08 avq 13:09gundem

“Qarabağ” “Neftçi”nin 2012-də qaldığı oteli seçib...

“Qarabağ” “Neftçi”nin 2012-də qaldığı oteli seçib...
...və əlahiddə təhlükəsizlik tədbirləri ilə üzləşib
Dünənki püşk azərbaycanlı azarkeşlərin bu il Bakıda Çempionlar Liqasının qrup oyunlarının həyəcanını yaşamaqla bağlı ümidlərini hər nə qədər sarsıtsa da, sirr deyil ki, “Qarabağ” Kiprə məhz qrupun yolunu qısaltmaq üçün gedib. Bunun üçün əvvəlcə vətənə sərfəli nəticə ilə dönmək, sonra da “Bəhramov”un dolu tribunaları önündə Kipr yunanlarının işini bitirmək lazımdı. Təbii ki, futbol mənasında.
...Beləliklə, bazar günü 17.30 radələrində yola çıxan “Qarabağ” təxminən üçsaatlıq uçuşdan sonra Larnakaya çatıb. Əslində Kiprin paytaxtı Nikosiyada da hava limanı var, sadəcə, ora hərbi təyinatlı təyyarələr üçün nəzərdə tutulub. Larnakaya enən “köhlən atlar” 40 dəqiqəlik avtobus yolçuluğunun ardından Nikosiyaya çatıblar. Zədəlilər – Bədavi Hüseynov və Filip Ozobiç istisna olmaqla qalan futbolçular düşərgədədi. “Qarabağ”ın mətbuat katibi Nurlan İbrahimovdan aldığımız bilgiyə görə, komanda üçün əlahiddə təhlükəsizlik tədbirləri görülüb, otelə polis maşınının müşayiəti ilə gediblər, polis maşını və mülki geyimli polislər gecəboyu otelin həyətində keşik çəkib. Yeri gəlmişkən, “Qarabağ” elə “Neftçi”nin 2012-də qaldığı oteli seçib. Sadəcə, indi otelin adını dəyişib, “Landmark” qoyublar. 1967-ci ildə tikilən otelin yeni sahibləri bu il iyunun 1-dən “Hilton” adından imtina ediblər. Nurlan bəyin dediyinə görə, indiyə qədər 30-40 azarkeş “Qarabağ”ı dəstəkləmək niyyəti ilə kluba müraciət etsə də, bu yöndə planlara oyun günü aydınlıq gələcək.
Demək olar ki, hər il eyni ənənə təkrarlanır: avrokuboklarda komandalarımızın rəqibləri bilinin kimi azarkeşlər rəqib düşərgəyə sosial şəbəkələr vasitəsi ilə atmacalar, təhqirlər ünvanlayırlar. APOEL də istisna deyil. Və Cənubi Kipr klubu çıxış yolunu "feysbuk"da Azərbaycanı "qara siyahı"ya salmaqda görüb. Son günlər azərbaycanlı azarkeşlər Nikosiya klubunun rəsmi səhifəsinə hücum ediblər. Azarkeşlər APOEL-i və kiprli fanatları ən ağır şəkildə təhqir edib, bayağı rəylər yazıb. Başqa əlac görməyən APOEL-in media xidməti rəsmi səhifəyə Azərbaycandan girişə qadağa qoyub. Yadınızdadısa, "Seltik” də vaxtilə eyni praktikaya əl atmışdı. Qlazqo təmsilçisi bu yaxınlarda Azərbaycana olan qadağanı qaldırıb. Çexiyanın "Viktoriya" klubu isə hələ də ölkəmizi "blok"da saxlamağı lazım bilir. UEFA Avropa Liqasının rəsmi səhifəsinə də iki il Azərbaycandan giriş mümkün olmamışdı. Qitə futbol qurumu 2016-nın iyulunda bu məhdudiyyəti aradan qaldırmışdı.
Bu arada türkiyəli fizioterapevt Murat Şahinoğlu yenidən “Qarabağ”a qayıdıb. O, Ağdam klubunda fəaliyyətini bərpa edib. Şahinoğlu uzun illər “Qarabağ”da çalışdıqdan sonra vətəni Türkiyəyə qayıtmışdı. Bundan sonra o, Türkiyənin əsas yığmasında və “Beşiktaş”da işləyib. “Qarabağ”a qayıdana qədər ölkəsinin U-19 millisində fizioterapevt idi.
ORXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
16-08-2019, 22:54 Mehdi “Sumqayıt”a tramplin kimi baxır 16-08-2019, 22:50 Əfran İsmayılov 10 min manata razılaşdı 16-08-2019, 19:09 Tahir Gözəl yeni transferin olmayacağını dedi 16-08-2019, 19:06 Doll meydanda ürək qoyan yetirmələriylə qürur duyur 16-08-2019, 19:02 Əfqan Həmzəyev hakimin iki kobud səhvini qabartdı 16-08-2019, 19:00 “Növbəti həftə böyük oyunumuz olacaq” 16-08-2019, 18:59 “Qarabağ” ÇL-dən qovuldu, AL-də pley-off oynayacaq 16-08-2019, 18:56 Şensoy Rəşad Sadıqova söz atdı 16-08-2019, 18:54 “Alman cəmi bir neçə gün ərzində “Qarabağ”ı “oxumaqla” güclü və zəif cəhətlərini öyrəndi” 16-08-2019, 18:51 “Zirə” müqavilələri sıraladı 16-08-2019, 18:50 Biro Jade Qazaxıstan klubunda 16-08-2019, 18:48 “Sabah” çempionu darmadağın etdi 16-08-2019, 12:51 “Neftçi-2” ərəblərlə bacarmadı 16-08-2019, 12:46 “İdman Azərbaycan” telekanalından görünməmiş irqçilik 13-08-2019, 10:38 Riçard Almeyda De Vinsentinin zərbəsinə görə uzanıbmış 12-08-2019, 23:31 Aleksey “Sumqayıt”dan 100 min dollar qarşılığında gedə bilər 12-08-2019, 23:29 “Mən klubdan yox, klub rəhbərliyi məndən ayrılmaq istədi” 12-08-2019, 23:13 İsraildə “daşlar yerinə oturacaqmı?” 12-08-2019, 23:08 Ceyhun Haşımov fransalının işini dəyərləndirdi 12-08-2019, 23:06 Ben Ari “Neftçi”yə qarşı oynamayacaq 12-08-2019, 23:03 Obradoviç 23 nəfərə dəvət göndərdi 12-08-2019, 21:35 “Qarabağ” yenilənmiş APOEL-in yolunu gözləyir 12-08-2019, 21:32 Ciu-citsu Federasiyasında hakimiyyət uğrunda mübarizə gedir 12-08-2019, 21:28 Mövqeyimizdə dəyişiklik baş vermədi 12-08-2019, 21:26 "Səbail" bu dəfə ərəblərlə bacarmadı 12-08-2019, 21:20 AFFA-da jurnalistlər üçün seminar keçirildi 12-08-2019, 21:17 “Qəbələ” “hərbçilər”i darmadğın etdi 12-08-2019, 21:13 İki günə 8 min biletin satılması yunanları təəccübləndirib 12-08-2019, 21:08 “Baş məşqçimiz bir həftə idi bizi bu oyuna hazırlayırdı” 12-08-2019, 21:04 Transfer dosyesi 9-08-2019, 13:19 Ramin Musayevin açıqlaması “Topaz” rəhbərliyini qıcıqlandırıb 9-08-2019, 13:18 Hakimlərin qonorarı divizion klublarını çətinə salıb 9-08-2019, 13:17 Duventru "Səbail"i tərk etdi 9-08-2019, 13:13 İlk dəfə Bakıda - "Abu Dhabi İnternational Pro" 9-08-2019, 13:10 Səfər 2:1-i gözəl hesabdı! 9-08-2019, 13:08 Fan ID – təhlükəsizliyə xidmət edən, yoxsa azarkeşləri tribunadan uzaq salan sistem? 9-08-2019, 13:07 Bədbəxtlər... 9-08-2019, 13:06 Qol yunanları çox ümidləndirib 9-08-2019, 13:04 PFL tender elan etdi 9-08-2019, 13:03 APOEL-lə oyunun biletləri satışda! 9-08-2019, 13:00 “Qarabağ” pley-offun qapısını araladı 9-08-2019, 12:54 Premyer-liqa klubu Dadaşovu transfer etdi və icarəyə verdi 9-08-2019, 12:49 Natalya Məmmədova karyerasını bitirdi 9-08-2019, 12:48 Tofiq Rzayevin xatirə turniri keçirilir 9-08-2019, 12:45 Səməd Nəsibov “Qəbələ”dən ayrıldı 9-08-2019, 12:35 “Yarımmüdafiə və müdafiə xətti arasında anlaşılmazlıq var idi” 9-08-2019, 12:33 APOEL heç vaxt məğlubiyyətin əvəzini çıxa bilməyib 9-08-2019, 12:12 UEFA pul gölündə üzür... 8-08-2019, 13:15 2019/20 mövsümünün püşkü atıldı 8-08-2019, 13:13 “Keşlə”də paraqvaylı hücumçu 8-08-2019, 13:12 “Sumqayıt” “Persepolis”in forvardı ilə güclənir 8-08-2019, 13:09 “Qarabağ” “Neftçi”nin 2012-də qaldığı oteli seçib... 8-08-2019, 13:07 “Sabah”: dördüncü oyunda 2-ci məğlubiyyət 8-08-2019, 13:04 Platellas kiçik fanatını sevindirdi 8-08-2019, 12:56 “Qəbələ” yola mövcud heyətlə davam edəcək 8-08-2019, 12:50 “Qəbələ”yə iki qol bəs etdi 8-08-2019, 12:41 “Qarabağ” “Ayaks”ı Bakıya gətirə bilər Bütün xəbərlər
Ən çox oxunanlar