17 dek 15:52gundem

“Ağsu”nun icraçı direktoru ittihamlarla razılaşmadı

“Ağsu”nun icraçı direktoru ittihamlarla razılaşmadı
“Mən heç bir yeyintiyə yol verməmişəm”
Qəzetimizin cümə axşamı sayında birinci divizionda çıxış edən “Ağsu”da audit yoxlaması keçirildiyini xəbər vermişdik. Onu da bildirmişdik ki, təftişdən sonra klubun icraçı direktoru Rəşad Kərimovun maliyyə yeyintisinə yol verdiyi üzə çıxıb. Kərimov 30 min manatı mənimsəməkdə ittiham olunur. Həmin gün dəfələrlə icraçı direktora zəng vurub söylənilənlərlə bağlı fikrini öyrənməyə çalışsaq da, zənglərimizi cavabsız qoymuşdu. Ertəsi gün Kərimov sportinfo.az saytı ilə əlaqə saxlayaraq, qəzetimizdə gedən yazıya bir qədər də ironik şəkildə münasibət bildirib. Rəşad bəy yazılanların həqiqət olmadığını, “vaxtında bu məsələyə cavab verməsəm, çoxları üstümüzə gələcək” deməklə yadda qalıb. Onun bu açıqlamasından sonra qəzetimizdə gedən yazının heç də əsassız olmadığını sübut etmək üçün dünən yenidən Kərimovla əlaqə saxladıq.
- Salam. Sizi “Futbol+” qəzetindən narahat edirik.
- Çox yaxşı. Necəsiz?
- Siz yaxşı olun. Məlum yazı bizim qəzetdə dərc olunsa da, siz bizə yox, sportinfo.az saytına açıqlama verməyi lazım bilmisiz. Halbuki yazı hazırlanarkən dəfələrlə sizinlə əlaqə saxladıq. Ancaq zənglərimizi cavabsız qoyduz.
- Redaksiyanızın nömrəsini tanıyıram. Həmin gün vacib işim olduğuna görə zənglərinizə cavab verə bilmədim. Qəzet çıxan gün isə redaksiya ilə əlaqə saxladım. Bu dəfə mənim zəngim cavabsız qaldı və buna görə də sportinfo.az saytına açıqlama verməyi lazım bildim.
- Və həmin açıqlamada yazdıqlarımıza ironiya ilə cavab vermisiz. Bildirmisiz ki, vaxtında ittihamlara cavab verməsəm, çoxları üstümüzə gələcək.
- Bəli.
- Klubun əsas sponsoru “Azqranat”dı?
- Bəli.
- “Azqranat”da bu yaxınlarda audit yoxlaması olub?
- Auditi bilmirəm, ancaq zavodda yoxlama olub.
- Xaqani kimdi?
- Zavodun mühasibi və eyni zamanda kluba ayrılan vəsaiti o bizə verir.
- Yoxlamadan sonra 300 minlik yeyintiyə görə mühasibi işdən uzaqlaşdırıblar?
- Bu haqda dəqiq məlumatım yoxdu. Ola bilsin, belə hal yaşanıb.
- Bizdə olan məlumata görə, yoxlama zamanı sizdən də xərclər üçün nəzərdə tutulan kassa qəbzləri tələb olunub, ancaq vaxtında təqdim etməmisiz...
- Mən onsuz da hər ayın sonunda xərclədiyimiz pulların hesabatını aidiyyatı orqanlara təqdim edirəm. Bunsuz olmaz ki.
- Sayta verdiyiniz açıqlamada bir qədər ikibaşlı danışmısız. Demisiz ki, vaxtında yazılanlara cavab verməsəz, çoxları üstünüzə gələ bilər. Yazı bizim qəzetdə gedibsə, niyə bu iki gündə “Futbol+”ə iradınızı bildirməmisiz?
- Əslində mən sizdən yox, adımı 300 minlik yeyintidə hallandıran başqa bir saytdan narazılığımı bildirmişəm.
