06 noy 11:35gundem

Rəşad Sadıqov “CBC Sport”a baş çəkib


Volkan Üst: “5-ci ildə əsas diqqətimizi rəqəmsal texnologiyalara yönəldəcəyik”
Dünən ölkədəki iki idman telekanalından biri olan “CBC Sport”un ad günü idi. Yarandığı gündən efir məkanında özünə yer etməyi bacaran telekanalın baş direktoru Volkan Üstlə söhbətdə həm 4 yaşlarını təbrik etdik, həm də bizi maraqlandıran bəzi suallara cavab tapmağa çalışdıq.
- Əvvəlcə ad gününüzü təbrik edirik. Sizə və “CBC Sport” ailəsinə bol-bol yaradıcılıq uğurları arzulayırıq.
- Diqqətinizə və təbrikinizə görə çox sağ olun.
- 4 yaşını qeyd edən telekanalın baş direktoru kimi 5-ci ildə reallaşdırmaq istədiyiniz yeniliklər barədə məlumat verməyinizi istərdik.
- Biz onsuz da ildən-ilə yayınladığımız yarışların siyahısını genişləndiririk. Qarşıdakı ildə də müxtəlif layihələri həyata keçirməyi düşünürük. Ancaq 5-ci ildə əsas diqqətimizi rəqəmsal texnologiyalara yönəldəcəyik. Həm android, həm də ayfon tətbiqlərində matçları izləmək mümkün olacaq. Çox maraqlı addımlar atacağıq.
- Bəs yeni çempionatlardan yayınlar, başqa idman növlərinin işıqlandırlması ilə bağlı nə kimi planlarınız var?
- Bu gün bizim telekanal Azərbaycan premyer-liqası ilə yanaşı, Çempionlar Liqası, Avropa Liqası, İtaliya və İspaniya çempionatını yayınlayır. Bunlardan başqa, futzal və basketbol üzrə ölkə çempionatını da tamaşıçılar bizim telekanalda izləyirlər. Tennis, cüdo, yarışları da daim diqqətimizdədi və qarşıdakı ildə də onlara efir vaxtı ayıracağıq. Maşallah, indi yarışlar o qədər çoxdu ki, hətta bəzən fikirləşirik ki, həmin yarış və oyunları necə verək. Düşünürük ki, tamaşaçı kənarda qalmasın deyə, onu başqa telekanallarla bölüşürük. “CBC Sport”dan öncə Azərbaycan teleməkanında heç bir telekanal bu təcrübədən yararlanmayıb. Açığı, hazırda bizdə efir torunda o qədər yer də yoxdu ki, nəsə axtaraq tapaq və ya nəyisə dəyişək. Ancaq təbii ki, nəsə yenilik olsa, bu haqda anons veriləcək. Daim axtarışdayıq və hər zaman tamaşaçının zövqünü oxşamağa çalışırıq.
- Bəzi xarici telekanallarda futbol matçları zamanı istənilən futbolçu barədə məlumatlar verilir. Məsələn, həmin oyunçu qarşılaşmanın gedişində nə qədər qaçıb, neçə ötürmə edib, ikili mübarizələrin neçəsindən qalib ayrılıb. Qapı istiqamətində zərbələrinin sayı da dəqiq göstərilir. Niyə “CBC Sport” bu təcrübədən yararlanmır?
- Biz bu barədə düşünmüşük. Amma həmin texnologiyalar çox maliyyə tələb edir. Xüsusi şirkətlər var ki, bütün statistikanı hesablayır və onu telekanala ötürür. Yəqin ki, biz də nə vaxtsa bu yola qədəm qoyacağıq. Hər il nəyisə dəyişirik, irəli getmək yönündə müəyyən yeniliklərə imza atırıq. Siz bizim birinci ilimizlə indiki arasında nə qədər böyük fərqin olduğunu görürsüz. Gələcəkdə premyer-liqanın oyunları zamanı məlumatları zənginləşdirməyi düşünürük. İndi biz oyunun fasiləsində və matç başa çatandan sonra ümumi göstəriciləri tamaşaçıların diqqətinə çatdırırıq.
- Yayınla bağlı bəzən narazılıqlar olur. Məsələn, ötən turun “Sumqayıt” – “Neftçi” görüşünü götürək. Rejissorlarınız penalti epizodunu tuta bilmədi. Qayda pozuntusu anı dəfələrlə təkrar göstərilsə də, heç nə anlaşılmadı.
- Nə demək istədiyinizi başa düşdüm. Bizdə hər oyundan öncə iclas keçirilir. Həmin toplantılarda yaradıcı heyət mənimlə birgə deyilən nöqsanları nəzərdən keçirir. Biz də “Sumqayıt” – “Neftçi” görüşündə bəzi epizodların efirə tam düşməməsindən narazı qaldıq. Hərdən belə hallar olur. Ancaq bəzən bu bizdən asılı olmayan səbəblərdən yaşanır. Stadionlarda olan şəraiti də qeyd etmək lazımdı. Siz Sumqayıtdakı stadionda olan platformanı görmüsüz. Kameralar da əsasən orda qurulur. Biz hətta çəkiliş zamanı meydanın platforma olan qırağını istədiyimiz kimi göstərə bilmirik. Bilirik ki, olan şərait budu və çalışırıq olandan maksimum yararlanaq.
