09 apr 23:43gundem

Yığma Bironun debütünü korlamamalıdı!

Yığma Bironun debütünü korlamamalıdı!
Nəhayət, həyəcanla gözlədiyimiz an gəlib çatdı. Bu gün futzal üzrə Avropa çempionatının əsas mərhələsində mübarizəyə start veriləcək ki, iki il əvvəl olduğu kimi, 7 qrupdan biri məhz Bakıda təşkil olunacaq. Fərq ondadı ki, o vaxt yarış İdman Sarayında yox, “Sərhədçi”də keçirilmişdi. Baş məşqçi postunda isə Faustino Peres idi. İspaniyalıdan sonra Miltinyoyla anlaşan, bu qışda onunla da yolları ayıran rəhbərlik braziliyalının həmyerlisi və köməkçisi Biro Jadeylə uğur qazanacağına inanır. Başqa sözlə, “qızıl buts”un sahibi baş məşqçi kimi ilk rəsmi sınağına çıxacaq.
Evsahibliyi etdiyimiz B qrupunda Macarıstan, Bosniya və Hersoqovina və Albaniyaya rəqib olacaq millidən qrup qalibi kimi vəsiqə əldə etmək tələb olunur. Düzdü, qrup ikinciləri, hətta 7 qrupdakı komandalar arasında ən yaxşı göstəriciyə malik daha bir iştirakçı şansını davam etdirəcək. Həmin 8 yığma isə pley-offda gücünü sınayaraq yarıbayarı ələnəcək və 4 komanda əsas mərhələnin qrup qaliblərinə, həmçinin final oyunlarına evsahibliyi edəcək Sloveniyaya qoşulacaq. Təbii ki, milli işini çətinə salmamaq üçün, ən başlıcası, meydan amilindən yararlanaraq hər üç rəqibindən üstün olmalıdı.
Qrupda mübarizəyə saat 16.00-da başlayacaq Macarıstan – Albaniya görüşüylə start veriləcək. Biro Jadenin yetirmələri isə saat 18.30-da Bakı İdman Sarayına ayaq basacaq.
Futzal üzrə Avropa çempionatı
Əsas mərhələ, B qrupu
Azərbaycan – Bosniya və Hersoqovina
Hakimlər: TİMO ONATSU (FİNLANDİYA), Lars van Luve (Hollandiya), Kostas Nikolau (Cənubi Kipr).
Hakim-inspektor: İvan Novak (Xorvatiya).
UEFA nümayəndəsi: Sergey Lisençuk (Ukrayna).
8 aprel. Bakı İdman Sarayı. Saat 18.30
Ardıcıl dörd final mərhələsinin iştirakçısı olan yığmamız “doğma divarlar” arasında 5-ci uğur üçün çalışacaq ki, startda Bosniya və Hersoqovinayla qarşılaşacağıq. Yığmamız indiyə qədər bosniyalılarla bir dəfə üz-üzə gəlib. Yeganə qarşılaşma 3 il öncə keçirilib. Bu görüş Slovakiyada baş tutan AÇ-2004-ün seçmə mərhələsi çərçivəsində baş tutub. 2013-cü il martın 28-dəki matçda millimiz 3:2 hesabıyla qalib gəlib. Yığmanın qollarına Rizvan, Alves və avtoqol müəllifi olan Novoselaç imza atmışdı.

Azərbaycan - Albaniya
Hakimlər: KOSTAS NİKOLAU (CƏNUBİ KİPR), Timo Onatsu (Finlandiya), Borislav Kolev (Bolqarıstan).
Hakim-inspektor: İvan Novak (Xorvatiya).
UEFA nümayəndəsi: Sergey Lisençuk (Ukrayna).
9 aprel. Bakı İdman Sarayı. Saat 18.30
Həftəsonu baş tutacaq iki oyunda uğurlu nəticə qazanıb böyük ehtimalla qrup liderliyi uğrunda əsas rəqib olacaq Macarıstanla ayın 11-dəki görüşə üstün çıxmalıyıq. Bu baxımdan albanlarla oyunda top fərqini yaxşılaşdırmaq olar. Düzdü, ilkin təsnifatdan yüksələn bu komandanı zəif saymaq və meydana arxayın çıxmaq olmaz. Rəqibin heyətində bir neçə braziliyalı, o cümlədən yayda “milliləşdirmək” istədiyimiz Duiu kimi futzalçılar var. Düzdü, legionerləri Bakıya səfər ərəfəsində “milliləşdirən” rəqibin anlaşma baxımından sıxıntı yaşayacağı istisna olunmur. Bununla belə, sürprizə imkan vermək olmaz. Həm də albanların oyundan-oyuna “artıracağı” gözləniləndi.
Qeyd edək ki, qrupun oyunları “CBC Sport” telekanalı vasitəsilə canlı yayınlanacaq.