- Siz hazırda klubun icraçı direktorusuz?
- Hələ ki bəli. Ancaq gələcəyi bilmək olmaz (günün ikinci yarısında oyunların manipulyasiyasına görə Rəşad Kərimovun futboldan uzaqlaşdırıldığı xəbəri yayıldı – R.).
- Bizə yazdıqlarımıza görə hər hansı iradınız var?
- Xeyr. “Futbol+” illərin mətbu orqanıdı və futbol ictimaiyyəti arasında böyük nüfuza malikdi. Mənim sizə heç bir narazılığım yoxdu.
- Onda belə çıxır ki, yazdığımız xəbər həqiqəti əks etdirir.
- Gəlin bu haqda çox danışmayaq. Mən heç bir yeyintiyə yol verməmişəm. Nəsə olsa, postumda qalmazdım ki.
- Oyunların manipulyasiyasına görə iki oyunçunuz futboldan kənarlaşdırılıb. Onlar hazırda hardadılar?
- Onların harda olmasından xəbərsizəm.
- Bizdə olan məlumata görə, hər iki oyunçu hazırda gözaltına alınıb.
- Mənim heç nədən xəbərim yoxdu.
- Son iki ildə “Ağsu”nun adı nəticəsi əvvəlcədən müəyyənləşən oyunlarda hallanır. Nə baş verir?
- Bu haqda sizə heç nə deyə bilmərəm. Ola bilsin, bizim xəbərimiz olmadan bəzi futbolçular xoşagəlməz işlərlə məşğul olurlar. Ancaq rəhbərlik olaraq çalışırıq ki, bunun qarşısını alaq. Hazırda nəticələrimiz ürəkaçan olmadığından, yəqin ki, qış fasiləsində əksər oyunçularla yolları ayıracağıq.
RƏŞAD
P.S. Rəşad bəy “qış fasiləsində əksər oyunçularla yolları ayıracağıq” deməklə dünənki cəzanı hardasa gözləyirmiş. Amma iş elə gətirdi ki, özü də gedənlərə qoşuldu.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 16:53 FİFA yaş limitini artırmağı zəruri sayır Bu gün, 16:43 UEFA: milli çempionatlar sona çatdırılmalıdı! Bu gün, 16:40 “Barselona”ya qayıdıb yeni səhifə açmaq istəyirəm” Bu gün, 16:30 Karius FIFA-ya şikayət etdi Bu gün, 16:25 “Heç kim hadisələrin necə inkişaf edəcəyini bilmir” Bu gün, 16:20 Tramp da videokonfrans keçirdi Bu gün, 16:13 Xabib – Toni dueli 5-ci cəhddə də baş tutmadı Bu gün, 16:09 Türkiyəyə futbol nə vaxt “qayıdacaq”? Bu gün, 14:49 "Qəbələ" tarixindəki 78 penaltidən 61-ni qola çevirib Bu gün, 14:46 "Qəbələ": 546 oyun, 41 kapitan Dünən, 11:22 Fonda daha hansı klub pul köçürəcək? Dünən, 11:01 Koronavirusun öyrətdiyi ...onlayn məşqlər 3-04-2020, 21:40 “Ağsu Siti” də kampaniyaya qoşuldu 3-04-2020, 21:36 Bir daha Çingiz İsmayılova ayrılan yardım haqda 3-04-2020, 21:30 Riad Rəfiyev “asan yol” arzulamır 3-04-2020, 21:21 “Sumqayıt” 40 həmvətənimizi himayəyə götürdü 3-04-2020, 20:55 Avanürist ideya: yarımfinal bir oyundan ibarət olsun! 