28 okt 11:40gundem

Mütəxəssislər Rəşad Sadıqova sahib çıxdılar


Samir Musayev: “Qarabağ”da müdafiə yox, hücum problemi var”
Elşad Əhmədov: “Onun meydanda olması belə, bəzən bəs edir”
Ağasəlim Mircavadov: “Nikosiyadakı qarşılaşmada hava toplarına xüsusi diqqət yetirməliyik”

“Qarabağ” Avroliqqnın qrup mərhləsinin 3-cü turunda, doğma meydanda APOEL ilə heç-heçə etdi (2:2). Komanda hesabda önə keçsə də, müdafidəki səhvlər qələbə qazanmağa mane oldu. Qrupda ikincilik uğrunda əsas rəqibi məğlub edə bilməsək də, hələlik 4 xalla ikinci yerdəyik. Ancaq onu da nəzərə almaq lazımdı ki, növbəti turda ağdamlılar səfərdə APOEL ilə qarşılaşacaq. Təmsilçimiz növbəti mərhələ şansını yaxşılaşdırmaq üçün həmin oyunda da məğlub olmamalıdı. Həm “Tofiq Bəhramov”da qaçırılan qələbə, həm də bu rəqiblə səfərdə baş tutacaq oyunla bağlı mütəxəssislərin fikirlərini öyrəndik.
Samir Musayev: “Komandamız əslində pis oyun göstərmədi. Ancaq rəqib komanda çox istəkli idi. Standart vəziyyətlərdə bizi üstələdilər. “Qarabağ” isə çoxsaylı əlverişli fürsətlərdən yararlana bilmədi. Hesabda önə keçəndən sonra arxayınlıq yarandı deməzdim. Rəqib oyunçular Bakıya mütləq xal qazanmaq istəyi ilə gəlmişdilər. Çünki iki oyundan sonra xalları yox idi. Üstəlik, “Qarabağ”ı yaxşı tanıyırdılar. Çempionlar Liqasının təsnifat mərhələsində komandamızı mübarizədən kənarlaşdırmağı bacarmışdılar. Məncə, “Qarabağ”ın hələ də yaxşı şansları var. Üstəlik, “Qarabağ” səfərdə daha yaxşı oynayır. Düşünürəm ki, bu komandadan səfərdən alınacaq 1 xal da bizi qrupdan çıxara bilər... Rəşad Sadıqovun etdiyi səhvdən sonra ona “futbolu buraxsın” deyənlər oyunlara tamaşaçı kimi baxanlardı. Bunlar hamısı boş-boş söhbətlərdi. Oturub gözləyirlər ki, kimsə bir səhv etsin, dərhal başlasınlar “futbolu buraxsın” deməyə. Belə şey olur? Dünya çempionatının final mərhələsində 41 yaşında meydana çıxanlar var. Rəşad indiyə kimi bütün oyunlarda lazımi səviyyədə mübarizə aparıb. İndi nə oldu, bir səhv edən kimi futboldan getməlidi? Açığı, mən APOEL-ə qarşı oyunda müdafiəmizdə ciddi problem görmədim. Fikrimcə, “Qarabağ”da müdafiə yox, hücum problemi var. Ələ düşən imkanları qola çevirsəydik, bu gün heç kim müdafiə haqda danışmayacaqdı. Qol vura bilmirik deyə, hamı müdafiədən danışır. Halbuki əsas problem şanslardan istifadə edə bilməməkdi”.
Elşad Əhmədov: “Oyuna yaxşı başlamışdıq. İstədiyimiz qolu da vurduq. Ancaq təəssüflər olsun ki, hesabı qoruya bilmədik. Azərbaycan futbolunun “standart vəziyyət” bəlası davam edir. Standart vəziyyətlərdə nə etməliyik? Bunu artıq məşqçilər bilməlidi... Xüsusən sol cinahdan, Zubirin sayəsində təlükəli hücumlar qurmağa çalışırdıq. Ancaq adi epizoddan qol buraxdıq. Sonra da ikinci qol gəldi. Ümumiyyətə, bizdə bu adətdi. Bir səhv edən kimi zəncirvari gəlir. İkinci hissəyə də yaxşı başaldıq. Belə baxanda, heç-heçə məğlubiyyətdən yaxşıdı. Səfərdə “Qarabağ” daha yaxşı oynayır. İnanıram ki, istədiyimiz nəticəni qazanmaqda problem olmayacaq. Nikosiyadan xalla qayıtmaq mümkündü. Rəşad Sadıqova gəlincə, bu gün səhvinə görə tənqid olunur. Ancaq o, “Qarabağ” üçün faydalı oyunçudu. Onun meydanda olması belə, bəzən bəs edir. Hər kəs səhv edir. Bəli, həmin epizodda top Sadıqovun ayağına oturmadı, ancaq ondan öncə Aylton kobud səhvə yol vermişdi. Hər şeyə rəğmən, Rəşad “Qarabağ”a lazımdı. İnamıram ki, bu gün onu əvəzləyəcək oyunçu “Qarabağ”da olsun. Təbii ki, heç-heçəyə rəğmən, qrupdan çıxmaq şansımız var. APOEL-ə səfərdə uduzmasaq, çox iş görmüş olarıq”.
