10 apr 22:49gundem

“Neftçi” azarkeşi dəyişiklik istəyir

“Neftçi” azarkeşi dəyişiklik istəyir
Tahir Quliyev: “Rəmzi heyətdə Mahmud Qurbanovun adı olmamalıydı”
Ən zəif mövsümünü keçirən “Neftçi”nin qışdan sonra özünə gələcəyi gözlənilirdi. Lakin hadisələrin axarı onu göstərir ki, 80 iliyini qeyd edən ölkənin bir nömrəli futbol brendi avrokuboklar zonasından uzaq qalmaq üzrədi. Halbuki mövsümün gedişində, daha doğrusu, birinci yarısında baş məşçi postuna gələn Elxan Abdullayev qışdan sonra öz komandasını formalaşdıracağını, hər şeyin yoluna düşəcəyini proqnozlaşdırmışdı. İndi isə durum fərqli şeyi göstərir: “Neftçi” Abdulayevin bizə söz verdiyi komanda deyil. Qışdan sonra 5 qələbə qazanan, 2 heç-heçə edən və 3 dəfə məğlub olan komanda yayda bizə Avropa həyəcanını yaşatmaya bilər. Nəzərə alaq ki, “ağ-qaralar” kubokda da mübarizəni “Qarabağ”a uduzmaqla yarımfinalda dayandırıb. Bu azmış kimi, Elxan Abdullayevin komandanın ən sadiq azarkeşləriylə münasibətləri də düyünə düşüb. Belə ki, ölkə kubokunun yarımfinalının “Qarabağ”la cavab görüşündən sonra futbol ictimaiyyəti tərəfindən yüksək mədəniyyət sahibi kimi qəbul olunan Elxan bəy onu istefaya səsləyən azarkeşləri “xuliqan” adlandırdı. Bu fikir isə xeyli ajiotaj doğurdu.
Dünən redaksiyamıza gələn, 30 ildən çoxdu “Neftçi” azarkeşi olan Tahir Quliyevə tribuna verdik. Tahir bəy öncə qış “transfer pəncərəsi”ndə reallaşdırılan transferlərdən danışdı: “Elxan Abdullayev demişdi ki, mən “Neftçi”yə yalnız öz komandamı qurandan sonra cavabdehəm. Yəni qışdan sonra. Şəxsən “Neftçi” azarkeşi kimi mənim buna heç bir narazılığım yox idi. O bildirmişdi ki, mənə nə sualınız varsa, qışdan sonra verə bilərsiz. “Bu komandanı mən yığmamışam, bu legionerlərdən xoşum gəlimir” – bunlar onun sözləridi. Qış gəldi, bəzi oyunçular göndərildi, xeyli futbolçu komandaya cəlb olundu. Qapıdan başqa, demək olar ki, bütün mövqelərə futbolçu cəlb olundu. “Neftçi”yə gələn oyunçularla gedənləri müqayisə etmək istəmirəm. Ona görə ki, bizdən Vançe Şikov kimi futbolçu gedib. Makedoniya yığmasının üzvü idi və ortabab Avropa klubunda oynaya bilərdi. Şikov Mitreski səviyyəsində oyunçu idi. Amma o, oynamadı, ya da məşqçi oynada bilmədi. Bu, fərqli mövzudu. Elə məşqçilər var ki, onlar “ölü” oyunçuları oynada bilirlər. Məsələn, Kaxaber Tsxadadze, Zaur Svanadze kimi gəldi, oynada bilirlər. Dahi məşqçi deyillər, amma hamı ilə bacara bilirlər. Lakin “Neftçi”də bunu nə Vəli Qasımov, nə də Elxan Abdulayev bacardı. Daha doğrusu, Abdulllayev haqda yanılmaq istəməzdim. 11-12 oyunla bir məşqçi haqda fikir yürütmək çətindi. Reallıq budu ki, “Neftçi”də çox adam oynaya bilmədi. Yeni transferlər isə pis deyil. Seqoviya çox yaxşı hücumçudu. Ötürmə alsın, qolunu vuracaq. Düzdü, “Sumqayıt”la oyunda boş qapıya düşə bilmədi. Lakin bu göstərici deyil. Barqas isə əladı. 2-3 futbolçunu keçib qol vurmaq, ötürmə etmək kimi keyfiyyətləri var. Namiq Ələsgərovnu çox vaxt ön sıralara çəkirlər. Yaxşı texnikaya malik cinah hücumçusu, daha dəqiq desək, hücumameyilli yarımmüdafiəçidi. O, cinahdan irəliləyib, mərkəz hücumçusuna ötürmə etməlidi. Namiq hər şeyi edir, amma özü vurur. Heç vaxt normal ötürmə vermir. Bu gün Levandovski və Suaresi belə çağırsaz, bu “Neftçi”də qol vura bilməz. Bu, birbaşa baş məqşçinin günahıdı. Çünki futbolçunu “cilalaya” bilmirlər. Ona deyə bilrmirlər ki, 2-3 futbolçunu aldatdın, bəsdi, mərkəzə ötürmə elə. Qışdan əvvəl komandada mərkəz hücumçusu yox idi, heç kimə ötürmə etmək lazım deyildi, hərə özünə oynayırdı. Axı indi hücumçu var. Seqoviya Namiqin yanındadı, amma ötürmə ala bilmir. Bu, “Neftçi”nin köhnə azarıdı”.
