11 okt 13:01gundem

Veteranlar Oqtay Abdullayevə görə yığışdı


“Kim istəsə, “Kapital Bank”da olan hesabımı yoxlaya bilər”
Dünən “Neftçi”nin Azadlıq prospektindəki “köhnə bazası”nda yenə qələbəlik idi. Ötən əsrin 60-70-80-ci illərində “ağ-qaralar”ın şərəfini qoruyan, müstəqillik illərində ölkə futboluna damğasını vuran futbol veteranları bir araya gələrək Veteranlar İttifaqının toplantısında iştirak edirdilər. Görüşdə kimlər yox idi?!
1966-cı ildə flaqmanın heyətində SSRİ çempionatının bürünc medalını qazanan Kazbek Tuayev, 1986-da SSRİ-nin ən yaxşı 33 futbolçusu arasına düşməyi bacaran Maşallah Əhmədov, “xalq komandası”nın müasir futbol termini ilə desək, idman direktoru olmuş Çingiz İsmayılov, 80-ci illərin “Neftçi”sinin əvəzolunmaz simaları Şakir Qəribov, Səməd Qurbanov, Rafiq Mirzəyev, Nadiq Qasımov, orta nəslin kumirləri olan Yunis Hüseynov, Hüseyn Məhəmmədov, Ramiz Məmmədov, Mahmud Qurbanov, Zaur Ramazanov, Emin Quliyev, klub funksioneri kimi çoxlarının rəğbətini qazanmış “Bakı”nın icraçı direktoru Yaşar Seyidov və adını çəkmədiyimiz bir çox tanınmışlar bazanın akt zalında bir araya gəlmişdilər ki, sanki 100 ildən artıq yaşı olan Azərbaycan futbolunun muzeyində özünə layiqli yer tuta biləcək canlı eksponatlarla bir aradaydım. Tədbirin əsas mövzusu isə yeni təşkilat - Azərbaycan Futbol İctimaiyyətinin Azad Həmkarlar İttifaqının sədri Nazim Süleymanovun Veteranlar İttifaqının sədri Oqtay Abdullayevin ünvanına səsləndirdiyi fikirlər idi. Qısaca xatırladaq ki, Süleymanov bugünlərdə rekord.az saytına verdiyi açıqlamada Oqtay bəyi maliyyə yeyintisində ittiham etmişdi: “AFFA-ya çömçə tutmaqla dövlət tərəfindən hər il futbol veteranlarına ayrılan 230-250 min manat vəsaitin başına daş salmağın yolunu Oqtay Abdullayevdən yaxşı bilən yoxdu. Bu azmış kimi, “Turan Tovuz” klubunun Müşahidə Şurasının sədri, “Neftçi” baza”nın direktoru, Tələbə Futbol Federasiyasının vitse-prezidenti kimi vəzifələr də Oqtay Abdullayevin şəxsi mülkiyyətindədi. Bu adam Veteranlar İttifaqı ilə Həmkarlar İttifaqının fərqinin nədən ibarət olduğunu bilsə də, başındakı çay və siqaret puluna ehtiyacı olanlardan istifadə edərək, AFFA Həmkarlar İttifaqanının işinə kölgə salmaq, getdiyi yollara daş dığırlamaqla məşğuldu. Məşhur tamaşada deyildiyi kimi, niyə soruşan yoxdu ki, axı bu Dadaşov kimdi?”