3-04-2020, 20:35 “Old Wolf”u üç futbolçu təbrik edib 3-04-2020, 20:32 Elvin Bakıdadı, Fərid Çexiyada məşq edir 1-04-2020, 19:25 Altay Əliyev və övladları Prezidentin çağırışına qoşuldu 1-04-2020, 19:09 "Sabah"dan sabahımız üçün jest 30-03-2020, 13:43 "Neftçi" ikinci doğma evim, Azərbaycan ikinci vətənimdi" 30-03-2020, 13:28 “Keşlə” maaşları tam ödəyəcək 30-03-2020, 13:01 Qurban Qurbanov 20 min, Elxan Məmmədov 4 min manat, Kamran Ağayev isə... 29-03-2020, 19:19 AFFA UEFA ilə məsləhətləşmələr aparır 29-03-2020, 19:18 Ağarza Rzayev dünyasını dəyişdi 29-03-2020, 19:08 Çingiz İsmayılov AFFA-nın yardımından imtina edib 29-03-2020, 19:01 “Avropaya yollanmaq üçün Mirançuk daha yaxşı oynamalıdı” 29-03-2020, 18:54 Faiq Qarayev də dəstək kampaniyasına qoşuldu 29-03-2020, 18:50 Uayt döyüş üçün yer tapıb, amma açıqlamır 29-03-2020, 18:46 BOK və yaponiyalılar təzyiqə dözmədi 29-03-2020, 18:43 Azərbaycan Avstraliyanın taleyini yaşamaq istəmədi 26-03-2020, 15:37 “Süleymanovun yerinə gələn məşqçi məni ilk gündən ofsayda saldı” 26-03-2020, 15:33 Yubilyarlara Elxan Məmmədovun göstərişi ilə hədiyyə verilib 26-03-2020, 14:47 Ölkəmizdəki əcnəbilərin yaxınları koronavirusa yoluxmayıb 26-03-2020, 14:46 AFFA və PFL əməkdaşları da istirahətə çəkilib 26-03-2020, 14:45 Ağır Atletika Federasiyasından Novruz “hədiyyəsi” 26-03-2020, 14:33 “Zaqatala”nın hədəfi çempionluqdu 26-03-2020, 14:29 “Komanda hələ ki heç nəyə qadir deyil” 26-03-2020, 14:21 “Neftçi”dən “33 ən yaxşı” sırasına düşən sonuncu ad… 22-03-2020, 19:27 PFL açıqladı: azı bir ay futbol olmayacaq 22-03-2020, 19:24 “Mehdi Hüseynzadə”də 9600 oturacaq quraşdırılacaq 22-03-2020, 19:22 FIDE Rusiya qanunlarına da məhəl qoymur 22-03-2020, 19:18 “Sumqayıt”ın ofisindən oğurluq edən saxlanıldı 22-03-2020, 19:15 Tural Rzayev zədəyə görə “Merani”dən ayrıldı 22-03-2020, 19:09 Elçin Dərgahquliyev məsuliyyəti üzərinə götürdü 22-03-2020, 19:06 “Qadın futbolçular kişilər kimi çox qazansalar, daha məsuliyyətli və çalışqan olarlar” 22-03-2020, 18:59 Novruz Əzimov doğum günündə işdən azad olunub 22-03-2020, 18:46 “Neftçi” 1937-ci ilin martında yox, yanvarında yaranıb 18-03-2020, 16:29 AFFA liqalarda fasiləni aprelin 14-nə kimi uzadıb 18-03-2020, 16:28 “Bu gün hamımız koronavirusun əsiriyik” 18-03-2020, 16:27 Premyer-liqa məşqçiləri çempionatdakı fasiləni normal qarşılayırlar 18-03-2020, 16:24 Asim Xudiyev ABŞ təəssüratını bölüşdü 18-03-2020, 16:22 “Səbail” hollandı vətəninə yola saldı 13-03-2020, 12:15 Azər Mirzəyev Teymurun yaxşı fürsəti qaçırdığını düşünür 13-03-2020, 12:13 “Bizim dostlarımız qapı dirəkləridi” 13-03-2020, 12:11 Riçard Almeyda “Qarabağ”la Bakı üçün darıxır Bütün xəbərlər
Ən çox oxunanlar