Kiməsə ölüm arzulamaq heç də yaxşı iş deyil. Hər kəs Allahın ona verdiyi ömür payını yaşayır və günlərin birində haqq dünyasına qovuşur. Amma bəzən elə adamlar, elə simalar görürsən ki, qeyri-ixtiyari ölüm arzulayırsan. Ötənlərin ünlü forvardı, son illərdə isə yalnız saçma-sapan sözlər söyləyən Kazbek Tuayev kimi...
Təbii ki, ruslar heç vaxt bizə dost olmayıb – nə həyatda, nə siyasətdə, nə də futbolda. Tuayevin ruslarla bağlı kompleksinin hardan və nədən qaynaqlandığını bilmirəm, amma birmənalı şəkildə hər açıqlamasında onları aşağılayır. Ancaq gərək reallıq hissini də heç vaxt itirməyəsən. İndi dünənki açıqlamasına baxın və özünüz qiymət verin: “Biz Rusiya yığması kimi keçiləsi qrupa düşməmişdik. Ümumiyyətlə, onlar bizim qrupdan çıxa bilməzdilər. Biz isə onların qrupunda 3-cü yeri tutardıq”.
Futbolda saç-saqqal ağartmış, bir neçə gün öncə 79 yaşını tamamlamış birisinin reallıq hissindən uzaq olan belə açıqlamasını oxuyandan sonra nə edəsən? Sən Allah, beləsinə uzun ömür arzulamağa dəyərmi? Adam kimisə müdafiə etmək naminə simasını itirərmi? Ona görə də içimdəki sözü gizlətməyəcəm: Tuayev kimi 79 il yaşamaqdansa, cavan ölmək daha gözəldi.
ORXAN