Saat 16.00-da başlayan görüşdə öncə Oqtay Abdullayev çıxış etdi: “Artıq neçə vaxtdı Nazim Süleymanov mediada çıxış edərək hamının ünvanına söz atır. Bugünlərdə isə Veteranlar İttifaqının, o cümlədən mənim barəmdə yalan fikirlər səsləndirib. Nazimə veteran futbolçu kimi hər zaman böyük hörmətim olub. Hamınız bilirsiz ki, bu yaxınlarda Veteranlar İttifaqının toplantısı keçirildi. Həmin tədbirdə o da iştirak edirdi. Toplantının sonunda zala müraciət edərək kimin nə sözü, irad və ya təklifi olduğunu soruşdum. Heç kim heç nə demədi. Mən səsvermə yolu ilə bu posta gəlmişəm. Süleymanovun iradı və ya başqa sözü var idisə, orda deyə bilərdi. Nazim açıqlamasında deyib ki, Oqtay 4 vəzifədə çalışır. Əvvəla onu bildirim ki, mən 4 yox, 5 yerdə işləyirəm. Tələbə Futbol Federasiyasında, Həvəskarlar Liqasının İcraiyyə Komitəsində təmsil olunduğuma görə Veteranlar İttifaqının sədri kimi maaş almıram. Bunlar ictimai əsaslarla olan işdi. Hazırda bir araya gəldiyimiz idman kompleksinin rəhbəri və “Turan Tovuz”un Müşahidə Şurasının sədri kimi isə müəyyən olunmuş ştata uyğun əməkhaqqı alıram. 4 il öncə AFFA rəhbərliyinin qərarı ilə Tovuz təmsilçisinin rəhbərliyinə dəvət olundum və işimlə nəyə qadir olduğumu ortaya qoydum. Mən həmin kluba getdiyim ilk ildə komanda birinci dəstədə çempion oldu. Yenə deyirəm, Nazimə veteran futbolçu kimi böyük hörmətim var, onun ölkə futbolunda xidmətini danmaq olmaz. Ancaq demək ki, bəzi veteranlar Nazimin görə iş tapıblar, çörək sahibi olublar, bu artıq heç bir çərçivəyə sığmır. AFFA kimə iş təklif edibsə, o da işləyir. O nədən şikayətçi olduğunu özü də bilmir. Məşqçi kimi Nazimə şans veriblər. Hansı məşqçini işindən uzaqlaşdırırlar? Ya o mütəxəssis işinin öhdəsindən gəlmir, ya da qara işlərlə məşğul olur. Niyə Qurban Qurbanov neçə illərdi öz işindədi? Çünki komandasını uğura daşıya bilir. Nazim yeni təşkilatı yaradanda mən Moskvadaydım. O mənimlə əlaqə saxlayıb, “sən bizim ağsaqqalımızsan” dedi. Mən də öz növbəmdə “gəlim məsləhətləşək, sənə köməyim dəyər, lazım olan işlərdə yardımçı olaram” söylədim. “Heç nə lazım deyil” deyib, işini gördü. Onun nədənsə gileyi var idisə, vaxtında konfransda və ya ikili görüşdə mənə deyərdi. Süleymanovu bütün xarici səfərlərə aparmışam. Yubileyi olan ili mənə müraciət etdi ki, veteranların Şimali Osetiyaya səfərini təşkil etmək lazımdı. Yenə yanında oldum. Bütün bunların qarşılığı bu idi? Məşhur filmdə bir epizodu xatırlamaq istəyirəm: “vaxt var idi, Əlişə atam deyirdin, indi nə oldu?” Açıqlamasında bildirib ki, Oqtay 250 min manat yeyib. Hər şey sənədlərdə əksini tapıb. Kim istəsə, “Kapital Bank”da olan hesabımı yoxlaya bilər. Onda görərlər ki, ayrılan vəsait hara sərf olunub. Onu da qeyd edim ki, məbləğ 200 min manata yaxındı. Həmin vəsait veteranların təqaüdünə, xeyir-şər işlərinə, turnirlərə sərf olunub. Bu yaxinlarda Asif Əliyevin əməliyyatına AFFA 8 