17 sen 13:58gundem

Elşad Əhmədov istefa verib, müşavir oldu


“Oynamırlarsa, deməli, yaxşı işləməmişəm, fiziki hazırlıq aşağıdısa, yenə mənəm cavabdeh...”
Yay transfer bazarının ən fəallarından, bəlkə də ən fəalı olan “Sabah”ın çempionatda fırtına qoparacağına ümid edənlər gümanında yanıldı. Yetərincə yaxşı heyətə malik “tələbələr” ilk 4 oyunda cəmi 2 xal toplayıb ki, bu da 8 komanda arasında ən zəif göstəricidi.
Xüsusən mövsümün ən zəifi gözündə görülən “Qəbələ”yə doğma azarkeşləri önündəki məğlubiyyət komandaya azarkeşlik edənlərin səbr kasasını daşırdı. Gözləmək olardı ki, oyunsonrası mətbuat konfransında baş məşqçi Elşad Əhmədov istefa qərarını açıqlayacaq. Lakin o bunu etmədi, rəhbərliklə görüşü işarə verdi. Dünən isə…
Klub saytının yaydığı xəbərdə Elşad Əhmədovun baş məşqçi postundan ayrıldığı bildirildi. Lakin o, klubdakı fəaliyyətini davam etdirəcək. Xəbərdə deyilir: “Sabah” Futbol Klubunun baş məşqçi postunda dəyişiklik edilib. Əsas komandamızın baş məşqçisi Elşad Əhmədov bundan sonra klub prezidentinin müşaviri vəzifəsini yerinə yetirəcək. Qərar klub rəhbərliyi ilə təcrübəli mütəxəssis arasında qarşılıqlı razılıq əsasında qəbul olunub. Ötən mövsüm premyer-iqada debüt edən “Sabah”ın formalaşmasında, komandanın qurulmasında böyük əməyi olan Elşad Əhmədovun mütəxəssis kimi bilik və bacarığına klubun inkişafında ehtiyac var.
Əsas komandanın baş məşqçi postu müvəqqəti olaraq əvəzedici komandamızın baş məşqçisi Rövşən Babayevə həvalə olunub. Yaxın günlərdə klubumuzun Müşahidə Şurasının növbədənkənar iclası keçiriləcək. İclasda komandanın son nəticələri müzakirə edilməklə yanaşı, yeni baş məşqçinin təyinatı məsələsinə də baxılacaq. “Sabah” Futbol Klubu bizi dəstəkləyən bütün azarkeşlərə, sponsorlara təşəkkür edir. Hesab edirik ki, “Sabah” daha uğurlu çıxış etmək və nəticələrini yaxşılaşdırmaq üçün yaxşı potensiala malikdi”.
Qərarın baş məşqçi, yoxsa klub rəhbərliyi tərəfindən verildiyini, eləcə də komandanın qələbəyə həsrət qalmasının səbəbini öyrənmək üçün səbəbkarla danışmaq yerinə düşərdi. Həmişə mətbuata açıq olması ilə seçilən Əhmədov bu dəaə də səmimiliyini nümayiş etdirdi: “Düzünü desəm, oyundan dərhal sonra istefa vermək istəyirdim. Lakin klub rəhbərliyi ilə danışmadan bunu etmədim. Hər halda, yazılmamış etik qaydalar var, onlara əməl etməliyik. Bu gün rəhbərliklə görüşən kimi getmək istədiyimi diqqətə çatdırdım, sağ olsunlar, anlayışla qarşıladılar. Nəyisə dəyişməsən, iş düz getməz. Klub rəhbərliyinin gördüyü işlər, çəkilən əziyyət göz qabağındadı. 