05 avq 12:24gundem

“Qəbələ” 100 min manat cəriməni divizionda oynamaqdan üstün tutdu


PFL 13 klubdan müsbət cavab alıb
Bütün diqqətlər təmsilçilərimizin avrokuboklardakı çıxışına yönəldiyi bir vaxtda avqustun 5-də 2019/20 mövsümünün püşkatma mərasimi keçiriləcək. Saat 15.00-da, AFFA-nın inzibati binasında baş tutacaq tədbirdə yalnız premyer-liqa klublarının rəsmiləri iştirak edəcək.
Bildiyiniz kimi, yeni mövsümün Əsasnaməsində əlavə və dəyişikliklər olub. Bu haqda geniş məlumatı PFL-in Texniki-İdman şöbəsinin rəisi Elgiz Abbasov qəzetimizə açıqlamasında vermişdi. Abbasov detallara girməsə də, xeyli yeniliyin olduğunu gizlətməmişdi. Bu məqamda ortaya sual çıxır. Klublar Əsasnamədəki şərtlərlə püşkatma günü tanış olacaqsa, sonradan mümkün çatışmazlıqlara görə vaxt azlığını bəhanə gətirməyəcəklər? Elgiz bəyin fikrincə, heç bir problem olmayacaq: “Daha öncə də dediyim kimi, ötən mövsümlə müqayisədə Əsasnamədə xeyli yenilənmələr olub. Futbolda bəzi dəyişməyən qərar və tövsiyələr var ki, onlar dəyişməz qalıb. Amma bir çox şeyləri beynəlxalq təcrübəyə əsaslanıb müasirləşdirmişik. Fikrimcə, ortaya normal iş çıxara bilmişik. Həyatda heç nə mükəmməl deyil. Hansısa çatışmazlıqların olması normaldı. Mümkündü ki, mövsümün gedişində hansısa boşluqlar görək, yeni nələrsə üzə çıxsın. O ki qaldı sualınızın əsas hissəsinə, ciddi dəyişikliklərlə bağlı klubları daha öncədən məlmatlandırmışıq. Elə şeylər var ki, onları həyata keçirmək üçün vaxt lazımdı. Həmin məlumatlar klublara göndərilib. Əsasnamə hazırdı, sabah (bu gün) tam tirajla əlimizdə olacaq. Püşkatma günü nüsxələr klub rəsmilərinə təqdim olunacaq. Hansısa mətbu orqan ehtiyac duyarsa, onlara da verə bilərik. Ona görə də klubların yeniliklərə görə nəyisə problem edəcəyini düşünmürəm. Klublarla əlaqələri xeyli gücləndirmişik. Hansısa yenilik olan kimi e-mail vasitəsi ilə göndəririk və sevindirici hal odu ki, dərhal cavab alırıq. Bu da klublarda peşəkar kadrların olmasının göstəricisidi. Yay fasiləsində də müntəzəm əlaqə saxlamışıq, lazım olan bilgiləri vermişik”.
Premyer-liqa ilə bağlı vəziyyət məlumdu. Qalır birinci divizion. Hər il sentyabrda başlamasına adət etdiyimiz aşağı dəstə bu il daha tez başlayacaq. Sadəcə, məsələ burasındadı ki, iştirakçıların dəqiq sayı bilinmir. “Şüvəlan” tarixin yaddaşına qovuşdu, ötən il birinci divizionda çıxış etməkdən boyun qaçıran “Qəbələ”nin bu dəfə hansı addımı atacağı dəqiq deyil. Abbasova bu haqda sual ünvanlayanda, hər kəsi təəccübləndirəcək cavab aldıq: “Bildiyiniz kimi, “Şüvəlan” “dağıldı”, ona görə də növbəti çempionatda olmayacaq. Qalan 13 klubun hər birinə müraciət ünvanlamışıq və müsbət cavab almışıq. Əslində “Qəbələ”yə də sorğu göndərmişdik. Lakin bu gün (imtina) onlardan imtina cavabı aldıq. Ötən mövsüm olduğu kimi, “Qəbələ” növbəti birincilikdə də iştirak etməyəcək. O ki qaldı birinci divizionun püşkatma vaxtına, müxtəlif variantlar var, lakin yekun qərar avqustun 5-də veriləcək. Çempionatın avqustun 22-də başlayacağı isə dəqiqdi”.
Bu yerdə STOP deməyə borcluyuq. İcraiyyə Komitəsinin marta təsadüf edən iclasında bir sıra qərarlar qəbul olunmuşdu ki, onlardan biri də aşağı dəstə ilə bağlıydı. Konkretləşdirək: “Növbəti mövsüm 1-ci divizionda iştirak edəcək əvəzedici komandalar AFFA-dan 50 min manat pul alacaq. Bu çempionatda iştirakdan imtina edən komanda 100 min manat cərimələnəcək”.
