13 sen 12:37gundem

Emil Balayevin atası Tahir Süleymanova təşəkkür etdi


“Sizlərin Emilin üstündə haqqınız var”
Xorvatiya ilə oyunda yığmanın ən yaxşısı birmənalı Emil Balayev idi. İllərdi milliyə dəvət olunmasına baxmayaraq, yalnız bu dəfə debüt imkanı qazanan 25 yaşlı qolkiper komandasının 1 xal qazanmasında əsas pay sahibi oldu. İlk yarıda dünya ikincilərinin növbəti qolu vurub, böyük üstünlük qazanmaq istəyinə Emil imkan vermədi. “Çərçivə”dəki inamlı oyunu, xorvatların bir neçə zərbəsinə əla reaksiya göstərmək ilə stadiona toplaşanların alqışını qazandı.
Həmin gün hamı Balayevdən danışırdı, yazırdı. Sosial şəbəkələrdəki paylaşımların ardı-arası kəsilmirdi. Mövzuya toxunanlardan biri də Tahir Süleymanov olub. Emili yetərincə yaxşı tanıyan, hələ “Neftçi”də top qovduğu vaxtlarda klubda vitse-prezident vəzifəsini daşıyan Süleymanov. Tahir bəy oyunun ilk hissəsi başa çatan kimi Emilin uşaqlıq şəklini paylaşaraq “1-ci hissə: Emil Balayev – Xorvatiya 4:1” yazıb. Sabiq klub funksionerinin statusuna xeyli şərh yazılıb ki, barmaqlarına əziyyət verənlərdən biri də Emilin atası Nazim Balayev olub. Və aralarında belə bir dialoq baş tutub.
- Axşamınız xeyir olsun, Tahir müəllim. Mən Emilin valiydeyni olaraq onun bu yerə çatmasında sizə, Sadıq müəllimə (“Neftçi”nin sabiq prezidenti Sadıq Sadıqov), Güloğlana (“Neftçi”nin sabiq idman direktoru Güloğlan Cabbarov) və “Neftçi”nin bütün keçmiş kollektivinə minnətdarlıgımı bildirirəm. Sizlərin Emilin üstündə haqqınız var. Bu haqqı biz heç vaxt itirə bilmərik. Allah sizlərin bütün xeyirli işlərinizi bərəkətli etsin. Amin!
- Axşamınız xeyir, Nazim müəllim. Təbrik edirəm. Emilə salamlarımızı çatdırın. Davamı gəlsin. Emil çox böyük potensiala sahıb qapıçıdı. Uşaq, yeniyetməlik dövründən nəzarət, qayğı ilə böyüyüb. Emilə verilən ailə tərbiyəsinə görə bir valideyn kimi sizə və ailənizə böyük təşəkkür düşür. İntellektual səviyyəsinə, böyük-kiçik yeri bilməsinə, mükəmməl tərbiyəsinə görə Azərbaycan futbolunun nadir istedadlarındandı. Bizlər isə futbol adına üzərimizə düşən borcumuzu yerinə yetirmişik. Dəyər verən oğullar var olsun! Daha böyük uğurlar arzusu ilə...
- Allah sizdən razı olsun. Əlbəttə, sizin salamlarınızı çatdıracam. Yəqin ki, özü də sizinlə əlaqə saxlayacaq.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 13:24 UEFA “dron olayı”na bu gün baxacaq Dünən, 13:22 AFFA piketin keçiriləcəyindən xəbərdar imiş Dünən, 13:20 Xaymeylə Mahir kollektiv məşqlərə qoşulublar Dünən, 13:17 APOEL ilə oyunun biletləri satışa çıxarıldı Dünən, 13:12 Azər Bağırov “Turan Tovuz”u yarıyolda qoyub getmək istəmirmiş Dünən, 13:07 “Turan Tovuz”un yeni baş məşqçisinin adı bu həftə bilinəcək Dünən, 13:01 Anar Salmanovla Əfqan Həmzəyev bir-birinə “girdi” Dünən, 12:58 “Uels və Slovakiyanı təəccübləndirməyə çalışacağıq” Dünən, 12:56 Lustrinelli heç-heçəyə də razı imiş… Dünən, 12:48 UEFA klublarımızı sevindirdi Dünən, 12:46 Region Liqasının yeni mövsümünün püşkü atılacaq Dünən, 12:44 U-21 yaxşı oynasa da, uduzdu Dünən, 12:41 “İmarət” etiraz edir Dünən, 12:39 “Araz”ın üzvləri azarkeşlərdən dəstək istədilər Dünən, 12:35 Dörd iranlı futzalçı “milliləşdirildi” Dünən, 12:27 AFFA Zaur Axundova 6 milyondan artıq pul ayırıb! 