5-ci final üçün

Komandamız tarixində 11-ci dəfə Avropa çempionatında mübarizə aparacaq. Başqa sözlə, bütün qitə çempionatlarında iştirak etsək də, əvvəlki 10 yarışın 6-da çıxışımızı seçmə mərhələdə başa vurmuşuq. Son 4 yarışın final mərhələsində oynayan yığmanın ən böyük uğuru AÇ-2010-a təsadüf edib. Həmin vaxt final mərhələsinin debütantı olsaq da, komandamız yarımfinala qədər irəliləyə bilmişdi. 7 il öncə Avropanın dördüncüsü olan komanda 5-ci final mərhələsinə vəsiqələr uğrunda mübarizəni Bakıda aparacaq. Bu, millinin evdə 3-cü sınağıdı. AÇ-2012 və AÇ-2016 yolunda da oyunlarını Bakıda keçirən komandamız ilkə imza atmağa iddialıdı. Məsələ ondadı ki, futzalçılarımız evdə qrup qalibi olmağı bacarmayıb. Hər iki turnirdə 2-ci yeri tuta bilmişik.
Macarıstan, Albaniya, Bosniya və Hersoqovina ilə qarşılaşmalarda 1-ci yeri hədəfləyən milli qitə birinciliklərində 20-ci qələbənin astanasındadı. Yəni bugünkü görüşdə yubiley qələbəsi qeyd oluna bilər. Ümumiyyətlə, əvvəlki 10 çempionatda komanda 45 matç keçirib. 19 qələbə və 9 heç-heçəsi olan futzalçılarımız 17 dəfə uduzub. Azarkeşlərini 156 qola sevindirən milli öz qapısında 152 top görüb.
AÇ-1996 seçmə mərhələ (Hollandiya), 1-ci qrup 5 1 0 4 12-25 3 6-cı yer
AÇ-1999 seçmə mərhələ (Belçika), 2-ci qrup 2 0 2 0 4-4 2 2-ci yer
AÇ-2001 seçmə mərhələ (Macarıstan), C qrupu 3 1 1 1 12-8 4 3-cü yer
AÇ-2003 seçmə mərhələ (Portuqaliya), 5-ci qrup 3 1 0 2 5-9 3 3-cü yer
AÇ-2005 seçmə mərhələ (Serbiya), 5-ci qrup 3 1 0 2 8-10 3 3-cü yer
AÇ-2007 seçmə mərhələ (Hollandiya), D qrupu 3 1 2 0 17-12 5 2-ci yer
AÇ-2010 seçmə mərhələ (Portuqaliya), 6-cı qrup 3 2 1 0 12-7 7 2-ci yer
final mərhələsi (Macarıstan), A qrupu 5 2 2 1 18-13 8 4-cü yer
AÇ-2012 seçmə mərhələ (Azərbaycan) 1-ci qrup 3 2 0 1 13-13 6 2-ci yer
final mərhələsi (Xorvatiya), D qrupu 2 0 0 2 9-13 0 3-cü yer
AÇ-2014 seçmə mərhələ (Slovakiya), B qrupu 3 3 0 0 11-3 9 1-ci yer
final mərhələsi (Belçika), C qrupu 2 1 0 1 7-13 3 3-cü yer
AÇ-2016 seçmə mərhələ (Azərbaycan), 4-cü qrup 3 2 0 1 16-6 6 2-ci yer
pley-off 2 1 1 0 4-2 4
final mərhələsi (Serbiya), D qrupu 3 1 0 2 8-14 3 1/4
cəmi: 45 19 9 17 156-152 66

Biro 11-ci məşqçidi
Qeyd etdiyimiz kimi, yarış Biro Jade üçün ilk olacaq. Bunadək yalnız yoxlama oyunlarında milliyə rəhbərlik edən braziliyalı mütəxəssis debütünü rəsmiləşdirəcək. Futzalçı kimi yığmamızla həm DÇ-də, həm də AÇ-də oynamış “sambaçı” AÇ-2010-un final mərhələsinin bombardiri adını da qazanıb və “qızıl buts”a yiyələnib. Biro Jadeyə qədər 10 mütəxəssis yığmanı rəsmi turnirlərdə meydana çıxarıb. 69 belə matça çıxan millinin yubiley – 70-ci görüşündə 11-ci baş məşqçi rəsmiləşəcək.
Qeyd edək ki, bu baxımdan rekordçu Joze Alesio da Silvadı (23 oyun).