Ağasəlim Mircavadov: “Məncə, “Qarabağ” çox yaxşı oynadı. Üstünlük bizdə idi, kifayət qədər imkanlar da oldu. Çox heyif ki, epizdolardan maksimum istifadə də bilmədik. Düşünürəm ki, “Qarabağ” bu oyununu bir az da təkmilləşdirsə, səfərdə qalib gələcəyik. Rəqib Çempionlar Liqasında bizi məğlub edəndə burda çox ağıllı oynamışdı. Ancaq “Qarabağ” bu dəfə onları hərtərəfli üstələdi. Sözsüz, müəyyən səhvlər oldu. Müdafiədə mövqe səhvləri var idi. Amma vurduğumuz birinci qolun hazırlanması çox gözəl idi. Meydanın rəqibə aid hissəsində pressinq tətbiq etdik və topu qazandıq. Kintana isə böyük ustalıqla epizodu qola çevirdi. Heç-heçəyə rəğmən, yenə də hər şey “Qarabağ”ın öz əlindədi. Bu gün səhvsiz oynayan komanda yoxdu. Ümumiyyətlə, ideal komanda olmur. Təəssüf ki, bu səhvlərdən rəqib istifadə edə bildi. Nikosiyadakı qarşılaşmada hava toplarına xüsusi diqqət yetirməliyik. Rəqibin heyətində ucaboy oyunçular çoxdu. Bir dəfə onları səfərdə məğlub etmişik. Yenə də edə bilərik. “Qarabağ” APOEL-dən üstündü. Çempionatdakı növbəti iki oyunda da APOEL ilə səfər matçının hazırlıqları getməlidi. O ki qaldı Rəşad Sadıqovun səhv etməsinə, hamıda olur. Bizdə sanki qaydadı, kim bir səhv edirsə, dərhal başlayırıq. Səhv hər zaman ola bilər. Rəşadın səhvindən sonra, fikir verin, bütün komanda onu qucaqladı, ayağa qaldırdı. Belə şeylər çox önəmlidi. 1994-cü ildə, dünya çempionatının finalında Roberto Baco penaltini dəqiq yerinə yetirmədi. Bu səhv deyil? Olur belə şeylər. Əsas olan kollektivin buna reaksiyasıdı. Hələ də “Qarabağ”ın qrupdan çıxmaq şansı yüksəkdi”.