Stajlı azarkeşi hazırda komandada məğlubiyyətə dözümsuzlüyün olmadığını düşünür: “Neftçi”də son illər bir futbolçu var idi – Ruslan Qurbanov. O, məğlubiyyəti həzm edə bilmirdi, daim vuruşurdu. Əlindən nə gəlir, edirdi. Uduza bilməmək çox böyük şeydi. İndikilərdə isə idman prinsipi yoxdu. Bu xaraktersizlikdi. Errera çox yaxşı futbolçudu. Lakin o yalnız hər şeyi özü edir. Eynilə Cavid İmamverdiyev kimi. Əslində onlar yaxşı ötürmə verən olmalıdılar. Rəhman istedadlıdı. Yalnız yaxşı baş məşqçi lazımdı ki, top-səviyyəyə yüksəlsin. Araz və Elşən isə heç vaxt yüksələ bilməyəcəklər. Biri “Qarabağ”da itəcək, digəri “Qəbələ”də. Arazı “Qəbələ”yə limitə görə götürüblər. Qışda Ruslan Abışovu transfer ediblər. Yanılıblar. Çünki Ruslan zədəyəmeyilli futbolçudu. Onun əvəzinə Rasim Ramaldanovu alsaydılar, daha yaxşı olardı. Onun oyununu “Xəzər Lənkəran”da görmüşük. Navalovski yaxşı futbolçudu, amma bizdə də az məbləğ qarşılığında gələ biləcək oyunçular var idi. Ruslan Tağızadə, Arif Daşdəmirov... Az xərcləyib, onlardan birini almaq olardı. Məsələn, Arif həm sağda oynayır, həm solda. Həm də hücumlara yaxşı qoşula bilir. Amma mərkəzə Abışovun yerinə Ramaldanov alınmalıydı. Çünki o, can yandırır. Ruslan isə bu gün burdadı, sabah başqa yerdə. Mən onu “Xəzər Lənkəran”a gedəndə gördüm. Onun səmimiliyinə inanmıram”.
Quliyev düşünür ki, Elxan Abdullayev xarizmatik şəxsiyyət, yəni baş məşqçi deyil: “Elxan Abdullayev Ruslan Abdullayevin oğludu. O, “Neftçi” azarkeşlərini belə alçaltmamalı idi. Kim istəsə, bunu deyərdi, amma Elxan bunu etməməliydi. Həmin azarakeşlər son pullarına kimi biletə xərcləyir, soyuğa, istiyə baxmayaraq stadionlara gedirlər. Bu adamları azarkeş saymamaq ayıbdı. Bunun adı yoxdu. Onu təmkinli, tərbiyəli biri bilirdim. “İstefa” qışqırmağa hamının ixtiyarı var. Xoşum gəlmir, əcəb edirəm, “istefa” qışqırıram. Ona görə ki, sən oyununla nəyisə sübut etmirsən. Halbuki sən Avropa səviyyəli futbolçular götürmüsən. Öz istədiklərini komandaya yığmısan. Oynaya bilmirlərsə, öz günahındı. Hər bir məşqçinin xarizması olmalıdı. “Neftçi” bu gün “Qəbələ” və “Qarabağ”ı çıxmaq şərti ilə heç kimə uduzmamalıdı. Hətta udmalıdı, özü də böyük hesabla. Deməli, Elxan Abdullayevin xarizması çatışmır. 80 illiyi kənara qoyuram. Axı komandanın xarizması, adı, heyəti, büdcəsi başqalarından yaxşdı. Elxan Abdullayevə etirazım “Neftçi”nin uduzmasıdı”.