- 4 yaşınızla bağlı yeni klip təqdim olundu. Bu klipin ideya müəllifi kim və ya kimlər oldu? Mahnının sözləri və musiqisi kimlərə məxsusdu, Sumqayıtdan olan rok-qrupu ilə necə tanış olduz?
- Bu ideya toplantıda yarandı. Yaradıcı heyətın matç iclası idi. Öz aramızda 4 yaşımıza nə edəcəyimizlə bağlı müzakirə aparırdıq. Ortaya yeni bir iş qoymaqla bağlı fikirləri dinləyirdim. Sonradan mahnını eşitdik, sözlərini yazdıq. Murad Ariflə isti münasibətimiz var. Sənətçi kimi onunla məsləhətləşdik. O da idmanı çox sevən bir insandı. Dedi ki, mən sizə yardımçı olaram. Açığı, biz gözləmirdik ki, mahnını Murad özü ifa edəcək. Sonra özü dedi ki, bu telekanalınıza olan hörmətdən irəli gəlir. Sonra rok qrupunu tapdıq. Sumqayıtlı gənclərdi. Onlarla sosial şəbəkə vasitəsilə əlaqə saxladıq. Onlara da kömək etdiklərinə görə təşəkkür edirəm. Bakı Olimpiya Stadionunun rəhbərliyi də klipin çəkilməsi üçün şərait yaratdı. Özüm yeniliyə açıq bir insan olduğum üçün hər zaman yaxşı yeniliyin reallaşmasına dəstək verirəm.
- Gələcəkdə kollektivi genişləndirmək planınız var, yoxsa bu heyətlə yola davam etmək fikrindəsiz?
- Biz hər il bu məsələyə xüsusi diqqət yetiririk. Müxtəlif kastinqlər elan edirik. Yeni aparıcılar, şərhçilər üzə çıxarmağa çalışırıq. Bu gün kollektivdə yer alanların təxminən 30-40 faizi “CBC Sport”un öz yetirməsidi. Bu tək şərhçi və aparıcılara aid deyil. Eyni sözləri yaradıcı heyətlə bağlı da deyə bilərəm. Onların da çoxu televizya işini burda öyrənib və “CBC Sport”da davam edirlər. Bu il də istisna olmayacaq. Sıralarımızı bir qədər də genişləndirmək fikrimiz var.
- Premyer-liqanın son turundan sonra Qurban Qurbanovla əməkdaşınız arasında bir qədər narazılıq yaşandı. Bununla bağlı hətta “CBC Sport”da 7 dəqiqəlik süjet də yayınlandı. Son olaydan sonra “CBC Sport”la “Qarabağ”ın münasibəti necədi?
- Bizim Qurban Qurbanovla və “Qarabağ”la heç bir problemimiz yoxdu. Əksinə, hər zaman “Qarabağ”ı dəstəkləmişik və bundan sonra da dəstəkləyəcəyik. Çünki bu klub Azərbaycanın fəxridi, beynəlxalq arenada bizləri layiqincə təmsil edir. Biz həmişə demişik ki, “Qarabağ”ın avrokuboklarda uğuru tək klubun yox, bütün Azərbaycanın uğurudu, qələbəsidi. Telekanal yaranan gündən klubun yanında olmuşuq və bacardığımız qədər onlara dəstək vermişik. Bunu klubda çalışan istənilən şəxsdən soruşa bilərsiz. Elə bu gün ad günümüzdə komandanın kapitanı Rəşad Sadıqov bizi təbrik etdi. O Şəmsəddin Abbasovla birgə yanıma gəlmişdi. Ürək sözlərini dedi, xoş arzular dilə gətirdi. Bugünkü derbidən əvvəl klubun düşərgəsindən reportaj hazırlamaq üçün əməkdaşlarımız “Qarabağ”ın bazasına yollanmışdı. Orda bizim əməkdaşlara çox xoş münasibət göstərilib, onlar üçün çay süfrəsi təşkil olunub. Bu da onu göstərir ki, telekanalla klub arasında heç bir narazılıq yoxdu.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 11:07 "6 xallıq oyun”da sumqayıtlılar sevindi Bu gün, 11:04 Çempionluq Zaur Axundovun ağlından keçmir Dünən, 14:13 Elnur Şıxəliyev AGİN və AMADA-nın dəstəyinə arxalanır 11-11-2019, 13:35 Zirvə iki gün ərzində ikinci dəfə "əl dəyişdirdi" 11-11-2019, 13:34 Təmkinin xanımı “Neftçi”nin azarkeşidi 11-11-2019, 11:06 “Qarabağ”da heç kim yaxasını kənara çəkməsin! 