4 oyuna 2 xal toplayıb sonuncu pillədə qərarlaşmaq mənim üçün çox ayıbdı. Problemləri kimdəsə axtarmaqdansa, birinci mən getsəm, yaxşıydı. Günahı özümdə görürəm. Futbolçuda nə günah görə bilərəm axı? Oynamırlarsa, deməli, yaxşı işləməmişəm, fiziki hazırlıq aşağıdısa, yenə mənəm cavabdeh, qapıya düzgün zərbə vura bilmirlərsə, yaxşı işləməmişəm. Ona görə də günah sahibi özüməm. Heç bir pərdəarxası olaydan söhbət gedə bilməz. Bunu heç ağlımın ucundan da keçirmirəm. Köməkçilərin komandadakı işini davam etdirəcək. Yalnız Səttar Əliyev getmək istədiyini bildirdi və onunla yollar ayrıldı. O ki qaldı müşavir postunda, komandanın qurulmasında, formalaşmasında az da olsa, zəhmətimiz olub. Maqsud müəllim sağ olsun (“Sabah”ın prezidenti Maqsud Adıgözəlov - H.), əziyyətimi yerə vurmadı, yanında olmasını təklif etdi. Kaş bütün klublarda Maqsud müəllim kimi insanlar işləsin. Müşavir postunu tutsam da, hansısa qərarlar zamanı fikrim dinləniləcək. Müşavir o demək deyil ki, bütün gün ofisdə oturub, bayıra çıxmayacam. Ətraflı danışandan sonra konkret hansı işlər görəcəyim dəqiqləşəcək. Yeni baş məşqçinin təyinatı zamanı yəqin ki, mənim fikrim də əsas tutulacaq”.
Məlum qərardan sonra cavabsız qalan sual yeni baş məşqçinin kimliyi və milliyyətidi. “Sabah”ın siyasətini, yəni daha çox yerli məşqçi və futbolçulara etimad göstərdiyini nəzərə alsaq, vakant qalmış posta azərbaycanlı mütəxəssisin təyin olunacağı ağlabatandı. Lakin kim? Bu sualın cavabını yaxın günlərdə biləcəyik. Vaxtilə ölkəmizdə çalışmış əcnəbi məşqçilərdən birinin adını eşitsək, təəccüblənməyəcəyik.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 13:24 UEFA “dron olayı”na bu gün baxacaq Dünən, 13:22 AFFA piketin keçiriləcəyindən xəbərdar imiş Dünən, 13:20 Xaymeylə Mahir kollektiv məşqlərə qoşulublar Dünən, 13:17 APOEL ilə oyunun biletləri satışa çıxarıldı Dünən, 13:12 Azər Bağırov “Turan Tovuz”u yarıyolda qoyub getmək istəmirmiş Dünən, 13:07 “Turan Tovuz”un yeni baş məşqçisinin adı bu həftə bilinəcək Dünən, 13:01 Anar Salmanovla Əfqan Həmzəyev bir-birinə “girdi” Dünən, 12:58 “Uels və Slovakiyanı təəccübləndirməyə çalışacağıq” Dünən, 12:56 Lustrinelli heç-heçəyə də razı imiş… Dünən, 12:48 UEFA klublarımızı sevindirdi Dünən, 12:46 Region Liqasının yeni mövsümünün püşkü atılacaq Dünən, 12:44 U-21 yaxşı oynasa da, uduzdu Dünən, 12:41 “İmarət” etiraz edir Dünən, 12:39 “Araz”ın üzvləri azarkeşlərdən dəstək istədilər Dünən, 12:35 Dörd iranlı futzalçı “milliləşdirildi” Dünən, 12:27 AFFA Zaur Axundova 6 milyondan artıq pul ayırıb! 16-10-2019, 11:59 Şok, şok, şok: Hollandiyanın Bakıdakı səfirliyi önündə piket keçirildi! 