Fanat “Neftçi”nin uduzmasını ayıb sayır: “Elxan Abdullayev deyir ki, bura məni göndəriblər, yanılır. Bu, xalqın komandasıdı. Mənim, sənin və başqalarının. “Xəzər Lənkəran”ı Mais Mənsimovla, “Qəbələ”ni Tale Heydərovla əlaqələndirirdilərsə, “Neftçi”ni xalqla əlaqələndirirlər. Məşqçi bacarmalı və bacarmadıqlarını təhlil etməlidi. Mübariz Mənsimov deyirdi ki, futbolçu olmayacaq, eşşək ferması açacam. Amma “Neftçi” neft pulları ilə dolanır. Hansı ki, bu neft xalqındı. Öz oyununu 10 oyundan sonra təhlil edə bilmirənsə, günah səndədi. Səni işləməyə qoymurlarsa, çıx, ictimaiyyəti məlumatlandır. Biz də bilək, məsələ nədi. Amma belə deyil axı”.
Tahir bəy komandanın avrokuboklardan kənarda qalmasını fiasko sayır: “Bu, böyük biabırçılıq olacaq. “Neftçi” ölkənin 4 klubundan biri deyilsə, onda danışmağa dəyməz. Fasilədə hər kəs klubdan getməli, heyət tam dəyişməlidi. Bu, 80 illiklə əlaqəli deyil. Rəhbərlik də dəyişməlidi. Klubun strukturu tam dəyişməlidi. Tahir Süleymanovun vaxtında klubun büdcəsi yüksək idi, indi isə azdı. Futbolçu da ona uyğun pula oynayır. Folprextlə Dreksaya “elçi düşüblər”. Bu futbolçular artıq düşünür ki, “Neftçi”də onları nəsə qane etməsə, sabah başqa yerə gedib, pulunu alacaqlar. İndi hamı vaxt keçirir. Araz da, Elşən də bunu edirdi. Oynamaq istəyən “Sumqayıt” kimi olar. “Neftçi” “Kəpəz”i udmasa, Elxan Abdullayev Bakıya qayıtmasın. Qayıtsın, başqa avtobusla və getsin ailəsinin yanına. Onun “Neftçi” ilə birgə olması biabırçılıq olar. Ona özüm “istefa” qışqıraram. Müşahidə Şurası ilə baş məşqçi arasında əlaqə olmalıdı. Ancaq məşqçinin işinə qarışmaq doğru deyil. “Neftçi”nin rəhbərliyinə futboldan anlayışı olan idarəçilər gəlməlidi... “Neftçi”nin 80 illiyi ilə bağlı rəmzi heyət hazırlamışdılar. Amma orda Mahmud Qurbanovun adı olmamalıydı. Qurbanov Ağasəlim Mircavadov və Emin Quliyevlə birgə “Neftçi”ni dağıdanlardan olub. Hətta Zaur Tağızadəni də çağırırdılar. Pula şirnikləşib getdilər. Tağızadə isə getmədi”.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 20:32 Türk oğlu türkəm, kürd oğlü kürdəm, ləzgi oğlu ləzgiyəm, talış oğlu talışam! Dünən, 20:31 BƏM-dəki ziyafətə 100 mindən artıq xərc çəkilib? Dünən, 20:29 Məşqçilər qədər Abışovla Barqas da günahkardı Dünən, 20:27 “Bakılı” “Səbail”i yenməyə köklənib Dünən, 20:26 “Energetik” həkimin ümidinə qalıb Dünən, 20:23 Svanadze: "Məni yox, amma uşaqları istəyən komandalar var" Dünən, 20:18 “Qol yağışı” "gümüş" və "bürünc" medalçıları müəyyənləşdirdi Dünən, 20:09 İslamiada xəbərləri Dünən, 20:07 Azərbaycan derbisində yenə “sülh” Dünən, 20:05 Kseniya “Beşiktaş”la sevindi Dünən, 20:04 Dadaşov məyus oldu Dünən, 20:02 Lider büdrədi, ancaq yıxılmadı Dünən, 20:00 Qapıçılar üçün A kateqoriyalı