16-10-2019, 11:59 Şok, şok, şok: Hollandiyanın Bakıdakı səfirliyi önündə piket keçirildi! 16-10-2019, 11:58 İranlı futzalçılara da Fransa səfirliyi problem yaradıb 16-10-2019, 11:57 Hacı Əliyev medalsız qaldı 16-10-2019, 11:56 Aydın Süleymanlı Hindistanda dünya çempionu oldu 16-10-2019, 11:53 Tahir Süleymanov hakim səhvinə siyasi şərh verdi 16-10-2019, 11:52 Macarıstan mətbuatı da sayılmayan qoldan yazır 16-10-2019, 11:46 Azər Bağırov Tovuzu Qəbələyə dəyişdi 16-10-2019, 11:44 Yurçeviç: “Macarıstanlı jurnalistlər təmiz qolumuzun verilmədiyini bildirirlər” 16-10-2019, 11:43 Son ümidlər Dunayın sahillərində batdı 16-10-2019, 11:39 Yığma üzvlərinin qiymətləndirməsi 16-10-2019, 11:37 Vüqar Əsgərli uğursuzluğu rəqiblərin gücünə “bağladı” 16-10-2019, 11:36 “Araz”ı ayırdılar, qol ilə doyurdular... 16-10-2019, 11:32 "Forza Neftçi” vahid liderdi 16-10-2019, 11:30 Mütəxəssislər yığmanın qorxaq futbol oynadığını düşünmürlər 16-10-2019, 11:24 Sən Allah, gedib pitsanızı yeyin... 15-10-2019, 13:56 “Dauqavpils” Tural Bayramlıya görə AFFA-dan üzr istədi 15-10-2019, 13:50 “Uğur”un rəhbərindən gözlənilməz açıqlama 15-10-2019, 13:44 “1/8 finalda Şəhriyarla Teymur qarşılaşanda ürəyim parçalandı” 15-10-2019, 13:39 Qadze “Zirə”ni tərk etdiyinə görə peşman olub 15-10-2019, 13:27 Bəhruz Zeynalovun “Mübarizlər”i starta hazırdı 15-10-2019, 13:25 Püşkatma mərasimi keçirildi 12-10-2019, 13:48 “Nə qədər ki azərbaycanlı futbolçular legioner həyatı yaşamayacaq, yığmadan ancaq sensasiya gözləməyə məcburuq” 12-10-2019, 13:43 U-21-in üzvü 72 saat hava limanının təcridxanasında qaldı 12-10-2019, 12:26 Zaur Həşimov Sənan Qurbanovu özünə köməkçi görmür 12-10-2019, 12:21 Zaur Həşimov “Qəbələ”ni çətinə salıb 12-10-2019, 12:18 Şaban Donat istefaya göndərildi 12-10-2019, 12:02 “Baş məşqçinin qış fasiləsində gətiriləcəyi ehtimal olunur” 12-10-2019, 11:59 Macarlarla oyunların acı statistikası 12-10-2019, 11:56 Mütəxəssislər Budapeştdə xal qazanacağımıza inanırlar 12-10-2019, 11:53 Macarlarla oyunu “Neftçi”nin qələbəsini qeydə alan hakim idarə edəcək 12-10-2019, 11:32 Qurban Qurbanovun oğlu 5 oyuna 6 qol vurub 12-10-2019, 11:30 Qadzenin keçidi rəsmiləşdi 12-10-2019, 11:28 Basketbolu diriltmək istəyənlərdən “Sektor 11”ə əcaib təklif 12-10-2019, 11:26 Fransızlar U-21-i 5 qolla yola saldı 12-10-2019, 11:22 “Benfika” da çempionumuzu darmadağın etdi 11-10-2019, 13:09 Macarların “iştah”ı qaydasındadı 11-10-2019, 13:06 “Lüksemburqda bununla bağlı araşdırmalar davam edir” 11-10-2019, 13:02 Samir Abasovun istefası futbolçular üçün gözlənilməz olub 11-10-2019, 13:01 Veteranlar Oqtay Abdullayevə görə yığışdı 11-10-2019, 12:59 “Zirə” Zaur Həşimova tapşırıldı 11-10-2019, 12:57 “Araz”ın iranlı legionerlərinə viza verilmədi Bütün xəbərlər
Ən çox oxunanlar