Bu qərar futbol “ağsaqqalları”nın toplaşdığı iclasda qəbul olunmuşdu. Və ehtimal olunurdu ki, “Qəbələ” növbəti dəfə “yox” deyə bilməyəcək. Necə deyərlər, sən saydığını say, gör fələk nə sayır. Görünür, bölgə təmsilçisi həmin 100 manatı ödəməyi birinci divizionda çıxış etməkdən daha üstün sayır. Bir də ki, əvəzedici komandanın üzvləri əsas komandanın heyətindədisə, “aşağı”da kim oynayacaq? Elgiz bəy “Qəbələ” ilə bağlı suala cavab verməkdə çətinlik çəkdiyini gizlətmədi: “Bu, mənim səlahiyyətimdə olan iş deyil. Cəriməni ödəyəcəklər, yoxsa başqa nəsə olacaq – hər halda, rəhbərlərin həll edəcəyi məsələdi. Bildiyim odu ki, “Qəbələ” rəsmən birinci divizionda iştirak etməyəcəyini bildirib”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
16-08-2019, 22:54 Mehdi “Sumqayıt”a tramplin kimi baxır 16-08-2019, 22:50 Əfran İsmayılov 10 min manata razılaşdı 16-08-2019, 19:09 Tahir Gözəl yeni transferin olmayacağını dedi 16-08-2019, 19:06 Doll meydanda ürək qoyan yetirmələriylə qürur duyur 16-08-2019, 19:02 Əfqan Həmzəyev hakimin iki kobud səhvini qabartdı 16-08-2019, 19:00 “Növbəti həftə böyük oyunumuz olacaq” 16-08-2019, 18:59 “Qarabağ” ÇL-dən qovuldu, AL-də pley-off oynayacaq 16-08-2019, 18:56 Şensoy Rəşad Sadıqova söz atdı 16-08-2019, 18:54 “Alman cəmi bir neçə gün ərzində “Qarabağ”ı “oxumaqla” güclü və zəif cəhətlərini öyrəndi” 16-08-2019, 18:51 “Zirə” müqavilələri sıraladı 16-08-2019, 18:50 Biro Jade Qazaxıstan klubunda 16-08-2019, 18:48 “Sabah” çempionu darmadağın etdi 16-08-2019, 12:51 “Neftçi-2” ərəblərlə bacarmadı 16-08-2019, 12:46 “İdman Azərbaycan” telekanalından görünməmiş irqçilik 13-08-2019, 10:38 Riçard Almeyda De Vinsentinin zərbəsinə görə uzanıbmış 12-08-2019, 23:31 Aleksey “Sumqayıt”dan 100 min dollar qarşılığında gedə bilər 12-08-2019, 23:29 “Mən klubdan yox, klub rəhbərliyi məndən ayrılmaq istədi” 12-08-2019, 23:13 İsraildə “daşlar yerinə oturacaqmı?” 12-08-2019, 23:08 Ceyhun Haşımov fransalının işini dəyərləndirdi 12-08-2019, 23:06 Ben Ari “Neftçi”yə qarşı oynamayacaq 12-08-2019, 23:03 Obradoviç 23 nəfərə dəvət göndərdi 12-08-2019, 21:35 “Qarabağ” yenilənmiş APOEL-in yolunu gözləyir 12-08-2019, 21:32 Ciu-citsu Federasiyasında hakimiyyət uğrunda mübarizə gedir 12-08-2019, 21:28 Mövqeyimizdə dəyişiklik baş vermədi 12-08-2019, 21:26 "Səbail" bu dəfə ərəblərlə bacarmadı 12-08-2019, 21:20 AFFA-da jurnalistlər üçün seminar keçirildi 12-08-2019, 21:17 “Qəbələ” “hərbçilər”i darmadğın etdi 12-08-2019, 21:13 İki günə 8 min biletin satılması yunanları təəccübləndirib 12-08-2019, 21:08 “Baş məşqçimiz bir həftə idi bizi bu oyuna hazırlayırdı” 12-08-2019, 21:04 Transfer dosyesi 9-08-2019, 13:19 Ramin Musayevin açıqlaması “Topaz” rəhbərliyini qıcıqlandırıb 9-08-2019, 13:18 Hakimlərin qonorarı divizion klublarını çətinə salıb 9-08-2019, 13:17 Duventru "Səbail"i tərk etdi 9-08-2019, 13:13 İlk dəfə Bakıda - "Abu Dhabi İnternational Pro" 9-08-2019, 13:10 Səfər 2:1-i gözəl hesabdı! 9-08-2019, 13:08 Fan ID – təhlükəsizliyə xidmət edən, yoxsa azarkeşləri tribunadan uzaq salan sistem? 9-08-2019, 13:07 Bədbəxtlər... 9-08-2019, 13:06 Qol yunanları çox ümidləndirib 9-08-2019, 13:04 PFL tender elan etdi 9-08-2019, 13:03 APOEL-lə oyunun biletləri satışda! 9-08-2019, 13:00 “Qarabağ” pley-offun qapısını araladı 9-08-2019, 12:54 Premyer-liqa klubu Dadaşovu transfer etdi və icarəyə verdi 9-08-2019, 12:49 Natalya Məmmədova karyerasını bitirdi 9-08-2019, 12:48 Tofiq Rzayevin xatirə turniri keçirilir 9-08-2019, 12:45 Səməd Nəsibov “Qəbələ”dən ayrıldı 9-08-2019, 12:35 “Yarımmüdafiə və müdafiə xətti arasında anlaşılmazlıq var idi” 9-08-2019, 12:33 APOEL heç vaxt məğlubiyyətin əvəzini çıxa bilməyib 9-08-2019, 12:12 UEFA pul gölündə üzür... 8-08-2019, 13:15 2019/20 mövsümünün püşkü atıldı 8-08-2019, 13:13 “Keşlə”də paraqvaylı hücumçu 8-08-2019, 13:12 “Sumqayıt” “Persepolis”in forvardı ilə güclənir 8-08-2019, 13:09 “Qarabağ” “Neftçi”nin 2012-də qaldığı oteli seçib... 8-08-2019, 13:07 “Sabah”: dördüncü oyunda 2-ci məğlubiyyət 8-08-2019, 13:04 Platellas kiçik fanatını sevindirdi 8-08-2019, 12:56 “Qəbələ” yola mövcud heyətlə davam edəcək 8-08-2019, 12:50 “Qəbələ”yə iki qol bəs etdi 8-08-2019, 12:41 “Qarabağ” “Ayaks”ı Bakıya gətirə bilər Bütün xəbərlər
Ən çox oxunanlar