kurs Dünən, 19:50 Ağdamın tanınmışları Gözəllə razılaşmadı Dünən, 19:49 Nadir Qasımov “Bakılı”dan ayrılıb Dünən, 19:47 Elxan Məmmədov çempionu mükafatlandırdı Dünən, 19:43 AZAL “Zirə”yə təslim olacaq? Dünən, 19:42 Qızlar qayıtdı, oğlanlar getdi Dünən, 19:40 “Forza Neftçi” “Qarabağ”la oyuna getməyəcək Dünən, 19:38 Rekordla uzlaşmayan biabırçı səhv Dünən, 19:35 Gümüş “Qəbələ”nin, bürünc “İnter”in oldu 25-04-2017, 01:08 “Neftçi”nin dünənki və 8 il sonrakı biabırçılığı 25-04-2017, 01:03 Abdulbari Gözəl: “Bizi artıq ölkə daxilindəki qələbələr qane etmir” 25-04-2017, 01:01 Çempion “Sumqayıt”ın arzusunu puç etdi 25-04-2017, 00:57 Qurban Qurbanov mükafatlandırmaya çıxmadı 25-04-2017, 00:55 "Kəpəz" şansını son tura saxladı 25-04-2017, 00:52 “Gümüş” üçün məğlubiyyət də yetər, təki... 25-04-2017, 00:50 Çingiz Abdullayevə xatırlatma 25-04-2017, 00:49 “Zaqatala” Şaban Şirdanovla vidalaşdı, futbolçular istirahətə buraxıldı 25-04-2017, 00:47 Nazarov rekordun astanasındadı 25-04-2017, 00:46 Yalnız “Qarabağ” qol vurdu və zirvəni ələ keçirdi 24-04-2017, 18:54 Prosineçki Kamran Ağayevə görə jurnalistləri günahlandırdı 24-04-2017, 18:41 Yığmanın uzunmüddətli toplanışa ehtiyacı var? 24-04-2017, 18:39 Şəhriyar Şəmkirdə ağalıq edir 24-04-2017, 18:34 “Neftçi” muzeyini və fanşopunu açdı 24-04-2017, 18:33 “Neftçi”nin bazası ilin sonunda hazır olacaq 24-04-2017, 18:31 Rövnəq Abdullayev “Səbail”lə bağlı sualı cavabsız qoydu 24-04-2017, 18:29 U-17 ikinci oldu 24-04-2017, 18:20 Ölkə çempionu AÇ-də 25-ci yeri tutdu 24-04-2017, 18:19 Elxan Məmmədov 35 yaşında Avropa çempionu oldu 24-04-2017, 18:17 İsraildə növbəti qələbə 24-04-2017, 18:12 Xəzərdən su səyahəti Mingəçevirə çatdı 24-04-2017, 18:10 Sumoçulardan dörd medal 24-04-2017, 18:09 Zaur Kutaisidə sevindi 24-04-2017, 16:02 “İnter” lideri dəyişə bilər 24-04-2017, 16:01 Bombardirlik uğrunda mübarizənin son pərdəsi 24-04-2017, 16:00 “Neftçi” “Zirə” kabusunu qıra biləcəkmi? 24-04-2017, 15:58 Çempionluq kuboku “Bakcell Arena”da verilsəydi... 24-04-2017, 15:57 "CBC Sport" Qətərlə oyunu göstərəcək 24-04-2017, 15:56 İlham Əzizzadə yığmanın planlarını açıqladı 24-04-2017, 15:53 Futbolçular MOİK-dən Rəşad Quliyevin göstərişinə əsasən qovulub 24-04-2017, 15:52 “Səbail”in “İnter”lə birləşməsi mümkünsüzdü 24-04-2017, 15:50 “Şəmkir” rəhbərliyinin 400 min manatdan çox xərci çıxıb 24-04-2017, 15:49 Çempion büdrədi, “Şəmkir”lə “Zaqatala” mükafat yarışından qopdu 24-04-2017, 15:47 Qaçırılan və təyin olunmayan penalti, son saniyələrdə sevinən debütant 24-04-2017, 15:44 Qriqorçukun Latviya millisinə keçidinə “Qəbələ”də milyon qazanması mane olub? 24-04-2017, 15:42 Putinin dostunun köməkçisi “Futbol+”ə danışdı Bütün xəbərlər
Ən çox oxunanlar