün hamımız koronavirusun əsiriyik” 18-03-2020, 16:27 Premyer-liqa məşqçiləri çempionatdakı fasiləni normal qarşılayırlar 18-03-2020, 16:24 Asim Xudiyev ABŞ təəssüratını bölüşdü 18-03-2020, 16:22 “Səbail” hollandı vətəninə yola saldı 13-03-2020, 12:15 Azər Mirzəyev Teymurun yaxşı fürsəti qaçırdığını düşünür 13-03-2020, 12:13 “Bizim dostlarımız qapı dirəkləridi” 13-03-2020, 12:11 Riçard Almeyda “Qarabağ”la Bakı üçün darıxır 13-03-2020, 12:07 Region Liqası nəzərdə tutulan vaxtda bitəcək 13-03-2020, 12:02 “Premier Quba”nın məsələsinə gələn həftə baxılacaq 13-03-2020, 11:59 Riad Rəfiyev Ayxan Abbasova dəstək oldu 13-03-2020, 11:56 Teymurun əziz canı = Azərbaycanın itirilən şansı 13-03-2020, 11:53 4-cü oyun, 4-cü məğlubiyyət! 12-03-2020, 10:45 Məğlubedilməzlər də məğlub olurlar… 12-03-2020, 10:43 “Bu gün əsas rəqibimiz arxayınlıq və özümüzük” 12-03-2020, 10:40 AFFA-dan “Xəzər Lənkəran”a cavab gəldi 11-03-2020, 11:44 Samir Abasov gənc mütəxəssislərin müdafiəsinə qalxdı 11-03-2020, 11:37 Emil Babayandan isti münasibət görüb 11-03-2020, 11:34 “Xəzər Lənkəran”ın U-17 komandası fəaliyyətini dayandıracaq 11-03-2020, 11:31 Rus agenti və "Bude-Qlimt” rəhbərliyini qınadılar Bütün xəbərlər
Ən çox oxunanlar