HƏSƏN QULUZADƏ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 14:13 Elnur Şıxəliyev AGİN və AMADA-nın dəstəyinə arxalanır 11-11-2019, 13:35 Zirvə iki gün ərzində ikinci dəfə "əl dəyişdirdi" 11-11-2019, 13:34 Təmkinin xanımı “Neftçi”nin azarkeşidi 11-11-2019, 11:06 “Qarabağ”da heç kim yaxasını kənara çəkməsin! 11-11-2019, 11:05 Emil Balayev Qazaxıstanda əlçatmazdı 11-11-2019, 11:04 Şəhriyar Məmmədyarov “Qarabağ” üçün hər şeyin bitdiyini düşünür 11-11-2019, 11:02 APOEL qələbəni öz ad gününə hədiyyə edib 11-11-2019, 10:59 “Qarabağ”dan izah gəldi 11-11-2019, 10:58 Yurçeviçin siyahısı sual doğurdu 11-11-2019, 10:56 Mütəxəssislər Qurbanovun taktikada Dolla uduzduğunu düşünmürlər 11-11-2019, 10:55 Bizimkilər susur, onlar danışır 11-11-2019, 10:52 Siyasət Əsgərov təcrübəsizliyi və səviyyə fərqini qabartdı 11-11-2019, 10:50 “Ən pis halda pley-offda oynamaqla vəsiqəni qazanmalıyıq” 11-11-2019, 10:48 Kiprin ən böyük idman qəzeti də Geyeni “seçdi” 11-11-2019, 10:47 Dadaşlinski hələ də Elxan Məmmədovu axtarır 8-11-2019, 20:07 Şəhriyarın şok açıqlamasına zəruri sözardı 8-11-2019, 20:06 BBBB… 8-11-2019, 12:41 “Keşlə” 13-cü turda “ASK Arena”ya qayıdacaq 8-11-2019, 12:40 Quba “Şahdağ”ı dağılmaq təhlükəsiylə üz-üzədi 8-11-2019, 12:37 Emil Balayev rəmzi komandada 8-11-2019, 12:35 Rəvan Həmzəzadə “Səbail”in qolunu “yedi” 8-11-2019, 12:32 “Maxi.az” “Sabah”ın akademiyasının sponsoru oldu 8-11-2019, 12:29 İntizam Komitəsi sərt üzünü göstərdi 6-11-2019, 12:25 Yığmamız erməniləri üstələyib “bürünc” qazandı 6-11-2019, 12:22 Mahir Şükürov iş üçün Elxan Məmmədova minnətçi düşüb 6-11-2019, 12:20 Güclü külək “Kapital Bank Arena”ya ziyan vurub 6-11-2019, 12:18 “Sumqayıt” itirdi, “Zirə” qazandı 6-11-2019, 12:15 Çempionatımızda yeni bəhanə: hava şəraiti futbol oynamağa qoymur! 6-11-2019, 12:08 “Sabah” əzmkar qələbə ilə uzun seriyaya son qoydu 6-11-2019, 12:05 İddialılar yola itkisiz davam edirlər 6-11-2019, 12:03 Heç-heçələr turu 6-11-2019, 12:01 “Əlincə”nin cəmi bir komandası qalıb… 6-11-2019, 11:58 APOEL heç-heçə, “F91 Düdelanj” darmadağın etdi 6-11-2019, 11:56 APOEL-də gərginlik davam edir 6-11-2019, 11:54 Mahirin zədəsi ciddidi, Nikosiyaya aparılmır 6-11-2019, 11:52 UEFA “Qarabağ”ı Stuxlikin həmyerlisinə tapşırdı 6-11-2019, 11:35 Rəşad Sadıqov “CBC Sport”a baş çəkib 6-11-2019, 11:33 “Neftçi İK” səhvini etiraf etdi və …hakimləri qınadı 5-11-2019, 15:05 Ağamirzənin “El Klasiko”ya aldığı bilet “yanıb” 5-11-2019, 14:59 MOİK-in baş məşqçisi kubokdan imtinanı səviyyə fərqi ilə əsaslandırdı 2-11-2019, 12:39 “Neftçi” TV dekabrda test yayına başlayacaq 2-11-2019, 12:37 Biləcəridəki bazanın taleyi ilin sonunda bilinəcək 2-11-2019, 12:35 Futbolumuzda “Sauthempton” nümunəsi yoxdu 2-11-2019, 12:32 Romero kollektiv məşqlərə qoşulub 2-11-2019, 12:28 Derbi dedik, mütəxəssislərin fikirləri haçalandı 2-11-2019, 12:19 “Kəpəz” darmadağını unutdurdu, “Neftçi-2” uzatma dəqiqəsində “yıxıldı” 2-11-2019, 12:15 MOİK-lə “Turan Tovuz” kubokdan imtina etdilər 2-11-2019, 12:13 Prosineçki bu dəfə də Beqoviçə dəvət göndərmədi 2-11-2019, 12:09 Futzal çempionatında kuryoz hadisə 2-11-2019, 11:58 AFFA Vaqif Davudovu get-gələ salıb 1-11-2019, 18:09 Danışma, Əfran, danışdıqca batırsan! 1-11-2019, 13:17 Samir Abasov heç bir klubdan təklif almayıb 1-11-2019, 13:15 Riad Rəfiyev yenə söz verdi 1-11-2019, 13:12 Rəhman Hacıyev paylaşım etdi, aləm bir-birinə dəydi 1-11-2019, 12:51 Zaur Axundov Alesioya inanır 1-11-2019, 12:49 Əl-Tamari ilə Joazinyo bağışlandı 1-11-2019, 12:47 “Sanderlend” Bəhlul Mustafazadəyə “elçi düşüb” Bütün xəbərlər
Ən çox oxunanlar