min manat pul köçürdü. Asif özü də burdadı. Həmin məbləğ hesabdan hesaba köçürülüb. Nazimə münasibətim həmişə yaxşı olub. Ancaq başa düşə bilmirəm ki, məndən, bizdən nə istəyir? Məndən soruşurlar ki, Süleymanovun təsis etdiyi yeni təşkilatın konfransına dəvət olunmuşdun? Məni dəvət etməyiblərsə, ora necə gedə bilərəm? Mənim kimi başqa vetaran futbolçular da yada düşməyib. Bütün bunlar biz futbol veteranlarını ictimaiyyət arasında pis vəziyyətə salır, hamı bizə gülür. Çox maraqlıdı ki, bu günə qədər o heç nə demirdi. Ancaq indi danışmağa başlayıb. Açıqlamasında Səmədağa Şıxlarovu misal çəkir, onun həndbolda çalışmasını biabırçılıq adlandırır. İndi mən sual verim: sən Nazim məşqçi işlədiyin dönəmlərdə niyə Şıxlarovu yanına dəvət etmirdin? O həmin vaxt da işsiz idi. Qoy bu suala cavab versin. Bugünkü görüşdən əvvəl Səmədağanı aradım. Dedilər ki, ölkədə yoxdu. Novruz Əzimova zəng vurdum və tədbir barədə məlumatlandırıb dəvət etdim. Vaxt tapacağı halda gələcəyini dedi, ancaq gəlmədi. Bunlar bizimlə açıq görüşdən, üz-üzə gəlməkdən çəkinirlər. Niyə? Nazim yaxşı futbolçu olub, ancaq ən vacibi yaxşı insan olmaqdı. Sabah Elxan Məmmədov onu çağırıb Bernard Lipertə köməkçi olmağı təklif etsə, guya razı olmayacaq? Qaça-qaça gedəcək. İndi veteran futbolçuları nədəsə ittiham edir. Nazimin bədbəxtçiliyi ondadı ki, düzgün yola yönəlməyib”.
Veteranlar İttifaqının sədrinin ardınca Şakir Qəribov, Maşallah Əhmədov, Kazbek Tuayev, Çingiz İsmayılov, Ramız Məmmədov, Hüseyn Məhəmmədov çıxış edərək Süleymanovu veteranlar və ittifaq rəhbəri barədə səsləndirdiyi fikirlərə görə qınadılar. Tuayev Heydər Əliyevin Naxçıvandan Bakıya dönüşünü yada salaraq bunları dedi: “Məlum hadisələrin fonunda ulu öndər Bakıya dönəndə çoxları ona yaxınlaşaraq, üzgörənlik edirdi. Bir çoxları özünü yaxşı göstərmək üçün kimlərdənsə şikayət edir, həmin şəxslərin vaxtilə Əliyevin arxasınca danışdığını söyləyirdi. Ulu öndər həmin vaxt yaltaqlara bir söz dedi: “it hürər, karvan keçər”. İndi kimin nə deməsindən asılı olmayaraq, Veteranlar İttifaqı işini davam etdirməli, Oqtay Abdullayev də quruma rəhbərlik etməlidi. Çünki onun necə işlədiyini, veteranlar üçün nələr etdiyini hamımız yaxşı bilirik”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
15-11-2019, 13:09 AFFA gecikdi, “Albasete” Eddini buraxmadı 15-11-2019, 13:08 Dadaşlinski Elxan Məmmədova görə ya AFFA-ya, ya da özünə müraciət etməlidi 15-11-2019, 13:07 Samir Abasov İspaniyaya gedir 15-11-2019, 13:03 Giqqz Yurçeviçi qabaqlayacaq, Uelsin itkiləri artır 15-11-2019, 13:02 Emil Balayev mövsümün rəmzi komandasında yer aldı 15-11-2019, 13:00 Bizimkilər yatır, lüksemburqlular axtarır 15-11-2019, 12:59 Ölkə kubokunun yeni mövsümünün püşkü atıldı 15-11-2019, 12:55 “Neftçi” İK də “Araz”ın seriyasını qıra bilmədi 15-11-2019, 12:53 Bir oyunda 18 qol vuruldu 15-11-2019, 12:50 “Mil”in stadion problemi yoluna qoyuldu 15-11-2019, 12:48 Elxan Məmmədovla Firuz Abdulla AFFA-nı gülüş hədəfinə çevirib! 