11-11-2019, 11:05 Emil Balayev Qazaxıstanda əlçatmazdı 11-11-2019, 11:04 Şəhriyar Məmmədyarov “Qarabağ” üçün hər şeyin bitdiyini düşünür 11-11-2019, 11:02 APOEL qələbəni öz ad gününə hədiyyə edib 11-11-2019, 10:59 “Qarabağ”dan izah gəldi 11-11-2019, 10:58 Yurçeviçin siyahısı sual doğurdu 11-11-2019, 10:56 Mütəxəssislər Qurbanovun taktikada Dolla uduzduğunu düşünmürlər 11-11-2019, 10:55 Bizimkilər susur, onlar danışır 11-11-2019, 10:52 Siyasət Əsgərov təcrübəsizliyi və səviyyə fərqini qabartdı 11-11-2019, 10:50 “Ən pis halda pley-offda oynamaqla vəsiqəni qazanmalıyıq” 11-11-2019, 10:48 Kiprin ən böyük idman qəzeti də Geyeni “seçdi” 11-11-2019, 10:47 Dadaşlinski hələ də Elxan Məmmədovu axtarır 8-11-2019, 20:07 Şəhriyarın şok açıqlamasına zəruri sözardı 8-11-2019, 20:06 BBBB… 8-11-2019, 12:41 “Keşlə” 13-cü turda “ASK Arena”ya qayıdacaq 8-11-2019, 12:40 Quba “Şahdağ”ı dağılmaq təhlükəsiylə üz-üzədi 8-11-2019, 12:37 Emil Balayev rəmzi komandada 8-11-2019, 12:35 Rəvan Həmzəzadə “Səbail”in qolunu “yedi” 8-11-2019, 12:32 “Maxi.az” “Sabah”ın akademiyasının sponsoru oldu 8-11-2019, 12:29 İntizam Komitəsi sərt üzünü göstərdi 6-11-2019, 12:25 Yığmamız erməniləri üstələyib “bürünc” qazandı 6-11-2019, 12:22 Mahir Şükürov iş üçün Elxan Məmmədova minnətçi düşüb 6-11-2019, 12:20 Güclü külək “Kapital Bank Arena”ya ziyan vurub 6-11-2019, 12:18 “Sumqayıt” itirdi, “Zirə” qazandı 6-11-2019, 12:15 Çempionatımızda yeni bəhanə: hava şəraiti futbol oynamağa qoymur! 6-11-2019, 12:08 “Sabah” əzmkar qələbə ilə uzun seriyaya son qoydu 6-11-2019, 12:05 İddialılar yola itkisiz davam edirlər 6-11-2019, 12:03 Heç-heçələr turu 6-11-2019, 12:01 “Əlincə”nin cəmi bir komandası qalıb… 6-11-2019, 11:58 APOEL heç-heçə, “F91 Düdelanj” darmadağın etdi 6-11-2019, 11:56 APOEL-də gərginlik davam edir 6-11-2019, 11:54 Mahirin zədəsi ciddidi, Nikosiyaya aparılmır 6-11-2019, 11:52 UEFA “Qarabağ”ı Stuxlikin həmyerlisinə tapşırdı 6-11-2019, 11:35 Rəşad Sadıqov “CBC Sport”a baş çəkib 6-11-2019, 11:33 “Neftçi İK” səhvini etiraf etdi və …hakimləri qınadı 5-11-2019, 15:05 Ağamirzənin “El Klasiko”ya aldığı bilet “yanıb” 5-11-2019, 14:59 MOİK-in baş məşqçisi kubokdan imtinanı səviyyə fərqi ilə əsaslandırdı 2-11-2019, 12:39 “Neftçi” TV dekabrda test yayına başlayacaq 2-11-2019, 12:37 Biləcəridəki bazanın taleyi ilin sonunda bilinəcək 2-11-2019, 12:35 Futbolumuzda “Sauthempton” nümunəsi yoxdu 2-11-2019, 12:32 Romero kollektiv məşqlərə qoşulub 2-11-2019, 12:28 Derbi dedik, mütəxəssislərin fikirləri haçalandı 2-11-2019, 12:19 “Kəpəz” darmadağını unutdurdu, “Neftçi-2” uzatma dəqiqəsində “yıxıldı” 2-11-2019, 12:15 MOİK-lə “Turan Tovuz” kubokdan imtina etdilər 2-11-2019, 12:13 Prosineçki bu dəfə də Beqoviçə dəvət göndərmədi 2-11-2019, 12:09 Futzal çempionatında kuryoz hadisə 2-11-2019, 11:58 AFFA Vaqif Davudovu get-gələ salıb 1-11-2019, 18:09 Danışma, Əfran, danışdıqca batırsan! 1-11-2019, 13:17 Samir Abasov heç bir klubdan təklif almayıb 1-11-2019, 13:15 Riad Rəfiyev yenə söz verdi 1-11-2019, 13:12 Rəhman Hacıyev paylaşım etdi, aləm bir-birinə dəydi 1-11-2019, 12:51 Zaur Axundov Alesioya inanır Bütün xəbərlər
Ən çox oxunanlar