16-10-2019, 11:58 İranlı futzalçılara da Fransa səfirliyi problem yaradıb 16-10-2019, 11:57 Hacı Əliyev medalsız qaldı 16-10-2019, 11:56 Aydın Süleymanlı Hindistanda dünya çempionu oldu 16-10-2019, 11:53 Tahir Süleymanov hakim səhvinə siyasi şərh verdi 16-10-2019, 11:52 Macarıstan mətbuatı da sayılmayan qoldan yazır 16-10-2019, 11:46 Azər Bağırov Tovuzu Qəbələyə dəyişdi 16-10-2019, 11:44 Yurçeviç: “Macarıstanlı jurnalistlər təmiz qolumuzun verilmədiyini bildirirlər” 16-10-2019, 11:43 Son ümidlər Dunayın sahillərində batdı 16-10-2019, 11:39 Yığma üzvlərinin qiymətləndirməsi 16-10-2019, 11:37 Vüqar Əsgərli uğursuzluğu rəqiblərin gücünə “bağladı” 16-10-2019, 11:36 “Araz”ı ayırdılar, qol ilə doyurdular... 16-10-2019, 11:32 "Forza Neftçi” vahid liderdi 16-10-2019, 11:30 Mütəxəssislər yığmanın qorxaq futbol oynadığını düşünmürlər 16-10-2019, 11:24 Sən Allah, gedib pitsanızı yeyin... 15-10-2019, 13:56 “Dauqavpils” Tural Bayramlıya görə AFFA-dan üzr istədi 15-10-2019, 13:50 “Uğur”un rəhbərindən gözlənilməz açıqlama 15-10-2019, 13:44 “1/8 finalda Şəhriyarla Teymur qarşılaşanda ürəyim parçalandı” 15-10-2019, 13:39 Qadze “Zirə”ni tərk etdiyinə görə peşman olub 15-10-2019, 13:27 Bəhruz Zeynalovun “Mübarizlər”i starta hazırdı 15-10-2019, 13:25 Püşkatma mərasimi keçirildi 12-10-2019, 13:48 “Nə qədər ki azərbaycanlı futbolçular legioner həyatı yaşamayacaq, yığmadan ancaq sensasiya gözləməyə məcburuq” 12-10-2019, 13:43 U-21-in üzvü 72 saat hava limanının təcridxanasında qaldı 12-10-2019, 12:26 Zaur Həşimov Sənan Qurbanovu özünə köməkçi görmür 12-10-2019, 12:21 Zaur Həşimov “Qəbələ”ni çətinə salıb 12-10-2019, 12:18 Şaban Donat istefaya göndərildi 12-10-2019, 12:02 “Baş məşqçinin qış fasiləsində gətiriləcəyi ehtimal olunur” 12-10-2019, 11:59 Macarlarla oyunların acı statistikası 12-10-2019, 11:56 Mütəxəssislər Budapeştdə xal qazanacağımıza inanırlar 12-10-2019, 11:53 Macarlarla oyunu “Neftçi”nin qələbəsini qeydə alan hakim idarə edəcək 12-10-2019, 11:32 Qurban Qurbanovun oğlu 5 oyuna 6 qol vurub 12-10-2019, 11:30 Qadzenin keçidi rəsmiləşdi 12-10-2019, 11:28 Basketbolu diriltmək istəyənlərdən “Sektor 11”ə əcaib təklif 12-10-2019, 11:26 Fransızlar U-21-i 5 qolla yola saldı 12-10-2019, 11:22 “Benfika” da çempionumuzu darmadağın etdi 11-10-2019, 13:09 Macarların “iştah”ı qaydasındadı 11-10-2019, 13:06 “Lüksemburqda bununla bağlı araşdırmalar davam edir” 11-10-2019, 13:02 Samir Abasovun istefası futbolçular üçün gözlənilməz olub 11-10-2019, 13:01 Veteranlar Oqtay Abdullayevə görə yığışdı 11-10-2019, 12:59 “Zirə” Zaur Həşimova tapşırıldı 11-10-2019, 12:57 “Araz”ın iranlı legionerlərinə viza verilmədi Bütün xəbərlər
Ən çox oxunanlar