13-11-2019, 11:36 Pedro Enrike “Qarabağ”a qayıda bilər 13-11-2019, 11:34 “İmarət” yubileyini Ağdamda qeyd edəcək 13-11-2019, 11:30 Bordin komandasının məğlubiyyətə layiq olduğunu söylədi 13-11-2019, 11:27 “Keşlə” “Neftçi” ilə yerini dəyişdi 13-11-2019, 11:25 “Qarabağ”: son 4 oyunda 3-cü heç-heçə 13-11-2019, 11:22 “Səbail”i Qəbələdə əzdilər 13-11-2019, 11:18 Emil Balayev əla başladı, pis bitirdi 13-11-2019, 11:16 “Qəbələ” jurnalistləri bir araya gətirdi 13-11-2019, 11:13 Sürprizlər turu 13-11-2019, 11:11 Moldovanın qapıçısı yığmamızı iki dəfə məyus etdi 13-11-2019, 11:07 "6 xallıq oyun”da sumqayıtlılar sevindi 13-11-2019, 11:04 Çempionluq Zaur Axundovun ağlından keçmir 12-11-2019, 14:13 Elnur Şıxəliyev AGİN və AMADA-nın dəstəyinə arxalanır 11-11-2019, 13:35 Zirvə iki gün ərzində ikinci dəfə "əl dəyişdirdi" 11-11-2019, 13:34 Təmkinin xanımı “Neftçi”nin azarkeşidi 11-11-2019, 11:06 “Qarabağ”da heç kim yaxasını kənara çəkməsin! 11-11-2019, 11:05 Emil Balayev Qazaxıstanda əlçatmazdı 11-11-2019, 11:04 Şəhriyar Məmmədyarov “Qarabağ” üçün hər şeyin bitdiyini düşünür 11-11-2019, 11:02 APOEL qələbəni öz ad gününə hədiyyə edib 11-11-2019, 10:59 “Qarabağ”dan izah gəldi 11-11-2019, 10:58 Yurçeviçin siyahısı sual doğurdu 11-11-2019, 10:56 Mütəxəssislər Qurbanovun taktikada Dolla uduzduğunu düşünmürlər 11-11-2019, 10:55 Bizimkilər susur, onlar danışır 11-11-2019, 10:52 Siyasət Əsgərov təcrübəsizliyi və səviyyə fərqini qabartdı 11-11-2019, 10:50 “Ən pis halda pley-offda oynamaqla vəsiqəni qazanmalıyıq” 11-11-2019, 10:48 Kiprin ən böyük idman qəzeti də Geyeni “seçdi” 11-11-2019, 10:47 Dadaşlinski hələ də Elxan Məmmədovu axtarır 8-11-2019, 20:07 Şəhriyarın şok açıqlamasına zəruri sözardı 8-11-2019, 20:06 BBBB… 8-11-2019, 12:41 “Keşlə” 13-cü turda “ASK Arena”ya qayıdacaq 8-11-2019, 12:40 Quba “Şahdağ”ı dağılmaq təhlükəsiylə üz-üzədi 8-11-2019, 12:37 Emil Balayev rəmzi komandada 8-11-2019, 12:35 Rəvan Həmzəzadə “Səbail”in qolunu “yedi” 8-11-2019, 12:32 “Maxi.az” “Sabah”ın akademiyasının sponsoru oldu 8-11-2019, 12:29 İntizam Komitəsi sərt üzünü göstərdi 6-11-2019, 12:25 Yığmamız erməniləri üstələyib “bürünc” qazandı 6-11-2019, 12:22 Mahir Şükürov iş üçün Elxan Məmmədova minnətçi düşüb 6-11-2019, 12:20 Güclü külək “Kapital Bank Arena”ya ziyan vurub 6-11-2019, 12:18 “Sumqayıt” itirdi, “Zirə” qazandı 6-11-2019, 12:15 Çempionatımızda yeni bəhanə: hava şəraiti futbol oynamağa qoymur! 6-11-2019, 12:08 “Sabah” əzmkar qələbə ilə uzun seriyaya son qoydu 6-11-2019, 12:05 İddialılar yola itkisiz davam edirlər 6-11-2019, 12:03 Heç-heçələr turu 6-11-2019, 12:01 “Əlincə”nin cəmi bir komandası qalıb… 6-11-2019, 11:58 APOEL heç-heçə, “F91 Düdelanj” darmadağın etdi 6-11-2019, 11:56 APOEL-də gərginlik davam edir Bütün xəbərlər
Ən çox oxunanlar