1 2 3 4
Joze Alesio da Silva 5 18 23
Faustino Peres 5 8 13
Hacıbala Abdullayev 4 5 9
Miltinyo 5 - 5
Əbdülqəni Nurməmmədov - 5 5
Andrey Yudin 3 - 3
Elman Ələkbərov - 3 3
Fazil Qarayev - 3 3
Baba Əsgərov - 3 3
Rüstəm Rəhimov 2 - 2
1 - məşqçi, 2 - DÇ, 3 - AÇ, 4 - cəmi.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:26 Bilet satışından 3 milyon manat əldə olunub Dünən, 18:23 Səmədağa Şıxlarov işdən çıxarılmasının səbəbini bilmir Dünən, 18:19 Prosineçki yığma üzvlərinin U-23-ü canlı izləməsinə qadağa qoyubmuş... Dünən, 18:08 Plan suya düşdü: yığma Avstriyada yoldaşlıq oyunu keçirməyəcək Dünən, 15:41 Hakim Maşallah Əhmədova xəbərdarlıq etdi Dünən, 15:38 “Elvin Səfərli futbol adamı deyil” Dünən, 15:37 Naxçıvana yalnız MOİK öz hesabına yollanır Dünən, 15:36 Premyer-liqa avqustun 12-13-də, birinci divizion sentyabrda başlayacaq Dünən, 15:34 “Qəbələ” İtaliyadan qələbəsiz qayıdır Dünən, 15:31 Divizionda çalışanlar Tərlan Əhmədovla razılaşmadı Dünən, 15:29 Tərlan Əhmədov “Şüvəlan”a lazım olmadı Dünən, 15:27 Nikayla Rəşad da “Qəbələ”dən ayrıldı Dünən, 15:18 İslamiadada yer tutan idmançılara müraciәt! Dünən, 15:17 Averin 15 aylıq cəzalandı Dünən, 15:13 Polina Rəhimova “Fənərbaxça”da! Dünən, 15:09 Türkiyə ilə bacarmadıq Dünən, 15:07 Millimiz Bolqarıstana uduzdu Dünən, 15:06 Medalsız qaldılar Dünən, 15:05 Minskə beş qrossmeyster gedəcək Dünən, 15:04 AÇ üçün hazırlıq başlayır Dünən, 15:00 Antalyadan altı medalla Dünən, 14:59 Füzuli və Xaqani Məmmədov qardaşları “İnter”dən göndərildi Dünən, 14:26 Klublarımızın avrokuboklarda mərhələ və “səbət” müəmması Dünən, 14:25 Elvin Məmmədov “Zirə”ni tərk etdi Dünən, 14:07 Veteranlar Əli Rəhmanovu yad edəcək Dünən, 14:04 “Qarabağ” İtaliyadan hücumçu gətirir? Dünən, 14:03 “Rəmzi yığma”ya düşənlərin sayında azalma var Dünən, 14:00 Rusiya yığmasının qapıçısı Şeydayevi xatırladı Dünən, 13:58 “Baku Fayr”dan çətin qələbə Dünən, 13:57 “Sumqayıt” – “Qəbələ” əməkdaşlığı davam edir 24-05-2017, 17:43 “Bakı müsəlman aləminin Las Veqasıdı” 24-05-2017, 17:39 Almeydanın “milliləşdirilməsi” ilə bağlı yenilik yoxdu 24-05-2017, 17:36 “Qəbələ” “qızıl” sayında hamını qabaqladı 24-05-2017, 17:31 Futbolçular İslamiadadakı çıxışını şərh etdi 24-05-2017, 17:27 13 yaşlı qızlar mükafatlandırıldı 24-05-2017, 17:13 Məşqçi kursunun ikinci modulu başlayıb 24-05-2017, 17:11 "Transfer pəncərəsi"nin vaxtı açıqlandı 24-05-2017, 17:09 İlqar Qurbanova “Qarabağ”a lazım olmadığını İndoneziyada istirahət edərkən deyiblər 24-05-2017, 17:07 Hakimlərin premyer-liqadakı işi: kim necə yadda qaldı? 24-05-2017, 17:04 Yığmamız üçün ağır sınaq başlayır 24-05-2017, 17:03 Şəhriyar Məmmədyarov İddiaçılar Turnirinə çox yaxındı 24-05-2017, 17:01 Serbiyada “beş” aldıq 24-05-2017, 17:00 Polşadan dörd medalla 24-05-2017, 16:58 Acı həqiqət... 24-05-2017, 16:57 İslamiadanı 162 medalla başa vurduq 24-05-2017, 16:54 Səmədağa Şıxlarovu da qovdular 24-05-2017, 16:48 Əlvida, Bakı-2017... 23-05-2017, 13:40 İradə Aşumova Olimpiya Komitəsindən 275 min manat alıb 23-05-2017, 13:38 Ramil Diniyev “şərəfsiz” sözünə görə Hüseyn Cəbrayıloğlunun cavabını verdi 23-05-2017, 13:36 “Heydər Əliyev kuboku”nun iştirakçıları müəyyənləşdi 23-05-2017, 13:34 “Qarabağ” Qurbanovla vidalaşdı, Aqollini saxladı 23-05-2017, 13:24 “CBC Sport” yayın hüququna görə klubların pulunu niyə ödəmir? 23-05-2017, 13:22 Sponsor olmadan telekanallarda futbol verilişlərinin yayını mümkünsüzdü 23-05-2017, 13:21 “Qarabağ” Avstriyada çempion oldu 23-05-2017, 13:16 Toğrul Erat çempionluq sevinci yaşadı 23-05-2017, 13:15 Nurlan “Zirə”də əsəbləşirmiş 21-05-2017, 13:56 Natalya Məmmədova yenidən yığmaya qayıdır Bütün xəbərlər
Ən çox oxunanlar